Klim sözü azərbaycan dilində

Klim

Yazılış

  • Klim • 77.7778%
  • klim • 16.6667%
  • KLİM • 5.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klim Voroşilov Bakıda (film, 1936)
== Məzmun == Film sabiq SSRİ Xalq Müdafiə Komissarı Kliment Voroşilovun Bakıya səfərindən və onun hərbi hissələrdə əsgərlərlə görüşlərindən danışır.
Aleksey Klimov
Aleksey Alekseyeviç Klimov (1894, Kaluqa quberniyası[d]) — İkinci Dünya müharibəsi illərində elmin inkişafındakı xidmətlərinə görə "Qafqazın müdafiəsi uğrunda", "1941–1945-ci illərdə Vətən Müharibəsi günlərində şərəfli əməyə görə" medalları ilə təltif edilmiş görkəmli etnoqraf, ölkəşünas, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat institutunun direktor müavini (1938–1940), SSRİ EA-nın Azərbaycan filialının Tarix İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsinin müdiri (1940), SSRİ EA-nın Azərbaycan filialının Tarix İnstitutunun direktoru (1940–1941), Azərbaycan Tarix Muzeyinin direktoru (1937–1938, 1948) == Həyatı == Aleksey Alekseyeviç Klimov 1894-cü ildə Kaluqa quberniyasının Spaso-Demenski kəndində xalq müəllimi ailəsində anadan olub. == Elmi fəaliyyəti == 1908–1913-cü illərdə Kaluqa real məktəbində təhsil alıb. 1913-cü ildə Sankt-Peterburqda Psixonevroloji İnstituta və eyni zamanda da Kiyev Kommersiya İnstitutunun iqtisadi şöbəsinə qəbul olunub. 1915–1917-ci illəri cəbhədə keçirib. 1919-cu ildə Suxumi kontoruna tütün hazırlanması üzrə kargüzar kimi işə qəbul olunub. 1920-ci ilin sonunda Bakıya yola düşür və "Zavaqzalnı" (Vağzal arxası) rayonunda RİTX-nin ("Resurslar, İcmallar və Təhsil Xəbərləri") müdir əvəzi təyin edildiyi Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinə gəlir. 1922–1927-ci illərdə "Bakinsiy Raboçiy" və "Zarya Vastoka" qəzetlərinin redaksiyasında işləyir. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvü olur və cəmiyyətin etnoqrafiya komissiyasında işləyir. 1925-ci ildə etnoqrafik tədqiqatlar aparmaq məqsədi ilə Azərbaycan rayonlarına səfər edir: Quba, Şamaxı, Xızı, Salyan, Göyçay, Nuxa, Qutqaşen, Bərdə, Naxçıvan, Culfa, Ordubad və b. Cəmiyyətdə işləməyə başladıqdan sonra bütün diqqətini Azərbaycan və həmsərhəd ölkələrin etnoqrafiya, etnologiya və tarixi məsələlərinin öyrənilməsinə yönəltməyə başladı.
Darya Klimina
Darya Klimina (6 sentyabr 1989) — Qazaxıstanlı biatlonçu. Darya Klimina Qazaxıstanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Klimina birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Klimina 23:47.7 saniyəlik nəticəsi ilə 87 atlet arasında 58-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Dmitri Klimoviç
Dmitri Klimoviç (belar. Дзмітрый Рамуальдавіч Клімовіч; rus. Дмитрий Климович; 9.2.1984, Minsk, Belarus SSR, SSRİ) — Belarus futbolçusu. Belarusun Belşina Bobruysk klubunun şərəfini qoruyur. == Karyera == Peşəkar karyerasına 2002-ci ildə Smena klubunda başlayıb. Növbəti il BATE Borisov klubuna keçib və 10 oyunda forma geyinib. 2004-cü ildə Torpedoya transfer olunan Dmitri burada cəmi 3 oyun keçirib və 2 qol vurub. 2005 və 2006-cı illərdə yenidən BATE-yə qayıdıb, 25 matçda iştirak edib. Son 3 mövsümdə Torpedoda top qovan Klimoviç 76 görüşdə meydana çıxıb və 6 qol vurub.2006-cı ildə BATE-nin heyətində UEFA Kubokunda oynayıb. Belarus milli futbol komandasına namizəd sayılır.
Klimaks
Klimaks və ya menopauza - orqanizmin təbii “qocalma” prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.Klimaks, klimakterik dövr – qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrüdür. Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilməsi prosesinin tədricən pozulması ilə başlayır. İlk zamanlarda yumurta hüceyrəsi özünün tam yetişkənlik səviyyəsinə çatmadığı üçün ovulyasiya da baş vermir. Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda isə aybaşı tamamilə və həmişəlik olaraq yox olur. Qadının yumurtalıqlarında yumurta hüceyrələrinin yetişdirilməsi, ovulyasiya və sarı cismin yaranması prosesi də dayanmış olur.
Klimatologiya
İqlim haqqında təlim – iqlimşünaslıq – meteorologiyanın əsas bölmələrindən biridir. İqlimşünaslığın mövzusu astronomik və fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərinin öyrənilməsidir. Bu proseslər, əsasən Günəş radiasiyasının təsiri altında yaranır. Bu radiasiya dəniz və quru səthindən istilik və rütubətin mübadiləsi nəticəsində havanın daşınmasına və dəyişməsinə səbəb olur. Qısa müddətdə atmosferdəki proseslər avtonom baş verir. Uzun zaman müddətində bu proseslər əhəmiyyətli dərəcədə istilik axınından asılı olur. Bu səbəbdən, Yer kürəsinin hər bir ərazisində proseslərin xarakteri, onların yaranma tezliyi, dəyişmə müddəti və ardıcıllığı verilmiş ərazinin en dairəsi, ilin fəsli, relyefin şəraiti, okean və qurunun paylanması kimi qlobal amillərlə təyin olunur. Yerin radiasiya rejimi, nəinki Günəş işıqlanmasının dəyişməsindən və Yer orbitinin elementlərinin tərəddüdündən asılıdır, o həmçinin geoloji keçmişdə atmosferin tərkibinin inkişafından və insan fəaliyyətindən də asılıdır. İqlimə fəal təsir göstərmək üçün, insan heç olmasa bu kompleksin tərkib hissələrindən birini dəyişsin. Hal-hazırda, artıq antropogen fəaliyyət iqlimi dəyişən əsas səbəblərdən biridir.
Klimatoterapiya
İqlim müalicəsi və ya klimatoterapiya — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.
Klimena (okeanida)
Klimena (yun. Κλυμένη) — yunan mifologiyasında mifik personaj, Okean və Tefidanın qızı, İapetin arvadı, Atlant, Prometey, Epimetey və Menetiyin anası.
Kliment Timiryazev
Kliment Arkadyeviç Timiryazev (22 may (3 iyun) 1843, Sankt-Peterburq – 28 aprel 1920, Moskva) — Təbiətşünas-darvinist rus alim. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
Kliment Voroşilov
Kliment Voroşilov (23 yanvar (4 fevral) 1881, Verxneye[d], Yekaterinoslav quberniyası[d] – 2 dekabr 1969[…], Moskva) — Sovet İttifaqı Marşalı.
Klimenti Mints
Klimenti Borisoviç Mints (rus. Климентий Борисович Минц; 21 yanvar 1908, Yekaterinburq, Perm quberniyası[d] – 22 dekabr 1995, Moskva) — sovet rejissoru və ssenari müəllifi, RSFSR əməkdar incəsənət xadimi (1989).
Pavel Klimkin
Pavel Klimkin (ukr. Павло Анатолійович Клімкін; d. 25 dekabr 1967, Kursk, SSRİ) — Ukraynalı diplomat, dövlət xadimi və Ukrayna Xarici İşlər Naziri. == Həyatı == 25 dekabr 1967-ci ildə Kurskda anadan olmuşdur. 1991-ci ildə Moskva Fizika- Texnologiya İnstitutunun Aerofizika və kosmik tədqiqat fakültəsini bitirmişdir. İlk həyat yoldaşı olan, Natalya Klimkin, Hollandiyadakı Ukraynanın birinci Səfirliyinin katibi vəzifəsində çalışır. İkinci həyat yoldaşı Marina Yuriyevna Xarici Siyasət və Avropa İnteqrasiyası Baş İdarəsinin müavini, Ukrayna Prezident Asministrasiyasının Xarici Siyasət şöbəsinin müdiri vəzifəsində çalışır.. == Elmi fəaliyyəti == 1991-1993-cü illərdə Elektrik qaynaqları İnstitutunda elmi işçi; 1993-1997-ci illərdə - üçüncü, ikinci Xarici İşlər Nazirliyinin Hərbi nəzarəti və Silahsızlanma Departementinin Xarici İşlər naziri katibi; 1997-2000-ci illərdə - Ukraynanın Almaniyadakı səfirliyinin üçüncü, elmi-texniki və siyasi məsələlər üzrə ikinci katibi; 2000-2002-ci illərdə - Xarici İşlər Nazirliyinin İqtisadi Əmakdaşlıq Departamentinin Nüvə və Enerji Təhlükəsliyi üzrə müşaviri; 2002-2004-cü illərdə Ukrayna Xarici İşlər Nazirliyinin Avropa İnteqrasiyasının Avropa Birliyi ilə İqtisadi və Sektor Əməkdaşlığı Departamentinin rəhbəri; 2004-2008-ci illərdə Böyük Britaniyanın Ukraynanın Səfirliyinin məsləhətçi-səfiri; 2008-ci il mart ayından 2010-cu ilin aprel ayına qədər - Ukrayna Xarici İşlər Nazirliyinin Avropa Birliyi Departamentinin direktoru; 2011-ci il 29 aprel - 22 iyun 2012-ci il tarixinədək Ukrayna Xarici İşlər Nazirinin müavini; 2012-ci il 22 iyundan - 2014-cü il 19 iyun Ukraynanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri ; 2014-cü il 19 iyundan Ukrayna xarici işlər naziri; 2014-cü il 24 iyundan Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü; 2015-ci ilin martında bütün Rus mətbuatı şəxsi boykot elan etdi, eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi akkreditasiyasını dayandırıldı; 2016-cı il 14 apreldə hökumət vəzifədən alındı, yeni hökumətdə Klimkin Ukraynanın Xarici İşlər Naziri vəzifəsini tutdu; 2018-ci il 2 fevral tarixində verilən, "Rheinische Post" qəzetinə verdiyi müsahibədə, Pavel Klimkin Krımda işləmək üçün Almaniyanın Volkswagen və Adidas şirkətlərinə qarşı tədbirlər hazırlamaq niyyətini açıqladı..Pavel Klimkin ukrayn, rus, fransız ingilis və alman dillərini bilir.
Pavel Klimov
Klimov Pavel Dmitriyeviç (rus. Павел Дмитриевич Кли́мов; d. 7 fevral 1920, Bakı, Azərbaycan – ö. 8 dekabr 1992, Moskva) — kiçik leytenant, Sovet İttifaqı Qəhrəmanı (24 iyul 1943) == Həyatı == Pavel Klimov 7 fevral 1920-ci ildə Bakı şəhərində doğulmuşdur. Milliyətcə rusdur. 1941-ci ildə Hərbi Dəniz Təyyarəçilik Məktəbini bitirmişdir. Bakı ŞHK-dan orduya çağırılmışdır. Qırıcı təyyarəçi Kiçik leytenant Pavel Klimov döyüşlərdə göstərdiyi igidliyə görə 24 iyul 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1959-cu ildə Baş Ştabın Akademiyasını bitirmişdir. Qvardiya polkovniki rütbəsində SSRİ Müdafiə Nazirliyində çalışmışdır.
Qustav Klimt
Qustav Klimt (alm. Gustav Klimt‎; 14 iyul 1862[…], Vyana, Avstriya-Macarıstan – 6 fevral 1918[…], Vyana, Avstriya-Macarıstan[…]) — avstriyalı simvolist rəssam və Vyana sesession cərəyanının görkəmli nümayəndələrindən biridir. Klimtin yaradıcılığı rəsm əsərləri, monumental rəsm, eskiz və başqa incəsənət növləri ilə tanınır. Klimtin əsas mövzusu qadın bədəni idi. == Həyat və yaradıcılığı == Qustav Klimt 1862-ci ildə orta təbəqədən olan Moraviya əsilli ailədə anadan olmuşdur. Atası Ernst Klimt qravüraçı və zərgər idi və çox az qazanırdı. Rəssamın uşaqlığı kasıbçılıq içində keçmişdi və o, bütün həyatı boyu ailəsinə maddi kömək etməli idi. 1876-cı ildə Klimt Vyana İncəsənət və Sənətkarlıq Məktəbinə (Kunstgewerbeschule) qəbul olur və 1883-cü ilə kimi orada memar rəssamlıq təhsili alır. Klimt asanlıqla mühafizəkar təlim prinsiplərini qəbul elədi, yaradıcılığının erkən vaxtlarının işlərini akademik kimi səciyyələndirmək olar. 1877-ci ildə atası kimi qravüraçı olmaq istəyən qardaşı Ernst də məktəbə qəbul oldu.
Svetlana Stanko-Klimenko
Svetlana Stanko-Klimenko (13 may 1976) — Ukraynalı marafonçu. Svetlana Stanko-Klimenko Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Svetlana Stanko-Klimenko birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 26 saniyəyə qət edərək 157 marafonçu sırasında 66-cı yeri tutdu.
Typhlodromus klimenkoi
Typhlodromus klimenkoi (lat. Typhlodromus klimenkoi) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus klimenkoi Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Öpüş (Qustav Klimt)
Öpüş (ing. The Kiss) — 1907-1908-ci illərdə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilmiş rəsm əsəri. “Öpüş” (The Kiss) Klimtin (Gustav Klimt) “Qızıl dövrü” (The Golden Period) adlandırılan, əsərlərində qızılı rənglər istifadə etdiyi dövrünə aid ən mükəmməl əsərlərindən biri sayılır. Qustav Klimtin qardaşı Ernst (Ernst Klimt) 1891-ci ildə Helen (Helene Flöge) ilə evlənmiş, lakin 1901-ci ildə vəfat etmişdir. Klimtin bu vəsiləylə tanıdığı Helenin bacısı Emili Luis ( Emilie Louise) bu əsərdə təsvir olunan qadındır. Bu məlumatın düzgün olub-olmadığı bilinməsə də, Klimtin Emiliyə aşiq olduğu danılmaz faktlardandır. == Təsviri == Sadə kompozisiyadan ibarət olan əsərin böyük hissəsini bir-birini qucaqlayan cütlük tutur. Kişinin qadın üzərindəki fiziki təsiri əsərdə özünü göstərir. Kişinin boynunun uzanış forması və qadını tutuşu, sahib olduğu ehtirası qadın üzərində ağalığa çevirmişdir. Cütlüyü əhatə edən qızılı rəng qədim dövrün kilsə rəsmlərində vurğunu artırmaq üçün qızılı rəngin istifadə texnikasından təsirlənmişdir.
İrina Klimenko
İrina Klimenko (d. 17 sentyabr 1995) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. İrina Klimenko, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == İrina Klimenko, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
İvanna Klimpuş-Sinsadze
İvanna Klimpuş-Sinsadze (ukr. Іванна Орестівна Климпуш-Цинцадзе) — Ukraynalı siyasətçi, Ukraynanın xalq deputatı (2019-cu ildən və 2014-2016-cı illərdə). 14 aprel 2016-cı il - 29 avqust 2019-cu il tarixləri arasında Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiya üzrə baş nazirinin müavini. VIII çağırış Ukraynanın xalq deputatı (2014-2016). == Bioqrafiya == Yaroslav və Orest Klimpuşun qızı olmuşdur. O, uşaq ikən jurnalist olmaq istəyirdi, lakin anasının təkidi ilə defektoloq-loqoped kimi təhsil almağa başlayır. 1991-1993-cü illərdə Starokiyevski rayon uşaq ərazi tibb birliyində loqoped işləyir. 1992-ci ildə Harvard Universitetinin (ABŞ) Harvard Ukrayna Tədqiqat İnstitutunun Yay Məktəbində kurs keçib. 1994-cü ildə Mixail Draqomanov adına Milli Pedaqoji Universiteti defektologiya və loqoped ixtisası üzrə bitirir. Mütəxəssis diplomu (fərqlənmə ilə) alır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2003 ••••••••••••••••••• 0.39
2012 •••••••••••••••••••• 0.43
2013 ••••••• 0.15
2014 •••••••••••••••• 0.34
2017 •••••••••••••••• 0.33
2018 ••••••• 0.15
2020 ••••••• 0.13

"klim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#klim nədir? #klim sözünün mənası #klim nə deməkdir? #klim sözünün izahı #klim sözünün yazılışı #klim necə yazılır? #klim sözünün düzgün yazılışı #klim leksik mənası #klim sözünün sinonimi #klim sözünün yaxın mənalı sözlər #klim sözünün əks mənası #klim sözünün etimologiyası #klim sözünün orfoqrafiyası #klim rusca #klim inglisça #klim fransızca #klim sözünün istifadəsi #sözlük