Odessa kinostudiyası
Odessa kinostudiyası (ukr. Одеська кіностудія художніх фільмів, rus. Одесская киностудия художественных фильмов) — Ukrayna, keçmiş SSRİ, Odessada kinostudiya. Kinostudiyanın 1919-cu ildə əsası qoyulmuş, Rusiya imperiyasında və Sovet İttifaqında ilk studiyalardan biri olmuşdur.
Şirkət, qismən hökumətə məxsusdur və Ukraynanın Dövlət Əmlak Fondu və Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur.
Dovjenko Film studiyaları ilə birlikdə ölkədə yeganə dövlət və əsas kino istehsalçısıdır. Studiya Frantsuzki bulvar 33 (Fransız Bulvarı 33), Odessa, Ukrayna ünvanında yerləşir. Onun yaxınlığında daha kiçik bir kinostudiyada House of Mask yerləşir.
== Tarixi ==
Odessa kinostudiyası 23 may 1919-cu ildə Ukrayna SSR-in Odessa Qubernatorluğu İcraiyyə Komitəsinin qərarı ilə Miron Qrossman, Dmitri Xaritonov və Borisov kinostudiyalarının qalıqları əsasında yaradılmışdır. Bu tarix ölkədə ilk dövlət kinostudiyasının yaradıldığı gün idi.