kitabxanaçılıq-biblioqrafiya sözü azərbaycan dilində

kitabxanaçılıq-biblioqrafiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kitabxanaçılıq-biblioqrafiya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Biblioqrafiya
Biblioqrafiya — Biblioqrafiya termini Qədim Yunanıstanda meydana gəlmiş və əvvəllər "kitab yazılması" mənasını vermişdir. Yunan alimi və şairi Kollimaxinin (e.ə. 310–240) "Müxtəlif elmlərdə fərqlənənlərin hamısının və onların yazdıqları hər şeyin cədvəlləri" əsəri ilk biblioqrafik nümunə hesab olunur. Kitab çapından sonra bibloqrafiya çap əsərlərinin uçot və qeydini aparan, onları sistemləşdirən, təsvir, tövsiyə və təbliğ edən elm və əməli fəaliyyət sahəsi kimi formalaşmağa başladı. Azərbaycanda ilk biblioqrafik toplular "Kitabiyyat" adlandırılırdı. Bir sıra təkzirələr, adlar lüğətləri biblioqrafik funksiya da daşıyır. XX əsrin 10-cu illərindən başlayaraq Azərbaycanda biblioqrafiya elmi əsaslarla inkişaf edir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə vəsfül-kitab (وسفول-کیتاب) adlandırılmışdır. == Biblioqrafiyanın qolları == Karter və Barker (2010) biblioqrafiyanı kitabların sistematik siyahısı (sadə biblioqrafiya) və fiziki obyektlər kimi sistemli təsvirləri (təsviri biblioqrafiya) kimi ikitərəfli elm sahəsi kimi təsvir edir. Bu iki fərqli konsepsiya və praktikalar ayrı məzmuna malikdir və fərqli məqsədlərə xidmət edir.
Biblioqrafiya haqqında
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Hamlet İsaxanlı. Biblioqrafiya
"Biblioqrafiya. Hamlet İsaxanlı. Alim, Qurucu, Şair" kitabı — 2010-cu ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüşdür. Kitab ikidillidir, eyni məlumatlar əvvəlcə azərbaycanca, sonra isə ingiliscə verilmişdir. Azərbaycan variantında əsərlərin siyahisi orijinal dildə (azərbaycan, rus, ingilis və digər dillərdə), ingilis variantında isə hər biri ingiliscəyə tərcümədə verilmişdir. == Tərtibçidən == Bu Biblioqrafiya professor Hamlet İsaxanlının 1973–2009-cu illərdə yazdığı əsərlərini əhatə edir. Kitaba Hamlet İsaxanlının 37 il ərzində yazdığı elmi və publisistik yazıları, ölkədaxili və beynəlxalq konfranslardakı məqalə və tezisləri, redaktoru olduğu əsərlər, tərcümələri, rəhbərlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında məlumatlar daxil edilmişdir. Xarakterinden və məzmunundan asılı olmayaraq kitaba daxil edilmiş bütün materiallar dərc edildiyi dildə və xronoloji ardıcıllıqla verilmişdir. Biblioqrafiyada Hamlet İsaxanlının müxtəlif kitab, qəzet və jurnallarda dərc olunmuş yazılarının tam siyahısını təqdim etmək mümkün olmayıb. Bu, xüsusilə müəllifin riyaziyyatla əlaqədar olmayan əsərlərinə aiddir.
Kitabxana-Biblioqrafiya Təsnifatı
Bu gün Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) (rus. Библиотечно-библиографическая классификация (ББК)) — Rusiyanın milli təsnifat sistemidir. Rusiyada KBT və digər təsnifat sistemlərinin istifadəsi məlumat, kitabxanaçılıq və nəşr üçün bir sıra dövlət standartları ilə tənzimlənir. == KBT-nin qorunması (müəllif hüquqları) == 2000-ci il müqaviləsinə əsasən, KBT-nin həmmüəllifləri olan 3 kitabxana KBT-də müəllif hüquqlarına malikdir: Rusiya Dövlət Kitabxanası (RDK); Rusiya Milli Kitabxanası (RMK); Rusiya Elmlər Akademiyasının (REA) Kitabxanası.KBT-nin saxlanılması üçün əlaqələndirici federal idarələrarası mərkəz, RDK-nin bir hissəsi kimi fəaliyyət göstərən KBT-nin İnkişafına dair Tədqiqat Mərkəzidir (TM KBT). Müəllif hüququ qanununa uyğun olaraq KBT ilə əlaqəli hər hansı bir nəşr TM KBT ilə razılaşdırılmalıdır. KBT-nin baş redaktoru sənədlərin sistemləşdirilməsi və kitabxana təsnifatı sistemlərinin yaradılması sahəsində ən böyük rus mütəxəssisi — E. R. Sukiasyandır. == KBT cədvəlləri == Kitabxana təsnifatının kitabxanalarda istifadə edilməsi üçün kitab şəklində təsnifat cədvəlləri şəklində tərtib edilmişdir. Təsnifat cədvəlləri kitabxanada istifadə olunan təsnifat sisteminə uyğun olaraq kolleksiyadakı sənədləri və sistematik kataloqdakı biblioqrafik qeydləri təşkil etmək üçün təsnifat indekslərini təyin etmək üçün hazırlanmış bir təlimatdır. === KBT cədvəllər strukturu === Əsas cədvəllər Xüsusi tipik bölmələrin cədvəlləri Ümumi tipik bölmələrin cədvəlləri Alfasayısal mövzu indeksi. ==== Əsas KBT cədvəllərinin quruluşu ==== Əsas cədvəllərin birinci sırası, ikinci bölmələri, alt şöbələri təşkil edən alt şöbələrə bölünmüş yeddi şöbədən ibarətdir, sonrakı bölünmələr nəticəsində üçüncü bölmələri meydana gətirirlər və s.
Kitabxanaşünaslıq və biblioqrafiya (jurnal)
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur.2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır.18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb.Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir. Fakültənin ilk dekanı Abuzər Alı oğlu Xələfov olmuşdur. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, "Şöhrət" və "Şərəf" ordenli Abuzər Xələfov 1962–1970 və 1979–1993-cü illərdə fakültəyə rəhbərlik etmişdir. 1970–1979-cu illərdə Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Əliyev, 1993–2012-ci illərdə Əməkdar mədəniyyət işçisi, professor Xəlil İsmayılov, 2012–2020-ci illərdə dosent Azad Qurbanov dekan vəzifəsində çalışmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.51

Oxşar sözlər

#kitabxanaçılıq-biblioqrafiya nədir? #kitabxanaçılıq-biblioqrafiya sözünün mənası #kitabxanaçılıq-biblioqrafiya nə deməkdir? #kitabxanaçılıq-biblioqrafiya sözünün izahı #kitabxanaçılıq-biblioqrafiya sözünün yazılışı #kitabxanaçılıq-biblioqrafiya necə yazılır? #kitabxanaçılıq-biblioqrafiya sözünün düzgün yazılışı #kitabxanaçılıq-biblioqrafiya leksik mənası #kitabxanaçılıq-biblioqrafiya sözünün sinonimi #kitabxanaçılıq-biblioqrafiya sözünün yaxın mənalı sözlər #kitabxanaçılıq-biblioqrafiya sözünün əks mənası #kitabxanaçılıq-biblioqrafiya sözünün etimologiyası #kitabxanaçılıq-biblioqrafiya sözünün orfoqrafiyası #kitabxanaçılıq-biblioqrafiya rusca #kitabxanaçılıq-biblioqrafiya inglisça #kitabxanaçılıq-biblioqrafiya fransızca #kitabxanaçılıq-biblioqrafiya sözünün istifadəsi #sözlük