komediya-balet sözü azərbaycan dilində

komediya-balet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • komediya-balet • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Komediya
Komediya və ya Məzhəkə — dramatik və ədəbi növ, həmçinin kinojanr, məcazi mənada – gülməli əhvalat, hoqqabazlıq, oyunbazlıq və s. İctimai həyatda və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması komediya konfliktinin əsasını təşkil edir. Komediyada gülüş, yumor və satira xarakteri daşıya bilər. Vodevil, fars (ədəbi janr), musiqili komediya, tragikomediya və s. janrları var. Komediya sənətinin mənşəyi Qədim Yunanıstanda Dionisin şərəfinə keçirilən xalq şənliklərindən və tamaşalarından başlanır. Klassik komediyanın ən yaxşı nümunələrini Aristofan, Menandr, Vilyam Şekspir, Lope de Veqa, Jan Batist Molyer, Pyer Bomarşe, K. Qoldoni, Bernard Şou, Aleksandr Qriboyedov, Nikolay Qoqol, Aleksandr Ostrovski, Anton Çexov və başqaları yaratmışlar. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun adı ilə bağlı olan komediyanı Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Sabit Rəhman, Mirzə İbrahimov və başqaları inkişaf etdirmişlər.
Balet
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Ekssentrik komediya
Ekssentrik komediya—Kino komediyanın janrlarından biri. == Ekssentrik komediya haqqında == "Screwball" (Ekssentrik komediya) komediyanin bir alt janrıdır. Ən populyar və uzun müddətli film janrlarından biri olan "screwball" 1934-cü ildə ərsəyə gələn "Bir gecədə" ("It Happened One Night") filmi ilə məşhurlaşdı. Bir çox tənqidçiyə görə, klassik dövrün 1940-cı illərin sonlarında bitməsinə baxmayaraq , əsas hissələri daima saxlanılıb. "Screwball"ın xarakteristik xüsusiyyətlərini müəyyən edən hər hansı bir qayda-qanunların olmamasına baxmayaraq, bu janrla kateqoriya edilmiş filmlər ümumilikdə gülməli səhnələr, şişirdilmiş hərəkətlər və gülünc vəziyyətlərə düşülmə və vəziyyətdən hazırcavablılıqla çıxma, birini sevib sonluqda evlənmə və yaxud təkrarən başqası ilə evlənmə tipli mövzulardan ibarətdir. Kino tənqidçi Endryu Sarris bu janrı "səhnələrdə seks olmayan seks komediyası" kimi adlandırmışdı. "Screwball" teatral komediya ilə yaxından əlaqəlidir, ayrıca bəzi komedik əsərlər də "screwball" olaraq tanınır. Janrın bir çox xüsusiyyətinin əsası Şekspirin "Heç bir şeydən çox söz" ("Much Ado About Nothing"), "Sənin sevdiyin kimi" ("As You Like İt") və "Qızmar yay gecəsinin xəyalı" ("A Midsummer Night's Dream") kimi pyesləri və Oskar Uayldın "Ciddi başlanğıcın mahiyyəti" ("The İmportance of Being") adlı əsərinə qədər gedib dayanır. "Screwball" ilə əlaqəli digər janrlar isə belədir: "slapstick", "sitcom" və "romantik komediya". Xüsusiyyətləri.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Komediya-dram
Komediya-dram — komediya və dram elementlərini birləşdirən dramatik əsərlər janrı. == Tarixi == Qədim yunanlarla başlayan ənənəvi şərq teatrı Sock və Buskin, yəni komediya və faciə olaraq ikiyə bölünürdü. Faciə adətən uydurma və ya tarixi qəhrəmanın ölümü ilə başa çatsa da, komediya orta səviyyəli personajların həyatına diqqət yetirir və onların nailiyyətləri ilə başa çatır. "Dram" termini tamaşanın bütün hərəkətlərini təsvir etmək üçün istifadə edilmişdir. 19-cu əsrdən başlayaraq Anton Çexov, Corc Bernard Şou və Henrik İbsen kimi yazıçılar komediya ilə dram arasındakı sərhədləri bulandırdılar.Radio teatrının, kinonun və xüsusən də televiziyanın meydana çıxması ilə komediya və ya dram kimi bir məhsulu aydın şəkildə müəyyən etmək üçün marketinqdə böyük təzyiqə səbəb oldu. Kütləvi informasiya vasitələrində komediya və dram açıq-aydın bir-birindən ayrılırdı, baxmayaraq ki, canlı teatrda fərq daha az əhəmiyyətli idi.
Komediya filmi
Komediya filmi — film janrlarından biridir. Bu janrın əsas məzmunu yumordur. Adətən, belə flimlər xoşbəxt sonluqla bitir. == Xüsusiyyəti == Komediyanın fərqləndirici cəhəti tamaşaçılarda gülüş doğuran xarakterin və situasiyaların təsvir edilməsidir. Komediya təsvir olunan materiala müəllifin münasibətinə görə satirik, lirik komediyalar, kinoparodiya və şərtlilik dərəcəsinə görə isə ekssentrik, kinovodevil və digər xeyli janr müxtəlifiyinə malikdir. Komediya yarandığı ilk illərdə başqa sənət növlərinin təcrübəsindən geniş istifadə etmişdir. 1895-ci ildə kinematoqrafın ixtiraçısı Lui Lümyerin çəkdiyi "İsladılmış suvarıcı" adlı ilk kinokomediya illüstrasiyalı jurnallardan birində dərc olunmuş, süjetli yumoristik rəsmlər olan komikslər əsasında yaradılmışdı.
Qara komediya
Qara yumor — xəstəlik, fiziki qüsurlar, seksuallıq, cinayət, din, müharibə, zorakılıq kimi ciddi və kütlənin yüksək həssaslıq göstərdiyi mövzuları hədəfə alır və gülüş obyektinə çevirir. Bütün absurdluq, gülüş və yumora baxmayaraq, janr öz ciddiliyini də qoruya bilməlidir. == Deyimin işlənməsi == Deyimi ilk dəfə 1935-ci ildə Andre Breton Conatan Sviftin yaradıcılığı haqqında işlədib. Baxmayaraq ki, Breton 1940-cı ildə "Qara yumorun antologiyası" adlı kitab yazmışdı, bu termin yalnız 1960-cı illərdə ümumi işlək hal aldı. Deyim Vladimir Nabokov,Nathanael West,Joseph Heller kimi yazıçıların yaradıcılıq işlərini təsvir etmək üçün işlədilirdi. Hellerin "Catch-22" əsəri buna misal ola bilər. === Uşaq ədəbiyyatında qara yumor === Viktoriya dövründə uşaq ölümlərinin yayğınlaşması, uşaqların ölüm anlayışı ilə erkən tanışlığına səbəb olurdu ki, bu da dövr yazıçılarını ölümü uşaq ədəbiyyatı üçün "qadağan olunmuş mövzu" olmaqdan çıxarmağa ruhlandırırdı. Bu dövr uşaq ədəbiyyatçıları real hadisələri yüngül, qəbul olunan dərəcədə qələmə almağı bacardılar. Bu dövrdə yazılmış iki əsər bu mövzuya toxunur — alman yazıçı Heinrich Hoffmannın "Der Struwwelpeter" kitabı və Karlo Kollodinin "Pinokyonun məcaraları". Hər iki əsər yumor dili ilə yazılsa da, həm də həmin dövr oxuyucularının dəhşət hissinə qapılmasına da səbəb olmuşdular.
Romantik komediya
Romantik komediya filmi əsl sevgi, məhəbbət kimi romantik idealların mərkəzdə olduğu, eyni zamanda səmimi, yumoristik bir süjet formasında bu ideyaların ətrafında əksər maneələrin aşıldığı ifadə edilən film janrıdır. Lüğəvi mənasında isə; xoşbəxt sonluqla bitən məzəli sevgi hekayəsinə əsaslanan film, teatr və ya televiziya şousudur. Başqa bir ölkədəki tərifinə görə isə; İki bir-birlərinə simpatiyası olan, bir-birlərini sevən, fərqləndirici xüsusiyyətləri mövcud olan, ahəngdar və bir-birlərini bağışlaya bilən eşqləri olan aşiqlər arasındakı ziddiyyətlər ifadə edir.Romantik komediya filmləri komediya filmləri və romantik filmlər kimi fərqləndirilə və təsnif oluna bilərlər. Həmçinin, Screwball komediyası və Stoner komediyasında da (həmçinin də Stoner filmi olaraq tanınır) eyni elementlər mövcuddur. Bəzi televiziya serialları da romantik komediya kimi təsnif edilə bilərlər. Belə filmlərə nümunə olaraq tənqidçilər tərəfindən janrın ən yaxşı filmlərindən biri hesab edilən Gözəlçə filmini göstərmək mümkündür.
Xəsis (komediya)
Xəsis (fr. L'Avare) — məşhur fransız dramaturqu Molyerin komediya janrında yazdığı beş pərdəli əsəridir. İlk dəfə 1668-ci ildə Pale-Royal teatrında səhnələndirilmişdir. Əsərin məzmunu Plavtın "Aulularia" pyesindən ilhamlanaraq alınmışdır. == Personajlar == Harpaqon (fr. Harpagon) — Kleant və Elisin atası, Mariana aşiq Kleant (fr. Cléante) — Harpaqonun oğlu və Marianın sevgilisi Elis (fr. Élise) — Harpaqonun qızı və Valerin sevgilisi Valer (fr. Valère) — Anselmin oğlu və Elisin sevgilisi Marian (fr. Mariane) — Kleantın sevgilisi və Harpaqonun sevdiyi Anselm (fr.
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. == Tarixi == Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Azərbaycanda balet
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu.Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi.1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu. Bu dövrdə teatrda "Sonalar gölü", "Don Kixot", "Baxçasaray fontanı", "Esmeralda", "Qırmızı lalə" və s.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. == Məzmun == Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. == Məzmun == Tomris Banu == Mənbə == Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. == Tarixçə == “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. == Məzmun == "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975ci ildə isə üçüncü redaksiyadan keçir.

Oxşar sözlər

#komediya-balet nədir? #komediya-balet sözünün mənası #komediya-balet nə deməkdir? #komediya-balet sözünün izahı #komediya-balet sözünün yazılışı #komediya-balet necə yazılır? #komediya-balet sözünün düzgün yazılışı #komediya-balet leksik mənası #komediya-balet sözünün sinonimi #komediya-balet sözünün yaxın mənalı sözlər #komediya-balet sözünün əks mənası #komediya-balet sözünün etimologiyası #komediya-balet sözünün orfoqrafiyası #komediya-balet rusca #komediya-balet inglisça #komediya-balet fransızca #komediya-balet sözünün istifadəsi #sözlük