kitabça sözü azərbaycan dilində

kitabça

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kitabça • 89.9881%
  • Kitabça • 9.8927%
  • KİTABÇA • 0.1192%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bitkilərin Elmi Adının Beynəlxalq Məlumat Kitabçası
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.
Əmək kitabçası
Əmək kitabçası — işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir. == Kitabcanın forması == Əmək kitabşası 10sm x 14sm ölçüdə, üz qabığı yaşıl rəngdədir. Əmək kitabçası dörd bölmədən, üz qabığı, titul vərəqi, iş haqqında məlumat, pensiya təyin edilməsi haqqında məlumatlar bölmələrindən ibarətdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq etmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. == Azərbaycan Respublikası Əmək Məcəlləsində == Azərbaycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq hər bir şəxs əmək müqaviləsi bağlayarkən işəgötürənə digər sənədlərlə yanaşı əmək kitabçasını da təqdim etməlidir. Əmək fəaliyyətinə ilk dəfə başlayan şəxslərdən əmək kitabçası tələb olunmur. Bu şəxsləri işəgötürən əmək kitabçası ilə təmin etməlidir (işçidən əmək kitabçasının dəyəri alına bilər). Eyni zamanda məcburi köçkünlər, qaçqınlar və onlara bərabər tutulan şəxslər, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim olunmadan da əmək müqaviləsi bağlana bilər. == Əmək kitabçasının düzgün yazılması == Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin (bütün işəgötürənlər) təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda, habelə müəssisə yaratmadan işçilərlə əmək müqaviləsi bağlamış iş yerlərində, eləcə də ölkəyə məxsus olan, lakin onun hüdudlarından kənarda yerləşən digər bütün iş yerlərində əmək kitabçası tətbiq edilir və bu kitabçada müvafiq qeydiyyatlar aparılır.
Konstitusiya kitabçası böhranı
Konstitusiya atma böhranı və ya Qara Çərşənbə, Prezident Əhməd Necdət Sezərin 19 fevral 2001-ci il bazar ertəsi Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə Respublika konstitusiya kitabçasını Baş nazir Bülent Ecevitə atması ilə başlayan siyasi böhran. Qısa müddətdə ölkə bazarlarına təsir etdi və 2001-ci ildə Türkiyə iqtisadi böhranının səbəblərindən biri oldu. İqtisadi və siyasi ölçüləri ilə Respublika tarixinin “ən dərin böhranlarından biri” kimi şərh edilir və bu baxımdan “Qara çərşənbə” kimi də tanınır. Həmin gün İstanbul Birjası yüzdə 14, ertəsi gün isə yüzdə 18 dəyər itirib. Bir gecəlik faiz dərəcələri yüzdə 760-a, Xəzinədarlıq borclanma dərəcələri isə yüzdə 144-ə yüksəldi. 680.000 lirə səviyyəsində olan ABŞ dolları bir həftə ərzində 1.000.000 lirəni keçdi. Böhranın sonunda bir çox iş yerləri bağlandı və işsizlik əhəmiyyətli dərəcədə artdı. 2001-ci ilin sonunda dövlət faiz xərcləri ümumi vergi daxilolmalarının 92,3 faizinə çatmışdır. == Prezident seçkiləri prosesi == 9. Prezident Süleyman Dəmirəlin səlahiyyət müddəti bitmək üzrəykən Baş nazir Bülent Ecevit ölkədə təmin edilən siyasi sabitliyi qorumaq üçün Dəmirəlin daha bir müddətə seçilməsinə icazə verən konstitusiya dəyişikliyi təklif etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.03 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••• 1.57
2004 ••••••••• 3.03
2005 •••••••••••••• 4.72
2006 •••••••••••• 4.05
2007 •••••• 1.90
2008 ••••••••••••• 4.39
2009 •••••••••••••• 4.64
2010 ••••••••• 2.81
2011 ••••••••••••• 4.29
2012 ••••••••••••••• 4.99
2013 ••••••• 2.19
2014 •••••••••• 3.09
2015 ••••••••• 2.89
2016 •••••• 1.91
2017 ••••••••• 2.76
2018 •••• 1.20
2019 •••• 1.11
2020 •••••• 1.72

kitabça sözünün leksik mənası və izahı

  • 1 is. 1. Kiçik kitab, balaca kitab. [Pyotr] qəzetlərin arasından bir kitabça ayırıb onlara göstərdi. S.Rəhman. Gülşən xeyli fikirləşdikdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Ə.Vəliyev. 2. İçərisində mətn və yazı üçün yeri olan dəftərçə şəklində bəzi sənədlərin adı. Çek kitabçası. Əmanət kitabçası. – Əmiraslan döş cibindən əməkgünü kitabçasını çıxartdı. S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / kitabça

kitabça sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. KİTABÇA (balaca nazik kitab) Bir əlində kitabça, bir əlində yasəmən; Məhəmməd asta-asta qayıdır mədrəsədən (B.Vahabzadə); BROŞÜRA Xeyli tər töküb axtarandan sonra iyirmi-otuz səhifəlik broşüradan-zaddan bir şey tapır.. (V.Babanlı); RİSALƏ (köhn.) Çünki böyük bir məsələ barəsində fikir və rəyi iki risalə vasitəsilə bəyan etmək mümkün deyil idi (Çəmənzəminli). 2. kitabça bax bilet 2

    Azərbaycan dilinin sinonimlər lüğəti / kitabça

kitabça sözünün rus dilinə tərcüməsi

  • 1 книжка, брошюра

    Azərbaycanca-rusca lüğət / kitabça
  • 2 сущ. книжка: 1. уменьш. небольшая книга 2. в составе названий различных докуметов в виде сшитых вместе листков с каким-л. текстом и местом для дальнейших официальных отметок. Əmək kitabçası трудовая книжка, əmanət kitabçası сберегательная книжка, üzvlük kitabçası членская книжка

    Azərbaycanca-rusca lüğət / kitabça

kitabça sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. booklet; 2. (sənəd) book; çek ~sı cheque-book; hesab ~sı pay-book; əmanət ~sı savings-bank book; təqaüd ~sı pension card; ev ~sı house register

    Azərbaycanca-ingiliscə lüğət / kitabça

kitabça sözünün fransız dilinə tərcüməsi

kitabça sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гъвечӀи ктаб; 2. гъвечӀи дафтар, книжка (мес. сберкассадин, медицинадин ва мс.); 3. анат. иричарар (гирнагъдай гьайванрин пуд лагьай хук).

    Azərbaycanca-ləzgicə lüğəti / kitabça

"kitabça" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kitabça nədir? #kitabça sözünün mənası #kitabça nə deməkdir? #kitabça sözünün izahı #kitabça sözünün yazılışı #kitabça necə yazılır? #kitabça sözünün düzgün yazılışı #kitabça leksik mənası #kitabça sözünün sinonimi #kitabça sözünün yaxın mənalı sözlər #kitabça sözünün əks mənası #kitabça sözünün etimologiyası #kitabça sözünün orfoqrafiyası #kitabça rusca #kitabça inglisça #kitabça fransızca #kitabça sözünün istifadəsi #sözlük