Dimitri Kipiani
Dmitri İvanoviç Kipiani (gürc. დიმიტრი ივანეს ძე ყიფიანი, 14 aprel (26), 1814, Mereti, Tiflis quberniyası - 24 oktyabr (5 noyabr) 1887, Stavropol, Rusiya imperiyası) - gürcü siyasətçisi, publisist, yazıçı və tərcüməçisi.
== Həyatı ==
O dövrdə artıq Rusiya imperiyasının bir hissəsi olan Mereti kəndində (Qori yaxınlığında) knyaz ailəsindən törəyən bir ailədə dünyaya gəlmişdir.
1830-cu ildə 1-ci Tiflis zadəgan məktəbini bitirib, sonra onun əsasında yaradılan gimnaziyada müəllim işləyib. 1832-ci ildə Gürcüstanın müstəqilliyi məqsədi ilə gürcü zadəganlarının çar hakimiyyətinə qarşı çevrilişdə iştirak etmışdir. Buna görə Voloqda şəhərinə sürgün edildi və burada qısa müddət qqubernator dəftərxanasında çalışmışdır.
1837-ci ildə Dmitri Kipianiyə Gürcüstana qayıtmağa icazə verildi. O, burada dövlət qulluğuna girdi və 1864-cü ilə qədər qubernatorluqda müxtəlif vəzifələrdə çalışdı. 1861-ci ildə, təhkimçiliyin ləğv etmək islahatı zamanı, Dmitri Kipianiyə Gürcü zadəganları ilə danışıqlar aparmaq və Gürcüstanda təhkimçiliyin ləğv edilməsinin şərtlərini hazırlamaq həvalə edildi. 1862-ci ildəki Kipianinin planına görə, kəndlilər torpaq almadı, ancaq torpaq sahiblərinə kirayə haqqı ödəməli oldular.