İnformasiyanın kodlaşdırılması
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir.
İnformasiyanın 3 əsas kodlaşdırılma sistemi var:
anoloq
cədvəl
rəqəm
Anoloq kodlaşdırılması - verilənlər ardıcıllığının fiziki təbiəti dəyişdırilir. Onları reallaşdıran texniki qurğulara fotoqrafik qurğuları misal göstərmək olar. Fotoaparatlar, videokameralar (rəqəmsaldan başqa).
Cədvəl kodlaşdırılması - bütün yazı növləri cədvəl kodlaşmasına əsaslanır.
Rəqəm kodlaşdırılması - qeyd edilən siqnalların ölçmə nəticəsində uyğun kəmiyyət kodlaşmasıdır.
Mətnin, informasiyaların kodlaşdırılmasında ASCİİ və UniCod, İSO kimi standartlarda, qrafiki informasiyalarda (RGB, CMYK) istifadə edilir.