Real Madrid Futbol Klubunun baş məşqçiləri
Real Madrid Futbol Klubu — İspaniyanın Madrid şəhərində yerləşən və La Liqada çıxış edən peşəkar bir futbol klubudur. Bu xronoloji siyahı ilk peşəkar baş məşqçisinin təyin olunduğu 1910-cu ildən bu günə qədər Real Madridin əsas komandasının baş məşqçisi vəzifəsini tutanların hamısını əhatə edir. Hər bir məşqçinin kluba gəliş tarixinə və klubun ümumi rəqabət rekorduna (qazandığı, heç-heçə etdiyi və məğlub olduğu matçlar baxımından), qazandığı uğurlar, titullar və himayəsində olduğu müddətdə qazandığı əhəmiyyətli nailiyyətlər daxildir.
Real Madridin ilk peşəkar baş məşqçisi irlandiyalı Artur Conson idi. Klubun qurucularından biri və idarə edicilərindən olan Adolfo Melendez tərəfindən komandaya cəlb edilmiş və komandanı on mövsüm çalışdırmış, bir İspaniya Kuboku qazanmışdı.
Qazanılan kuboklar baxımından Real Madridin ən uğurlu baş məşqçisi 15 illik məşqçiliyi dövründə 9 La Liqa, iki Kral Kuboku, iki Avropa Kuboku və bir Qitələrarası Kubok qazanan Miqel Munyosdur. O, eyni zamanda klubun ən uzun müddət işləyən baş məşqçisidir.