koloniya sözü azərbaycan dilində

koloniya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • koloniya • 85.1852%
  • Koloniya • 14.8148%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
On üç koloniya
On üç koloniya (ing. Thirteen Colonies) — Şimali Amerikada Böyük Britaniyanın tabeliyində olan koloniyalar. Koloniyalar, dini zəmində təqib olunan Pilqremlər tərəfindən salınmışdır. 4 iyul 1776-cı ildə koloniyalar Böyük Britaniyaya qarşı birləşərək, Amerika Birləşmiş Ştatlarını yaratmışdılar.
Hokkaydo Koloniyalaşdırma Komissiyası
Hokkaydo Koloniyalaşdırma Komissiyası və ya Kaytakuşi (開拓使) – Meyci dövründə Yaponiyada fəaliyyət göstərmiş dövlət komissiyası. 1869-82-ci illərdə fəaliyyət göstərmişdir. Komissiyanın əsas məqsədi Hokkaydo adasının administrasiyası və inkişafı ilə məşğul olmaq idi. == Tarixi == Ezo adasının, eləcə də, şimaldakı digər adaların strateji əhəmiyyətini nəzərə alan Meyci hökuməti 1869-cu ilin avqustunda bu komissiyanı təşkil etmiş, Ezo adasının adını Hokkaydo, Saxalin adasının adını Karafuto olaraq dəyişdirmişdir. 1875-ci ildə Rusiya ilə imzalanan Sankt-Peterburq müqaviləsinə əsasən Saxalin adası Rusiyanın idarəçiliyinə, Kuril adaları isə Hokkaydo Koloniyalaşdırma Komissiyasının idarəçiliyinə verilmişdir. Komissiyanın baş qərargahı Sapporo şəhərində yerləşirdi və direktor ilə vitse-direktor tərəfindən idarə olunurdu. Keçmiş Satsuma hanından olan Kuroda Kiyotakanın direktor seçilməsindən sonra komissiya keçmiş satsumalı samuraylar üçün siyasi təşkilata çevrilmişdir. 1872-ci ildə komissiya üçün dövlət büdcəsindən 10 milyon yen məbləğində maddi vəsait ayrılmışdır. Bu məbləğ 10 il müddəti üçün nəzərdə tutulmuşdu. Komissiya bu büdcə ilə bir çox xarici mütəxəssis dəvət etmiş, hökumət dəstəkli biznes yerləri açmış, yeni kənd təsərrüfatı texnikalarını yaymış, yollar və dəmiryolları tikdirmişdir.
Kardiya (Qədim Yunanıstan koloniyası)
Kardiya (q.yun. Καρδία, lat. Cardia) — eramızdan əvvəl III əsrdə Lisimax tərəfindən dağıdılan qədim şəhər. O, Saros körfəzindəki Frakiya Xersonesosu yarımadasının şimal-qərb sahilində miletiyalılar və klazomenlər tərəfindən qurulmuşdur. Tarixçi İyeronim Kardiyalı və diadoxlardan biri Evmen Kardiyalı bu şəhərdən idilər. == Coğrafiyası == Bu qədim yunan koloniyasının yaranmasının təxmini tarixi barədə məlumat yoxdur, çünki bu məsələyə aid məlumat verən yazılı mənbələr yoxdur. Qədim yunan coğrafiyaçıların əsərlərində bu bölgə təsvir olunarkən həmişə Kardiya xatırlanır, belə ki Skilak "Məskun dənizin Peripli" əsərində bu koloniyanın adını çəkir. Strabon isə Kardiyanı Frakiya Xersonesosu yarımadasının ən böyük şəhəri adlandırır. == Tarixi == Başlanğıcda Kardiya ərazisi miletiyalılar və klazomenlər tərəfindən müstəmləkələşdirildi. Bununla birlikdə, Miltiadın dövründə məskunlaşma daha aktiv oldu, çünki o, Afinadan bu bölgəyə mühacirləri cəlb etməyi bacardı.
Kral koloniyası
Kral koloniyası (İngilis dili: Crown colony, XVII əsrdə royal colony) İngiltərə müstəmləkə imperiyasında və sonrakı Britaniya imperiyasında müstəmləkə idarə qaydalarının bir növü idi. Kral koloniyalarını kralın təyin etdiyi valilər idarə edirdilər. XIX əsrin ortalarında bu təyinatlar müstəmləkə nazirinin təklifinə uyğun olaraq həyata keçirilməyə başlandı. İlk kral koloniyası 1624-cü ildə kralın Virciniya şirkətindən aldığı ABŞ ərazisində yerləşən Virciniya koloniyası idi. 19-cu əsrin ortalarına qədər “kral koloniyası” termini yalnız Trinidad və Tobaqo və ya Britaniya Qvianası kimi müharibə yolu ilə ələ keçirilmiş koloniyalarda istifadə edildi, ancaq o dövrdən etibarən Britaniya Hindistanı və sonralar dominion Statusu qazanmış məskunlaşdırılmış müstəmləkələr istisna olmaqla bütün koloniyalar üçün istifadə edildi. Termin 1981-ci ildə Britaniya Vətəndaşlıq Qanunu ilə qalan Britaniya koloniyalarının "Britaniyadan asılı bölgələr" adlandırılmasına qədər istifadə edilməyə davam edildi. 2002-ci ildə bu ad da ləğv edildi və xaricdəki ingilis ərazisi adı istifadəyə verildi.
Nyufaundlend koloniyası
Nyufaundlend koloniyası (ing. Newfoundland Colony) — bu gün Kanadanın Nyufaundlend və Labrador əyalətində mövcud olmuş Britaniya (1707-ci ilədək ingilis) koloniyası idi. 1610-cu ildə eyniadlı adada ingilis qəsəbəsinin qurulması ilə yaradılmışdır. 1854-cü ildə kral koloniyası oldu. 1907-ci ildə Nyufaundlend Dominionunun qurulması ilə varlığı sona çatdı.
Orqanizmlərin koloniyası
Orqanizmlərin koloniyası Bir növ orqanizmlərin daimi və ya müvəqqəti birgə yaşayan qrupu, onlardan hər biri ayrılıqda yaşamaq qabiliyyətinə də malikdir. Lakin evolyusion qonşuluqda yaşamağa alışaraq biri digərindən fayda alır. Oturaq həyat keçirən orqanizmlərin daimi sığınacaqda məskən salması (bəzi yarasa növləri, qarışqalar və s.). Heyvan koloniyası olduqca müxtəlifdir: a) tək-tək formaların sadə ərazidə yığışması; b) Koloniyanın mürəkkəb forması-məskunlaşmış heyvanlar bir neçə funksiyanı birgə (əlbir) yerinə yetirir (düşməndən müdafiə, ehtiyat siqnalı). məs., qağayı, kayra, qaranquş, dolaşa, albatros; v) həşərat birliyinə xarakterik olan olduqca mürəkəb kaloniya tipi (termitlər, qarışqalar, arılar və s.). Belə koloniya ana və qız ailələrindən ibarət olub qohumluq əlaqəsini nizamlayır. Bu vaxt həşəratlar bir çox əsas funksiyanı birgə yerinə yetirir (çoxalma, müdafiə, özünü və nəslini yemlə təmin etmək və s.). Bu zaman fərdlər və yaş qrupları arasında məcburi əməkbölgüsü yerinə yetirilir. Kaloniyanın üzvləri biri-birilə daimi məlumat mübadiləsi əsasında fəaliyyət göstərir.
Quş koloniyası
Quş koloniyası — Dəniz quşlarının sahil ərazilərinə yaxın ərazilərdə təşkil etdikləri kütləvi yuvalama ərazisidir. Dəniz quşları arasında Təmizçilər, Qağayılar, Çovdarçıkimilər, Fırtınaquşukimilər, Qarabatdaq, Ördəklər, Oluşalar və pinqvinlər üstünlük təşkil edir. Onlar əsas sahilə yaxın qayalıqlarda və bəzəndə qumluqlarda yuva qururlar. Xüsusi ilə qütb enliklərdə yerləşən adalarda bu koloniyaların həcmi dahada böyükdür. Quş koloniyalarının olduğu ərazilər: Şimal Torpağı, Yeni Sibir adaları, Kuril adaları, Aleut adaları, Kanada Arktik arxipelaqı, Odlu Torpaq, Kamçatka, Kola yarımadası, Qalapaqos adaları. Azərbaycanda bu tip koloniyaya Gil adasında rast gəlinir. Adada 10 000 baş olan qağayı koloniyası vardır Koloniyalarda quano, quş yumurtası və qiymətli quş lələkləri və tükü toplanılır. Üstəlik bu ərazilərdə kütləvi şəkildə quş ovlanılır.
Roanok koloniyası
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır. 1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır.
Roanoke Koloniyası
Roanok koloniyası — Şimali Amerikada yaradılmış ilk ingilis koloniyası. Roanok koloniyasının ərazisi bugünkü Şimali Karolina ştatının sərhədləri daxilində yerləşməkdədir. Koloniya kraliça I Elizabetin hakimiyyəti dönəmində zadəgan Volter Raliyin maliyyə vəsaiti hesabına salınmışdır. Koloniya sakinləri ilə birlikdə mistik şəkildə yoxa çıxması ilə məşhurlaşmışdır. İrəli sürülən əsas versiyalar; koloniyanın sakinlər tərəfindən könüllü şəkildə tərk edilməsi və ya yerlilərin hücumuna məruz qalması ilə bağlıdır. 1584-cü ildə Şimali Amerika sahillərində məskunlaşmaq üçün münbit ola biləcək ərazilərin öyrənilməsi üçün ilk qrup yola çıxdı. Filip Amadas və Artur Barlou rəhbərliyi altında səfərə çıxan qrup Şimali Amerikanın heyvan və bitki aləmi barədə nümunələrlə geri qayıtdılar. Özləri ilə gətirdikləri bitki nümunələri arasında kartofda vardı. Bütün səfər xərclərinin ödənilməsini Volter Raliy öz üzərində götürmüşdü. Ekspedisiya tərəfindən öyrənilən sahillər dönəmin İngiltərə kraliçası I Elizabetin şərəfinə Vircinya olaraq adlandırılmışdır.
Sakramento koloniyası
Sakramento koloniyası (isp. Colonia del Sacramento) — Uruqvayda portuqallar tərəfindən salınmış ilk koloniya.
Birləşmiş Koloniyalar
Birləşmiş Koloniyalar (ing. United Colonies) — müstəqillik elan edilməmişdən əvvəl, 1775-ci və 1776-cı illərdə On üç koloniyadan ibarət yaranmaqda olan milləti təsvir etmək üçün istifadə olunan ad. İlk dəfə Filadelfiyada keçirilən İkinci Kontinental Konqres tərəfindən istifadə edilmişdir. Kontinental valyuta əskinaslarında 1775-ci ilin mayından 1777-ci ilin fevralına qədər "Birləşmiş Koloniyalar" adı göstərilirdi və bu ad İkinci Konqresdən əvvəl bütövlükdə koloniyalara istinad etmək üçün istifadə olunurdu. Adın dəqiq mənşəyi məlum deyil. Qurucu atalardan olan Con Adams hələ 27 fevral 1775-ci ildə "Boston Gazette"də dərc edilmiş "Massaçusets-bey koloniyasının sakinlərinə" başlıqlı məktubunda "birləşmiş koloniyalar" ifadəsini işlətmişdir:Onlar bizim məqsədimizi – onlar heç vaxt birləşmiş koloniyaların heç bir hissəsində parlamentin Varvs və digər qanuni mülkləri əlindən ala biləcəyi və ya Nizamnamələri sökə biləcəyi presedentə tabe olmayacaqları uğrunda mübarizəni özlərininki elan etdilər, çünki əgər bunu edərlərsə, bir neçə il ərzində amerikalıların bütün hüquqlarının əlindən alınacağına və bir nazirin iradəsinə uyğun olan qubernatorların və şuraların koloniyalarda yeganə qanunverici orqan olacağına mənəvi əminlik var.19 iyun 1775-ci ildə İkinci Kontinental Konqresin üzvləri özlərini "Birləşmiş Koloniyaların nümayəndələri" adlandırm;.dılar və Corc Vaşinqtonu "Birləşmiş Koloniyalar Ordusunun generalı və baş komandanı" təyin etmişdilər. İki gün sonra, 4 iyul 1776-cı ildə İkinci Kontinental Konqresinin 56 nümayəndəsi yekdilliklə İstiqlal Bəyannaməsini qəbul etmişdilər. Bu Bəyannamə Beşlər Komitəsi tərəfindən nəzarət edilmiş və əsasən Tomas Cefferson tərəfindən 1776-cı ilin iyun ayında iki həftə ərzində Filadelfiyada yazılmışdır. 9 sentyabr 1776-cı ildə İkinci Kontinental Konqres İstiqlal Bəyannaməsində millətin adı kimi təqdim edilən "Amerika Birləşmiş Ştatları"nın xeyrinə "Birləşmiş Koloniyalar" adını rəsmi olaraq ləğv etmişdir. == Həmçinin bax == ABŞ tarixi (1776–1789) Amerika Birləşmiş Ştatlarının qurucu ataları == İstinadlar == == Əlavə ədəbiyyat == Ellis, Joseph J. Revolutionary Summer: The Birth of American Independence.
Rusiya İmperiyasında yəhudi kənd təsərrüfatı koloniyaları
Rusiya İmperiyasında yəhudi kənd təsərrüfatı koloniyaları (ivr. ‏ההתיישבות היהודית החקלאית בדרום אוקראינה‏‎; rus. Еврейские земледельческие колонии в Российской империи) — Rusiya imperiyasının müxtəlif quberniya və əyalətlərində yaradılmış, yaradılmağa cəhd edilmiş etnik yəhudi təsərrüfat gettoları və ya yəhudi kənd təsərrüfatı koloniyaları. Digər etnik millətlərə nəzərən kənd təsərrüfatı sahəsində əhəmiyyətli uğurlar və bol məhsul əldə edən yəhudilərin imperiya boyunca müxtəlif təsərrüfat koloniyalarının yaradılması Rusiya imperiyasının XIX əsrin 40-cı illərindən etibarən əsas daxili siyasətlərindən biri olmuşdur. İlk dəfə 1806-cı ildə Rusiya imperiyasının Xerson quberniyasında yaradılmış kənd təsərrüfatı ilə məşğul olan yəhudilərin yaşadığı məskənlər. Yəhudilərin özlərinə məxsus koloniyalarda yaşaması üçün Rusiya imperiyasında 1804-cü ilin 9 dekabr tarixində xüsusi fərman qəbul edilmişdir. Həmin fərmana görə yaradılması nəzərdə tutulan yaşayış məskənlərində yəhudilər üçün müxtəlif güzəştlər nəzərdə tutulmuşdu. Vergilərin azadılması, torpaq qiymətlərinin aşağı salınması və yəhudilər üçün stabil saxlanılması, Rusiya imperiyası daxilində hərbi xidmətdən azad olma kimi güzəştlər kənd təsərrüfatı ilə məşğul olan yəhudilər üçün nəzərdə tutulmuşdu. Rusiya imperiyasının 1827-ci ildən etibarən ardıcıl olaraq müxtəlif dünya dövlətləri ilə müharibələrə girməsi səbəbindən yəhudilər üçün nəzərdə tutulmuş həqiqi hərbi xidmət keçməməklə bağlı imtiyaz həmin ildən etibarən ləğv edilmişdir. Yeni Rusiya və Qərbi Kraydakı digər koloniyalar da zamanla sözügedən imtiyazlara qoşulmuşdular.

koloniya sözünün leksik mənası və izahı

  • 1 [lat.] 1. bax müstəmləkə. 2. Bir dövlətin ərazisində əcnəbilərin və ya bir ölkədə başqa yerdən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə. // Bu həmyerlilərin başqa ölkədə, yerdə təşkil etdikləri icma. 3. Bu və ya başqa məqsədlə (islah edilmək, işləmək, müalicə olunmaq və i.a.) köçürülmüş adamların yaşadığı yer. Əmək koloniyası. 4. biol. Bir-biri ilə bitişik yaşayan orqanizmlər qrupu. Mikroblar koloniyası. Süngərlər koloniyası.

    Azərbaycan dilinin izahlı lüğəti / koloniya

koloniya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. колония: 1. страна, насильственно захваченная и эксплуатируемая другим государством (метрополией) 2. поселение выходцев, переселенцев из другой страны, области 3. сообщество земляков, живущих в чужом городе, в чужой стране; землячество 4. общежитие лиц, поселенных вместе с той или иной целью (лечебной, исправительной и др.). İslah-əmək koloniyası исправительно-трудовая колония 5. биол. совокупность особей, живущих в соединении друг с другом. Mikroblar koloniyası колония микробов, mərcanlar koloniyası колония кораллов II прил. колонистский (относящийся к колонии во 2 и 4 значениях). Koloniya təsərrüfatı колонистское хозяйство, koloniya qayda-qanunları колонистские порядки

    Azərbaycanca-rusca lüğət / koloniya

koloniya sözünün inglis dilinə tərcüməsi

koloniya sözünün fransız dilinə tərcüməsi

koloniya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat.] колония (1. кил. müstəmləkə; 2. ччара уьлкведай куьч хьана атайбур ацукьнавай чка, поселок, мягьле; са уьлкведин эгьлияр маса уьлкведа яшамиш жезвай мягьле; // маса уьлкведа, чкада тешкил авунвай община; 3. гьихтин ятӀани са макьсаддалди (кӀвалахун, сагърун ва мс.) куьчарнавай инсанар яшамиш жезвай чка; 4. биол. санал яшамиш жезвай организмрин кӀватӀал, мес. микробрин колония).

    Azərbaycanca-ləzgicə lüğəti / koloniya

"koloniya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#koloniya nədir? #koloniya sözünün mənası #koloniya nə deməkdir? #koloniya sözünün izahı #koloniya sözünün yazılışı #koloniya necə yazılır? #koloniya sözünün düzgün yazılışı #koloniya leksik mənası #koloniya sözünün sinonimi #koloniya sözünün yaxın mənalı sözlər #koloniya sözünün əks mənası #koloniya sözünün etimologiyası #koloniya sözünün orfoqrafiyası #koloniya rusca #koloniya inglisça #koloniya fransızca #koloniya sözünün istifadəsi #sözlük