Kley sözü azərbaycan dilində

Kley

Yazılış

  • Kley • 88.9908%
  • kley • 8.2569%
  • KLey • 1.8349%
  • KLEY • 0.9174%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kley Tompson
Kley Aleksandr Tompson - Milli Basketbol Assosasiyasına daxil olan Qolden Steyt Varrios komandasında oynayan Amerikalı oyunçudur. O, 1990-cu ilin fevral ayının 8-də anadan olub. O NBA oyunçusu Maykl Tompson oğludur. O, Vaşinqton Steyt Universitetində 3 mövsümü oyunda oynayıb. 2011-ci ildə o Qolden Steyt komandasına üzv seçilir. 2014-cü ildə komanda yoldaşı Stefen Karri ilə birlikdə NBA oynayıb. Onun ləqəbi "Splaş qardaşlar"dı. Tompson 3 dəfə NBA All Star və 2 dəfə ALL NBA üçüncü komandasında oynayıb. 2015-ci ildə Varrious komandasını NBA Çempionu oldu. Bu komanda 1975-ci ildən çempiona olmamışdır.2017-ci ilə kimi Tompson çempion olur.
Kasius Marselius Kley
Məhəmməd Əli (ing. Muhammad Ali; doğum adı Kassius Marsellus Kley, ing. Cassius Marcellus Clay) — boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən "Bütün zamanların ən böyük boksçusu" olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:"Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur". Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-də ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur, eyni zamanda şairdir. O, 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında orta ağır çəkidə (81 kq) boks yarışlarının qalibi olmuşdur. TIME jurnalının açıqladığı "Tarixin ən dahi 100 şəxsiyyəti" arasında adı olan yeganə idmançıdır. Məşhur BBC kanalının apardığı sorğulara və araşdırmalara əsasən Məhəmməd Əli Adolf Hitler, Albert Eynşteyn və Makedoniyalı İsgəndər kimi şəxsiyyətləri geridə qoyaraq bəşər tarixinin ən çox tanınan və bilinən insanı seçilmişdir. Belə ki, Məhəmməd Əlini dünyanın ən inkişaf etmiş ölkələrindən, Afrikanın ən geridə qalmış yerlərinədək hər kəs tanıyır və sevir.
Anna-Laure Kleyn
Anna-Laure Kleyn (14 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Laure Kleyn Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Cilli Kleyberq
Cilli Kleyberq ing. Jill Clayburgh, 30 aprel 1944 — 5 noyabr 2010) — ABŞ aktrisasıdır. == Həyatı == 5 noyabr 2010-cu ildə, 66 yaşında dünyasını dəyişib. O, 20 il idi xroniki limfoleykozdan əziyyət çəkirmiş. == Mükafatları == "Oskar", "Qızıl qlobus" kimi mükafatların laureatı idi.
Evald fon Kleyst
Paul Lüdviq Evald fon Kleyst (alm. Paul Ludwig Ewald von Kleist‎; 8 avqust 1881[…], Braunfels[d], Reyn əyaləti[d], Prussiya – 13 noyabr 1954, Vladimir mərkəzi həbsxanası[d]) — alman hərb xadimi, general-feldmarşal. Sovet əsirliyində ölən yeganə alman feldmarşalıdır.
Henrix Kleyst
Henrix Kleyst (1777-18111) — Alman yazıçısı. == Həyatı == Çox ağır bir həyat şəraiti keçirmişdir. Onun atası Prussiya ordusunda mayor olmuşdur. Yazıçı özüdə bu orduda xidmət etmişdir. 1799-cu ildə hərbi qulluğdan istefaya çıxmışdır. O, ölümündən sonra - XIX əsr Alman ədəbiyyatının görkəmli sənətkarı kimi dəyərləndirilmişdir.
Kelvin Kleyn (firma)
Calvin Klein – geyim və ətir firması. Firma 1968-ci ildə Nyu-Yorkda Barri Şvars və dostu Kelvin Kleyn tərəfindən yaradılıb. 1978-ci ildə Kleyn dünyada ilk dəfə cinsləri podiumda nümayiş etdirməklə və dizaynlı cinsləri satışa çıxarmaqla moda aləmində sözün həqiqi mənasında dizayn dönüşü edir. Geyimlərlə yanaşı "Calvin Klein" kişi və qadınların ürəyini riqqətə gətirən ətirləri ilə də məşhurdur. 3 dəfə "Coty" mükafatına, 4 dəfə mili "American Fashion Awards"-a layiq görülən "Calvin Klein" ən çox satılan elit parfüm və kosmetika brendi kimi tanınır. Brendin ilk ətiri 1981-ci ildə istehsal edilib. İndiyə qədər 61 adda ətir təqdim edilib.
Kleyn şüşəsi
Kleyn şüşəsi (alm. Kleinsche Flasche‎) – birağızlı, təküzlü şüşə. İlk dəfə 1882-ci ildə alman riyaziyyatçı Feliks Kleyn tərəfindən tərifi verilmiş və onun şərəfinə adlandırılmışdır. Kleyn şüşəsinin belə formada olmasının səbəbi qapalı səth olmasıdır. Buna görə də Kleyn şüşəsinin daxili səthi olmayıb, sadəcə xarici səthə malikdir. Birağızlı olduğu üçün içinə tökülən hər hansı maye yenə eyni açıqlıqdan töküləcəkdir.Möbius lenti üçölçülü şəkildə göstərilə bildiyi halda, Kleyn şüşəsi dördölçülü şəkildə göstərilir.Kleyn şüşəsinə baxarkən ona dördölçülü fəzada olan bir cismin üçölçülü fəzadakı əksi kimi baxmaq lazımdır. Yəni Kleyn şüşəsi dördölçülü fəzada mövcuddur.
Kleyr Kryan
Kleyr Kryan (d. 3 dekabr 1993) — İrlandiyalı suya tullanan. Kleyr Kryan İrlandiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Kleyr Kryan birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 240.70 xal toplayaraq 5-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə Kryan 237.05 xal toplayaraq 11-ci oldu və yarışı medalsız başa vurdu.
Kleyvarvatn
Kleyvarvatn (isl. Kleifarvatn) — Reykyanes yarımadasında yerləşən ən iri göl. Gölə yol çəkilmişdir. Yaxınlığında hətta iki geotermal mənbə vardır. Gölün maksimal dərinliyi 97 metr təşkil edir. 2000-ci ildə güçlü zəlzələdən sonra gölün sahəsi tədricən azalır. Göldə əmələ gələn çatın tam dolması nəticəsində gölün səviyyəsi 20 % qədər azalmışdır. Ancaq 2008-ci ildən isə suyun əvvəlki səviyyəsi bərpa olunur.
Leonard Kleynrok
Leonard Kleynrok (ing. Leonard Kleinrock; d. 13 iyun 1934, Nyu-York, ABŞ) — informasiya texnologiyaları və kompüter şəbəkələri sahəsində amerikalı mühəndis və alimdir. O, Mühəndislik işi Məktəbinin və Los-Anceles Kaliforniya Universitetinin tətbiqi elmlər üzrə professorudur. Kleynrok kompüter şəbəkələrinin inkişafına mühüm töhfələr verib və internetin sələfi olan ARPANET şəbəkəsinin inkişafında əhəmiyyətli rol oynayıb. == Həyatı == Leonard Kleynrok 13 iyun 1934-cü ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib. O, 1951-ci ilində Bronks Ali Elmi Məktəbini, 1957-ci ildə elektrotexnika üzrə bakalavr dərəcəsi ilə Siti kolleci bitirib. 1959-cu ildə Massaçusets Texnologiya İnstitutunda elektrotexnika və informatika üzrə magistr dərəcəsinə yiyələnib və 1963-cü ildə həmin ali məktəbdə sözügedən istiqamət üzrə doktorluq elmi dərəcəsinə layiq görülüb. Tezliklə o, Kaliforniya Universitetinin professor-müəllim heyətinə qoşulur. Kleynrok 1961-ci ildə "Böyük rabitə şəbəkələrində informasiya axını" rəqəmli rabitə şəbəkəsinə həsr edilmiş elmi işini dərc etdirir.
Lev Kleyn
Lev Samuiloviç Kleyn (rus. Лев Самуи́лович Клейн; 1 iyul 1927, Vitebsk – 7 noyabr 2019, Sankt-Peterburq) — sovet və rus tarixçisi, arxeoloq, mədəniyyət antropoloqu, filoloq, elm tarixçisi. Tarix elmləri doktoru, professor. Sankt-Peterburqdakı Avropa Universitetinin qurucularından biridir. Tələbəlik illərində, Nikolay Marrın müəllif olduğu və o vaxt hakim olan "Yafəs dilləri nəzəriyyəsini"nə qarşı çıxırdı, aspiranturaya daxil olduqdan sonra isə Kiyev Rus dövlətinin mənşəyi məsələsində Sovet arxeoloqlarının fikirlərinə hakim olan antinormanizmə qarşıydı. İyirmi il Leninqrad Universitetinin arxeologiya şöbəsində dərs keçirdi. Nəzəri arxeologiyanın əsasları üzərində işləyirdi; nəzəriyyə və tarixşünaslıq mövzularına aid işləri təkçə Sovet İttifaqında deyil, həm də Qərbdə də fəal şəkildə nəşr edilirdi. 1981-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi alimə qarşı cinayət işi başlatdı və o, məhkum edildi. 1982-ci ildə sərbəst buraxıldıqdan sonra Kleyn akademik dərəcəsindən və fəxri addan məhrum edildi, onu işə qəbul etmirdilər və dərs deməyə icazə verilmirdi. Yalnız yenidənqurma illərində xaricdə müəllimlik etməyə başladı və SSRİ-nin dağılmasından sonra Sankt-Peterburq Dövlət Universitetində professor oldu və 1997-ci ilə qədər Avropa Universitetində dərs deyirdi.
Lorens Kleyn
Lorens Robert Kleyn (ing. Lawrence Robert Klein; 14 sentyabr 1920[…], Omaha, Nebraska – 20 oktyabr 2013[…]) — amerikalı iqtisadçı və ekonometrik. 1980-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Lorens Kleyn əvvəlcə Los Anceles Şəhər Kollecində riyaziyyat üzrə təhsil almış, daha sonra isə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə təhsilini davam etdirərək 1942-ci ildə diplom almışdır. 1944-cü ildə isə Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Lorens Kleyn Çikaqo Universitetində İqtisadi Tədqiqatlar üzrə Kovles Komissiyasında işləmişdi. Burada işlədiyi müddətdə Yan Tinberqenin təkmilləşdirdiyi ilk ekonometrik modeli dəyişdirərək ABŞ iqtisadiyyatına uyğunlaşdıran Kleyn modelini yaratmışdır. Bu modelə əsaslanaraq ABŞ iqtisadiyyatında II Dünya müharibəsindən sonra iqtisadi genişlənmə olacağını doğru şəkildə təxmin etmişdir. Sonralar isə Miçiqan Universitetində Artur Qoldberqerlə birlikdə ABŞ iqtisadiyyatı üçün yeni bir ekonometrik model olan Kleyn-Qoldberqer modelini təkmilləşdirmişlər. Kleyn əvvəllər Amerika Kommunist Partiyasının üzvü və yəhudi əsilli olduğundan 1950-ci illərdə senator McKartinin diqqətini özünə cəlb eləmiş və ona Miçiqan Universitetində professorluq verilməmişdir.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. == Həyatı == === Ailəsi və həyatının ilk illəri === Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi.Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir.Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir. 1902-ci ildə isə qardaşı Emanuel infarkt keçrdikdən sonra vəfat edir. Melaniya Kleyn qardaşının ölümü ilə dərindən yaralanır.
Şarl Kleyton Denni
Şarl Kleyton Denni (d. 1883 – ö. 1971) — Amerika dermatoloqu. Denni–Marfan sindromu və Denni–Morqan təbəqəsi onun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Xarici keçidlər == Charles Clayton Dennie Who Named It?
Yuri Harold Kleyton
Yuri Harold Kleyton (29 aprel 1893[…] – 5 yanvar 1981[…], La-Hoyya[d], Kaliforniya)- Amerikalı fizik və fiziki kimyaçı. 1934-cü ildə "Ağır hidrogenin kəşfinə görə kimya üzrə Nobel mükafatına layiq görülmüşdü. Sonralar o, planetlərin təkamülünün öyrənilməsinə müraciət etdi. == Həyatı == Yuri Harold Kleyton 1893-cü il 29 apreldə Uolkertonda, (İndiana ştatında) Samuel Clayton Yuri və Cora Rebecca Reinsell ailəsində anadan olub. Onun atası, keşiş və məktəb müəllimi idi. Yuri altı yaşında olanda atası vərəm xəstəliyindən öldü və Yurinin anası evləndi. Yuri Amiş ibtidai məktəbində təhsil alıb, 14 yaşında bitirir daha sonra İndiana ştatının Kendalville Liseyində oxudu. 1911-ci ildə məzun olduqdan sonra Erlham Kollecindən müəllimlik sertifikatı aldı və İndiana ştatında kiçik bir məktəbdə dərs dedi. Daha sonra anasının yaşadığı Montanaya köçdü və orada dərs deməyə davam etdi. Yuri 1914-cü ildə Montana Universitetinə daxil oldu və burada 1917-ci ildə zoologiya üzrə bakalavr dərəcəsi aldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2005 •••• 1.35
2006 •••• 1.35
2008 •• 0.49
2009 0.16
2010 •••• 1.27
2011 •• 0.34
2012 0.26
2013 •• 0.58
2014 •• 0.51
2015 0.34
2018 0.30

kley sözünün sinonimləri (yaxın mənalı sözlər)

"kley" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kley nədir? #kley sözünün mənası #kley nə deməkdir? #kley sözünün izahı #kley sözünün yazılışı #kley necə yazılır? #kley sözünün düzgün yazılışı #kley leksik mənası #kley sözünün sinonimi #kley sözünün yaxın mənalı sözlər #kley sözünün əks mənası #kley sözünün etimologiyası #kley sözünün orfoqrafiyası #kley rusca #kley inglisça #kley fransızca #kley sözünün istifadəsi #sözlük