Kolumbiyada vətəndaş müharibəsi (1964–2016)
Kolumbiya vətəndaş müharibəsi — 1964-ci ildə başlanmış, 2016-cı ilin 21 iyununa qədər davam edib özünün aktiv fazasına 1966-cı ildə çatmış olan Vətəndaş müharibəsi. Müharibə Kolumbiya hökuməti ilə hərbi birləşmələr, cinayətkar sindikatlar və sol partizanlar (FARK, ELN) arasında ölkədəki hakimiyyəti ələ keçirmək uğrunda gedir..
Belə düşünülür ki, bu müharibə tarixi La Violensiya müharibəsinin davamını təşkil edir. Bu müharibə Konservantlar və Liberallar arasında 1948-1958-ci illərdə baş vermişdir . Bu mübarizədə konservantların qələbəsi liberal və kommunist döyüşçülərin birləşərək Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARK) yaradılmasına təkan verir .
Müharibənin başlaması haqqında müxtəlif fikirlər irəli sürülür. Tərəflər isə bu məsələdə özlərini haqlı sayır. FARK və digər partizan dəstələri özlərini haqlı sayaraq, məqsədlərinin kasıbların haqlarını qorumaq, hökumətin təzyiqlərindən uzaq qoymaq və ölkədə sosial bərabərliyi təmin etməkdən ibarətdir . Kolumbiya hökuməti bəyan edir ki, onlar sabitlik, inkişaf yolu ilə vətandaşların hüquq və maraqlarını qorumaqdır. Hərbiləşmiş ultrasağçılar isə yalnız partizan təhlükəsinə qarşı mübarizə apardıqlarını bildirirlər .