Dəniz kirpiləri
Dəniz kirpiləri (lat. Echinoidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Müasir növlərindən 940-a yaxını təsnif olunub.
== Haqqında ==
Dəniz kirpiləri ofiurlardan və dəniz ulduzlarından mərkəzi diskin və qol çıxıntılarının olmamasına görə fərqlənir. Dəniz kirpiləri bir qədər sıxılmış şarşəkilli bədən formasına malikdir. Bədənin üzəri çoxlu miqdarda iynələrlə örtülmüşdür. Dəniz kirpilərində ağız oral hissənin mərkəzində yerləşir. Ağızın ətrafında yumşaq dəri ilə örtülmüş peristom hissə yerləşir. Anal dəliyi aboral hissədə, demək olar ki, mərkəzdə yerləşir . Dəniz kirpiləri skeletinin quruluşuna görə səciyyələnir .