klimatologiya sözü azərbaycan dilində

klimatologiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • klimatologiya • 51.5152%
  • Klimatologiya • 48.4848%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klimatologiya
İqlim haqqında təlim – iqlimşünaslıq – meteorologiyanın əsas bölmələrindən biridir. İqlimşünaslığın mövzusu astronomik və fiziki-coğrafi şəraitin mürəkkəb kompleksinin təsiri altında formalaşan atmosfer proseslərinin öyrənilməsidir. Bu proseslər, əsasən Günəş radiasiyasının təsiri altında yaranır. Bu radiasiya dəniz və quru səthindən istilik və rütubətin mübadiləsi nəticəsində havanın daşınmasına və dəyişməsinə səbəb olur. Qısa müddətdə atmosferdəki proseslər avtonom baş verir. Uzun zaman müddətində bu proseslər əhəmiyyətli dərəcədə istilik axınından asılı olur. Bu səbəbdən, Yer kürəsinin hər bir ərazisində proseslərin xarakteri, onların yaranma tezliyi, dəyişmə müddəti və ardıcıllığı verilmiş ərazinin en dairəsi, ilin fəsli, relyefin şəraiti, okean və qurunun paylanması kimi qlobal amillərlə təyin olunur. Yerin radiasiya rejimi, nəinki Günəş işıqlanmasının dəyişməsindən və Yer orbitinin elementlərinin tərəddüdündən asılıdır, o həmçinin geoloji keçmişdə atmosferin tərkibinin inkişafından və insan fəaliyyətindən də asılıdır. İqlimə fəal təsir göstərmək üçün, insan heç olmasa bu kompleksin tərkib hissələrindən birini dəyişsin. Hal-hazırda, artıq antropogen fəaliyyət iqlimi dəyişən əsas səbəblərdən biridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2007 ••••••••••••• 0.21
2014 •••••••••••••••••••• 0.34
2018 •••••••••••••••••• 0.30
2019 ••••••••• 0.14

klimatologiya sözünün leksik mənası və izahı

  • 1 [yun. klima və logos] Yer kürəsinin müxtəlif sahələrinin iqlimlərini səciyyələndirən, təsnif edən, onların yayılmasını, iqlim əmələ gətirmə proseslərini və iqlimin coğrafi amillərini öyrənən elm; iqlimşünaslıq.

    Azərbaycan dilinin izahlı lüğəti / klimatologiya

klimatologiya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. климатология (наука, занимающаяся изучением климата, его формирования, географического распределения и воздействия на органическую жизнь) II прил. климатологический. Klimatologiya institutu климатологический институт

    Azərbaycanca-rusca lüğət / klimatologiya

klimatologiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. klima və logos] климатология (Ччилин шардин ччара-ччара чкайрин климатар ва яшайишдин патахъай абрун метлеб чирдай илим).

    Azərbaycanca-ləzgicə lüğəti / klimatologiya

"klimatologiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#klimatologiya nədir? #klimatologiya sözünün mənası #klimatologiya nə deməkdir? #klimatologiya sözünün izahı #klimatologiya sözünün yazılışı #klimatologiya necə yazılır? #klimatologiya sözünün düzgün yazılışı #klimatologiya leksik mənası #klimatologiya sözünün sinonimi #klimatologiya sözünün yaxın mənalı sözlər #klimatologiya sözünün əks mənası #klimatologiya sözünün etimologiyası #klimatologiya sözünün orfoqrafiyası #klimatologiya rusca #klimatologiya inglisça #klimatologiya fransızca #klimatologiya sözünün istifadəsi #sözlük