klarnet sözü azərbaycan dilində

klarnet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • klarnet • 96.7391%
  • Klarnet • 3.2609%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klarnet
Klarnet — nəfəslə çalınan musiqi aləti. Simfonik orkestrin tərkibinə daxil olan əsas alətlərdən biridir. == Söz açımı == Italyanca «clarinetto» - «kiçik klarina» deməkdir. Klarina isə (latınca «clarus» - aydın) XVIII əsrdə aydın, təmiz səsə malik olan yüksək registrli truba aləti idi. == Tarixçə == Klarnet ağac nəfəs alətlərindən biri olub, 1690-cı ildə Nürnberqli alman musiqi ustası İohann Xristof Denner tərəfindən ixtira olunmuşdur. Artıq XVIII əsrdən etibarən müasir təkmilləşmiş formada orkestrlərin tərkibinə daxil olmuşdur. Solo, ansambl və eləcə də simfonik orkestrin ən başlıca ağac nəfəs aləti kimi geniş tədbiq edilir. == Quruluşu və diapazonu == Silindr şəkilli boru formasındadır, birdilçəkli olub, klapanlar sistemi ilə təchiz olunmuşdur. Uzunluğu 70 sm olan borudan və qamış müştükdən ibarətdir və çoxlu sayda klapanlar vasitasilə çalınır. Onun diapazonu kiçik oktavanın «re» («re b») notundan III oktavanın «lya» - «si b» notuna qədər davam edir.
Bəhruz Zeynalov (klarnet ifaçısı)
Bəhruz Mahmud oğlu Zeynalov (24 dekabr 1926 – 25 mart 1998 Azərbaycanlı klarnet və balaban ifaçısı, bas balabanın banisi.[mənbə göstərin] == Haqqında == Bəhruz Zeynalov Asəf Zeynallı adına Musiqi məktəbində təhsil almışdır. 12 yaşında Üzeyir Hacıbəyovun qarşısında imtahan vermiş və balabanda ifa etdiyi ikinci musiqidən sonra birbaşa Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinə solist kimi qəbul edilmişdir.[mənbə göstərin] Sonralar o, Asəf Zeynallı adına Musiqi məktəbində pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bəhruz Zeynalov balabanın, zurnanın, tütəyin tarixi, quruluşu və digər məlumatları əks etdirən bir sıra yazıların müəllifidir. Azərbaycanda ilk dəfə olaraq muğamı, eləcə də dünya, şərq, xalq və bəstəkar mahnılarını balaban, zurna hətta tütək üçün belə nota almışdır.[mənbə göstərin] Bəhruz Zeynalovun Azərbaycan Dövlət Radiosunun Qızıl fondunda onlarla musiqisi saxlanılır. Bəhruz Zeynalov 1998-ci ildə Bakıda vəfat etmiş və Şağan kəndində dəfn olunmuşdur. == Mükafatları == Azərbaycan SSR Əməkdar Artisti (1982) == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səyavuş Əlizadə. Şağan və şağanlılar (Qrifli). Bakı: Nurlan. 2008. səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.63 dəfə / 1 mln.
2003 ••••• 0.79
2004 ••••••••••••••••• 2.70
2005 ••••••••• 1.35
2006 •••••• 0.90
2008 ••••• 0.73
2009 •••••••••••••••••••• 3.20
2010 ••••••••••••••••••• 2.90
2011 ••••••••••••••• 2.32
2012 ••••••••• 1.29
2013 ••••• 0.73
2014 ••••••••••••••••••• 2.92
2015 •••••• 0.85
2017 •••••••••••••••• 2.44
2018 •••••• 0.90
2019 ••••••••••••• 1.95
2020 •••••••• 1.19

klarnet sözünün leksik mənası və izahı

  • 1 [fr.] Ağacdan qayrılmış, üstündə qapaq və deşikləri olan nəfəsli musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: 1. ağacdan qayrılmış nəfəsli alətlər (fleyta, klarnet, faqot və s.)… Ə.Bədəlbəyli. Ustalardan biri tütək çalmağa başladı. Sonra o biri usta klarnetdə təzə havalar çaldı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / klarnet

klarnet sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. кларнет (деревянный духовой музыкальный инструмент, состоящий из цилиндрической трубки с клапанами и небольшим раструбом на конце). Klarnet çalmaq играть на кларнете II прил. кларнетный

    Azərbaycanca-rusca lüğət / klarnet

klarnet sözünün inglis dilinə tərcüməsi

klarnet sözünün fransız dilinə tərcüməsi

klarnet sözünün ləzgi dilinə tərcüməsi

"klarnet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#klarnet nədir? #klarnet sözünün mənası #klarnet nə deməkdir? #klarnet sözünün izahı #klarnet sözünün yazılışı #klarnet necə yazılır? #klarnet sözünün düzgün yazılışı #klarnet leksik mənası #klarnet sözünün sinonimi #klarnet sözünün yaxın mənalı sözlər #klarnet sözünün əks mənası #klarnet sözünün etimologiyası #klarnet sözünün orfoqrafiyası #klarnet rusca #klarnet inglisça #klarnet fransızca #klarnet sözünün istifadəsi #sözlük