* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 298.07 |
2003 | ••••••••••• | 158.26 |
2004 | ••••••••••••• | 187.64 |
2005 | ••••••••••• | 157.90 |
2006 | •••••••••••• | 179.51 |
2007 | •••••••••••• | 170.83 |
2008 | ••••••••••• | 156.89 |
2009 | •••••••••••• | 167.98 |
2010 | •••••••••••• | 172.74 |
2011 | ••••••••••••• | 183.08 |
2012 | ••••••••••••• | 190.94 |
2013 | ••••••••••••• | 187.45 |
2014 | ••••••••••••••• | 220.52 |
2015 | •••••••••••• | 177.60 |
2016 | •••••••••••••• | 198.70 |
2017 | •••••••••••••••• | 227.62 |
2018 | ••••••••••••••••••• | 285.27 |
2019 | •••••••••••••••••••• | 302.24 |
2020 | •••••••••••••• | 211.38 |
1 sif. 1. Həcmcə, ölçücə balaca; xırda (böyük müqabili). Kiçik əl. Kiçik göz. Kiçik otaq. Kiçik qab. Kiçik kitab. – Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır. “Qaçaq Nəbi”. Kiçik və yoxsul daxmasının səkisi üzərində ortaboylu, sağlam, yaşlı bir adam oturmuşdu. A.Şaiq. 2. Kəmiyyətcə, sayca, miqdarca çox olmayan; az. Kiçik bölmə. Kiçik dəstə. – Beləliklə, tikintidə kiçik bir özfəaliyyət dərnəyi yarandı. İ.Əfəndiyev. 3. Azyaşlı, balaca. Evin kiçik uşağı. – Anaxanım kiçik balasını öz ana qanadları altına alıb böyütməyə başladı. A.Şaiq. Pəncərəm önündən hər səhər tezdən; Məktəbə gedirsən, a kiçik dostum! N.Rəfibəyli. // Yaşca o birindən balaca olan. Kiçik bacı. Kiçik qardaş. – İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə kiçik qızı atası heç kəsə verməyəcək… Ə.Haqverdiyev. Qoçaq və işgüzar qızlardan olduğuna [görə] qayınatası Mələkdən əl çəkməyib on üç yaşında kiçik oğluna nikah etdi. A.Divanbəyoğlu. // İs. mənasında. Böyüklə böyükdür, kiçiklə kiçik. (Məsəl). Pəncərədə üzüm var; Ana, sənə sözüm var; Qonşu oğlanlarının; Kiçiyində gözüm var. (Bayatı). Kiçiklər böyüklərin dalınca gəzir; Və həmişə başıaşağı. R.Rza. Elə bir zamandan danışıram ki, böyüklərin xatirəsində çox yaxşı qalıb, kiçiklərin isə ağlına gəlməz. S.Rəhman. □ Kiçikdən böyüyə qədər – yaşdan asılı olmayaraq; hamı. Kiçikdən böyüyə qədər bütün ailə toya gəlmişdi. 4. məc. Əhəmiyyətsiz, cüzi, yüngülvari. Kiçik bir hadisə. Kiçik bir mübahisə. Kiçik bir məsələ. – [Firidun:] Kiçik bir xata böyük bəlalar törədir. M.İbrahimov. Qoca mürəttib kiçik bir işarəyə bənddi. M.Hüseyn. 5. Vəzifəcə, rütbəcə, dərəcəcə aşağı. Kiçik elmi işçi. Kiçik zabit. – Bizim aramızda Şuşa istirahət evlərindən qayıdan işçi və kolxozçular olduğu kimi, yeddi-səkkiz nəfər gənc tələbə, bir nəfər də kiçik komandir vardı. S.Hüseyn. // İs. mənasında. Kiçiklərin böyüməsi çətin işdi; “Böyüklərin” kiçilməsi; çox asandı. M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / kiçik1 KİÇİK – BÖYÜK Nə böyüyün yerini bilirsiniz, nə kiçiyin (C.Cabbarlı). KİÇİK – YEKƏ İdealları yekə; Ürəkləri kiçik (R.Rza).
Azərbaycan dilinin antonimlər lüğəti / kiçik2 I прил. 1. маленький: 1) небольшой, незначительный по величине, по размерам. Kiçik otaq маленькая комната, kiçik həyət маленький двор, kiçik zavod маленький завод, kiçik məktub маленькое письмо 2) небольшой по количеству, немногочисленный, малочисленный. Kiçik dəstə маленький отряд, kiçik ailə маленькая семья, kiçik kollektiv маленький коллектив 3) малолетний. Kiçik (balaca) uşaqlar маленькие дети 4) перен. незначительный, небольшой, не имеющий существенного значения. Kiçik bir xahiş маленькая просьба, kiçik hədiyyə маленький подарок 2. малый: 1) небольшой по территории, площади, величине, размеру, объему, количеству и т.п. Kiçik ölçü малый размер, kiçik ölkələr малые страны, kiçik xalqlar малые народы, kiçik salon малый зал, kiçik müəssisə малое предприятие, kiçik qan dövranı анат. малый круг кровообращения, kiçik su dövranı гидрогеол. малый круговорот воды 2) незначительный по количеству единиц. Kiçik məbləğ малая сумма, kiçik itkilər малые потери 3) в составе некоторых названий и собственных имен. Kiçik Asiya Малая Азия, Kiçik Qafqaz Малый Кавказ, астр. Kiçik ayı bürcü Малая Медведица 4) только в краткой форме: мал, мала, мало, малы (меньшего, чем нужно, размера). Palto kiçikdir kimə пальто мало к ому, ayaqqabı kiçikdir ботинки малы 3. младший: 1) более молодой по возрасту сравнительно с кем-л., самый молодой по возрасту среди кого-л. Kiçik qardaş младший брат, kiçik oğul младший сын, kiçik uşaq младший ребенок 2) низкий в сравнении с более старшим по званию, должности, служебному положению. Kiçik elmi işçi младший научный сотрудник, kiçik leytenant младший лейтенант 3) начальный, низший. Kiçik siniflər младшие классы, kiçik məktəb yaşı младший школьный возраст II в знач. сущ. младший, младшая. Böyüklə böyükdür kiçiklə kiçik со старшими как старший, с младшими как младший ◊ kiçik mötərizə круглая скобка (скобка в виде дужек), kiçik hərf маленькая, строчная (не прописная, не большая) буква, kiçik tennis малый (настольный) теннис, kiçik çillə последние 20 дней во втором месяце зимы, kiçikdən böyüyə qədər от мала до велика, стар и млад; kiçik bir əmma маленькое “но”
Azərbaycanca-rusca lüğət / kiçik1 s. 1. little, small; bir-birindən ~ one smaller than other; ~ hissə the smaller / lesser part; 2. (yaşca) younger, minor, junior; ~ qardaş younger brother; (məktəbdə oxuyan iki qardaşdan balacası) junior / minor brother; O məndən iki yaş kiçikdir He is two years my junior; ~ yaşlarından from childhood; 3. (mahiyyətcə) less important; minor; pyesdə ~ bir rol a minor part in the play; 4. (vəzifəcə, rütbəcə) junior, minor; petty; ~ elmi işçi junior research worker; ~ vəzifəli şəxslər petty officials; ~ zabit (dənizçi) petty officer; 5. (xırda) minute; diminutive; ~ detallar minute details; 6. (cüzi) slight
Azərbaycanca-ingiliscə lüğət / kiçik1 sif. 1) petit, -e ; menu, -e, exigu (f exiguë) ; 2) yaşca ~ cadet, -te ; ~ qardaş frère m cadet ; 3) mahiyyətcə ~ moins important, -e ; insignifiant, -e ; 4) menu, -e ; minime ; très petit, -e ; mignon, -ne ; ~ detallar menus détails m pl
Azərbaycanca-fransızca lüğət / kiçik1 прил. 1. гъвечӀи; kiçik qardaş гъвечӀи стха; kiçik ilxı гъвечӀи рамаг; kiçik daş da baş yarar. Ata. sözü гъвечӀи къванцини кьил хада; kiçikdən böyüyə qədər гъвечӀидалай чӀехидалди, яшдилай аслу тушиз; чӀехи-гъвечӀи вири, вири; 2. куьлуь, бицӀи (мес. гъил, аял); 3. пер. еке метлеб авачир, кьуьлуь, жизви, кьезил (мес. месэла); 4. гъвечӀи (къуллугъдиз, дережадиз агъада авай); kiçik komandir гъвечӀи командир.
Azərbaycanca-ləzgicə lüğəti / kiçikhəcmcə, ölçücə xırda, balaca olan.
Azərbaycan kişi adlarının izahlı lüğəti