kimyaçı sözü azərbaycan dilində

kimyaçı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kimyaçı • 73.0559%
  • Kimyaçı • 26.7251%
  • Kİmyaçı • 0.2191%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kimyaçı
Kimyaçı — kimya elminin yaradıcıları, kimya elmi ilə məşğul olan insanlar. == Kimya == Kimya- zəngin eksperimental materiallar və tutarlı nəzəriyyələrə əsaslanan fundamental elmlər sistemidir və fantastik yaradıcılıq gücünə malikdir. Kimyaçılar təkcə təbii maddələrin xassələrini dəyişmir, həm də əvvəlcədən verilmiş xassəli yeni maddələr sintez edirlər. Bəşəriyyətin min illər boyu mövcudluğunu kimyasız və kimyəvi texnologiyaların köməyi ilə hazırlanmış geniş spektrli məhsullarsız təsəvvür etmək mümkün deyil. Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:Hara belə, Aleksandr Porfiyeviç? — Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.
"Kimyaçı" Mədəniyyət Sarayı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi == Tarixi == "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. == Sarayın qarşısındakı meydan == "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir. == İstinadlar == == Xarici keçidlər == Sumqayıt.
Abbas Quliyev (kimyaçı)
Abbas Quliyev (10 fevral 1940) — Aşqarlar Kimyası İnstitutunun "Mövsümi yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi" laboratoriyasının rəhbəri, “Üzvi kimya” ixtisası üzrə kimya elmləri doktoru, professor, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini. == Həyatı == Abbas Binnət oğlu Quliyev 1940-cı il fevralın 10-da Tovuz rayonunun Əlibəyli kəndində kəndli ailəsində anadan olmuşdur. 1946-cı ildı Əlibəyli orta məktəbinin birinci sinfinə daxil olmuş və oranı 1956-cı ildə qızıl medalla bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakultəsinə qəbul olmuş və 1961-cı ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və Azərbaycan Elmlər Akademiyası (EA) Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1961-64-cü illərdə həmin institutun aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra, orada mühəndis, 1965-ci ildən isə Aşqarlar Kimyası İnstitutunda mühəndis, böyük mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində, 1979-cu ildən laboratoriya müdiri, 1983-cü ildən ömrünün sonunadək elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir.1965-ci ildə "Alkilfenollar və onların bəzi törəmələrinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda namizədlik, 1977-ci ildə isə "Bütün fəsillərdə işləyə bilən qatılaşdırılmış yağlar üçün yeyilmə və çoxfunksiyalı aşqarların və onların kompozisiyalarının alınması və tədqiqi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir və kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 1979-cu ildən “ Universal mövsümlü yağlara və hidravlik mayelərə qatılan aşqarların sintezi” laboratoriyasına rəhbərlik etmişdir. 1983-cü ildə Üzvi kimya ixtisası üzrə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Müxtəlif növ üzvi birləşmələrin sintezi, onların xassələrinin və aşqar qismində yağlara təsir mexanizminin tədqiqi sahəsində A.Quliyev yeni elmi istiqamət- ekstremal şəraitlərdə, xüsusilə Sibir və Uzaq Şimal şəraitində istismar oluna bilən universal mövsümi yağların sintezi istiqamətini yaratdı. Yeni sintez olunmuş aşqarların tətbiqi ilə alınan M-2AKİ və M-3AKİ universal mövsümlü yağlar T-130, T-220, T-330, T-500, K-700 sovet istehsalı traktorlarında və idxal olunan “Katerpiller” traktorlarında istifadə olunmuşdur.
Akif Əliyev (kimyaçı)
Akif Şıxan oğlu Əliyev (21 sentyabr 1955, Bənəniyar, Culfa rayonu) — kimyaçı, elektrokimya ixtisası üzrə kimya elmləri doktoru, professor. == Həyatı == Akif Şıxan oğlu Əliyev 21 sentyabr 1955-ci ildə Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşdur. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. 1978-ci ildən A. Ş.Əliyev Azərbaycan EA Naxçıvan elm mərkəzində ixtisas artıran tədqiqatçı vəzifəsində fəaliyyətə başlamışdır. 1980-ci ildən Azərbaycan EA QÜFKİ mühəndis vəzifəsinə köçürülmüş və 1980-ci ildə aspiranturaya daxil olmuşdur. 1982–1984-cü illərdə İ. V. Kurçatov adına atom enerjisi institutunda elmi-tədqiqat işləri aparmışdır. A. Ş.Əliyev 1986-cı ildən "Metalların və ərintilərin elektrokimyası" laboratoriyasında kiçik elmi işçi, 1990-cı ildən elmi işçi, 1993-cü ildən böyuk və 2003-cü ildən KPİ-da aparıcı elmi işçi vəzifəsində çalışıb. 2011-ci ildən "Fotoelektrokimyəvi tədqiqatlar" qrupuna rəhbərlik etmişdir. 2012-ci ildən "Metalların və ərintilərin elektrokimyası, korroziyadan mühafizəsi" laboratoriyasının müdiri olmuşdur və 2014-cü ildən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda "Nanoelektrokimya və elektrokataliz" laboratoriyasının müdiri vəzifəsində çalışır. A. Ş.Əliyev 1986-cı ildə – "Elektrokimya " ixtisası üzrə fəlsəfə doktoru, 2010-cu ildə isə doktorluq dissertasiyasini müdafiə etmişdir.
Arif Heydərov (kimyaçı)
Heydərov Arif Əmrah oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Arif Heydərov 5-iyul 1954-cü ildə Ukrayna Respublikasının Stalin Vilayətində (indiki Torez şəhəri) anadan olmuşdur. O, 1970-ci ildə Yardımlı rayonu Yolocaq kənd orta məktəbini bitirdikdən sonra 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki Azərbaycan Pedoqoji Universiteti) Kimya fakültəsində təhsil almışdır. 1975-1977-ci illər ərzində Yardımlı rayonu Yolocaq kənd orta məktəbində kimya müəllimi işləmişdir. Arif Heydərov 1977-ci ildə Azərbaycan Elmlər Akademyasının (indiki Milli Elmlər Akademyası ) Qeyri-üzvi və Fiziki kimya İnstitunun (indiki MEA-ın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) "Mineral maddələrin texnologiyası" laboratoriyasında aspiranturaya daxil olmuş və 1986-cı ildə "Filizçay polimetallik filizindən alınan sink konsentrantının emalı prosesində qalliumun çıxarılması"mövzusunda namizədlik, 2010-cu ildə isə "Filizçay polimetal sulfid filizinin əsas və müşayət edən komponentlərə görə kompleks emalının elmi əsaslarının işlənib hazırlanması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.Azərbaycan Respublikasının Prezdenti yanında Ali Atestasiya komissyasının 4 fevral 2011-ci il tarixli qərarı ilə ona kimya elmləri doktoru adı, 8 may 2015-ci il tarixli qərarı ilə ona "Qeyri-üzvi kimya" ixtisası üzrə professor elmi adı verilmişdir. 2011-ci ildən "Mineral maddələrin emalının kimyası və texnologiyası" laboratoriyasının nəzdində yaradılmış "Əlvan və nadir metallar" qrupunun rəhbəri olmuş,2014-cü ildən "Əlvan metal tərkibli mineral xammalın emal" laboratoryasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Arif Heydərovun elmi fəaliyyəti Azərbaycan ərazisində olan zəngin və kasıb filizlərdən və qeyri-üzvi istehsalat tullantılarından əlavən və nadir metalların çıxarılmasının elmi əsaslarının işlənib hazırlanması durur. 2011-ci ilə kimi o, inert mühitdə Filizçay polimetallik sulfid filizinin pirrotinləşmiş yanmasını və alınan pirrotinləşmiş yanığın avtoklav həll olması şəratini tədqiq etmişdir. Həmçinin onun tərəfindən ağır neftin emalından alınan mazut fraksiyasının yanma külünün emal məhsullarında Vanadiumun paylanması , qatılaşma yerləri və çıxarılmasını təmin edən prinsipial texnoloji sxem təklif olunmuşdur. Sonrakı illərdə Gədəbəy mis tərkibli oksidləşmiş filizin xlorid və hipoxlorit məhlulları ilə yuyulmasının və yuyulmadan alınan məhlullardan mis və sinkin ion dəyişdirici sorbentlər vasitəsi ilə ayrılmasının optimal şəraitini tədqiq etmişdir.Daşkəsən Filiz saflaşdırma kombinatının tullantılarından qiymətli metalların (Co, Cu, Zn, Mn) çıxarılmasının səmərəli parametr və rejimləri müəyyən edilmişdir.
Arif Əfəndiyev (kimyaçı)
Arif Cavanşir oğlu Əfəndiyev (10 oktyabr 1948, Qafan) — Azərbaycanlı alim, AMEA akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kimya elmləri doktoru, Professor. == Həyatı == Arif Əfəndiyev 10 oktyabr 1948-ci ildə Ermənistan SSR-in Qafan şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Professor Arif Əfəndi AMEA-nın Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Xlorlu karbohidrogenlərin katalitik oksidləşmə reaksiyalarının kinetika və mexanizminin elmi əsasları hesablanmışdır. Aşağı molekullu spirtlərin, karbohidrogenlərin katalitik oksidləşdirici dehidrogenləşmə reaksiyalarının elmi əsaslarınin hazırlanması. 60-a qədər yeni bioloji aktiv maddələr sintez olunmuşdur. == Pedaqoji fəaliyyəti == Azərbaycan Pedaqoji Universitetində Dövlət İmtahan komissiyasının sədri. Bakı Dövlət Universitetinin Fiziki və Kolloid kimya kafedrasında əvəzedici müəllim.
Asif Məmmədov (kimyaçı)
Məmmədov Asif Nəsib oğlu (2 may 1947, Ağdam) — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Asif Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta məktəbini qızıl medalla bitirdikdən sonra, 1965–1970 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. Asif Məmmədov universiteti fərqlənmə diplomu ilə qurtarmış, həmin təhsil ocağının "Fiziki kimya" kafedrasının qiyabi aspiranturasında oxumuşdur.O, Bakıda "Yn-Bi-Sb, Tl-Bi-Sb və Tl-Rb-As ərintilərinin termodinamiki tədqiqi" mövzusunda namizədlik (1974), Tbilisidə "İki-dörd komponentli qeyri-molekulyar birləşməli sistemlərdə faza tarazlığı və termodinamiki funksiyaların hesablanması və approksimasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1990).Asif Məmmədov Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda, Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, böyük elmi işçi (1971–81), Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük elmi işçi (1981–86), bölmə müdiri (1986–1992), laboratoriya müdiri işləmişdir. Hazırda o, AMEA Kimya Problemləri İnstitutunun baş elmi işçisidir.Asif Məmmədova anadan olmasının 60 illiyi münasibətilə Fəxri Fərman verilmişdir. == Elmi fəaliyyəti == Asif Məmmədov 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Apardığı elmi tədqiqat işləri Rusiya, Çexoslovakiya, Avstriya, Almaniya, Fransa, İngiltərə, Yaponiya və ABŞ-də çap edilmişdir.Əldə etdiyi elmi nəticələr 1973-cü ildən termodinamikaya dair Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən Çexoslovakiya (1983), İtaliya (1991), ABŞ (1993, 1995), Yaponiya və Fransada keçirilən konfransların proqramlarına salınmış və nəşr edilmişdir (1995–2000). Asif Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti qeyri-üzvi birləşmələrin və ərintilərin fiziki kimyəvi xassələri, termodinamiki funksiyaların proqnozu və korrekt hesablama məsələlərini əhatə edir. O, bir sıra praktiki əhəmiyyətli iki və çoxkomponentli yarımkeçirici və metal sistemlərin hal diaqramları və termodinamiki funksiyalarını təyin edib, yeni korrekt hesablama üsulları hazırlamışdır. Onun təklif etdiyi termodinamiki funksiyaların approksimasiya üsulu sorğu kitabına daxildir.
Azər Qasımov (kimyaçı)
Azər Əlibala oğlu Qasımov — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyası müdiri, texnika üzrə elmlər doktoru, professor. == Ümumi məlumatlar == Azər Əlibala oğlu Qasımov 1942-ci il fevralın 17-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1950-60-cı illərdə Bakı şəhəri 160 saylı məktəbdə təhsil almışdır. 1960-cı ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1965-ci ali təhsilini başa vurmuşdur. İnstitutu bitirdikdən sonra A.Ə.Qasımov 1965-1968-ci illərdə Yeni Bakı Neftayırma zavodunda mühəndis vəzifəsində çalışmışdır. 1968-1972-ci illərdə təhsilini Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra həmin institutun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən həmin laboratoriyaya rəhbər təyin edilmişdir. A.Ə.Qasımov hal-hazırda həmin laboratoriyanın müdiri vəzifəsində çalışır.
Bəxtiyar Məmmədov (kimyaçı)
Bəxtiyar Məmmədov (Məmmədov Bəxtiyar Əjdər oğlu; 1 yanvar 1951, İsmayıllı rayonu) — Kimya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == 1 yanvar 1951-ci ildə İsmayıllı rayonu, Diyallı kəndində anadan olub. == Təltif və mükafatları == Azərbaycan Respublikası “Avropa Nəşr Mətbuat Evi”nin “ƏN YAXŞI VƏTƏNPƏRVƏR TƏDQİQATÇI ALİM” mükafatının diplomu və qızıl medalı Thomson Reuters şirkətinin Fəxri fərmanı və diplomu == Elmi əsərləri == 1.Mamedov B.A., Shahnazarli R.Z., Rzаyеv R.S. et. all. Synthesis of Oligohydroxynapthylenes and Their Use in Making of Heat-Stable and ElectroConducting Rubbers // Journal of Chemistry and Chemical Engineering. 2011, 8, Vol.5, No. 8-9, P. 2. Kasebi F.S. , Gezaz S.M., Mamedov B.A. Preparation, acid curing and thermal stability of various formulated phenolic resole resins: Unfilled and nanocomposites,/ International journal of Polymeric Materials, London 2012, Vol.61, N 5, p. 323-340. 3.
Cəbrayıl Hüseynov (kimyaçı)
Cəbrayıl Ələkbər oğlu Hüseynov (13 yanvar 1914 – 1969) — Kimya elmləri doktoru, professor. == Həyatı == Cəbrayıl Hüseynov 13 yanvar 1914-cü ildə anadan olmuşdur. O, 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun (hazırda ADNA) Kimya-texnologiya fakültəsinə daxil olmuş, 1935-ci ildə bitirmişdir. == Fəaliyyəti == Cəbrayıl Hüseynov 1950-ci ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adı almışdır. O, çoxsaylı proseslərin və sənayedə tətbiq olunan ixtiraların müəllifidir. C.Ə.Hüseynov uzun illər Yeni Bakı Neftayırma, Azərneftyağ, Sintetik kauçuk zavodlarında rəhbər vəzifələrdə çalışmışdır. Onun əmək və elmi fəaliyyətinin əsas hissəsi Bakı neftayırma zavodlarında Azərbaycan neftlərindən istehsal olunan sürtgü yağlarının istehsal texnologiyasının təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılmasına həsr olunmuşdur. C.Ə.Hüseynov 1961-1967-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, eyni zamanda “Kimya texnologiyası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Onun BDU-da neft texnologiyasına dair oxuduğu mühazirələr üç hissədən ibarət dərslik halında dərc edilmişdir. Bu dərsliklər rumın və çin dillərinə tərcümə edilmişdir.
Eldar Zeynalov (kimyaçı)
Zeynalov Eldar Bahadır oğlu (8 oktyabr 1948, Bakı) — kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2017). Azərbaycan kimyaçısı, Azərbaycanda və bir sıra xarici ölkələrdə kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində mütəxəssis və ekspert, tanınmış kimyaçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə" laboratoriyasının müdiri, eyni zamanda, "Neft mənşəli kaustobiolitlərdən nanokarbon materialları əsasında katalizatorların sintezi və tətbiqi üzrə fundamental tədqiqatlar (İNTERLABCAT)" beynəlxalq laboratoriyasının rəhbəri. 2009-cu ildən Amerika Kimya Cəmiyyətinin üzvüdür. == Həyatı == Eldar Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində ziyalı və alim, neft kimya sahəsində Azərbaycanın görkəmli alimlərindən biri, Azərbaycanın əməkdar elm xadimi, akademik Bahadır Zeynalovun ailəsində anadan olmuşdur. Həyat yoldaşı Zeynalova Səadət Məmməd qızı – təvəllüdü 1954, dil nəzəriyyəsi və german dilləri üzrə mütəxəssis, professor, filologiya elmləri doktoru, AFR-in Aleksandr-fon-Humboldt Fondunun laureatı, Ümumdünya Germanistlər Birliyinin üzvüdür. == Fəaliyyəti == 1971-ci ildə E.B.Zeynalov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini "Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.Eldar Zeynalovun elmi fəaliyyəti 1971-ci ildə başlanmış. O, Azərbaycan Dövlət Universitetinin Elmi Şurasının tövsiyəsi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialının aspiranturasına daxil olub və sonra SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasına göndərildi. 1976-cı ildə Moskva vilayəti, Çernoqolovka şəhərində SSRİ EA-nın Kimyəvi Fizika İnstitutun Bölməsində "Poliorqanosiloksanların oksidləşdirici destruksiyası və stabilləşməsi sahəsində tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və SSRİ Nazirlər Sovetinin nəzdində Ali Attestasiya Komissiyasının qərarı ilə "Fiziki kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görulmüşdür. 1989-cu ildə E.B.Zeynalov Azərbaycan Respublikası Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun İxtisaslaşmış Şurasında "Neft mənşəli təbii strukturların anti-radikal fəallığı" mövzusunda "Kimyəvi kinetika və kataliz" və "Neft kimyası" ixtisasları üzrə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və ona SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Eldar Əhmədov (kimyaçı)
== Həyatı == Əhmədov Eldar İsa oğlu 1951-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 99 №-li məktəbi bitirib, indiki Bakı Dövlət Universitetinə qəbul olunmşdur. 1973-cü ildə Universitet bitirərək M.V.Lomonosov adına MDU-nun kimya fakültəsində məqsədli aspiranturaya qəbul olunmuşdur. 1977-ci ildən BDU-nun kimya fakültəsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, assistent, dosent vəzifələrində işləmişdir. 2005-ci ildən “Fiziki və kolloid kimya” kafedrasının professoru və kafedra müdiridir. == Təhsili, elmi dərəcə və elmi adları == 1973, Bakı Dövlət Universiteti. 1977,k.e.n., “Flüorlu alüminium oksid iştirakında parafin karbohidrogenlərinin çevrilməsi” . 2004,k.e.d, “Metalseolit katalizatorlarının alınması və onların doymuş karbohidrogenlərin aşağı temperaturlu çevrilmələrində katalitik təsirinin qanunauyğunluqları”. == Tədqiqat sahəsi == Heterogen kataliz. Seolitlər iştirakında kataliz.
Elman Məmmədov (kimyaçı)
Məmmədov Elman İdris oğlu (1948, Zarağan, Qutqaşen rayonu) — kimya elmləri doktoru (1992), professor (1994), Gəncə Dövlət Universitetinin rektoru (2006), Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Elman Məmmədov 1948-ci ildə Azərbaycanın Qəbələ rayonunun Zarağan kəndində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olmuş, 1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirərək, S.M.Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur. 1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və 1971-ci ildə Ç.İldırım adına AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) «Analitik kimya və kimya texnologiyası» kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülmüş, 1975-ci ilin yanvar ayından kimya elmləri namizədidir, həmin ilin mart ayından assistent vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Ç.İldırım adına AzPİ-nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilmişdir. 1984-cü ildə «Kimya» kafedrasında dosent vəzifəsini tutmuş, 1991/97-ci illərdə həmin kafedranın müdiri işləyib. 1997-ci ilin sentyabr ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunmuş və həmin ilin noyabr ayından TQDK nəzdində olan «Abituriyent» hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilmişdir. 2001/2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləmişdir. 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunmuşdur.
Etibar İsmayılov (kimyaçı)
Etibar Hümmət oğlu İsmayılov — Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Fiziki, fiziki-kimyəvi tədqiqatlar" şöbəsinin və "Kataliz problemlərinin spektroskopik metodlar ilə tədqiqi" laboratoriyasının müdiridir, kimya elmləri doktoru, professor == Həyatı == Etibar İsmayılov 4 may 1951-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə Bakıda 176 saylı orta məktəbi bitirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetin kimya fakültəsini və M. F. Axundov adına Xarici Dillər İnstitutunun nəzdində ingilis dili üzrə ikiillik (1970–72) kursu fərqlənmə diplomları ilə bitirmişdir. 1972–75-ci illər ərzində SSRİ Elmlər Akademiyasının Sibir bölməısinin Kataliz İnstitutunun aspirantı olmuş və 1976-cı ildə orada 02.00.04-fiziki kimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981–82-ci illərdə SSRİ EA Sibir bölməsinin Kataliz (Novosibirsk), 1983–84-cü illərdə SSRİ EA Üzvi kimya (Moskva) İnstitututlarının doktorantı olmuşdur. 1988-ci ildə 02.00.15-kimyəvi kinetika və kataliz ixtisası üzrə "Katalitik sistemlərdə paramaqnit mərkəzlər və onların iştirakı ilə gedən reaksiyalar. Kiçik kütləli olefinləri dimerləşdirən oksid və metalkompleks katalizatorların dizaynı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Fiziki kimya ixtisası üzrə 1985-ci ildə baş elmi işçi və 1997-ci ildə professor elmi adlarını almışdır. Spektral tədqiqat metodlarının kimyanın müxtəlif, əsasən də səth kimyası və kataliz sahələrinə tətbiqi, kimyəvi reaksiyaların qeyri-stabil, aralıq birləşmələrinin quruluşunun, reaksiyayagirmə qabiliyyətinin, kinetika və termodinamikasının, ümümiyyətlə, kimyəvi reaksiyaların mexanizminin tədqiqi sahələri üzrə tanınmış ixtisasçıdır, keçmiş SSRİ-nin, MDB və digər xarici ölkələrin, Azərbaycanın elmi nəşrlərində dərc edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 6 ixtiranın müəllifidir, bu sahələrdə keçirilmiş beynəlxalq, respublika səviyyəli simpozium, konfrans və qurultayların iştirakçısı, müfəffəqiyyətlə müdafiə edilmiş 10 namizədlik dissertasiyasının rəhbəri olmuşdur. 1978–1990-cı və 1998–2000-ci illər ərzində Bakı Dövlət Universitetinin kimya (1978–90) və fizika (1998–2000) fakültələrində baş müəllim və professor kimi fəaliyyət göstərmiş, fiziki tədqiqat metodlarının kimyaya tətbiqi, analitik kimya, radikal kimyası, neft fizikası, yüksək molekullu birləşmələr fizikası və elmi tədqiqatın əsasları kursları üzrə mühazirələr oxumuş, diplom işlərinə rəhbərlik etmişdir.
Faiq Həsənov (kimyaçı)
Faiq Paşa oğlu Həsənov (15 dekabr 1939, Salah, İcevan rayonu – 11 mart 2022) — Kimya elmləri namizədi (1981). == Həyatı == Həsənov Faiq 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub. Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir. 1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib. == Elmi fəaliyyəti == 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Fikrət Babayev (kimyaçı)
Fikrət Rzaqulu oğlu Babayev (1943, Bakı) — Azərbaycanın kimyaçı alimi, professor, Amerika Neftçi-geoloqlar Assosiasiyasının üzvü (1994), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı. Əməkdar ali məktəb işçisi. == Həyatı == 1943-cü ildə anadan olmuşdur. 1950-1960-cı illərdə orta təhsil almışdır. 1966-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini "Lenin" təqaüdü ilə bitirərək "Qeyri-üzvi kimya" ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı bitirdikdən sonra Qeyri-üzvi kimya kafedrasında 1978-ci ilə qədər assistent, dosent, 1978-1993-cü illərdə Neft kimyası və kimya texnologiyası kafedrasında dosent və professor vəzifələrində işləmişdir. 1974-1977-ci illərdə BDU-da Kimya fakültəsinin, 1987-1990-cı illərdə isə BDU hazırlıq şöbəsinin dekanı vəzifələrində çalışmışdır. 1990-1991-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin birinci müavini, 1991-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin Beynəlxalq və İqtisadi Əlaqələr üzrə prorektoru, 1992-2003-cü illərdə Kimya kafedrasının müdiri, 2003-cü ildən həmin kafedrada professor vəzifəsində işləyir. 1970-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1988-ci ildə "Neft kimyası" ixtisası üzrə professor adına layiq görülmüşdür.
Fikrət Məmmədov (kimyaçı)
Fikrət Ələsgər oğlu Məmmədov (9 avqust 1938, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, neft-kimya ixtisası üzrə elmlər doktoru. == Həyatı == Fikrət Ələsgər oğlu Məmmədov 1938-ci il avqustun 9-da Gəncə şəhərində tanınmış pedaqoq alim Məmmədov Ələsgər Səməd oğlunun ailəsində doğulmuşdur. 1955-ci ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ildə Gəncə Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1962-ci ildə Az.EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prossesləri İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-cü ildə Az.EA NKPİ-da kiçik elmi işçi vəzifəsində işləmişdir. 1965-ci ildə yeni yaradılmış Az.EA Aşqarlar Kimyası İnstitutuna keçərək orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1988-ci ildən indiyədək "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların sintezi və tədqiqi" laboratoriyasına rəhbərlik edir. 1966-cı ildə kimya elmləri namizədi dərəcəsini almaq üçün "Alkilfenolların fosforlu törəmələrinin sintezi və sürtkü yağlarına əlavə kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə "Fenol və merkaptofenolların törəmələrinin alınması, sürtkü yağlarına aşqar və korroziya inhibitorlarının yaradılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə "Neft-kimya" ixtisası üzrə professor adına laiq görülmüşdü.
Fikrət Sadıqov (kimyaçı)
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir.Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur. Səthi aktiv maddə olan alkilbenzolsulfanatın natrium duzunun istehsalında xlorparafinlərin benzolla alkilləşməsinin yeni mükəmməl texnologiyası tədqiq edilib, yeni texnologiya sənayedə tətbiq edilmişdir.
Fuad Əliyev (kimyaçı)
Fuad Əliyev — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). == Həyatı == Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Fəxrəddin Məmmədov (kimyaçı)
Fəxrəddin Nəsib oğlu Məmmədov (1928-1992) - kimyaçı alim, "Neft-kimyası" və "Neft-kimya sintezi" ixtisası üzrə kimya elmləri doktoru, AMEA Aşqarlar Kimyası İnstitutunda sabiq laboratoriya müdiri. == Həyatı == Fəxrəddin Nəsib oğlu Məmmədov 1928-ci ildə Kirovobad (indiki Gəncə) şəhərində kəndli ailəsində anadan olmuşdur. 1944-cü ildə M.Ə. Gəncə şəhərində orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin Universiteti bitirmişdir. Fəxrəddin Məmmədov 1949-cu ildə V.V. Kuybışev adına Azərbaycan Elmi Tədqiqat Neft emalı institutunda texnik-laborant vəzifəsində əmək fəaliyyəyinə başlamış, 1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonra həmin institutun aspiranturasına qəbul olmuş və 1951-ci ili martında SSRİ Elmlər Akademiyasının Neft İnstitutuna ezam olunmuş, 1954-cü ildə həmin institutda namizədlik dissertasiyası müdafiə edərək, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fəxrəddin Məmmədov 1955-1958-ci illərdə AEA-nın Kimya İnstitutunda böyük elmi işçi əvəzi vəzifəsində çalışmış, 1959-cu ildə müsabiqə yolu ilə EA Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsinə seçilmiş və 1965-ci ildən ömrünün sonuna kimi yeni yaradılmış Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1954-cü ildə SSRİ EA Nİ-in Elmi Şurasında "Beşüzvlü heterotsiklik birləşmələrin quruluşu ilə onların reaksiyagirmə qabiliyyəti arasında əlaqə" mövzusunda namizədlik dissertasiyasını, 1980-ci ildə "Fenol, nbjatyjk və aromatik karbohidrogenlərinin sintezi üsullarının işlənib hazırlanması və onların müxtəlif materiallara əlavə kimi tədqiqi" mövzusunda "Neft-kimya" və "Neft-kimya sintezi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. F.Məmmədov 1992-ci il noyabr ayının 29-da vəfat etmişdir. == Elmi istiqaməti == Fəxrəddin Məmmədovun elmi-tədqiqat işlərinin əsas istiqamətini sürtkü yağlarına müxtəlif çeşidli aşqarların, yüksək təsir effektinə malik korroziya inhibitorlarının polimer materiallarına stabilizatorların və bioloji fəal maddələrin sintezi, eləcə də onların quruluşu ilə təsir effektivliyi arasında asılılığın öyrənilməsi təşkil edir. Fəxrəddin Məmmədov korroziya inhibitorları və səthi aktiv maddələrin, yağlara aşqarların sintezi və kimyası sahəsində aparıcı alimlərdən biri olmuşdur.
Mahəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.
Musa Bayramov (kimyaçı)
Bayramov Musa Rza oğlu (4 mart 1938, Gədəbəy rayonu) — kimya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin «Neft kimya» kafedrasının müdiri. == Həyatı == Musa Bayramov 1938-ci il mart ayının 4-də Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. 1955-ci ildə Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbini bitirmişdir. Bir il işlədikdən sonra Bakı Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur və 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişlir. 1959-cu ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1965-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş, orada aspiranturaya daxil olmuş və 1968-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Orada kiçik elmi işçi və baş mühəndis vəzifəsində işləmişdir. 1969-cu ildə Azərbaycan Dövlət Universiteti «Neft kimyası və kimya texnologiyası» kafedrasına dosent vəzifəsinə seçilmiş, 1979-cu ildən bu günə qədər həmin kafedranın müdiri vəzifəsində çalışır. O, 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəliyyəti == 1991-ci ildə onun təşəbbüsü ilə kafedranın nəzdində “Alkenilfenollar və karbonilli birləşmələrin kimyası“ ETL-i yaradılmışdır. Onun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi və onlar əsasında alınan oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır.
Mustafa Hüseynov (kimyaçı)
Mustafa Hüseynov (22 mart 1928, Muğancıq Mehrab, Naxçıvan MSSR – 3 fevral 1991, Bakı) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru (1963). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980). == Həyatı == Mustafa Hüseynov 22 mart 1928-ci ildə Şərur rayonunun Mehrab kəndində anadan olub. İbtidai təhsilini Qarxun kəndində, orta təhsilini isə Yenigcə kəndində alıb. 1948-1952-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində ali təhsilini başa vurduqdan sonra Azərbaycan Elmlər Akademiyasının (EA) Kimya İnstitutunun aspiranturasına daxil olub. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mustafa Hüseynov aspiranturada təhsilini başa vurduqdan sonra Azərbaycan EA-nın Neft İnstitutunda böyük elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1959-1968-ci illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Priosesləri İnstitutunda, (NKPİ) 1968-1973-cü illərdə həmin institutun Sumqayıt filialında Xlorüzvi birləşmələrin sintezi laboratoriyasına rəhbərlik edib.1973-1978-ci illər Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Sumqayıt filialının və 1978-1986-cı illərdə həmin filial əsasında yaranmış Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutunun direktoru olub. Mustafa Hüseynov 1986-cı ildən ömrünün sonuna qədər Azərbaycan EA-nın Y.Məmmədəliyev adına NKPİ-də Zərif üzvi sintez laboratoriyasına rəhbərlik edib. === Elmi fəaliyyəti === Mustafa Hüseynov 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə "Xlorkarbohidrogenlərinin sintezi və çevrilmələri sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmlər doktoru elmi dərəcəsini alıb. 1966-cı ildə isə Üzvi kimya ixtisası üzrə professor elmi adını qazanıb.
Mübariz Əhmədov (kimyaçı)
Mübariz Əhmədov (alim) (4 noyabr 1945, Qazax) — Azərbaycanın alimi, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1996-2002), AMEA Kimya Problemləri İnstitutunun direktor müavini (2002-2014), "Şöhrət" ordenli. Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanları ilə “Böyük Vətən Müharibəsi qələbəsinin 20 illik” Yubiley medalı və “Əmək veteranı” medalı ilə təltif olunub. Onlar tərəfindən təklif olunmuş texnoloji sxem bəzi makrokomponentlərlə yanaşı (Fe, S, Cu, Zn, Pb) həmdə qiymətli mikrokomponentlərin (Ga, In, Ar, Ag, Cd) ayrılmasını təmin edir. Alunit filizin təkmilləşdirmə emalı əsasında, qiymətli produktların (Al 2O3 Al2(SO4)3, H2SO4, V, Ga və s.) alınmasının texnoloji prosesi alınıb və sınaqdan keçirilib. Elementar kükürdün metanın və onun konversia produktları ilə (СO+H2). katalitik və termiki bərpasının nəzəri və praktiki aspektləri hazırlanılıb. Alınmış nəticələr Norilsk (mis) zavodunun dağ-metallurg kombinatında tətbiq olunub(Rusiya Federasiyası). Bakı və Şirvan istillik elektrostansiyasında mazutun yanma nəticəsində alınmış kül qalıqlarından vanadiyin ayrılması prosesini tərtib edib. Yüksək effektli metalseolit katalizator su buxarlı karbonturşulu metanın sintez qaza çevrilməsi tərtib olunmuşdur.
Məhəddin Abbasov (kimyaçı)
Məhəddin Abbasov (tam adı: Abbasov Məhəddin Fərhad oğlu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Alitsiklik birləşmələr” laboratoriyasının Baş elmi işçisi, texnika elmləri doktoru. == Həyatı == Abbasov Məhəddin Fərhad oğlu 1947-ci ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. O, əvvəl Novo-Slavyanka kəndində orta məktəbə getmiş, 8 illik təhsilini isə Düz Rəsullu kəndində başa vurmuşdur. Tam orta təhsilini Qazax şəhərindəki 1 nömrəli orta məktəbdə almış. Məktəbi Gümüş medalla bitirmişdir. Abbasov Məhəddin Fərhad oğlu 1965-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsinə daxil olmuş və 1970-ci ildə təhsilini başa vuraraq təyinatla Sumqayıt «üzvü sintez» zavoduna işə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə mühəndis, sonra isə elmi işçi vəzifələrində işləmişdir. O, burada namizədlik dissertasiyası üzərində işləməyə də imkan tapmış və 1978-ci ildə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. 1981-ci ilə kimi NKPİ-də mühəndis, kiçik elmi işçi, 1981-2004-cü illərdə böyük, 2004-2010-cu illərdə aparıcı elmi işçi, 2010-cu ildən indiyə kimi baş elmi işçi vəzifəsində çalışır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.25 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 •••• 1.18
2004 •••••••••• 3.37
2005 •••••••••••••••••••• 7.42
2006 ••••••••• 3.15
2007 •••••••••••• 4.23
2008 ••••••••• 3.17
2009 •••••••• 2.72
2010 ••••••••••••••• 5.26
2011 •••••••••••••••• 5.75
2012 •••••••• 2.84
2013 •••••••• 2.63
2014 ••• 0.86
2015 ••••••••••••• 4.76
2016 •• 0.52
2017 ••••••••••••••• 5.20
2018 •••• 1.35
2019 ••• 1.11
2020 ••••••• 2.25

kimyaçı sözünün leksik mənası və izahı

kimyaçı sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. химик: 1. учёный, специалист по химии 2. разг. преподаватель химии 3. разг. студент химического факультета 4. работник химической промышленности. Kimyaçıların həmkarlar İttifaqı профессиональный союз химиков

    Azərbaycanca-rusca lüğət / kimyaçı

kimyaçı sözünün inglis dilinə tərcüməsi

kimyaçı sözünün fransız dilinə tərcüməsi

kimyaçı sözünün ləzgi dilinə tərcüməsi

"kimyaçı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kimyaçı nədir? #kimyaçı sözünün mənası #kimyaçı nə deməkdir? #kimyaçı sözünün izahı #kimyaçı sözünün yazılışı #kimyaçı necə yazılır? #kimyaçı sözünün düzgün yazılışı #kimyaçı leksik mənası #kimyaçı sözünün sinonimi #kimyaçı sözünün yaxın mənalı sözlər #kimyaçı sözünün əks mənası #kimyaçı sözünün etimologiyası #kimyaçı sözünün orfoqrafiyası #kimyaçı rusca #kimyaçı inglisça #kimyaçı fransızca #kimyaçı sözünün istifadəsi #sözlük