kidanlar sözü azərbaycan dilində

kidanlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kidanlar • 66.6667%
  • Kidanlar • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kidanlar
Xitaylar(çin. 契丹, Pinyin=Qìdān; fars. ختن‎, Khitan), Kitanlar və ya Kidanlar,IV əsrdə yaşayan və mənşələri Monqolustan və Mançuriyadan olan köçəri Monqol xalqı.Onlar Liao sülaləsini və Qaraxitaylar dövlətini təsis ediblər. == Kidanlar dövləti == V-VI əsrlərdə indiki Monqolustan,Mancuriya və Uzaq Şərq arası ərazilərdə bəzi Türk,Monqol və Tunqus mənşəli tayfaların ittifaqı yarandı.İttifaq əsasında 698-ci ildə Mancuriyada ilk dövlət qurumu olan Bohay dövləti təşəkkül tapdı.Tədqiqatçılara görə bu qurum əsasən tunqus mənşəli Mohe tayfasının dövləti idi. Lakin onu qədim türk tayfalarının qurumu Sayanlar da vardır.924-cü ildəQaraxitaylar( əslində bu tayfanın adı Kitaydır.Çinin şimal əyalətlərindədə yaşadıqlarına görə əraziləri Kitay adlanırdı) Bohay dövlətini zəbt etdi.Sonrakı illərdə Kidanlara qarşı yerli tayfaların üsyanları oldu,və Kidanlar geri çəkilmək məcburiyyətində qaldılar.Bu vaxt Uzaq Şərqdə Çin mənbələrində Çurçen adlandırılan bir tayfa da yaşayırdı. Bu tayfa Sunqari,Ussuri və Amur çaylarının hövzələrində və Çanbaşyan dağlarında yaşayırdılar.Mənbələrə görə onlar 72 tayfadan ibarət idilər. X əsrin əvvələrində feodal Ambaqan Qarakidan tayfalarını birləşdirərək,qüvvətli tayfa ittifaqı yaratdı.927-947-ci illərdə Kidanlar Çinin şimalını işğal etdilər.Pekin şəhəri onların paytaxtı oldu.985-ci ildə Kidanlar Çurçenlərin yaşadığı ərazilərə qarət məqsədi ilə növbəti hərbi səfər təşkil etdilər.993-cü ildə bir mənbəyə görə 880 minlik Kidan ordusu Çurçenlərin şəhər və kəndləri dağıtdı. Çurçen tayfa ittifaqının başçısı Şilu Kidanlara qarşı mübarizəyə başladı.Onun oğlu Uqun-Ay (1021-1074-ci illər) qüvvətli dövlət yaratdı.Sonra onun yerinə keçən 19 yaşlı oğlu Xelibo (1074-1092-ci illər) və varisi Polaşu (1092-1094-cü illər) vaxtında Çurçenlərin qüdrətli dövləti ortaya çıxdı.Çin mənbələrində bu dövlət "Qızıl imperiya" adlanır.Onlar 1114-cü ildə Kidanları qovub Şimali Çindən çıxardılar.Kidanlar Yeloydaşı xanın başçılığı ilə Qaraxanilər dövlətinə hücuma keçdilər,Yeddi-Su əyaləti və Cənubi Qazaxıstanı işğal etdi.Mənbələrə görə onların miqdarı 40 min çadır,yəni 200 min nəfər idi.1137-ci ildə Yeloydaşı xan Səmərqənd,Buxara və Xarəzmi işğal etdi. 1141-ci ildə Kidanlar Mavəraünnəhrə daxil oldular.Bu dəfə Səlcuq sultanı Səncər Qaraxanilərin tərəfini saxladı.Qaraxanilərin Səmərqənd hakimi Mahmud xan və Sultan Səncərin birləşmiş qoşunları Katvan çölündə Kidanların ordusu ilə üz-üzə gəldilər.Vuruşma Səncərin məğlubiyyəti ilə bitdi və ordusundan 30 min nəfər döyüşçü öldürüldü. Səncər və Mahmud Tərməzə qaçdılar.Səncərin düşərgəsi və arvadı Türkan Xatun Qaraxitayların əlinə keçdi.

Oxşar sözlər

#kidanlar nədir? #kidanlar sözünün mənası #kidanlar nə deməkdir? #kidanlar sözünün izahı #kidanlar sözünün yazılışı #kidanlar necə yazılır? #kidanlar sözünün düzgün yazılışı #kidanlar leksik mənası #kidanlar sözünün sinonimi #kidanlar sözünün yaxın mənalı sözlər #kidanlar sözünün əks mənası #kidanlar sözünün etimologiyası #kidanlar sözünün orfoqrafiyası #kidanlar rusca #kidanlar inglisça #kidanlar fransızca #kidanlar sözünün istifadəsi #sözlük