klavişlər sözü azərbaycan dilində

klavişlər

Yazılış

  • klavişlər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Funksional klavişlər
Funksional klavişlər (ing. function keys) — F1, F2, F3 və s. kimi nişanlanmış və klaviaturanın sol və ya yuxarı qırağı boyunca yerləşdirilmiş on və ya daha artıq sayda klaviş dəsti; bu klavişlər ayrı-ayrı proqramlarda xüsusi əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunur. Funksional klaviş, mahiyyətcə, "qiyməti proqram" və ya bəzi hallarda istifadəçi tərəfindən müəyyənləşdirilən “proqramlaşdırılan” klavişdir. Yəni, proqramçı tərəfindən klavişə (düyməyə) xüsusi proqram tətbiq edilir. Funksional klaviş tətbiqi proqram və ya əməliyyat sistemi tərəfindən tez-tez rast gəlinən komandalar ardıcıllığını tez çağırmaq, ya da başqa bir yolla erişilməyən funksiyaya müraciət etmək üçün istifadə olunur. Belə ki, funksional klaviş (tək və ya digər klavişlərlə, məsələn, Control və ya Alt ilə kombinasiyada) verilmiş proqramın ekran arayışını çağıra bilər, kursorun yerini dəyişə bilər, xüsusi rejimi aktivləşdirə bilər və s. F1 – Kömək pəncərəsinin açılması F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması F4 – Aktiv pəncərənin bağlanması F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi F7 – Mətnin yoxlanışı F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə F9 – Word sənədinin yenilənməsi F10 – Pəncərənin menyusunun çağırışı F11 – Tam ekranlı rejimə keçid F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.
Page Up və Page Down klavişləri
Page Up və Page Down klavişləri (bəzən qısaca PgUp və PgDn) iki geniş yayılmış kompüter klaviaturalarıdır. Page Down klavişi (Page Down key) – müxtəlif proqramlarda müxtəlif funksiyaları yerinə yetirən, ancaq ən çox mətn prosessorlarında sənədi bir ekran səhifəsi qədər aşağı fırlatmaq üçün istifadə olunan klaviş. IBM PC (və onlarda münasib) klaviaturalarında Page Down klavişi rəqəm klaviaturasının "3" klavişi ilə birləşdirilib (PgDn kimi nişanlanıb) və Num Lock indikatoru sönəndə aktivləşir. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended keyboard klaviaturasında daha bir Page Down klavişi var ki, o da əsas klaviatura ilə rəqəm klaviaturası arasındakı ayrıca redaktə klavişləri qrupunda yerləşir. Page Up klavişi (Page Up key)- klaviaturada klaviş; bu klaviş müxtəlif proqramlarda fərqli funksiyaları yerinə yetirir, ancaq çox zaman mətn redaktorlarında sənədi bir ekran səhifəsi qədər yuxarıya sürüşdürür. IBM PC (və onlarla münasibət) klaviaturalarında Page Up klavişi rəqəm klaviaturasının "9" klavişi ilə birləşdirilib (PgUp kimi işarələnib) və Num Lock indikatoru sönəndə işlək olur. Genişləndirilmiş klaviaturalarda və Apple’s Extended Keyboard klaviaturasında əsas və rəqəm klaviaturalarının arasında yerləşən qrupda daha bir Page Up klavişi var.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23
2013 ••••••••••••• 0.15
2016 •••••••••••••••• 0.17

"klavişlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#klavişlər nədir? #klavişlər sözünün mənası #klavişlər nə deməkdir? #klavişlər sözünün izahı #klavişlər sözünün yazılışı #klavişlər necə yazılır? #klavişlər sözünün düzgün yazılışı #klavişlər leksik mənası #klavişlər sözünün sinonimi #klavişlər sözünün yaxın mənalı sözlər #klavişlər sözünün əks mənası #klavişlər sözünün etimologiyası #klavişlər sözünün orfoqrafiyası #klavişlər rusca #klavişlər inglisça #klavişlər fransızca #klavişlər sözünün istifadəsi #sözlük