Kiribati sözü azərbaycan dilində

Kiribati

Yazılış

  • Kiribati • 92.0000%
  • kiribati • 8.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kiribati
Kiribati — Sakit Okeaninda yerləşən adalar dövlətidir. Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Okeaniyada bu adalar 5 milyon km² ərazidə yayılmışdır. Paytaxtı Tarava şəhəridir. Adaya ilk ayaq basan avropalı, 1606-cı ildə ispan səyyah Pedro Fernandes de Queiros olmuşdur.Bu 1837-ci ildə baş vermişdir.1979 ilin iyulun 12-də ölkə müstəqil oldu. Kiribati dilinin əlifbasında 13 hərf vardır. Ada ölkəsi 1979 -cu ildə müstəqillik qazandıqda, Kiribati ölkənin adı olaraq qəbul edildi. Bu ad, müstəqillikdən əvvəl ölkə üçün istifadə edilən Gilbert adının Kiribati tələffüzündən yaranan bir addır. Ada ölkəsi qərb-şərq istiqamətində 4567 km, şimal-cənub istiqamətində 2051 km əraziyə yayılmışdır. Ada ölkəsinin suverenliyi altında ümumi sahəsi 5,2 milyon km² -dir.
Kiribati bayrağı
Kiribati bayrağı — Kiribatinin Dövlət bayrağı
Kiribati dili
Kiribati dili (gilbert, kiribat) — mikroneziya dillərindən biri, Kiribati Respublikasının əsas dili. Ümumi sayı 102 min nəfər. == Əlifbası == 1840-cı ildən kiribati dilinin latın qrafikası əsasında əlifbası istifadə edilir. Əlifbada cəmi 13 hərf vardır: A, B, E, I, K, M, N, O, R, T, U, W və NG birləşməsi.
Kiribati dolları
Kiribati dolları (ing. Kiribati dollar) — Kiribati Respublikasının pul vahididir. Kiribati dolları Avstraliya dollarına bərabərdir. Kiribatidə qanuni ödəmə vasitəsi də Avstraliya dolları hesab olunur. == Tarixi == 1966-cı ilə qədər Gilbert və Ellis adasının koloniyasının pul dövriyyəsində avstraliya funtu əsas pul vahidi kimi istifadə olunurdu. 1966-cı ildə Avstraliya dolları koloniyanın əsas pul vahidi oldu. Gilbert adasının koloniyalarından ayrılan Kiribati 1975-ci ildə müstəqil oldu və dollar Kiribati Respublikasının 1979-cu ildə elan edilmiş pul vahidi olaraq qaldı. 1979-cu ildə şəxsi sikkələrin buraxılışı başlanmışdı. İlk buraxılış 1 və 2 sentlik tunc sikkələrdən ibarət idi. Daha sonra 5, 10, 20, 50 sentlik mis-nikel sikkələri və 1, 5 dollarlıq gümüş sikkələri tədavülə buraxıldı.
Gürcüstan–Kiribati münasibətləri
Gürcüstan–Kiribati münasibətləri — Gürcüstan Respublikası və Kiribati arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. == Əlaqələr == Gürcüstan və Kiribati 28 sentyabr 2012-ci ildə ikitərəfli münasibətlər qurmuşlar. Bu Gürcüstanın Rusiyanın bölgədəki mövcudluğuna qarşı çıxmaq üçün Sakit Okean dövlətləri ilə daha sıx əlaqələr qurmağa çalışdığı bir vaxtda baş verir. İkitərəfli münasibətlərin qurulması Gürcüstanın Baş naziri Nikoloz Qilaurinin Yeni Zelandiyaya səfərindən təxminən bir il sonra baş verir. Gürcüstan Vellinqton hökumətindən Rusiya-Gürcüstan münaqişəsində Kiribatinin Gürcüstanın tərəfinə keçmək üçün təzyiq göstərməsini tələb tələb edir.. Ölkə əlaqələri məhdud olsa da Kiribati Prezidenti Anote Tong 2013-cü ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Gürcüstan Xarici İşlər Naziri Mayya Pancikidze ilə görüşür. O zamandan bəri Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq üçün Nauru, Tuvalu və Vanuatu kimi Sakit okean dövlətlərini lobbiçilik etmək cəhdlərinə baxmayaraq, Kiribati Gürcüstanın ərazi bütövlüyünün qəti tərəfdarıdır. 2018-ci ildə Kiribati BMT-nin Gürcüstan tərəfindən Abxaziya və Cənubi Osetiyadan məcburi köçkünlərin geri dönməsinə çağıran qətnamələrinə səs verən ölkələrdən biri olur. İki ölkə arasında diplomatik əlaqələrin qurumasına baxmayaraq demək olar ki, iqtiadi əməkdaşlıq yoxdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2009 •••••••• 0.16
2010 ••••• 0.09
2011 •••• 0.09
2013 ••••••• 0.15
2016 •••••••• 0.17
2018 •••••••••••••••••••• 0.45
2019 ••••••• 0.14

Oxşar sözlər

#kiribati nədir? #kiribati sözünün mənası #kiribati nə deməkdir? #kiribati sözünün izahı #kiribati sözünün yazılışı #kiribati necə yazılır? #kiribati sözünün düzgün yazılışı #kiribati leksik mənası #kiribati sözünün sinonimi #kiribati sözünün yaxın mənalı sözlər #kiribati sözünün əks mənası #kiribati sözünün etimologiyası #kiribati sözünün orfoqrafiyası #kiribati rusca #kiribati inglisça #kiribati fransızca #kiribati sözünün istifadəsi #sözlük