Klin sözü azərbaycan dilində

Klin

Yazılış

  • Klin • 92.3077%
  • klin • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klin
Klin — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Klin adası
Klin — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 400 m cənub-şərqdə yerləşir. Klin adasının şimalından cənuba 1 km məsafədə uzanır. Səthi hamardır. Gözlə seçilən yüksəklik yoxdur.
Alman klinikasına şəxsi səfər (film, 1988)
Alman klinikasına şəxsi səfər filmi rejissor Rasim İsmayılov tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir. Filmdə əsas rolları Ramiz Novruzov, İqor Ledoqorov, İqor Stepanov, Kazım Abdullayev, Yelena Tonunts, Liliya Makarova və Anatoli Kotenyov ifa edirlər. == Məzmun == Macəra filmi Genuya konfransının açılışı ərəfəsində gənc Azərbaycan çekistlərinin inqilabdan sonra xaricdə sığınacaq tapmış neft maqnatlarının hazırladıqları təxribatçılıq əməliyyatını necə puça çıxarmalarından bəhs edir.Bakı 1920-ci il. Fövqəladə komissiyanın gizli əməkdaşı olan mühəndis Məmməd Rüstəmov (Rasim Balayev) xüsusi tapışırıqla Berlinə göndərilir. Oğlu Tahiri (Ülvi Məmmədov) müalicə etdirmək bəhanəsilə Berlinə səfər edən mühəndis özünün və ətrafının həyatını təhlükə altında qoyur. == Filmin üzərində işləyənlər == Rejissor: Rasim İsmayılov Ssenarist: Rasim İsmayılov, Məmməd Avdiyev Operator: Teyyub Axundov Rəssam: Fikrət Əhədov Bəstəkar: Ruhəngiz Qasımova == Rollarda == Rasim Balayev — mühəndis Məmməd RüstəmovRamiz Novruzov — Baba Əliyev İqor Ledoqorov — Anton Qaberkorn İqor Stepanov — Anatoli SmelovKazım Abdullayev — Qafar Qafarov Yelena Tonunts — frau Anna Surina Liliya Makarova — TatyanaAnatoli Kotenyov — Vladimir TişkovAleksandr Arjilovski — Kulçitski Yuri Dedoviç — Aleksey PutilovAnatoli Yabbarov — BlinovKamil Zöhrabov — Rəhim Aşurbəyov Konstantin Butayev — Əbdülməcid Çermoyev Pyotr Yurçenkov — XladovŞahin Cəbrayılov — Əbilovİosif Rıklin — Gessen Boris Aleksandrov — Kovrov E. Poplavski — Karpov Ülvi Məmmədov — TahirGündüz Abbasov — Stepan LeonozovRamiz Əzizbəyli — Leon Montaşev A. ƏzimovE. Azəryar Yefim Abramov — Pavel QukasovNadir Əzməmmədov — Arşak Qukasov Filmi səsləndirənlər: Eldəniz Rəsulov - Baba Əliyev (Ramiz Novruzov)(titrlərdə yoxdur) == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı1988-ci ilin Azərbaycan filmləri1980-ci illər Azərbaycan filmlərinin siyahısı == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Bil Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bill Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bill Klinton Bulvarı
Bill Klinton Bulvarı, (alb. Sheshi Bill Clinton) — Kosovoda Priştina'da olan bir bulvardır. 1998-cu ildən 1999-cu ilə qədər olan Kosovo müharibəsindən sonra, Kosovodakı albanlar, köhnə ABŞ prezidenti Bill Klintona Yuqoslaviya hökuməti ilə mübarizələrində etdikləri kömək üçün təşəkkür etmək istədilər. 2009-cu ilin Noyabr ayının 1-də Klintonun 3 metr yüksəkliyində oln bir heykəli köhnə Kosovo prezidentinin danışdığı açılış mərasimində bulvarla birlikdə açılmışdır.Priştina'nın başqa yerlərində köhnə ABŞ prezidenti Corc Uoker Buşun adından bir mərkəzi küçə açılmışdır. Kosovoda Prizren də daxil olmaqla, prezident Vudro Vilsonun adını daşıyan küçələr, bir çox şəhərlərdə mövcuddur.
Corc Klinton
Corc Klinton — (ing. George Clinton; 26 iyul 1739-cu il — 20 aprel 1812-ci il) — ABŞ dövlət və siyasi xadimi. O Nyu-Yorkun birinci seçilmiş qubernatoru və Tomas Cefferson və Ceyms Medisonun vitse-prezidenti olub.
Corc Klinton (musiqiçi)
Corc Klinton (ing. George Clinton) — afro-amerikalı bəstəkar, vokalçı, gitaraçı. Ceyms Braun və Slay Stoun ilə birlikdə musiqi cərəyanı olan "fank"ı yaratmışdır. 1997-ci ildə Rok-n-rollun şöhrət zalına daxil edilmişdir. Corc Klinton 1968-ci ildə "Parliament" musiqi qrupunu yaratmışdır. Bu qrup erkən fankın pionerlərindən sayılır. "Parliament" əsasən nəfəs çalğı alətlərindən istifadə etmişdir. 1970-ci ildə Klinton Funkadelic musiqi qrupunu təşkil etmişdir. Bu qrup psixodelik gitara ifası üzrə ixtisaslaşmışdır. Parliament və Funkadelic fərqli musiqi şirkətləri ilə əməkdaşlıq etmişlər və üslub baxımından bir-birindən fərqlənmişlər.
Hillari Klinton
Hillari Dayan Rodham Klinton (ing. Hillary Diane Rodham Clinton, d. 26 oktyabr 1947[…], Çikaqo, İllinoys) — ABŞ siyasətçisi, 44-cü ABŞ Prezidenti Barak Obama administrasiyasında Dövlət katibi. ABŞ Demokrat Partiyasının üzvü. 2001–2009-cu illərdə Nyu-York ştatından senator, 1993–2001-ci illərdə 42-ci ABŞ Prezidenti Bill Klintonun həyat yoldaşı olaraq, ABŞ-nin birinci xanımı olmuşdur. ABŞ-də 2008-ci il prezident seçkilərində Demokrat Partiyasından prezidentliyə namizədlik kampaniyasında ("praymariz") iştirak edir və Barak Obamadan sonra ikinci nəticə əldə edir. == Erkən illəri və ailəsi == Hillari Klinton 1947-ci ildə İllinoys ştatında, Çikaqoda doğulub. Yel Universitetinin Hüquq fakültəsini 1969-cu ildə bakalavr, 1973-cü ildə isə hüquq doktoru dərəcəsi ilə bitirib. Hillari öz gələcək həyat yoldaşı Bill Klintonla da universitetdə tanış olur və onlar 1975-ci ildə evlənirlər. Bu evlilikdən Çelsi adlı qızları var.
Hüquq Klinikası
Hüquq Klinikası—Hüquq klinikası (eyni zamanda qanuni klinika və ya hüquq fakültəsi klinikası) müxtəlif müştərilərə xidmət göstərən və tez-tez hüquq fakültəsi tələbələrinə hüquqi təcrübə verən bir hüquqi yardım və ya hüquq fakültəsi proqramıdır. Klinikalar , ümumiyyətlə , klinik professorlar tərəfindən idarə olunur. Hüquq klinikaları müəyyən bir sahədə pro — bono işi aparır və müştərilərə pulsuz hüquqi xidmətlər göstərir. Hüquq klinikası Palacky Universitetində tələbələrin hüquqi yardım ofisində iş üzərində işləyərkən hüquq fakültəsi tələbələrinin praktik tədrisi metodu kimi yaranıb, lakin bu gün akademik əlaqələri olmayan pulsuz hüquqi yardımı da əhatə edir. Vəkillərə, hakimlərə və hüquqşünaslara qanunun tətbiqi — etik ölçüləri barədə praktiki bacarıqları təmin edən , akademik əlaqəsi olmayan təcrübi əsaslı hüquq klinikaları mövcuddur ki , onlar eyni zamanda pulsuz ictimai hüquqi xidmətləri də təklif edirlər. == Klinikalara ehtiyac və əhəmiyyəti == Avani Bansalın sözlərinə görə, tərəflərin vəkil tuta bilmədikləri və dövlət tərəfindən hüquqi xidmətlər göstərildiyi hallarda, bu qanuni nümayəndəliyin keyfiyyəti çox vaxt şübhə doğurur. Bu səbəbdən hüquqşünasların kasıb insanlara hüquqi məsləhət verə biləcəyi hüquq fakültələrindəki hüquqi yardım klinikaları və ya qanuni yardım klinikaları yaradılmasına ehtiyac vardır. == Məqsəd və metodlar == Tələbələr, ümumiyyətlə, araşdırma, hüquqi dəlillər hazırlamaq və müştərilərlə görüşməkdə kömək edirlər. Bir çox halda, klinikanın professorlarından biri Məhkəmə qarşısında şifahi mübahisələrdə iştirak edir. Bununla birlikdə, bir çox yurisdiksiyada hüquq klinikasında tələbələrinin məhkəməyə çıxıb mübahisə etməsinə imkan verən "tələbə təcrübəsi" qaydaları mövcuddur.
Inula klingii
Inula klingii (lat. Inula klingii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Klinik psixologiya
Klinik psixologiya şəxsin zehni, funksional və emosional əskikliklərini araşdıran psixologiya sahəsidir. Psixoterapiya metodlarından mütəmadi olaraq istifadə edən klinik psixologiya, tədqiqat, tədris və proqram inkişafı ilə əlaqəli mövzuları əhatə edir. Klinik psixologiya bir ixtisas sahəsi olaraq, fərdlər, eləcə də ailələr və fəqrli irqlərə mənsub cəmiyyət həyatının qarşılaşdığı problemləri həll etməyə çalışır. Ümumi olaraq klinik psixologiya problemləri test və ya müsahibə üsulları vasitəsilə qiymətləndirmək, diaqnoz qoymaq, həll yollarını tapmaq məqsədilə müdaxilə etmək və elmi tədqiqat sahələrini əhatə edir. Yəni, burada təhsil, tədris və məsləhət metodları ilə yanaşı, ciddi psixopatoloji müdaxilə və elmi tədqiqat sahələrindən də istifadə olunur. Bu fəaliyyətləri idarə edən şəxslər psixiatriya sahəsi üzrə müəxəssislər və klinik psixoloqlardır. == Klinik psixoloq == Türkiyədə 2014-ci ildə çıxan 1219 saylı Qanun və 29007 saylı İdarəçiliklə Səhiyyə Nazirliyinə bağlı olaraq klinik psixologiya sahəsində çalışacaq peşə mənsubları və fəaliyyətləri təyin olunmuşdur. Bu qanunla ilk dəfə olaraq psixoloq və klinik psixooqların vəzifə sahələri aydın şəkildə müəyyənləşdirilmişdir. Rəsmi qazetdə yayımlanan İdarəçilikdə "Klinik psixoloq" obyektiv ölçü vasitələri, müşahidə və müsahibə üsullarından istifadə edərək psixoloji qiymətləndirmə ilə beynəlxalq diaqnoz və təsnifat sistemlərində xəstəlik olaraq qəbul edilməyən və Səhiyyə Nazirliyinin də uyğun hesab etdiyi hallarda psixoterapiya prosedurlarını həyata keçirir. Xəstəlik olaraq qəbul edilən vəziyyətlərdə isə mütəxəssis həkimin diaqnozuna və müalicə üçün istiqamətləndirməsinə uyğun olaraq psixoterapiya metodlarını tətbiq edir.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir.Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik. Bu cərəyan vurması, suda boğulma, miokard infarktı, güclü travmalar və s.
Klinika
Klinika termini aşağıdakıları izah edir: Klinika və ya müalicəxana — xəstələrin stasionar müalicəsi ilə yanaşı tədris və elmi iş də aparılan müalicə müəssisəsi. Hüquq klinikası — ödənişsiz hüquqi xidmətlər göstərilən müəssisə. Klinika (diaqnostika) — müəyyən xəstəliklər üçün xarakterik olan klinik simptomlar və xəstənin şikayətləri kompleksi. Onun əsasında ilkin və ya son diaqnoz vermək olur.
Kliniki depressiya
Depressiya ən geniş yayılmış psixi pozuntudur. Əldə olan məlumatlara görə hər beş nəfərdən biri ömründə heç olmasa bir dəfə depressiya ilə xəstələnir. Adi emosional dəyişikliklərdən fərqli olaraq depressiyada əhvali-ruhiyyənin enməsi və digər emosional pozuntular xəstəlik fonunda olur və bir sıra hallarda müxtəlif səbəblərə görə meydana çıxır. Depressiya diaqnozu XBT-10 (Xəstəliklərin Beynəlxalq Təsnifatı — 10-cu buraxılış) diaqnostik kriterilərinə əsasən müəyyənləşdirilir. Depressiyanı təyin etmək üçün həmçinin özünüqiymətləndirmə depressiya testləri də istifadə edilir. İnsanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır, Ancaq bu hüznlü vəziyyətin uzanması və qeyri müəyyən səbəblə ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edir. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Kliniki mühəndislik
Müxtəlif təşkilatlarda (universitetlər, xəstəxanalar, dövlət və sənaye və s.) səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün mühəndislik perspektivlərinin, üsul və metodlarının tətbiqi. == Tədqiqat sahələri == Üçüncü sahədəki işlər çox sürətli bir inkişaf göstərməkdədir. Klinik mühəndis, klinik qrupun bir parçasını təşkil edir. Klinik mühəndislərin vəzifələri aşağıdakı kimi ümumiləşdirilə bilər: - Xəstəxana işçilərinin prosedurların müəyyənləşdirilməsinə, cihazların seçilməsinə və nəzarətinə kömək etmək; - Qeyri-kommersiya məqsədləri üçün elektron cihazların həyata keçirilməsi; - Cihazların işləməsinə nəzarət və kalibrləmə üçün üsullar inkişaf etdirmək; - Təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq; - Həyat dəstək sistemlərinin idarə edilməsi; - Xəstəxanalarda istifadə edilməyə başlanan kompüter və avtomatlaşdırma mərkəzləri üçün məsuliyyət daşıyır . Xəstəxanalarda kompüterlər çox müxtəlif məsələlərin həllində istifadə edilməkdədir. Bu məsələlər arasında klinik kimya laboratoriyaları, reanimasiya modulları, əməliyyatxana və elektrokardioqram laboratoriyaları kimi klinik laboratoriyaları, laboratuvar hesabatlarının təşkil edilməsi, xəstələrin tariflərinin və ödənişlərinin müəyyən edilməsi, klinikadakı elektron qurğuların idarəsi kimi inzibati işlər, tədqiqat və profilaktik səhiyyə xidmətləri üçün məlumatların saxlanması kimi inzibati işlər daxildir.
Klinoptilolit
Klinoptilolit — təbii seolitlərdən ibarət olub, silisium və alüminium tetraedrnin mikroskopik düzülüşündən ibarətdir. Bu kompleksin formulu (Na, K, Ca)2-3Al3(Al,Si)2Si13O36· 12H2O-dur. Adı Yunan dilindəki klino (κλίνω; "maili"), ptylon (φτερών; "lələk") və lithos (λίθος; "daş") sözlərindən götürülmüşdür. == Tərkibi == Mousun sərtlik şkalası üzrə 3.5–4 və xüsusi kütləsi 2.1–2.2-dir. Molekulyar kütləsi 2,703.72 qm-dır. Klinoptilolit əsasən tuflarda vulkanik şüşələrin devitrifikation məhsulu kimi və bazalt, andezit, riolitlərdə qabarcıq şəklində əmələ gəlir. O 1969-cu ildə müəyyən olunub. O heylanditlə seriyalar əmələ gətirir: Klinoptilolit-Ca – heylandit-Ca bərk məhlul sırası; Klinoptilolit-K – heylandit-Ca bərk məhlul sırası; Klinoptilolit-Na – heylandit-Ca bərk məhlul sırası; == İstifadəsi == Klinoptilolitdən sənayedə və ion dəyişkənliyi xüsusiyyətindən elmi işlərdə istifadə olunur. Onun bu yüksək dəyişkənlik xüsusiyyəti ammoniuma (NH4+) görədir. Bunun tipik nümunəsi onun enzim əsaslı karabamid sensorunda istifadəsidir.
Klinoves dağı
Klinoves (çex. Klínovec, alm. Keilberg‎) — Ore dağlarıın ən hündür zirvəsi. Saksoniya ilə Çexiya sərhəddindən bir qədər aralıda yerləşir. Hündürlüyü 1 243,7 metrdir.
Klinoxlor
Klinoxlor (Mg, Fe2+)5 Al (Si3 Al) O10 (OH)8 — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Kemmererit mineralın xromlu (~ 2 % Cr2O3), leyxtenbergit isə azdəmirli növ müxtəliflikləridir. == Xassələri == Rəng – müxtəlif çalarlı yaşıl, sarı, çəhrayımtıl-ağ, ağ, bənövşəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – yağlı, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – yarımşəffaf, nazik vərəqlərdə şəffaf; Sıxlıq – 2,5–2,7; Sərtlik – 2–2,5; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {001} üzrə tam mükəmməl; Morfologiya – kristallar: lövhə şəkilli, çəlləkvari; İkiləşmə: xlorit və mika qanunları üzrə; Mineral aqreqatları: pulcuqlu, gizlipulcuqlu, bəzən torpaqvari kütlələr, vərəqlər, süxur boşluqlarında – druzalar. == Mənşəyi və yayılması == Metamorfik mənşəli klinoxlor xlorit şistlərinin tipik əsas süxurəmələgətirən mineralıdır. Habelə alp tipli damarlarda, skarnlarda, kolçedan və mis-nikel yataqlarının filizyanı dəyişilmiş süxurlarında, mineralın xromlu əmələgəlmələri isə dəyişilmiş hiperbazitlərdə və xromit yataqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: epidot, diopsid, qranat, vezuvian, kalsit. Mineralın tapıldığı yerlər: Saranov və Axmatov yataqları, Nazyam dağları (Rusiya); Sermatt (Avstriya); Tirol, Binnental (İsveçrə); Kop-Krom mədəni (Türkiyə); Bryuster (ABŞ) və b. Azərbaycanda klinoxlor və onun azdəmirli növ müxtəlifliyi olan leyxtenbergit skarn tipli Daşkəsən dəmir filizi yatağında, mineralın xromlu növ müxtəfliyi – kemmererit isə Göydərə xromit və Ağqaya civə yataqlarında aşkar edilmişdir. == Tətbiqi == Geniş miqyasda yayıldıqları halda xlorit şistləri kağız sənayesində istifadə edilir.
Klinqon dili
Klinqon dili (kli. tlhIngan Hol) – "Ulduz yolu" kainatında uydurma xalq klinqonlar tərəfindən danışılar uydurma və süni dil. Klinqon dili üçün 25 hərfdən ibarət əlifbadan istifadə olunur. Rəqəmlər üçün də ayrı işarələr var."Ulduz yolu"nun orijinal seriyasında klinqonlar insanlardan fərqli görünmürdülər və mədəniyyətləri kifayət qədər aydınlaşdırılmamışdı. Daha sonrakı serial və filmlərdə klinqonlar inkişaf etdirildi. Klinqon mədəniyyəti, tarixi, incəsənəti, mətbəxi, dini və dili ortaya çıxarıldı. == Tarixi == 1980-ci illərin ortalarında Ulduz yolu prodüserləri film üçün vulkanca dialoq yazdırmağa peşəkar dilçi axtararkən təsadüfən Paramount büfetindən dostu ilə nahar edən Mark Okrandla qarşılaşırlar. Mark Okrand onların təklifi qəbul edib layihəyə qoşulur. Okrand növbəti film üçün klinqon dialoqu yazmağa çağırılanda Okrand dil üzərində ciddi şəkildə işləməyə qərar verir və zəngin söz ehtiyatına və mürəkkəb qrammatika malik klinqon dilini inkişaf etdirir. 1985-ci ildə o, içərisində 250.000 söz olan klinqon lüğəti nəşr etdirir.
Klint Barton
Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır. IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur. == Bioqrafiya == === İlk illəri === Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə işləməklə başlamışdır. Qılınc-adam və Trik Şot kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.
Klint Hokinq
Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir. Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir.
Klint Mensell
Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi. == Karyera == Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir. 1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı. Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Klint İstvud
Klint İstvud (ing. Clinton Elias Eastwood, Jr.; d. 31 may 1930, San-Fransisko, Kaliforniya, ABŞ) — məşhur ABŞ kinoaktyoru və rejissoru. O, 55-dən artıq filmdə çəkilmiş, 4 Oskar və 3 Qızıl Qlobus mükafatına layiq görülmüşdür. 1960-cı illərin ortalarında Serco Leonenin spagetti vestern janrındakı filmlərində ifa etdiyi rollar sayəsində dünya şöhrəti qazanmışdır.
Klivlend Klinikası
Klivlend Klinikası — ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana. == Haqqında == Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir. Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir.Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s. == Heydər Əliyev və Klivlend Klinikası == Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır. 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir.Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi. Səhhətinin pisləşməsi nəticəsində H. Əliyev iyulun 8-də tibbi müayinədən keçmək üçün Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına, avqustun 6-da isə müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə yola düşdü. 2003-cü ilin oktyabrında o, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və Klivlend Klinikasında səs vermişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2010 •••••••••••••• 0.36
2016 •••••••••••••••••••• 0.52
2020 •••••••••••••••• 0.40

"klin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#klin nədir? #klin sözünün mənası #klin nə deməkdir? #klin sözünün izahı #klin sözünün yazılışı #klin necə yazılır? #klin sözünün düzgün yazılışı #klin leksik mənası #klin sözünün sinonimi #klin sözünün yaxın mənalı sözlər #klin sözünün əks mənası #klin sözünün etimologiyası #klin sözünün orfoqrafiyası #klin rusca #klin inglisça #klin fransızca #klin sözünün istifadəsi #sözlük