Kirena sözü azərbaycan dilində

Kirena

Yazılış

  • Kirena • 66.6667%
  • kirena • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kirena
Kirena (q.yun. Κυρήνη) — Liviyanın bugünkü Şaxxat qəsəbəsi yaxınlığında qədim Yunan və daha sonra Roma şəhəri. Bölgədəki beş Yunan şəhərinin ən qədimi və ən əhəmiyyətlisi idi. Bura Liviyanın şərqindəki Kirenaikaya müasir dövrlərə qədər saxladığı klassik adını vermişdir. Yaxınlığında Kirenanın qədim nekropolu yerləşir. Kirene Cəbəl-Axdar dağlarındakı rütubətli bir dərəyə qədər uzanır. Şəhər adını yunanlarım Apollon üçün təqdis etdiyi Kire bulağından almışdır. Şəhərdə Sokratın şagirdi Aristipp tərəfindən qurulan və eramızdan əvvəl IV əsrdə məşhur bir fəlsəfə məktəbi olan Kirena məktəbi yerləşirdi. == Tarix == === Heredota əsasən şəhərin salınması === Aesaniusun oğlu və Tira (Santorini) adasında padşah olan Qrinus Delfi oraklı Pifiyanı ziyarət edir. Pifiya ona Liviyada yeni şəhər tapmağı məsləhət görür.
Kirena (nimfa)
Kirena (yun.
Kirena məktəbi
Kirenaçılar (yun. Σχολή της Κυρήνης) — sokratçı məktəblərindən birinin ardıcılları olmuşdurlar. Onlara ilk hedonistlər də deyirlər. == Təlimləri == Kirenaçıların çoxusuna görə insan çevrəsindəki dünyanı duyğular vasitəsi ilə qavrayır (dərk edir); ona görə də duyğu qavramın əsasında duran əsas amildir. İnsana xoş gələn duyğular qəbul edilməli, gəlməyənlər isə rədd edilməlidir. İnsanın məqsədi həyatdan həzz almaq və ağrıdan çəkinməkdir. Həzz keçmiş və gələcəyə deyil, yalnız indiki mövcud zamana aid edilə bilər. Məhz, bu kimi həzzə can atılmalıdır. Keçmiş və gələcək isə bizim hökmümüzün xaricindədir. Ona görə nə keçmişdəki günahlarımızdan peşman olub üzülmək, nə də gələcəyin sınaqlarından qorxmaq lazımdır.
Kirenaika
Kirenaika — Liviyada tarixi vilayət. == Tarixi == Liviyanın şimal-şərqində e.ə VII əsrdə salınmış yunan şəhər koloniyalarından biri Kirenanın adı ilə belə adılandırılmışdır. Kirenaika e.ə VI-IV əsrlərdə Əhəmənilərin, e.ə. IV əsrdə Makedoniyalı İsgəndər, sonra Ptolomeylər dövlətinin tərkibinə daxil olmuşdur. E.ə. I əsrdə Romanın əyaləti olmuş, VI əsrdə Bizans, VII əsrdə Xilafət, XVI əsrdə Trablis işğal edildikdən sonra Osmanlı dövlətinə daxil edilmişdir. Kirenaikanın cənubu Osmanlı dövlətinə daxil deyildi. Kirenaika Osmanlı dövləti daxilində Kirenaika Sancaqlığı və Trablis bəyliyi daxilində idarə edilmişdir. Sansui sülaləsi zamanında ilk dəfə Kirenaika bayrağı olmuşdur. 1912-ci ildə İtalyanlar tərəfindən bir çox bölgələr işğal olunmuşdur.
Kirenalı Feodor
Kirenalı Feodor (yun. Θεόδωρος ὁ Κυρηναῖος; E.ə. V əsr – E.ə. IV əsr) — Liviya əsilli qədim yunan riyaziyyatçısı, pifaqorçusu; irrasional ədədlər nəzəriyyəsinin inkişafına böyük töhfələr vermişdir..
Teodorus (Kirenalı)
Kirenalı Teodorus və ya Ateist Teodor (yun. Θεόδωρος, m. ö. V – IV yüzilliklər) — qədim yunan filosofu, Kirena məktəbinin təmsilçisi. Onun barəsində Diogenes Laertius xəbər vermişdir.. == Fəlsəfəsi == Teodorus xalq arasında yayılmış tanrılar haqqında təsəvvürləri inkar etmiş, buna görə də “Ateist” adlandırılmışdır. O, bu barədə hətta “Tanrılar haqqında” kitab da yazmışdır. Onun fikrincə sevinc və kədər hissləri vardır. Birincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. Xeyir düşüncədəndir və ədalətdir, şər isə onlara əks olan hər şeydir.
Kirenaika əmirliyi
Kirenaika Əmirliyi (ərəb. إمارة برقة‎ sonradan Liviya kralı olacaq Əmir İdris tərəfindən 1949-cu il martın 1-də Böyük Britaniyanın dəstəyi ilə birtərəfli şəkildə Kirenaikanı müstəqil Sənusi əmirliyi elan etməsi ilə yaranmışdı. İdris Benqazidə keçirilən "milli konfransda" özünü Kirenaika əmiri elan edərək müstəqil dövlət qurğunu bəyan etdi. Böyük Britaniya tərəfindən tanınması Birləşmiş Millətlər Təşkilatının bu dövlətə müsbət münasibətinə göstərməsinə təsir edə bilmədi. Bununlada İngiltərə və Fransa 21 noyabr 1949-cu ildə qəbul edilmiş qətnamə ilə öz tabaçeliyində olan Tripolitaniya və Fəzzan ərazilərini yeni qurulan krallığa təhvil verməklə vahid Liviya krallığının müstəqilliyini hazırlamağa yönəldilər Nəhayət 24 dekabr 1951-ci ildə Liviya Krallığının müstəqilliyi elan edildi və dekabrın 27-də Əmir İdris bu dəfə də kral I İdris olaraq yeni qurulan dövlətin də taxtına oturduAğ ulduz və aypara simvolu olan qara bayraq İdris tərəfindən 1947-ci ildə əmir elan edildikdən sonra qəbul edilmişdir. Daha sonralar müvafiq olaraq Tripolitaniya və Fezzanı təmsil edən qırmızı və yaşıl zolaq əlavə edilməklə 1951-ci il Liviya bayrağının da əsası bu rənglər oldu.6 mart 2012-ci ildə Benqazidə keçirilən toplantıda 63 il əvvəlki hadisələri özündə əks etdirən oxşar tipli fikirlər səsləndirib və Kirenaika üçün muxtariyyət və Liviya üçün federalizm sistəmi təklif olunub. Həmin toplantıda Kral I İdrisin qohumu olan Əhməd əl-Senussi özünü Kirenaika Keçid Şurasının lideri elan edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#kirena nədir? #kirena sözünün mənası #kirena nə deməkdir? #kirena sözünün izahı #kirena sözünün yazılışı #kirena necə yazılır? #kirena sözünün düzgün yazılışı #kirena leksik mənası #kirena sözünün sinonimi #kirena sözünün yaxın mənalı sözlər #kirena sözünün əks mənası #kirena sözünün etimologiyası #kirena sözünün orfoqrafiyası #kirena rusca #kirena inglisça #kirena fransızca #kirena sözünün istifadəsi #sözlük