Kobu sözü azərbaycan dilində

Kobu

Yazılış

  • Kobu • 90.9091%
  • kobu • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Albert Saxe-Koburq Saalfeld
Konsort şahzadə Albert və ya Albert Saksen-Koburq Saalfeld (alm. Albert Franz August Karl Emmanuel Herzog von Sachsen-Coburg-Gotha‎, 26 avqust 1819–14 dekabr 1861) — Böyük Britaniya prinsi (Konsort Şahzadə) (ing. HRH the Prince Consort). Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası tituluna sahib Kraliça Viktoriyanın həyat yoldaşı olmuşdur. == Həyatı == Albert Saksen-Koburq Saalfeld 1836-cı ildə gələcək həyat yoldaşı Kraliça Viktoriya ilə tanış oldu. 1839-cu ildə onlar ikinçi dəfə görüşdülər və evləndilər. Albert Saksen-Koburq Viktoriyanın dayısı oğlu idi. Albert Saksen-Koburq Saalfeld yüksək təhsil görmüş öz dövrünün ağıllı və perspektivli gənclərindən hesab edilirdi. Almanca, ingiliscə, italyanca, fransızca danışa bilirdi. Gənc yaşlarından musiqi təhsili almışdır.
Alfred, Saksen-Koburq-Qot şahzadəsi
Alfred (15 oktyabr 1874 - 6 fevral 1899)—Saksen-Koburq-Qot şahzadəsi. == Həyatı == Saksen-Koburq-Qot şahzadəsi Alfred 15 oktyabr 1874-cü ildə Londonda Bukingem sarayında anadan olmuşdu. Böyük Britaniya Kral ailəsinə məxsusdur. Orduda xidmət etdiyi zaman 1898-ci ildə sifilis xəstəliyinin simptomları üzə çıxır və bu hal onda güclü depressiyaya səbəb olur. Valideynlərinin yeganə varisi olan 24 yaşlı Şahzadə Alfred ruhi pozğunluq səbəbi ilə 1899-cu il fevralın 6-da özünü Kral sarayında güllələyərək intihar edib. Qeyd edəki, Şahzadə Alfredin sağlığında səfər etdiyi Cənubi Afrika Respublikasının Liman şəhəri olan Port Alfred məhz bu gənc şahzadənin adını daşıyır.
Kobuleti
Kobuleti (gürc. ქობულეთი; rus. Кобулети; osm. Çürüksu (چوروکسو)) — Gürcüstanın Acarıstan Muxtar Respublikasısında şəhər, Kobuleti rayonunun inzibati mərkəzi. Qara dənizin sahilində yerləşən şəhər turistlərin böyük diqqətini cəlb edir. Əhalisi 16.546 nəfərdir (2014).
Kobuleti Qoruğu
Kobuleti Qoruğu ( gürc. ქობულეთი ), Gürcüstanın Acarıstan bölgəsi, Kobuleti Bələdiyyəsində, Qara dəniz sahili boyunca Kobuleti'nin şimal hissəsində qorunan bir ərazidir . Kobuleti qorunan ərazilər 1998-ci ildə Ramsar Konvensiyası ilə tanınan bənzərsiz bataqlıq ekosistemlərini qorumaq üçün qurulmuşdur. Kobuleti qorunan ərazilərə müvafiq olaraq Şavi Ghele ( qara dərə ) çayının sol və sağ sahilində yerləşən Kobuleti Qoruğu və Kobuleti İdarə Qoruğu daxildir. Kobuleti Qoruğu, şimalda Togoni çayı ilə həmsərhəd olan ərazini, şərqdə Kobuleti - Ozurgeti şossesini, cənubdan Şavi Ghele və qərbdən Kobuleti ətraflarından sərhədlənir. == Coğrafiya == Qoruq Şavi Gele və Togoni çayları və bir neçə su axını ilə kiçik bir eroziya ilə düz bir səthə malikdir. Yerli torf qübbələri adlandırılan, nəzərə çarpacaq dərəcədə nəzərə çarpan yerüstü yüksəklikləri olan torf yosundan ibarətdir. Bu kiçik yüksəkliklər ətrafından 1–3 m yuxarı qalxır. Bu ərazidə çuxur 5 m-dən 9 m-ə qədər qalınlığı olan tək torf təbəqəsindən ibarətdir == İqlim == Qoruq yüksək nisbi rütubət və dövri güclü külək olan rütubətli dəniz subtropik iqlimə malikdir. Yağıntılar, əsasən, illik miqdarı 1500–2500 mm olan yağış şəklində olur.
Koburq
Koburq — Şimali Bavariyada şəhər. Turingiya meşəsində, İtz çayı üzərində yerləşir. Əhalisi 42,257 nəfərdir (2003). Şəhərin adına ilk dəfə 1056-cı ildə rast gəlinir. 1353-1918-ci illərdə şəhər Meysen markqrafları (1826-cı ildən Saksen Koburg Gota hersoqları) titulu ilə tanınan Vettin nəslinə məxsus olub. Vettin nəsli Avropada beş monarx ailəsinin əsasını qoyub: Britaniyada Vindzorlar; Belçika kral Ailəsi; Portuqaliya kral ailəsi (1853-1910); Bolqarıstan kral ailəsi (1908-1946); Saksoniya kral ailəsi(1806-1918). Eləcə də Vettin nəslidən iki Polşa kralı olub. Koburqun məşhur yetirmələri içərisində Hans Morgentau da var.
Koburq (ada)
Koburq — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şimalında, Karl Aleksandr adası ilə Qoqenloe adası arasında yerləşir. 300 metr uzunluğa malikdir. Xüsusi ilə seçilən hündürlüyü yoxdur. Yayda buzdandan azad olur.
Koburq zirvəsi
Koburq zirvəsi (bolq. връх Кобург, ‘Vrah Coburg’ \'vr&h 'ko-burg\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 783 m hündürlüklü qaya zirvəsidir. Erul yüksəkliyinə daxildir.Zirvə Bolqarıstan sülalələrindən olan Koburq sülaləsinin (1887-1946) adını daşıyır. == Yerləşməsi == Koburq zirvəsi 63°41′42″ c. e. 58°20′57″ q. u. koordinatlarında yerləşmişdir. Obidim zirvəsindən 1.25 km şimal-qərbdə, Siniger nunatakından 3.32 km şimal-şərqdə, Giqen zirvəsindən 3.32 km cənub-şərqdə, Çoçoveni nunatakından 3.34 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kobus
Su keçisi (lat. Kobus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Su keçisinin hündürlüyü 70–130 sm, çəkisi 50–250 kq-ma qədər olur. Erkəklər dişilərdən çox böyük olur. Buynuzlar yalnız erkəklərdə olur. Bu heyvanlar yalnız Afrikada yaşayırlar. Su keçilərinin tükləri qısa, lakin boyun ətrafı tükləri uzun olur. Onlar suda yaxşı üzürlər. Su bitkiləri ilə qidalanırlar. Hətta düşməndən suda qorunmağa çalışırlar.
Kobus anselli
Kobus anselli (lat. Kobus anselli) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kobus ellipsiprymnus
Adi su keçisi (lat. Kobus ellipsiprymnus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kobus kob
Kobus kob (lat. Kobus kob) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kobus leche
Liçi (lat. Kobus leche) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kobus maqnoliyası
== Təbii yayılması: == Vətəni Yaponiya və Koreyadır. == Botaniki təsviri: == Ən iri və soyuğadavamlı maqnoliya növlərindən biridir. Vətənində hündürlüyü 25-30 m-ə, mədəni şəraitdə hündürlüyü 10 m-ə çatan, yarpağı tökülən ağacdır. Təbii şəraitdə çayların ətrafında, bəzən bataqlıq sahələrdə digər yarpağı tökülən ağaclarla birgə bitir. Cavanlıqda çətiri ensiz-piramidal, sonra şarşəkilli olur. Çiçəkləri ağ rəngli, diametri 10 sm-ə qədər, xoş ətirlidir. Yazda yarpaqların açılmasına qədər çiçəkləyir. Tez böyüyür. Yarpaqları enli, yumurtaşəkilli, uzunluğu 10-12 sm, eni 4-6 sm, üst tərəfi parlaq yaşıl, alt tərəfi açıq yaşıl rənglidir. Saplaqların uzunluğu 2,5 sm-dir.
Kobus megaceros
Sudan keçisi (lat. Kobus megaceros) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. Su keçisi cinsinə aid nəsli kəsilməkdə olan antilop növdür. Bu növə Cənubi Sudanın, eləcə də Efiopiyanın şimal-qərb ərazilərinin subasar, əsasən də bataqlıq yerlərində yaşayırlar. 1983-cü ildə vəhşi təbiətdə sayının 30000-40000 civarında olduğu güman edilsə də, hazırda bu rəqəmlər məlum deyil.
Kobus vardonii
Puku (lat. Kobus vardonii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü. == Yayılması == Puku Mərkəzi Afrikada, əsasən Konqo, Zambiya, Botsvana və Anqolada yayılmışdır. Onlar əsasən çaybasar düzənliklər və bataqlıqların kənarlarında yaşayırlar.
Kobuz
Kobuz(qaz. қобыз)—ya da kyl-kobyz - qədim qazax simli alətidir. At saçlarından hazırlanmış iki ipdən ibarətdir. Rezonans edən boşluq ümumiyyətlə keçi dərisi ilə örtülmüşdür. Ənənəvi olaraq kobizlər müqəddəs alətlər idi, şamanlara və bakseylərə (ənənəvi ruhani tibb) məxsus idi. Rəvayətlərə görə, kobyz və onun musiqisi pis ruhları, xəstəlikləri və ölümü aradan qaldıra bilər. == Haqqında == Kobyz ikiqat çömçə şəklindədir, qısa, arqasız şəkildə əyilmiş boyun, iri düz bir baş və stendi təsdiqləmək üçün yuxarıda bir qolu olan və altındakı bir buraxılış ilə içi boş, qabarcıqlı bükülmüş cüt yarımkürədən ibarətdir. Kobıza qoyulan iki ip at atından bükülmüşdür. Alətin ümumi uzunluğu 60-73 sm-dir.Ronzonatorun ikiqat fincanı, günəşin doğması və qürubunun əks olunduğu, iki simli - kainatın yuxarı və altındakı kobizin yaradıcıları - köçərilərin Tengrian dünyagörüşünü əks etdirir. == Tarixi == 1930-cu illərdə Sovet Qazaxıstan Respublikasında ilk xalq çalğı alətləri orkestrləri qurulanda yeni bir növ kobyz meydana gəldi.
Saksen-Koburq-Qota
Saksen-Koburq-Qota-1826-1918-cü illərdə Almaniyada mövcud olmuş dövlət.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2005 ••••••••••••••• 1.35
2006 •••••••••••••••••••• 1.80
2007 ••••• 0.42
2013 •• 0.15

"kobu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kobu nədir? #kobu sözünün mənası #kobu nə deməkdir? #kobu sözünün izahı #kobu sözünün yazılışı #kobu necə yazılır? #kobu sözünün düzgün yazılışı #kobu leksik mənası #kobu sözünün sinonimi #kobu sözünün yaxın mənalı sözlər #kobu sözünün əks mənası #kobu sözünün etimologiyası #kobu sözünün orfoqrafiyası #kobu rusca #kobu inglisça #kobu fransızca #kobu sözünün istifadəsi #sözlük