Musine Kokalari
Musine Kokalari (alb. Musine Kokalari; d. 10 fevral 1917, Adana, Osmanlı İmperiyası – ö. 14 avqust 1983, Rreşen, Albaniya) — Alban yazıçı.
Albaniyada kitabı çap edilən ilk qadın yazardır. Gənclik illərində üç əhvalat kitabı çap olunan Kokalari, İkinci Dünya müharibəsindən sonra "xalq düşməni" kimi günahlandırılaraq həbs olunmuşdur. 18 ilini həbsxanada, 19 ilini isə konslagerdə keçirmişdir. Ömrü boyu bir daha yazı yazmasına icazə verilməmişdir.
== Həyatı ==
10 fevral 1917-ci ildə Adanada dünyaya gəlmişdir. Əslən Ergirili olan ailəsi ilə birlikdə 1920-ci ildə Albaniyaya köçmüşdür.