Kioto sözü azərbaycan dilində

Kioto

Yazılış

  • Kioto • 99.2895%
  • kioto • 0.3552%
  • KİOTO • 0.3552%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Kioto Universiteti
Kioto Universiteti (yap. 京都大学) — Yaponiyanın Honşu adasının Kioto şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın ikinci ən qədim universitetidir. Dünyanın qədim və ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindəndir. == Tarixi == 18 iyun 1897-ci ildə Yaponiya imperatoru ölkədə ikinci ali məktəbin - Kioto İmperator Universitetinin yaradılması haqqında sərəncam imzalayır. 1899-cu ildə universitetdə hüquq və tibb fakültələri, universitet hospitalı, 1906-cı ildə filologiya, elm və texnika fakültələri yaradılır. 1914-cü ildə elm və texnika fakültəsi mühəndislik və elm fakültələrinə bölünür. 1919-cu ildə burada iqtisadiyyat fakültəsi açılır. Universitetin fəaliyyəinin ilkin dövründə bu ali məktəbə prezident Yaponiyanın Təhsil Nazirliyi tərəfindən seçilir. Lakin universitetin professor-müəllim heyəti buna etiraz edir, muxtariyyət tələb edərək, 1915-ci ildən rəhbərlərini özləri seçməyə başlayırlar.
Kioto prefekturası
Kioto prefekturası (yap. 京都府 Kyōto fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Kioto protokolu
Kioto protokolu qlobal istiləşmə və iqlim dəyişiqliyi mövzüsünda mübarizə aparmağa yönəlik beynəlxalq tək protokoldur. Birləşmiş millətlər iqlim dəyişikliyi çərçəvə müqəviləsi içində imzalanıb. Bu protokolu imzalayan ölkələr , karbondioksid və kürəsəl isinməyə səbəb olan beş qazın(karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidrofluorokarbonlar, perfluorokarbonlar, heksaflorid (SF6) ) miqdarını azaltmağa söz veriblər.Protokol , ölkələrin Atmosferə saldıqları Karbon miqdarını 1990 ilində ki səviyyələrə düşürməyi məcbur eləmişdir. 1997-çi ildə imzalanan protokol , 2005 də qüvvəyə minmişdir.
Ataqo məbədi (Kioto)
Ataqo məbədi (愛宕神社, Ataqo-cinca) – Yaponiyanın Kioto şəhərinin Ukyo rayonundakı Ataqo dağında yerləşən şintoist məbədi. == Tarixi == Məbəd çox uzun müddət Ataqo dağda yerləşən buddist məbədi olan Hakuun məbədi ilə assosiasiya olunurdu. Belə ki, bu buddist məbədi döyüş meydanında qələbəni gətirdiyinə inanılan bodhisattva Cizoya həsr olunmuşdu. Ataqo məbədindəki şintoizm ilahların Cizonun Yaponiyadakı inkarnasiyaları hesab edilmişdir. İnanca görə məbədin ilahları paytaxtı qoruyur, yanğınların qarşısını alır və döyüşçülərin qayğısına qalır. Buna görə də məbədə tez-tez ziyarətlər baş tutmuş və Yaponiyada Ataqo məbədinin bir çox qolu tikilmişdir.1868-ci ildə şintoizmlə buddizmin ayrılmasından sonra məbədin buddizmlə olan əlaqəsi kəsilmiş və buddizm simvolları məbəddən yığışdırılmışdır. == Xüsusiyyətlər == Ataqo məbədi iki məbəddən ibarətdir. Əsas məbəd (honqu) alov kamisinin anası İzanamiyə, kənd təsərrüfatı kamisi Vakumusubiyə, eləcə də, digər üç kamiyə həsr olunmuşdur. İkinci dərəcəli məbəd (vakamiya) alov kamisi Kaqutsuçiyə və digər iki kamiyə həsr olunmuşdur.Hər ilin 31 iyul tarixində zəvvarlar dağa dırmaşaraq yanğından qorunmaq üçün tilsim almağa gəlirlər. Hər ilin 28 sentyabrında məbəddə illik festival baş tutur.
Bambuk meşəsi (Kioto)
Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur. == Yerləşməsi == Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır. Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir. == Xüsusiyyətlər == Meşənin sahəsi 16 km2 təşkil edir. Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.Meşənin ortasından keçən cığır şəhərin görməli yerlərindən biridir və son illərdə tez-tez turist axınına məruz qalır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.89 dəfə / 1 mln.
2002 •••••••• 3.43
2003 ••• 1.18
2004 •••••• 2.36
2005 •••••••••••••••••••• 8.77
2006 •••••••••• 4.28
2007 ••••••• 2.96
2008 •••••••• 3.17
2009 ••••••••••••• 5.60
2010 ••••• 2.09
2011 •••••• 2.32
2012 ••• 1.20
2013 0.44
2014 •• 0.69
2015 •• 0.51
2016 •••• 1.39
2017 0.33
2018 •••• 1.35
2019 ••• 1.25
2020 ••• 0.93

Oxşar sözlər

#kioto nədir? #kioto sözünün mənası #kioto nə deməkdir? #kioto sözünün izahı #kioto sözünün yazılışı #kioto necə yazılır? #kioto sözünün düzgün yazılışı #kioto leksik mənası #kioto sözünün sinonimi #kioto sözünün yaxın mənalı sözlər #kioto sözünün əks mənası #kioto sözünün etimologiyası #kioto sözünün orfoqrafiyası #kioto rusca #kioto inglisça #kioto fransızca #kioto sözünün istifadəsi #sözlük