Günəş kollektorları
Günəş enerjisindən passiv və aktiv qurğuların vasitəsilə istifadə etmək mümkündür. Passiv sistemlərdə Günəş enerjisi şüalanmanın, istilikkeçirmənin və təbii ventilyasiyanın köməyi ilə ötürülür. Bu sistemlər sadə olmaqla, istismar zamanı etibarlı və iqtisadi cəhətdən səmərəli işləyirlər. Aktiv sistemlərdə isə, Günəş şüaları ilə qızan səthin istiliyi istilik daşıyıcısının vasitəsilə digər qurğuya nəql edilir. Tətbiq edildikləri sahələrə görə termik Günəş qurğularından aşağıdakılara rast gəlmək olar:
-üzgüçülük hovuzları üçün;
-isti su təchizatı üçün;
-duzlu suların şirinləşdirilməsi üçün;
-otaqların isidilməsi üçün;
-müxtəlif texnoloji proseslər üçün;
-elektrik cərəyanı istehsal etmək üçün.
Bu zaman istiliyi qəbul etmək üçün Günəş kollektorlarından istifadə edilir ki, onlar da konsentratorsuz (hamar səthli), konsentratorlu, açıq və bağlı tipli növlərə ayrılırlar. Açıq tipli kollektorlar adətən üzgüçülük hovuzlarında (absorber), qapalı tipli kollektorlar isə isti su təchizatında, isitmədə və s. istifadə edilir. Hamar kollektorlar aşağı temperaturlu 40÷60, orta temperaturlu 60÷100 və yüksək temperaturlu (100 -dən yuxarı) olur.
=== Hamar Günəş kollektorları ===
Hamar kollektorsuz Günəş kollektorları hazırda ən çox istifadə edilən avadanlıqlardandır.