Kolxida sözü azərbaycan dilində

Kolxida

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kolxida • 83.8710%
  • kolxida • 12.9032%
  • KOLXİDA • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kolxida
Kolxida (gürc. კოლხეთის სამეფო; Kolheti krallığı) antik gürcü dövlətidir. Eyni dövrdə Yunanlılar Qərb Gürcüstanda, Qaradəniz sahilində yeni məskunlaşmalar (koloniyalar) qurdular. Bu məskunlaşmalar bunlar idi: Pazisi (təxminən olaraq bu günki Poti şəhəri yaxınlarında), Dioskuria (Sohumi), Pitiunti (Biçvinta), Gienosi (Oçamçire). Koloniyalarda yerli əhali ilə Yunanlılar arasında canlı bir ticarət vardı. Kolhetidən Yunanlılar ağac-meşə məhsulları (Kolhetidəki ağac növləri gəmi istehsalında ən yaxşı vəsait sayılırdı), kətan (yelkən istehsalında istifadə edirdilər) və qızılın da aralarında tapıldığı dəyişik metallar götürürdülər. Ayrıca kölə də aparırdılar. Bunların qarşılığında Kolhetiyə dulusçuluq məhsulları, bəzək əşyası, zeytunyağı, şərab kimi məhsullar gətirirdilər. Koloniyalar sayəsində Kolhetinin canlı bir ticarəti və o dövrdə dünyanın qabaqda gələn sivilizasiyası olan Yunan dünyasıyla mədəni əlaqələri vardı. Yunan dünyasıyla əlaqəsi Kolhetinin mədəni və iqtisadi inkişafına iştirak edirdi.
Kolxida bigəvəri
Kolxida bigəvəri == Təbii yayılması == Qərbi Zaqafqaziyada,Krasnodarda,Qaradəniz sahillərində,Tuapsedə,Azərbaycanda,Türkiyədə,Aralıq dənizi sahillərində təbii halda bitir. == Botaniki təsviri == Çoxillik yarımkoldur.Hündürlüyü 45-55 sm-ə çatır.Düz dayanan,çox vaxtnsadə gövdələri və budaqları fillokladilərə çevrilmişdir.Yarpağı üçkünc,dərili,oturaq,paralel damarcıqlı və xırdadır.Fillokladiləri sıx yerləşmiş,çox iri,uzunsov və ya uzunsov-lansetvari,uzunluğu 6-9 sm,eni 2-4 sm,ucu biz,bünövrəsi dar,aşağıda üzbəüz,yuxarıda növbəlidir.Çiçəyi xırda (5-6),fillokladininin aşağı tərəfində,küt,lansetvari,xırda çiçəkaltlığının qoltuğunda yerləşir.Giləmeyvələri saplaqda,iri,qırmızı,diametri 8-10 mm, 2toxumludur.Fillokladiləri forma və ölçülərinə görə dəyişir.Yayın axırlarında onların aşağı tərəfində yerləşən çiçək qrupları inkişaf edir.Çiçəkləri tədricən payızda və qışda açılır,yazda isə meyvələri yetişir.Toxumlarla və vegetativ yolla çoxalır.Zoğ böyüdükcə fillokladilər yaşıllaşır və dərili olur.Sürünən həşəratlarla tozlanır.Tökülmüş meyvələri ilyarım-iki ildən sonra cücərmə qabiliyyətinə malik olur.Toxumların bu cür uzunmüddətli dinclik dövrü artıq tökülmüş meyvədə rüşeymin yavaş inkişafı ilə əlaqədardır. == Ekologiyası == Əsasən kölgəli yerlərdə,qarışıq və yarpaqlı meşələrdə,şümşad,ağ şam meşələrində kiçik qruplarla rast gəlinir.Bigəvərin ən mezofil növüdür.Kölgəyə davamlı bitkilərdən biridir. == Azərbaycanda yayılması == Xəzər dənizinin cənub sahillərində geniş yayılmışdır. == İstifadəsi == Dekorativ bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kolxida dili
Zan dilləri, Zanuri (gürc. ზანური ენები) və ya Kolxida dili — kartvel dillərinin qolu. Zanuri meqrel və laz dillərindən təşkil olunmuşdur. Bəzi dilşünaslar hesab edirlər ki, bu dillərin hər ikisi də zan dilinin ləhçələridir. Buna baxmayaraq, meqrel və laz dilləri qarşılıqlı olaraq, tam şəkildə anlaşıqlı deyil, ancaq bir dillərdən birini danışanlar o biri dildəki çox sözü tanıya bilir. Zanuri gürcü, svan və Acara dilləri ilə qohumdur. Zan termini Kolxida tayfalarının birinin yunan-Roma dilindəki adından gəlir, hansı ki, demək olar ki, meqrel və svanlara verilən ad ilə eynidir. Gürcüstan dilşünası Akaki Şanidze Kolxida terminin zan dili üçün uyğun olacağını irəli sürmüşdür. == Tarix == Kartvel dilləri üzrə ixtisaslaşmış Rusiya dilşünası Georgi Klimov tərəfindən aparılan bir qlottoxronoloji analizə görə, zan dilləri adi kartvel dil qrupundan e.ə. VIII əsrdə ayrılmışdır.
Kolxida fındığı
Kolxida fındığı (lat. Corylus colchica) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dən çox olmayan çoxillik koldur. Cavan zoğları boz, sıx, ipəkvari tükcüklərlə örtülmüşdür, ancaq axırıncı ilin zoğları çılpaqdır. Yarpaq tumurcuqları uzunsov-yumurtavari formalı, iri, qırmızı-qonur, tükcüklüdür. Yaraqları təxminən 1 sm uzunluğunda olub, sıx tükcüklü saplaqlarda yerləşir, oval, bünövrəsində yumru, bəzən ürəkşəkilli, ucu qısa, biz, kənarları ikili dişli, 11-12 damarcıqlı, üstü batıqdır. Yarpaq ayasının uzunluğu 5-7 sm, eni 3,5-4,5 sm, üstü yayılmış tükcüklərlə örtülmüşdür, alt tərəfi damarcıqlardan ibarətdir. Yalançı zoğları lansetvari formalı, ucu bizdir.Tozluq sırğaları qırmızı-qonur, yarpaqların qoltuqlarında yumurtavari, ucu biz xırda yarpaqlıdır. Meyvənin qını biryarpaqlı, fındığa yapışıq, tükcüklü, qısa yumurtavari formalı, diametri 11 mm-dir.
Kolxida ovalığı
Kolxida ovalığı (gürc. კოლხეთის დაბლობი) — Gürcüstanda, Qara dəniz sahilində ovalıq. Qərbdən şərqə təqribən 100 kilometr (62 mil) uzanır. Səthi hamar, hündürlüyü 150 metrə qədərdir. Antropogenin alluvial çöküntülərindən təşkil olunmuşdur. Qərb hissədə geniş bataqlaşmış sahələr var. Kolxida ovalığında neft-qaz təzahürləri və mineral bulaqdar (Tsxaltubo) var. İqlimi subtropikdir. Orta tempraturu yanvarda 4,5–6°C, avqustda 23–24°C-dir. İllik yağıntı 1500 mm.
Kolxida suilanı
Kolxida suilanı (lat. Natrix megalocephala) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Ümumi uzunluqları 110–130 sm təşkil edə bilir. Bel nahiyəsindəki pulcuqları qara, yan hissələrdə ağ, qarın nahiyəsində isə nisbətən tünd rənglərdə olur. == Yayıldığı ərazilər == Bu növə Rusiya ərazisində Krasnodar vilayətində, Azərbaycan və Gürcüstan kimi ölkələrdə rast gəlinir.
Kolxida şümşadı
Kolxida şümşadı (lat. Buxus colchica) — şümşadkimilər fəsiləsinin şümşad cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Qlobal IUCN Statusu: NT == Təbii yayılması == Kolxida şümşadı Gürcüstan, Rusiya, Azərbaycan və Türkiyə üçün endemikdir. Azərbaycanda Böyük Qafqazın qərb (Zaqatala rayonunun Tala kəndi) və şərq hissələrində (Qəbələ rayonunun Vəndam kəndi) yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl koldur, bəzən isə 10–12 m (180 m-ə qədər) boya malik ağacdır. Zoğları yaşıl və dördkünclüdür. Yarpaqları adətən ellipsivari olub, 10–30 mm uzunluğunda, 5–18 mm enində, dərivari, estdən tend yaşıl, parlaq, saplağı qısa və tükcüklüdür, qaidəsi pazvari və ya dairəvi, ucu oyuqludur. Çiçək qrupu oturandır. Meyvəsi dərili, yumurtavari-kürəvi qutucuqdur.
Kolxida şümşəsi
Kolxida şümşəsi (lat. Ilex colchica) — aquifoliaceae fəsiləsinin ilex cinsinə aid biki növü. == Təbii yayılması == Cənubi Qafqazda və Kiçik Asiyada,Balkanda qarışıq meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 2,5 m-ə qədər olan,sürünən gövdəli,sallaq budaqlı ağac və ya həmişəyaşıl koldur.Yarpaqları ellipsvari,uzunluğu 5-10 sm,dərili,cod kənarları dişli,üst tərəfi tünd-yaşıl rəngli,aşağı tərəfi açıq-yaşıldır.Yarpaqların qoltuqlarında yerləşmiş hamaşçiçəyi çətirşəkilli salxımlarda toplanmışdırErkək çiçəkləri üç çiçəkləri,dişi çiçəkləri isə bir çiçəkdən ibarətdir.Kasacığı yarıya qədər bitişik,4 ədəd enli,ucu biz və üçkünc hissəlidir.Çiçək tacı ağımtıldır.ləçəkləri erkək çiçəklərdə uzunsov-yumurtavari,dişi çiçəklərdə isə enli-yumurtavaridir.meyvəsi 8-10 mm uzunluğunda,7-10 mm enində,qırmızı rəngli olub,dörd çəyirdəklidir.Çəyirdəyi üç hissəli,kənarlardan sıxılmış,uzunsov,enli çıxıntılıdır.yetişmiş meyvələri bütün qışı budaqların üzərində olur.Toxum və qələmlərlə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkardır,kölgəli sahələrdə normal böyüyüb,inkişaf edir. == Azərbaycanda yayılması == Abşeronda,Lənkəranda,Gəncədə bağ və parklarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Qışda giləmeyvələri çox dekorativ görünür.Canlı çəpərlərin salınmasında,qazonlarda,mərkəzi alleyalarda tək və ya qrup əkinlərində istifadə məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kolxida daşsarmaşığı
Kolxida daşsarmaşığı (lat. Hedera colchica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Qafqazda, Türkiyədə, Kiçik Asiyada, İranda rütubətli subtropiklərdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 30 m-ə çatan güclü, lianaşəkilli, həmişəyaşıl koldur. Zoğları nazik, qısasorucu köklüdür. Meyvə verən zoğları isə qalın və tüklüdür. Yarpaqlarının uzunluğu 25 sm-ə qədər, müxtəlif formaalı: parlaq dərili, bütöv, bəzən üç hissəli, yaşıl və spesifik qoxuludur. Payızda çiçəkləyir. Çiçəkləri ikicinsli, beşhissəli, yaşılımtıl-sarı, 12-35 ədədi çətirşəkilli hamaşçiçəklərə yığılmışdır. Saplaqlarının uzunluğu 2-3 sm-ə çatır.
Kolxida Milli Parkı
Kolxida milli parkı (gürc. კოლხეთის ეროვნული პარკი) — Gürcüstanın qərbində Kolxida çökəkliyində yerləşən milli park. Milli park Qara dənizin şərq hissəsindəki sahilboyu rayonları və Kolxida çökəkliyindəki paleostomi gölünün hövzəsini əhatə edir. Kolxida milli parkı 1898-ci ildə təşkil olunmuşdur. Kolxida qoruğu da Milli parkın tərkibinə daxildir. == Tərkibi == Kolxida milli parkı Gürcüstanın 5 munisipalitetini (Zuqdidi, Xob, Senak, Abaş və Lançkut) əhatə edir. Milli parkın inzibati idarəçiliyi də beş rayona bölünür. Milli parkın mühafizə olunan ümumi sahəsi 446 km²-dir. Parkın ərazisində vizit-mərkəz və mehmanxana da fəaliyyət göstərir, turist gəzintiləri təşkil edilir, turistlərə ekoturizm və idman balıqçılığı üzrə xidmətlər göstərilir. == Coğrafiyası == Kolxida Milli parkının tərkibinə Avrasiyada 19 milyon il bundan əvvəl tropik və subtropik ekositem dövrü üçün xarakterik olan sürünənlərin qalıqlarının aşkar edildiyi Kolxida bataqlığı da daxildir.
Kolxida daş sarmaşığı
Kolxida stafulası (qönçəlisi)
== Ümumi yayılması: == Gürcüstаnda və Türkiyədə təbii şəraitdə yаyılmışdır. == Azərbaycanda yаyılmаsı: == Bаlаkən rаyоnu ərаzisində, Quruçаy hövzəsində, Cüncüllü tахtа аdlı yеrdə rаs gəlinir. == Stаtusu: == Аzərbаycаnın nаdir bitkisidir. CR B2b(i,ii,iii). == Bitdiyi yеr: == Aşağı və orta dağ qurşağında, meşəliklərdə, kölgəli yerlərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Kоlхidа qönçəlisi (stаfulаsı) təbiətdə 4 m-ə qədər hündürlükdə olan kоl və yа аğаcdır. Yаrpаqlаrı qаrşı-qаrşıyа düzülərək təklələkvаrıdır. Yаrpаqlаrın kənаrlаrı mişаrdişlidir. Çiçəkləri uzunsоv süpürgə çiçək qrupundа tоplаnmışdır.
Kolxidalılar
Kolxidalılar (gürc. კოლხები) və ya kolxlar — yunan-Roma müəllifləri tərəfindən qədim Kolxida sakinləri üçün istifadə edilən termin. Qədim kolxidalılar müasir meqrel-lazlar kimi müəyyən edilir. Eradan əvvəl VI–I əsrlərdə mövcud olmuş Kolxida çarlığı ilk erkən gürcü dövləti hesab olunur. Kolxidalı termini Qara dənizin qərb sahillərində məskunlaşmış erkən kartveldilli tayfalar üçün ümumi termin kimi istifadə edilmişdir.Yunan salnamələrinə görə, qədim zamanlarda Kolxida və Qafqaz İberiyasında gürcü dili danışılırdı. Qafqazşünas alim Kirill Tumanovun fikrinə görə, "Kolxida yeni gələnlərin birləşməsinə nail olan ilk Qafqaz dövləti kimi müşahidə edilir. Kolxidanı haqlı olaraq protogürcü yox, Qərbi Gürcüstan (meqrel-lazlar) çarlığı hesab etmək olar. Gürcüstan ictimai tarixinin başlanğıcını ən erkən gürcü formalaşması olan Kolxidada axtarmaq təbii görünür".

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 1.35
2011 •• 0.09
2015 •••••• 0.34
2017 ••• 0.16

Oxşar sözlər

#kolxida nədir? #kolxida sözünün mənası #kolxida nə deməkdir? #kolxida sözünün izahı #kolxida sözünün yazılışı #kolxida necə yazılır? #kolxida sözünün düzgün yazılışı #kolxida leksik mənası #kolxida sözünün sinonimi #kolxida sözünün yaxın mənalı sözlər #kolxida sözünün əks mənası #kolxida sözünün etimologiyası #kolxida sözünün orfoqrafiyası #kolxida rusca #kolxida inglisça #kolxida fransızca #kolxida sözünün istifadəsi #sözlük