Klaud sözü azərbaycan dilində

Klaud

Yazılış

  • Klaud • 91.6667%
  • klaud • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klaud Zid
Klaud Zid (fr. Claude Zidi; 25 iyul 1934, Paris) — fransız rejissor. Parisdə anadan olub. O, operator və daha sonra [quruluşçu operator kimi işə başlayıb və 1971-ci ildə onun rejissorluq və ssenarist debüt edilib. O, "Ən Yaxşı Rejissor" həmçinin "Ən Yaxşı Ssenari" üçün irəli sürülüb, Oskar və Sezar mükafatını qazanıb. == Filmləri == Asteriks və Obeliks Sezara qarşı (film, 1999) Əti sənin, sümüyü mənim (film, 1976) Mənim yeni qonşum (film, 1984) Dəniz qadını (film, 1971) Atların sevgisi (film, 1967) Əsl həyat (film, 1970) Qrand dayı (film, 1970) Cənablar (film, 1990) İki (film, 1989) Mənim yeni qonşum 2 (film, 1990) Hesab (film, 1991) Səhifəni izlə (film, 1997) Heyvan (film, 1977 Bənzər (film, 1983) Mən uduzmuram!
Avstriyalı Klaudye Feliçitas
Avstriyalı Klaudye Feliçitas (30 may 1653, İnsbruk – 8 aprel 1676, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun ikinci xanımı. Atası Avstriya hersoqu Ferdinand Karl, anası isə onun xanımı Anna Mediçidir. 2 övladı olsa da, hər ikisi də 1 yaşı olmadan vəfat etdi. == Mənbə == Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Koldau, Linda Maria (2005). Frauen-Musik-Kultur: ein Handbuch zum deutschen Sprachgebiet der Frühen Neuzeit. London: Böhlau. ISBN 978-3-41-224505-4 Korotin, Ilse (2016).
Fransalı Klaudye
Fransalı Klaudye (fr. Claude de France) (d. 13 oktyabr 1499 – ö. 20 iyul 1524) — Fransa kralı I Fransiskin ilk xanımı, Fransa kraliçası. O, eyni zamanda Fransa kralı XII Lüdovikin qızı idi. == Həyatı == == Mənbə == Henri Pigaillem: Claude de France : Première épouse de François Ier, mère d’Henri II. Pygmalion, 2006, 2756400386 Yves Bottineau: Georges Ier d'Amboise (1460-1510): un prélat normand de la Renaissance, Rouen, PTC, pp. 67–68. Ornato, Monique (2001). Répertoire de personnages apparentés à la couronne de France aux XIVe et XVe siècles [Directory of characters related to the crown of France in the 14th and 15th centuries]. Publications de la Sorbonne.
Klaudette Mukasakindi
Klaudette Mukasakindi (25 dekabr 1982, Nyarungenge, Ruanda) — Ruandanı təmsil edən marafonçu. Klaudette Mukasakindi Ruandanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klaudette Mukasakindi birinci dəfə Olimpiadaya 2012-ci ildə qatıldı. O, Londonda baş tutan Olimpiya Oyunlarında yarışdı və məsafəni 2 saat 51 dəqiqə 7 saniyəyə qət edərək 118 marafonçu sırasında 101-ci yeri tutdu.. Klaudette Mukasakindi növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 5 dəqiqə 57 saniyəyə qət edərək 157 marafonçu sırasında 126-cı yeri tutdu.
Klaudia Faniello
Klaudia Faniello (ing. Claudia Faniello; d. 25 fevral 1988, Kaura, Malta) — Malta müğənnisi. O, Maltanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Klaudia Faniello 25 fevral 1988-ci ildə Maltanın Kaura şəhərində anadan olmuş və orada qardaşı Fabritsio və bacısı Miriana lə birlikdə böyümüşdür. Onun atası italyandır. == Musiqi karyerası == Klaudia Faniello 12 yaşından bir çox televiziya şoularında çıxış etmiş və müxtəlif festivallarda iştirak edərək, yüksək nəticələr əldə etmişdir. O 2001-ci ildə Maltada keçirilən Talentissimi Juniors yarışmasında qələbə qazanmışdır. Bir il sonra Klaudia Malta milli orkestrinin müşaiyəti ilə Malta universitetində kimsəsiz uşaqlar üçün keçirilən konsertdə çıxış etmişdir. 2003-cü ildə müğənni qardaşı Fabritsio Faniello ilə birlikdə Aralıq dənizi festivalında çıxış etmişdir.
Klaudia Luks
Klaudia Luks (d. 24 mart 1950, Qladbek, Şimali Reyn-Vestfaliya) — IFLA Milli Komitəsinin üzvü, professor, alman kitabxanaçı. == Həyatı == Sosial elmləri araşdırmadan sonra 1985-ci ildə Boxum Rur Universitetində sinologiya sahəsində doktorluq dissertasiyasını aldı. Bundan sonra, Ali Kitabxana Xidmətində təhsilini tamamladı. Berlin Dövlət Kitabxanasının Şərqi Asiya şöbəsində işləmiş və bir sıra tədqiqat layihələrində iştirak etmişdir. 1997-ci ildə de:Zentral- und Landesbibliothek Berlin (ZLB) şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunmadan əvvəl, Senat Berlin Kitabxanasının direktoru olmuşdur. 1995-ci ildən 2004-cü ilə qədər Alman Kitabxana Assosiasiyasının idarə heyətinin üzvü olub və IFLA Milli Komitəsinin üzvüdür. 2005-ci ilin iyun ayında 2007–2009-cu illərdə IFLA prezidenti seçilmişdir. O, Aleks Birne, Qustav Hofmann və Hans-Peter Qeh-dən sonra bu vəzifəni icra edən üçüncü Alman mənsubiyyətli vətəndaş və varis olmuşdur. 2006-cı ildən Klaudia Luks Berlin Humboldt Universitetinin Kitabxana və İnformasiya Elmləri İnstitutunda fəxri professor olmuşdur.
Klaudia Mandia
Klaudia Mandia (21 oktyabr 1992, Battipaliya, İtaliya) — İtaliyalı oxatan. Klaudia Mandia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Klaudia Mandia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Amerika Birləşmiş Ştatlarının nümayəndəsi Makkenzi Brovnu ilə üz-üzə gəldi. Həmin görüşdə Klaudia Mandia rəqibinə 4:6 hesabı ilə uduzdu.
Klaudia Oktavia
Klaudia Oktavia və ya Oktavia Neron (latınca CLAVDIA•OCTAVIA) (təq. 40 və ya 39, Roma – 9 iyun 62, Ventotene, Latsio) — Roma imparatoru Neronun ögey bacısı və ilk həyat yoldaşı olan Roma imperatriçası. == Həyatı == === Ailəsi === Oktavia Roma imparatoru Klavdinin üçüncü həyat yoldaşı olan Messalinanın tək qızı. Adı imperator Avqustun böyük bacısı olan Klaudia Oktavianın nənəsi Balaca Oktavianın şərəfinə qoyulmuşdur. Qardaşı Britannikus, ögey bacısı isə Klaudia Antonia idi. === İlk illəri === Romada doğulmuşdur. Hələ kiçik qız ikən atası tərəfindən Auvqust nəslindən olan və gələcəkdə pretor olacaq Lucius Junius Silanus Torquatus ilə nişanlanmışdır. === Neronun yüksəlişi === Oktavianın anası atasına qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq 48 yaşında edam edildi. Daha sonra Klavdi Kiçik Aqrippina ilə evlənmişdir. Kiçik Aqrippinanın ilk evliliyindən Lukius Domitius Ahenobarbus (gələcək imperator Neron) adlı bir oğlu var idi.
Klaudia Verdino
Klaudia Verdino (28 noyabr 2001) — Monakolu üzgüçü. Klaudia Verdino Monakonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Klaudia Verdino birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:29.27 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Klaudia Şiffer
Klaudia Şiffer (alm. Claudia Schiffer‎; d. 25 avqust 1970) — 1990-cı illərin məşhur alman model və aktrisası. Brijit Bardota (Brigitte Bardot) bənzəməsinin məşhur olmasında böyük payı var. 500-ə yaxın jurnalın üz qabığını bəzəyən Klaudia dünyanın ən uğurlu modellərindən biridir.
Klaudio Abbado
Klaudio Abbado (26 iyun 1933[…], Milan – 20 yanvar 2014[…], Boloniya) — italyan rejissoru. == Həyatı == K. Abbado Vyana beynəlxalq bəstəkarlar müsabiqəsi, "Berlin görüşləri" kamera musiqisi festivalı və Zaslburq Milad Serialının banisi idi.
Klaudio Bravo
Klaudio Andres Bravo Munyos (isp. Claudio Andrés Bravo Muñoz; d. 13 aprel 1983) - Çili futbolçu, İspan klubun "Barselona" və Çili milli komandasının qapıçısı.
Klaudio Kano
Klaudio Kano (18 dekabr 1965 — 1 iyul 1996) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Klaudio Kano Braziliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Klaudio Kano Braziliyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Klaudio Lotito
Klaudio Lotito — İtaliyalı iş adamı və Latsio FK-nın sahibi. 2004-cü ildə Latsio FK-nın səhmlərinin əksəriyyətini əldə etdikdən sonra klubun sahibinə və prezidentinə çevrilmişdir. İtaliya futbol skandalındakı iştirakına görə Lotito 2006-cı ildə 2 il yarım müddətinə futboldan uzaqlaşdırılmışdır. Bir müddət sonra iş adamı Mauro Sarate və Rikardo Kruzun üçüncü tərəf sahibliyinə görə yenidən futbol qadağası ilə üzləşmişdir. Onun 10 aylıq cəzası isə apelyasiyadan sonra iki aya qədər azaldılmışdır.
Klaudio Merulo
Klaudio Merulo (8 aprel 1533[…] – 4 may 1604, Parma) — italyan bəstəkarı, orqançısı və müəllimi.
Klaudio Monteverdi
Klaudio Monteverdi (it. Claudio Giovanni Antonio Monteverdi; 15 may 1567[…], Kremona, Milan hersoqluğu, İspaniya imperiyası – 29 noyabr 1643[…], Venesiya, Venesiya Respublikası) — Son Renessans və Erkən Barokko dövrlərinin italyan musiqiçisi, opera bəstəkarı və müğənnisi. 1607-ci ildə yazdığı "Orfey" operası ilk böyük operalardan biri hesab edilir. == Həyatı == Ailədəki 5 uşaqdan böyüyü olan Klaudio 1567-ci ildə İtaliyanın Kremona şəhərində həkim-cərrah Baltazar Monteverdinin ailəsində dünyaya gəlmişdir. Uşaq yaşlarından etibarən Kremona kafedral kilsəsində Mark Antonio İncenyerinin yanında musiqi təhsili almışdır. 1580-ci illərin sonlarına doğru müasir üslubda dini və digər mövzulu əsərlərin yer aldığı musiqi kitabları nəşr etdirmişdir. 1591-ci ildən Mantuya hersoqu I Vinçenso Qonzaqanın (1562–1612) sarayında müğənni və viola ifaçısı kimi xidmət etməyə başlamış, 1602–1612-ci illərdə isə kapelmeyster olmuşdur. 1599-cu ildə saray müğənnisi Klaudiya Kattaneya ilə evlənmiş və bu evliliyindən üç uşağı olmuşdur, lakin onlar doğulduqdan qısa müddət sonra vəfat etmişdilər. 1607-ci ildə isə Klaudiya özü də vəfat etdi. Monteverdi, Florensiya operalarından təsirlənmişdi.
Klaudio Qomeş
Klaudio Qomeş (23 iyul 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və Fransa U-18 milli futbol komandasında müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Qomeş Fransanın Val-d'Uaz regionunun Arjantey şəhərində anadan olmuşdur. O, şəhəri təmsil edən iki yerli klubda oynadıqdan sonra 2011-ci ildə Yevro klubuna transfer olmuşdur. İki il sonra isə Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır.Qomeş futbolçu karyerasında debütünü 18 noyabr 2017-ci ildə Pari Sen-Jermen klubunun əvəzedici komandası ilə etmişdir. O, İzeyur klubuna qarşı oyunda 79-cu dəqiqədə Abdallah Yaysieni əvəz etmişdir. Milli Çempionat 2 (dördüncü liqa) görüşündə PSJ rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.25 iyul 2018-ci ildə Qomeş Mançester Siti klubu ilə müqavilə imzalamışdır. O, iyun ayında PSJ klubu ilə müqaviləsi başa çatdıqdan sonra Mançester Siti klubu ilə məşqlərə başlamışdır. Qomeş mövsüm öncəsi hazırlıq mərhələsi üçün ABŞ-yə yollanacaq heyətə daxil edilmişdir. 18 yaşı tamam olduqdan sonra isə onunla müqavilə imzalanmışdır. O, peşəkar karyerasında debütünü 5 avqust 2018-ci ildə Çelsi klubuna qarşı oyunda etmişdir.
Klaudiya Alta Conson
Klaudiya "Ledi Börd" Alta Conson (ing. Lady Bird Johnson; 22 dekabr 1912[…] – 11 iyul 2007[…], Ostin) — ABŞ-nin 36-cı Prezidenti Lindon Consonun həyat yoldaşıdır. == Həyatı == Ailənin kiçik uşağı Klaudia Alta Teylor, Luiziana sərhədi yaxınlığında, Texas ştatının Karnack şəhərində anadan olub. Atası Tomas Cefferson Teylor (1874–1960) olmuşdur. O sonralar "Ledi Bird" ləqəbəni özünə götürdü. Bu ləqəb bütün həyatı boyu əsl adını dəyişdirəcəkdir. Anasının ölümündən sonra Ledi Bird xalası Effie Pattillo tərəfindən böyüdü. Müxbir olmaq niyyəti ilə, Ledi Bird 1933-cü ildə sənət təhsili aldı və 1934-cü ildə ikinci dəfə isə müxbir olmaq üçün jurnalistika təhsilini aldı, lakin Ledi Bird Lyndon Baines Johnson adlı birisi ilə görüşdükdə onun ambisiyaları təxirə salındı. Gənc istedadlı siyasətçi Johnson ilk görüşündən çox qısa müddət sonra Lediyə onunla evlənməyi təklif etdi, ancaq Ledi Bird yalnız on həftə sonra qəbul etdi. Cütlük 17 noyabr 1934-cü ildə San Antonio, Texasda evləndi.
Klaudiya Kardinale
Klaudiya Kardinale (it. Claudia Cardinale) — İtaliya aktrisası. == Həyatı == Klaudiya Kardinale 1938-ci ildə Tunisdə anadan olmuşdur. Anası İolanda Qreko Trapanidən idisə, atası italyan idi. Onun doğma dili fransız dili idi, ona görə də rejissor Lukino Viskontinin "Leopard" filminin çəkilişləri zamanı Klaudiya Kardinale öz replikalarını ucadan səsləndirməklə öyrənirdi. Klaudiya 1957-ci ildə Tunisin ən cəlbedici italyan gözəli kimi Venesiya kinofestivalına dəvət alır. Daha sonra İtaliyanın ən şöhrətli rejissorları olan Federiko Fellini və Lukino Viskontinin filmlərində çəkilməyə nail olur. Klaudiya Kardinale 2 dəfə ailə qurmuşdur: Franko Kristaldi və Paskuale Skuityeri ilə. O, XX əsrin 80-ci illərinin sonundan Parisdə yaşamağa başlamışdır. 2008-ci ildə Şərəf Legionu ordeni ilə təltif olunmuşdur .
Klaudiya Letisiya
Klaudiya Letisiya (it. Claudia Letizia) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Klaudiya Paskual
Klaudiya Rafaela Teixeira Paskual (port. Cláudia Rafaela Teixeira Pascoal; d. 12 oktyabr 1994, Qondomar, Portuqaliya) — Portuqaliya müğənnisi. O, "O jardim" mahnısı ilə Portuqaliyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == Klaudiya Paskual 2010-cu ildə Portuqaliyada keçirilən Ídolos yarışmasında, 2013-cü ildə isə X Factor musiqi yarışmasında iştirak etmişdir. 2014-cü ildə Paskual SIC Radical telekanalında yayımlanan Curto Circuito tolk-şousunda aparıcılıq üçün keçirilən yarışmaya qatılmış və nəticədə üçüncü yerə layiq görülmüşdür. 2015-ci ildə o bir daha Ídolos yarışmasında iştirak etmişdir. 2017-ci ildə Paskual Portuqaliyanın The Voice səs yarışmasında iştirak etmiş və finaladək yüksələ bilmişdir. 2018-ci ildə Klaudiya Paskual "O jardim" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya 2018 üçün təşkil etdiyi Festival da Canção müsabiqəsində iştirak edərək, qalib gəlmiş və Portuqaliyanın ev sahibliyi etdiyi müsabiqədə ölkəni təmsil etmək hüququ əldə etmişdir. May ayında keçirilən Avroviziya finalında mübarizəyə qoşulan Klaudiya səkkizinci səhnə almışdır.
Klaudiyu Petrila
Klaudiyu Adrian Mihay Petrila (rum. Claudiu Adrian Mihai Petrila; 7 noyabr 2000) — Rumıniya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un yarımmüdafiəçisi. == Oyun tərzi == Petrila hər iki cinahda hücumameyilli yarımmüdafiəçi və ya vinger kimi çıxış edə bilər. O, tempi və driblinq bacarığı ilə tanınır.
Klaudskeyp fotoqrafiya
Klaudskeyp fotoqrafiya — səmanın və ya buludların fotoqrafiyası. İlk klaudskeyp fotoqraflardan biri belçikalı fotoqraf Leonard Misonne (1870–1943) olmuşdur. Onun şəkilləri ağ-qara idi və əsasən tutqun səmanı və qara buludları çəkməyə üstünlük vermişdir. XX əsrin ortalarında ABŞ fotoqrafı Alfred Stiqlits (1864–1946) "ekvivalentlər" adlandırılan klaudskeyp fotoşəkil seriyası (1925–1931) yaratmışdır. "Phillips Collection" veb-saytında onun əsərləri haqqında bu fikirləri bildirmişdir: "Bu şəkillərin əsasını simvolik gözəllik təşkil edir, hansı ki, əsər müəllifinin təcrübələrinin, fikirlərinin və emosiyalarının get-gedə artan abstrakt ekvivalentləri olmuşdurlar". Son dövrlərin ən məşhur klaudskeyp fotoqrafları Ralf Steyner, Robert Devis və Tzeli Hadcidimitriou hesab olunurlar. == Misallar == == İstinadlar == == Mənbələr == Davies, Robert; Christopher Bucklow; "Cloudscapes"; Lisbon (Portugal). Arquivo Fotográfico Municipal. (Lisboa, Portugal: Câmara Municipal, Cultura: Arquivo fotográfico, 1997) ISBN 972-97226-2-5 [Worldcat subject headings include "Davies, Robert" and "Photography of clouds"] Steiner, Ralph. Smith College.
Klaudio Taffarel
Klaudio Andre Mergen Taffarel (8 may 1966, Santa-Roza[d], Riu-Qrandi-du-Sul) — Qapıçı kimi oynamış braziliyalı keçmiş futbolçu. İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçı məşqçisidir. 18 illik karyerası ərzində o, həm Braziliyada, həm də Avropada beş fərqli klubda peşəkar formada çıxış edib. O, karyerasına 1985-ci ildə Braziliyanın “İnternacional” komandasında başlamış, sonra isə "Parma", "Reccina", "Atletiko Mineyro" və "Qalatasaray" komandalarının formasını geyinib. 2003-cü ildə İtaliyanın "Parma" komandasında ikinci dəfə çıxış etdikdən sonra karyerasını başa vurub. Braziliya millisinin heyətində 100-dən çox oyun keçirən Taffarel milli komanda ilə birlikdə 1994-cü il Dünya Kubokunu qazanıb. O eyni zamanda tam on il ərzində, milli komanda ilə səkkiz digər böyük beynəlxalq turnirdə iştirak edib. Braziliya milli komandası ilə 1998-ci il Dünya Kubokunda gümuş medal, 1989 və 1997-ci illərdə "Copa America"nın qızıl medalı, 1988 Yay Olimpiya Oyunlarında da gümüş medal qazanıb.
Klaudiya Qoldin
Klaudiya Deyl Qoldin (İngilis: Claudia Dale Goldin; 14 may 1946, Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı, iqtisadiyyat tarixçisi və əmək iqtisadiyyatı, həmçinin gender məsələləri üzrə mütəxəssisdir. Fəlsəfə doktoru (1972), Harvard Universitetinin professoru və Milli İqtisadi Araşdırmalar Bürosunun əməkdaşı, ABŞ Milli Elmlər Akademiyasının (2006) və Amerika Fəlsəfə Cəmiyyətinin (2015) üzvü. Tez-tez dünyanın ən nüfuzlu on qadın iqtisadçısı arasında yer alır. Əmək bazarında gender bərabərsizliyi ilə bağlı araşdırmasına görə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2023). == Həyatı == Nyu Yorkda yəhudi ailəsində anadan olub; Bronksda böyüdü, burada valideynləri – tekstil fabrikinin müdiri Leon Qoldin (1918–2011) və orta məktəb direktoru Lucille Qoldin (née Rozanskaya, 1919–2020) – qurulan yaşayış kompleksində məskunlaşdı. MetLife Parkchester sığorta şirkəti tərəfindən. Kiçik yaşlarımdan arxeoloq olmaq istəyirdim. Bronx High School of Science-də oxuyub. O, 1967-ci ildə Kornell Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bütün fənlər üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildə Çikaqo Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi və 1972-ci ildə həmin universitetdə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Onun müəllimləri arasında Alfred E. Kahn[en], Gary Becker (1992 Nobel mükafatı laureatı) və Robert Vogel (1993 Nobel mükafatı laureatı) var idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.97
2011 •• 0.09
2012 •••• 0.17

Oxşar sözlər

#klaud nədir? #klaud sözünün mənası #klaud nə deməkdir? #klaud sözünün izahı #klaud sözünün yazılışı #klaud necə yazılır? #klaud sözünün düzgün yazılışı #klaud leksik mənası #klaud sözünün sinonimi #klaud sözünün yaxın mənalı sözlər #klaud sözünün əks mənası #klaud sözünün etimologiyası #klaud sözünün orfoqrafiyası #klaud rusca #klaud inglisça #klaud fransızca #klaud sözünün istifadəsi #sözlük