Kliv sözü azərbaycan dilində

Kliv

Yazılış

  • Kliv • 86.6667%
  • kliv • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kliv Qrendjer
Kliv Qrendjer (ing. Sir Clive William John Granger; 4 sentyabr 1934 – 27 may 2009) — Uelsli iqtisadçı. 2003-cü ildə Robert İnqlla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Əsərlər == Granger, C. W. J. (1966). "The typical spectral shape of an economic variable". Econometrica 34: 150-161. Granger, C. W. J. (1969). "Investigating causal relations by econometric models and cross-spectral methods". Econometrica 37: 424—438. Granger, C. W. J. ve Bates, J. (1969).
Böyük üçlük (Klivlend Kavalers)
Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron Ceyms və Kevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər. Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi. Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.
Frensis Klivlend
Frensis Klivlend (ing. Frances Clara Folsom Cleveland Preston; 21 iyul 1864[…], Buffalo, Nyu-York ştatı – 29 oktyabr 1947[…], Baltimor, Merilend) — ABŞ siyasətçisi, 23-cü Prezidenti Qrover Klivlendin (1886–1908) həyat yoldaşı. Ən cavan ABŞ ledisidir. 2 dəfə olaraq ABŞ ledisi seçilmişdir. Qrover Klivlendin vəfatından sonra Tomas Preston (1913–1947) ilə ailə həyatı qurmuşdur. Ondan uşağı yoxdur. 1939–1945-ci illərdə müharibə vaxtında kasıblar üçün geyim toxuyurdu. Vəfat edən zaman 1-ci həyat yoldaşının yanında dəfn edilmişdir.
Klivaj
Klivaj (ing. cleavage–parçalanma), Sedgwick, 1835 - süxurların kip paralel səthlər üzrə lövhəcik və prizma şəklində parçalanma xüsusiyyəti. Bu səthlər laylanmanı kəsir, ya da ona uyğun olur. Klivaj uzunsov mineralların bir-birinə nisbətən paralel səmtlənməsi və ya səmtlənmədən asılı olmayan paralel çatlar şəbəkəsinin hesabına əmələ gəlir və bir çox hallarda süxurların həqiqi təbəqəliliyini (laylanmanı) pərdələyir. Şarp (Sharpe, 1849) şistləşməni klivaj bir növü kimi qəbul edir və onu süxur hissəciklərinin sıxılma qüvvələrinə perpendikulyar istiqamətdə kipləşməsi ilə əlaqələndirir. Klivaj üçün müxtəlif təsnifatlar irəli sürülmüşdür (Foumarier, 1937; Belousov,1947 və b.). Hazırda axın klivaj, tektonik klivaj, qopma klivaj və başqa növlər məlumdur. Böyük Qafqazın cənub yamacında klivaj yura və təbaşirin filiş çöküntülərində geniş inkişaf etmişdir. == Həmçinin bax == Süxurlar Mineral Böyük Qafqaz Yura dövrü Təbaşir dövrü == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Klivden Orta Məktəbi
Klivden Orta Məktəbi (ing. Cleveden Secondary School) — Şotlandiyanın Qlazqo şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 1973-cü ildə Qlazqo orta qız məktəbi həmin binada qızlar və oğlanları qəbul etməyə başladı və 1975-ci ildə Klivden Orta Məktəbi kimi fəaliyyət göstərməyə başladı. 1998-ci ildə Klivden Nort Kelvinsayd məktəbi ilə birləşdi. 2002-ci il 8 fevralda məktəb böyük genişləndirilmə və yenidənqurmadan sonra, rəsmi olaraq, Şotlandiyanın birinci naziri Cek Makonell tərəfindən açıldı. 2015-ci ilin hesabatıba görə məktəbdə 615 şagird oxuyur.
Klivden Sekondari Məktəbi

Klivlend
Klivlend – Ohayo ştatının şəhəri. Eri gölünün cənub sahilində Pensilvaniya ştatı sərhədlərindən təqribən 100 km qərbdə Kayaxoqa çayı sahilində yerləşir. Şəhərin əsası 1796-cı ildə qoyulub və general Klivlendin (Moses Cleaveland) adı ilə adlandırılıb. Şəhərin adının yerli qəzetlərdə yanlış çap edilməsi üzündən "a" hərfi buraxılıb. Klivlend əsasən sənaye şəhəridir. 2000-ci il siyahıya almasına görə şəhər əhalisinin sayı 478,403 nəfərdir. Şəhər əhalisinin şəhər ətrafında yaşayanlarla birgə sayı 2,250,871 nəfər təşkil edir. == Maraqlı faktlar == Azərbaycan prezidenti Heydər Əliyev ağır xəstəlikdən sonra 12 dekabr 2003-cü ildə Klivlendin xəstəxanasında vəfat etmişdir.
Klivlend Kavalers
Klivlend Kavalers — Ohayo ştatının Klivlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Komanda 1970-ci ildən Portlend Treyl Bleyzers və Buffalo Breyvs ilə birlikdə əlavə komanda kimi fəaliyyət göstərməyə başlayıb. Ev oyunlarını ilk olaraq 1970-1974-cü illərdə Klivlend Arenada,1974-1994-cü illərdə isə Richfield Coliseum-da keçirib. 1994-cü ildən isə komanda oyunlarını Klivlendin mərkəzində yerləşən Quicken Loans Arenada keçirir. Dan Gilbert 2005-ci ilin martından komandanın sahibidir. Kavalers liqada çıxış etdikləri birinci ilin ilk 15 oyununu uduzmuş və ilk 5 il ərzində Şərq konfransında 6-cı yerdən yüksəyə qalxa bilməmişdi. Komanda 1976-cı ildə ilk Mərkəzi Divizion çempionluğunu qazanmışdır. Həmin ildə onlar həm də tarixlərində ilk dəfə Pley-offa və Şərq konfransının finalına yüksəlmişdir. Komanda 1980-ci ildə Ted Stepien tərəfindən satın alındı.
Klivlend Klinikası
Klivlend Klinikası — ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana. == Haqqında == Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir. Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir.Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s. == Heydər Əliyev və Klivlend Klinikası == Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır. 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir.Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi. Səhhətinin pisləşməsi nəticəsində H. Əliyev iyulun 8-də tibbi müayinədən keçmək üçün Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına, avqustun 6-da isə müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə yola düşdü. 2003-cü ilin oktyabrında o, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və Klivlend Klinikasında səs vermişdir.
Klivlend vulkanı
Klivlend vulkanı (ing. Cleveland Volcano) — Şimali Amerikada, Alyaska ştatı, Çuqinadak adasında yerləşən aktiv vulkan. Vulkan 1730 m yüksəklikdə yerləşir. Aleut adalarının ən aktiv vulkanıdır. == Fəaliyyət == Bu vulkanın 19-cu və 20-ci əsrlərdə bir çox qeydə alınmış püskürmələri, həmçinin 18-ci əsrdə ərazidə vulkanik fəaliyyətin bir neçə hesabatı vardır. Son püskürmə 2011-ci ildə baş vermişdir. Vulkan 2011-ci il dekabrın 30-da 4,5 kilometr məsafəyə kül püskürmüşdür.
Klivlend xəstəxanası
Klivlend Klinikası — ABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana. == Haqqında == Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir. Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir.Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s. == Heydər Əliyev və Klivlend Klinikası == Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır. 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir.Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi. Səhhətinin pisləşməsi nəticəsində H. Əliyev iyulun 8-də tibbi müayinədən keçmək üçün Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına, avqustun 6-da isə müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə yola düşdü. 2003-cü ilin oktyabrında o, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş və Klivlend Klinikasında səs vermişdir.
Klivlend Şou
"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı.Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir. Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır. Serial 4 mövsüm sonra ləğv edilmişdir.
Klivlənd
Klivlend – Ohayo ştatının şəhəri. Eri gölünün cənub sahilində Pensilvaniya ştatı sərhədlərindən təqribən 100 km qərbdə Kayaxoqa çayı sahilində yerləşir. Şəhərin əsası 1796-cı ildə qoyulub və general Klivlendin (Moses Cleaveland) adı ilə adlandırılıb. Şəhərin adının yerli qəzetlərdə yanlış çap edilməsi üzündən "a" hərfi buraxılıb. Klivlend əsasən sənaye şəhəridir. 2000-ci il siyahıya almasına görə şəhər əhalisinin sayı 478,403 nəfərdir. Şəhər əhalisinin şəhər ətrafında yaşayanlarla birgə sayı 2,250,871 nəfər təşkil edir. == Maraqlı faktlar == Azərbaycan prezidenti Heydər Əliyev ağır xəstəlikdən sonra 12 dekabr 2003-cü ildə Klivlendin xəstəxanasında vəfat etmişdir.
Qrover Klivlend
Stiven Qrover Klivlend (ing. Stephen Grover Cleveland; 18 mart 1837, Kolduel, Nyu-Cersi, ABŞ — 24 iyun 1908, Prinston, Nyu-Cersi, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 22-ci və 24-cü prezidenti (1885-1889, 1893-1897). Prezident vəzifəsini fasiləylə iki dəfə tutmuş yeganə şəxsdir. Klivlend həmçinin, respublikaçıların tam ağalığı ilə keçən 1860-1912-ci illər aralığında Demokratlar partiyasından seçilmiş yeganə ABŞ Prezidentidir. 1928-1946-cı illərdə çap olunan 1000 dollarlıq əskinasın üzərində Qrover Klivlendin portreti təsvir olunmuşdu. == Maraqlı faktlar == Qrover Klivlend Ağ Evdə evlənmiş yeganə ABŞ prezidentidir. O, birinci prezidentlik dövründə, 1886-cı ilin iyununda Ağ Evin Mavi Zalında 21 yaşlı Fransez Folsomla ailə həyatı qurmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2012 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

"kliv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kliv nədir? #kliv sözünün mənası #kliv nə deməkdir? #kliv sözünün izahı #kliv sözünün yazılışı #kliv necə yazılır? #kliv sözünün düzgün yazılışı #kliv leksik mənası #kliv sözünün sinonimi #kliv sözünün yaxın mənalı sözlər #kliv sözünün əks mənası #kliv sözünün etimologiyası #kliv sözünün orfoqrafiyası #kliv rusca #kliv inglisça #kliv fransızca #kliv sözünün istifadəsi #sözlük