kibrit sözü azərbaycan dilində

kibrit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kibrit • 92.6267%
  • Kibrit • 7.1429%
  • KİBRİT • 0.2304%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kibrit
Kibrit — açıq od almaq üçün ucunda yanan başlıq olan tez alışan xırda çubuq. == Yanma temperaturu == Kibrit yanan zaman odun temperaturu 750-850 °C, bu zaman 300 °C — yanan çubuğun temperaturu, 800 — 1000 °C isə odun temperaturudur. == Kibrit alışma reaksiyası == Qırmızı fosfordan kibrit istehsalında istifadə olunur. Belə ki, onun narın əzilmiş şüşə və yapışqanla qarışığını kibrit qutusunun yanına çəkirlər. Tərkibi kalium-xlorat (Bertolle duzu) KClO3 və kükürddən ibarət olan kibrit başlığı qutunun yanına sürtüldükdə alovlanma baş verir. 6P + 5KClO3 → 5KCl + 3P2O5 == Düzəltmə tarixi == Dünyada ilk kibriti 1826-ci ildə ingilis kimyaçı və əczaçı Con Uoker düzəldib. O, 1826-ci ildə çubuq ilə kimyəvi qatıçığı qarışdırırdı. Çubuğun üzərində qatışıqdan bir damcı qurumuşdu. Uoker onu təmizləmək üçün yerə sürtəndə çubuq alovlandı. Beləliklə kibritin tarixçəsi başladı.
Kibritmiyan
Kibritmiyan (fars. کبریت‌میان‎) — İranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 154 nəfər yaşayır (55 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.50 dəfə / 1 mln.
2004 •• 0.34
2006 ••• 0.68
2008 ••• 0.49
2009 •••••• 1.28
2010 •••• 0.82
2011 •••••• 1.20
2012 •••••• 1.29
2013 ••••••••• 1.90
2014 •••••••••• 2.23
2015 •••••• 1.19
2016 ••••••• 1.39
2017 ••••• 0.98
2018 •••••• 1.35
2019 •••••••••••••••••••• 4.59
2020 ••••••••••••••••• 3.85

kibrit sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Od almaq üçün ucunda kükürd olan nazik çubuq. Kibrit qutusu. – Azad kibrit işığında onun sarı bənizini, tutqun firuzə gözlərini, hətta üzündəki çilləri bulaşıq bir şəkildə zor-güc seçə bildi. A.Şaiq. Uzaqda alışan bir kibritin də; Qoxusu burnunda duyulacaqdır. M.Araz. □ Kibrit çəkmək – ucu kükürdlü kibrit çubuğunu bir şeyə çəkib alışdırmaq. Əhməd qapıya yaxınlaşdı. İtələyib taybatay açdı. Kibrit çəkib çırağı yandırdı. İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / kibrit

kibrit sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 KİBRİT Mən kibrit çəkib diqqətlə ona baxdım (M.İbrahimov); ALIŞQAN Salah alışqanını yandırıb işıqda saatına baxdı (H.Abbaszadə); SPİÇKA (rus., dan.) İkinci strajnik təkrar spiçka yandıraraq diqqət etdi (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / kibrit

kibrit sözünün rus dilinə tərcüməsi

  • 1 1. спички; 2. спичечный;

    Azərbaycanca-rusca lüğət / kibrit
  • 2 I сущ. спичка. Kibrit yandırmaq зажечь спичку II прил. спичечный: 1. относящийся к спичке. Kibrit başı спичечная головка 2. относящийся к производству или продаже спичек. Kibrit fabriki спичечная фабрика, kibrit avtomatı спичечный автомат 3. предназначенный, служащий для хранения спичек. Kibrit qutusu спичечная коробка; kibrit çəkmək чиркать, чиркнуть спичкой

    Azərbaycanca-rusca lüğət / kibrit

kibrit sözünün inglis dilinə tərcüməsi

kibrit sözünün fransız dilinə tərcüməsi

kibrit sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кирбит, спичка, спичкадин кьал; // кирбитдин (мес. кьвати); kibrit çəkmək кирбит (спичка) ягъун.

    Azərbaycanca-ləzgicə lüğəti / kibrit

kibrit sözünün türk dilinə tərcüməsi

kibrit sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) kükürd; 2) od yandırmaq üçün vəsait. Kibriti-əhmər «qırmızı kibrit» yalançı kimyagərlərin fövqəladə qüvvəyə malik kimi təqdim etdikləri mövhumi bir cisim.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kibrit" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kibrit nədir? #kibrit sözünün mənası #kibrit nə deməkdir? #kibrit sözünün izahı #kibrit sözünün yazılışı #kibrit necə yazılır? #kibrit sözünün düzgün yazılışı #kibrit leksik mənası #kibrit sözünün sinonimi #kibrit sözünün yaxın mənalı sözlər #kibrit sözünün əks mənası #kibrit sözünün etimologiyası #kibrit sözünün orfoqrafiyası #kibrit rusca #kibrit inglisça #kibrit fransızca #kibrit sözünün istifadəsi #sözlük