kollegiallıq sözü azərbaycan dilində

kollegiallıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kollegiallıq • 90.4762%
  • Kollegiallıq • 9.5238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kollegiallıq
Kollegiallıq (lat. collegium – birlik, yoldaşlıq) — ümumi əhəmiyyətli işlərin bir qrup şəxslər tərəfindən ümumi (kollegiya) müzakirəsi və həlli; kollegial orqanın həyata keçirdiyi rəhbərlik metodu; təkbaşına idarəetmənin alternativi. Kollegiallıq tapşırılan iş üçün kollegiya (büro, komitə, məclis və s.) üzvünün ümumi və şəxsi məsuliyyətinin uzlaşdırılmasını tələb edir. Onun məqsədi atılan addımın, fəaliyyətinin mütarazlığını təmin etməkdən ibarətdir. Kollegiallıq məsələyə dərin və hərtərəfli düşünərək yanaşmağı təmin edir. Bir sıra orqanlar (partiyalar) məhkəmələr (o cümlədən: beynəlxalq məhkəmələr), parlamentlər (o cümlədən, beynəlxalq parlamentlər) və s. məhz kollegiallıq prinsipi üzərində fəaliyyət göstərirlər. == Mənbə == B.S.Atakişiyev, İnzibati hüquq və terminlər, Bakı-2008, s. 194.

kollegiallıq sözünün leksik mənası və izahı

  • 1 is. İşi təkbaşına deyil, kollegial surətdə (birgə) idarə və həlletmə prinsipi.

    Azərbaycan dilinin izahlı lüğəti / kollegiallıq
  • 2 1) dövlət idarəetməsinin təşkili forması; bu forma onda ifadə edilir ki, idarəetmə orqanı kollegiyadan (yəni müəssisələri birgə müzakirə edən, yaxud müzakirə və həll edən şəxslər qrupundan) ibarətdir, yaxud onun tərkibində kolleksiya var. Kollegiyalar məşvərətçi instansiya kimi, qərar qəbul edən instansiya kimi (həmin qərara sonradan müvafiq orqanın, yaxud vəzifəli şəxsin iradəsi ilə məcburi hüquqi qüvvə verilir) və məcburi hüquqi qüvvəsi olan qərarlar qəbul etmək səlahiyyətli instansiya kimi fəaliyyət göstərir; 2) bir qrup şəxs, kollegiya tərəfindən bütün iştirakçıların rəyini nəzərə almaqla idarəetmə qərarlarının müzakirəsi və qəbulu.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / kollegiallıq

kollegiallıq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. коллегиальность: 1. осуществление чего-л. совместно, группой лиц. Məsələ həllinin kollegiallığı коллегиальность решения вопроса 2. управление, руководство, осуществляемое группой лиц – коллегией. Kollegiallıq prinsipi принцип коллегиальность

    Azərbaycanca-rusca lüğət / kollegiallıq

kollegiallıq sözünün inglis dilinə tərcüməsi

kollegiallıq sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#kollegiallıq nədir? #kollegiallıq sözünün mənası #kollegiallıq nə deməkdir? #kollegiallıq sözünün izahı #kollegiallıq sözünün yazılışı #kollegiallıq necə yazılır? #kollegiallıq sözünün düzgün yazılışı #kollegiallıq leksik mənası #kollegiallıq sözünün sinonimi #kollegiallıq sözünün yaxın mənalı sözlər #kollegiallıq sözünün əks mənası #kollegiallıq sözünün etimologiyası #kollegiallıq sözünün orfoqrafiyası #kollegiallıq rusca #kollegiallıq inglisça #kollegiallıq fransızca #kollegiallıq sözünün istifadəsi #sözlük