KİV sözü azərbaycan dilində

KİV

Yazılış

  • KİV • 99.9020%
  • kiv • 0.0513%
  • Kiv • 0.0233%
  • Kİv • 0.0140%
  • kİV • 0.0093%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kiv
Kütləvi informasiya vasitələri (KİV) — informasiyanın kütləyə çatdırılması vasitəsi olub müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyi ilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqqında məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir. Kütləvi kommunikasiya anlayış baxımından bir şəxs və ya bir qrup insan tərəfindən yaranan ötürücü cihaz (medium) vasitəsilə böyük bir auditoriyaya göndərilən ismarışdır. Kütləvi informasiya vasitələri isə kütləvi kommunikasiyanı ötürmək üçün istənilən mediumdur. Dövrümüzə qədər kütləvi informasiya vasitələri müəyyən edilmiş və səkkiz KİV industriyası tərəfindən təşkil olunmuşdur: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet. İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. İlk qəzet b.e.ə. 59-cu ildə Romada nəşr olunan kağızda, əl ilə yazılmış "Günün hadisələri" adlı vərəqə idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir.
Qırğızıstanda KİV
Qırğızıstanda kütləvi informasiya vasitələri (KİV) bölgədəki qonşu ölkələrlə müqayisədə daha çox azaddır və konstitusiya mətbuat azadlığına zəmanət verir və senzuranı qadağan edir. Bununla belə, media hələ də hökumət tərəfindən məhdudlaşdırılıb. ATƏT Qırğızıstanın çap və onlayn medialarında etik normalara dair hesabat yayımlayıb. == Qəzet və jurnallar == 2003-cü ildə Qırğızıstanın 25-30 qəzet və jurnalının səkkizi dövlətə məxsus idi və dövlət nəşriyyatı Uçkun, ölkənin ən böyük qəzet nəşrçisi idi. == Televiziya və radio == Kütləvi informasiya vasitələri arasında rəqabət hökumətyönlü qəzetlərin və yayım orqanlarının ciddi dəstəyi ilə ləğv olunur. 2000-ci illərin əvvəllərində artan sayda bu cür idarələrə hökumətlə əlaqəsi olan şəxslər nəzarət edirdilər. Hazırda Qırğızıstanda hökumətin yayımları məhdudlaşdırdığı və keçmişdə müxalifətin etirazlarını nümayiş etdirən xüsusi şəbəkələri qorxutduğu və ya bağladığı 8 dövlət və 20 özəl televiziya şəbəkəsi mövcuddur. 23 FM radio stansiyası və cəmi 13 AM stansiyası var. Dövlət mediası üstünlük təşkil edir və ölkədəki siyasi mühiti nəzərə alaraq müxalifət tərəfindən özəlləşdirilməsi üçün hərəkətlər Prezident Qurmanbek Bakıyev tərəfindən əngəllənir. Şəxsi şəbəkələrin əksəriyyəti paytaxt Bişkekdə yerləşir.
Bulbophyllum kivuense
Bulbophyllum kivuense (lat. Bulbophyllum kivuense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum kivuense növü Ruanda üçün endemik növdür.
Emilia kivuensis
Emilia kivuensis (lat. Emilia kivuensis) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Eve Kivi
Eve Kivi (est. Eve Kivi 8 may 1938, Payde) — Sovet və Estoniya aktrisası. Estoniya SSR əməkdar artisti (1982). == Bioqrafiyası == 8 may 1938-ci ildə Payde şəhərində mühasib ailəsində anadan olmuşdur. V.Kinqisep adına Dövlət Akademik Dram Teatrının Teatr Studiyasını bitirib (1959). == Karyerası == 1955-ci ildən bəri bir filmlərdə çəkilmişdir. Bəzi filmlərdə Kivi-Antson (əri Ants Antson ilə evləndikdən sonra) kimi göstərilmişdir. 1968-ci il Ants Antsondan bir oğlan övladı dünyaya gətirmişdir 1982-ci ildən Tallinnfilm kinostudiyasının aktrisasıdır. Estoniyanın 2 kanalının televiziya aparıcısı kimi çalışıb. 1971-ci ildən bəri uzun illər amerikalı bard Rid Din ilə münasibətlər saxlamışdır.
Kivac (Sərab)
Kivac (fars. كيوج‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (93 ailə).
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Kivi
Kivi — Kivi meyvəsi, becərmə qrupuna aid bitkilərin və Acinidia deliciosa bitki meyvələrinin, üzüm kimi meşəli dırmaşan bitki növlərinin ümumi adı və A. deliciosa və digər Actinidia növləri arasındadır. Kiwi tərəfindən ifadə edilən cücərtilər qrupu və bu qrupdakı ən ticari baxımdan əhəmiyyətli kultivarların tam adları aşağıdakılardır: Kultivar qrupu: Actinidia deliciosa Kiwifruit qrupu Kultivar: Actinidia deliciosa 'Hayward' Kultivar: Actinidia deliciosa 'Chico' Kultivar: Actinidia deliciosa 'Saanichton 12' Kivi meyvəsi Şərqi Asiyadan (əsasən Çin) gəlir və bol C vitamini meyvələri olan çoxillik bir bitkidir. == Kivinin faydalı xüsusiyyətləri == Kivinin ən faydalı xüsusiyyəti damarları bağlayan yağların yandırılmasıdır: Lipid metabolizması pozulmuş insanlar üçün kivi lazımdır. Bu meyvə C vitamini, fol turşusu və B6 vitamini ilə zəngindir, ona görə də vitamin çatışmazlığının qarşısını almaq üçün yeyilməlidir. Kivi də kollagen istehsalını stimullaşdırır və saçların vaxtından əvvəl ağarmasının qarşısını alır. Bu meyvəni təhlükəsiz gənclik və gözəllik məhsulu adlandırmaq olar. Kivi xüsusilə hamilə qadınlar üçün dəyərlidir. Tərkibində ana və körpənin ürəyinin normal işləməsi üçün lazım olan kalium var. Dəmirin sorulmasına kömək edir, qəbizlik ehtimalını azaldır. Amma kivi kəskin mədə xəstəliyi, sitrus meyvələri alerjisi olanlar və ishala meylli insanlar üçün pəhrizdən xaric edilməlidir.
Kivi (Xalxal)
Kivi (fars. كيوي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (54 ailə).
Kivi (dəqiqləşdirmə)
Kivi
Kivi (quş)
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Kivi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Kivikimilər
Kivi (Apteryx Shaw, 1813) — Tilsizlər dəstəüstünə aid yeganə quş cinsi. Kivi uça bilmir, çünki qanadları yoxdur. Uzun dimdiyi var. Bədəninin ölçülərinə nisbətdə yumurtası böyükdür.
Kivilər
Kivilər, qanadsızlar (lat. Apterygiformes) — tilsiz quşlar dəstəsi. Qanadları zəif inkişaf etmişdir; quyruqsuzdur, ayaqları güclü, caynaqları itidir. Yumşaq lələkləri bədənini eyni dərəcədə örtür. Dimdiyi uzundur. Burun dəlikləri dimdiyinin ucundadır. Gözləri xırdadır. Kivilərin kütləsi 1,4—4 kq-a qədərdir. Kegə quşlarıdır. Yaxşı eşidir və qoxu bilir.
Kiviıli
Kiviıli (est. Kiviõli) — Estoniyanın şimali-şərqindəki İda-Virumaa bölgəsində şəhər. 1964-cü ildə Kiviıli Kohtla-Yarve şəhərinə daxil edildi və bu 1991-ci ilə kimi davam edirdi. 1991-ci ildə şəhər yenidən özünüidarəetmə hüququnu aldı. == Əhali == Şəhərin əhalisi 5,5 min nəfər təşkil edir (2012). === Əhali sayı === === Əhali üzrə milli quruluş === 2000-ci il əhali siyahıyaalma nəticəsində, ruslar əhalinin 51,22 %, estonlar — 39,45 %, finlər — 2,61 %, ukraynalılar — 2,12 % təşkil edirdi. Şəhərdə danışılan əsas dillər — rus və estondur.
Kivu
Kivu — Şərqi Afrikada, Zair (KDR) və Ruanda respublikaları sərhədində göl. Sahəsi 2,7 min km², dərinliyi 496 m-ə qədərdir. Tektonik çökəklikdə, 1460 m yüksəklikdədir. Ruzizi çayı vasitəsilə Tanqanika gölünə axarı var. Gəmiçiliyə yararlıdır. Əsas limanları və gəmi dayanacaqları: Bukavu, Qoma, Kisenyi və Şanququ. Gölün ətrafı milli parkdır. Kivu gölünü 1894-cü ildə alman səyyahı A. fon Gettsen kəşf etmişdir.
KİVDF
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ― Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır. == Haqqında == Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. === Fəaliyyət istiqamətləri === Müvafiq sahənin inkişafını təmin etmək;Müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;Müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nİzamnaməsi" ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Mari Kiviniyemi
Mari Kiviniyemi — Finlandiyanın baş naziri == Həyatı == Mari Kiviniyemi 1968-ci ildə doğulub. Fermer qızı olan Kiviniyemi ixtisasca politoloqdur. 1995-ci ildən o, Finlandiya Mərkəzi Partiyasından ölkə parlamentinin üzvüdür. 2010-cu ilin 22 iyun tarixində 115 deputatın dəstəyini alan Mari Kiviniyemi Finlandiya hökumətinin başçısı postuna təsdiqlənib. Kiviniyemi Finlandiyanın tarixində ikinci qadın baş nazirdir.
Zəviyə-i Kivi
Zəviyə-i Kivi (fars. زاويه كيوي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (20 ailə).
Sinqe Kivi
Sinqe Kivi (est. Signe Kivi; 24 fevral 1957, Tallin) — Estoniyalı tekstil rəssamı, siyasətçi və dövlət xadimi. Estoniya İslahat Partiyasının üzvü. 2019-cu ildən Estoniyanın 14-cü Riyqikoqu üzvü. Keçmiş Estoniya Konqresinin üzvü (1990–1992), Mədəniyyət Naziri (1999–2002), 9-cu və 10-cu çağırış Estoniya Riyqikoqunun üzvü (2003–2005), professor (1997–2000) və Estoniya Rəssamlıq Akademiyasının rektoru rektoru (2005–2005), Tartu İncəsənət Muzeyinin direktoru (2017–2019). Finlandiya Aslanı ordeninin Böyük Xaç Cəngavəri (2001), 4-cü dərəcəli Ağ Ulduz ordeninin cəngavəri (2004), Portuqaliyanın Fəxri Fərman ordeninin komandoru (2006), Belçika Tac Ordeninin komandoru (2008). == Bioqrafiyası == 24 fevral 1957-ci ildə Tallinndə anadan olub. Anası Estoniya Folkloru Arxivinin əməkdaşı Urve Buşman 2018-ci il üçün folklorun toplanmasına görə "xalq irsinin hər zaman incə nüanslarına diqqət yetirdiyinə görə" Prezident Mükafatına layiq görülüb. 1975-ci ildə Tallininn Pelqulinnadakı 46 saylı orta məktəbi bitirmişdir. Məktəbdə üzgüçülük, atletika, gimnastika və xalq rəqsləri ilə məşğul olur.
Lazer kivi bayrağı
Lazer kivi bayrağı (ing. Laser Kiwi flag) və ya ilkin olaraq Lazeri atın (Fire the Laser) — 2015-ci ildə Lüsi Qrey tərəfindən 2015–2016-cı illər Yeni Zelandiyada bayraq referendumları üçün təklif edilən Yeni Zelandiya bayrağı. O vaxtdan bəri dizayna davamlı maraq yaradan sosial media fenomeninə çevrilmişdir. == Bayraq == Lazer kivi bayrağı 2015-ci ildə təklif olunan Yeni Zelandiyanın bayrağı kimi Lüsi Qrey tərəfindən yaradılmışdır. O, bir axşam "Microsoft Paint"də bayraq dizaynını hazırlamışdı. Avstraliyada bir çox "ölümcül heyvanlardan" ilhamlanmış Qrey kivi ikonasını götürərək onu ölümcül heyvana çevirmişdir. Yeni Zelandiya bayraq referendumlarının birinci mərhələsində ilkin dörd seçilmiş variantın buraxılmasından sonra Qrey bu dizaynlardan "ilham almadığını" bildirmişdi, çünki bu dizaynlar onun üçün "çox məna kəsb etmirdi".Yeni Zelandiya bayraq referendumları zamanı Lazer kivi bayrağı böyük sosial media fenomeninə çevrilmiş, Con Oliver kimi komediyaçılar tərəfindən bayraq referendumunu və ümumilikdə Yeni Zelandiyanı müzakirə edən komediya proqramlarında istifadə edilmişdir. Bayraqda "Dicksonia squarrosa" və gözlərindən yaşıl lazer şüası atan kivi təsvir edilmişdir. Bayrağın təsviri belə idi ki, "lazer şüası Yeni Zelandiyanın güclü imicini əks etdirir". Komediyaçılar tez-tez zarafat edirdilər ki, əgər bayraq Yeni Zelandiyanın rəsmi bayrağı olacaqsa, bu, Yeni Zelandiyanın düşmənlərində "qorxuya" səbəb olacaq.Referendumdan sonra bayrağın populyarlığı "geri qayıdış" etmişdi, çünki o, istehlakçı məhsulu kimi geniş şəkildə əlçatan olmuş, Yeni Zelandiya daxilində və xaricində idman və ya konsertlər kimi tədbirlərdə müşahidə edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 122.91 dəfə / 1 mln.
2002 •• 13.70
2003 •••••• 57.87
2004 ••••••• 78.83
2005 •••••••••••••••••• 197.04
2006 •••••••••••••••••••• 226.36
2007 ••••••••••••••••• 183.52
2008 •••••••••••••• 153.72
2009 ••••••••••••• 138.07
2010 •••••••••••••• 158.13
2011 ••••••••••• 122.51
2012 •••••• 67.63
2013 ••••••••••• 114.80
2014 •••••••• 83.40
2015 •••••• 63.79
2016 •••••••••• 103.26
2017 ••••••••••••• 141.94
2018 •••••••••••••• 158.37
2019 •••••••••••• 132.69
2020 ••••••••• 100.78

"kiv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kiv nədir? #kiv sözünün mənası #kiv nə deməkdir? #kiv sözünün izahı #kiv sözünün yazılışı #kiv necə yazılır? #kiv sözünün düzgün yazılışı #kiv leksik mənası #kiv sözünün sinonimi #kiv sözünün yaxın mənalı sözlər #kiv sözünün əks mənası #kiv sözünün etimologiyası #kiv sözünün orfoqrafiyası #kiv rusca #kiv inglisça #kiv fransızca #kiv sözünün istifadəsi #sözlük