Xaçın knyazlığının memarlığı
Xaçın knyazlığının memarlığı — Xaçın knyazlığında inkişaf etmiş memarlıq ənənəsi.
Kirakos Qandzaketsinin "Tarix" əsərində də Qafqaz Albaniyası ilə bağlı çoxlu dəyərli məlumatlar verilmişdir. Müəllif monqol-tatarların Qafqaza yürüşü dövründə yaşamış və təsvir etdiyi hadisələrin birbaşa şahidi olmuşdur. Memarlıq və inşaat haqqında məlumatlarla zənginliyi baxımından əsərin ikinci hissəsi xüsusi maraq kəsb edir. Mənbənin məlumatına görə, XII–XIII əsrlərdə Qafqaz Albaniyasının xristianlıq saxlanmış hissəsinin siyasi həyatında Xaçın knyazlığı aparıcı rol oynamışdır. Həmin dövrün ən məşhur dövlət xadimi Aşağı Xaçın hökmdarı olmuş Həsən Cəlal Dövlədir. Həsən Cəlal Xudavəng və Xatirvəng monastırlarının kitabələrində xatırlanan Xaçın knyazı Vaxtanq Tangik və Gəncəsər monastırının kitabəsində xatırlanan Xorişə xatunun övladırır. Həsən Cəlalın Gəncəsər monastırının zəng qülləli nəhəng narteksini inşa etdirmiş həyat yoldaşı Mamkan xatun isə Baq çarının nəvəsi olmuşdur. Vaquas yepiskop evi, Gəncəsər, Böyük Arran monastırları, Vaçar kilsəsi, Akana, Xoxanaberd, Qaxac, Caraberd, Karkar, Ded qalaları Həsən Cəlal sülaləsinə məxsus idi. Gəncəsər monastırının epiqrafikasına əsasən monastırın əsas kilsəsi olan Müqəddəs Vəftizçi İohann kilsəsinin 1216-cı ildə başladılmış inşas məhz Həsən Cəlalın adı ilə bağlıdır.