kinayə sözü azərbaycan dilində

kinayə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kinayə • 91.1330%
  • Kinayə • 7.3892%
  • KİNAYƏ • 1.4778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, “dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz” mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə “Mən onu bilirəm ki, heç nə bilmirəm” deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.45 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 0.39
2004 0.34
2007 •••• 1.69
2010 0.45
2011 0.43
2012 •• 0.60
2013 •• 1.02
2014 •• 0.86
2015 •• 0.68
2017 0.33
2018 0.15
2019 0.14
2020 0.13

kinayə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Üstüörtülü, dolayı məna verən söz və ya ifadə. [Gülsabah Mirzə Camala:] Mən artıq bu acı kinayələrdən usandım, öldüm, məni öldür. C.Cabbarlı. [Tahirə] baxır, deyəsən, o da Cəmilin kinayəsində həqiqət olduğunu təsdiq edərək istehzalı bir təbəssümlə gülürdü. M.Hüseyn. □ Kinayə etmək – kinayə təriqi ilə söyləmək, işarə etmək. …Şair Nəim “Füyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə, özü bilər, ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsvir edib… Ü.Hacıbəyov. // Üstüörtülü, toxunan söz. Bu kinayələr, görəsən, kimə aiddir? 2. ədəb. Bir şəxs və ya şey haqqında olan həqiqi fikir, təsəvvürü yalandan əks şəkildə ifadə edən söz, ibarə. 3. “ilə” qoşması ilə zərf – məsxərə ilə, kinayəli-kinayəli. Kinayə ilə danışmaq. Kinayə ilə süzmək.

    Azərbaycan dilinin izahlı lüğəti / kinayə

kinayə sözünün etimologiyası

kinayə sözünün sinonimləri (yaxın mənalı sözlər)

kinayə sözünün rus dilinə tərcüməsi

  • 1 1. намек; 2. иносказание, аллегория; 3. ирония;

    Azərbaycanca-rusca lüğət / kinayə
  • 2 сущ. 1. насмешка (обидная, злая шутка по поводу кого-л., чего-л.), издёвка. Kinayə ilə gülmək смеяться с издевкой, kinayə ilə danışmaq говорить с насмешкой 2. лит. иносказание, аллегория (выражение, заключающее в себе скрытый, тайный смысл)

    Azərbaycanca-rusca lüğət / kinayə

kinayə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. (üstüörtülü söz, ifadə) allusion; (eyham) hint; (istehza) irony; acı ~ caustic / biting hint; biting irony; ~ etmək (üstü örtülü demək) to allude (to); (eyham vurmaq) to drop a hint (at), to drop a caustic hint; ~ ilə danışmaq to speak* ironically; to drop bitter hints

    Azərbaycanca-ingiliscə lüğət / kinayə

kinayə sözünün fransız dilinə tərcüməsi

kinayə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. къаб алай гаф ва я гафарин кӀватӀал; айгьам, ишара; метафора, ибара; // kinayə etmək къаб алаз лугьун, айгьам авун, ишара авун.

    Azərbaycanca-ləzgicə lüğəti / kinayə

kinayə sözünün türk dilinə tərcüməsi

kinayə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

KİNAYƏ(T) ə. 1) bir mənanı düzünə deyil, dolayısı ilə ifadə edən söz; 2) tənəli, toxunan söz; 3) ədəbiyyatda: metafora.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"kinayə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kinayə nədir? #kinayə sözünün mənası #kinayə nə deməkdir? #kinayə sözünün izahı #kinayə sözünün yazılışı #kinayə necə yazılır? #kinayə sözünün düzgün yazılışı #kinayə leksik mənası #kinayə sözünün sinonimi #kinayə sözünün yaxın mənalı sözlər #kinayə sözünün əks mənası #kinayə sözünün etimologiyası #kinayə sözünün orfoqrafiyası #kinayə rusca #kinayə inglisça #kinayə fransızca #kinayə sözünün istifadəsi #sözlük