Türk Kitabələri
Türk kitabələri – runi, uyğur, suriya və ərəb kitabələri.
Növündən asılı olaraq Türk kitabələri runi, uyğur, suriya və ərəb kitabələrinə bölünür. Runi kitabələr Macarıstandan Lenayadək geniş bir ərazini əhatə edir. Qəbirüstü abidələr üzərində ən böyük mətnlər Monqolustanda - Orxon-Yenisey, Selenqi və Tol çaylarının hövzələrində rast gəlinir. Onlar kəşf olunduğu andan (XIX əsrin sonu) Orxon kitabələri adlandırılmışdı. Gültəkinin, Bilgə xaqanın Ongin abidəsinin, Tonyukuk və Kuliqurun xatirələrinə hazırlanmış abidələr linqvistik cəhətdən qədim oğuz dillərinə aiddir. Xakasiya və Tıvada aşkar olunmuş kitabələr paleoqrafik və dil cəhətdən VI-VIII əsrlərə, arxeoloji məlumatlara görə VII-VIII əsrlərə aiddir. Yayıldığı əraziyə görə onlara Yenisey abidələri deyilir. Buradan da türk runisinə verilmiş ikinci ad Orxon-Yenisey abidələri yaranmışdır. Bu tip kitabələr Altay Respublikasında, Qırğızıstanda, Qazaxıstanda, Özbəkistanda, Çonin Sinzyan abidələrində aşkar edilmişdir.