Komissiyası sözü azərbaycan dilində

Komissiyası

Yazılış

  • Komissiyası • 73.0388%
  • komissiyası • 26.9134%
  • KOMİSSİYASI • 0.0477%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avropa Komissiyası
Avropa Komissiyası — Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. Birlik müqavilələrinin qoruyucusudur və Ədalət Divanı ilə birlikdə birlik hüququnun doğru tətbiq edilməsini təmin edir. Beynəlxalq platformada və beynəlxalq müqavilələrin müzakirələrində, xüsusilə ticarət və əməkdaşlıq sahələrində Birliyi təmsil edir. Avropa Komissiyası 1994-cü ildə Şuraya 558 təklif və eskiz ilə 272 bildiriş, memorandum və hesabat təqdim etmişdir. Bu sənədlər siyasət, idarəetmə, iqtisadiyyat və cəmiyyət üzvlərilə sıx fikir alış-verişi nəticəsində əldə edilmiş məhsullardır. Komissiya üzvləri vəzifələrini yerinə yetirərkən öz milli hökumətlərindən tamamilə azad olaraq davranmaq və sadəcə Avropa Birliyinin xeyrinə işlər görməklə mükəlləfiyyətlidirlər. Komissiyanı işdən azad edə biləcək tək orqan Avropa Parlamentidir. Komissiyanın hər üzvünün bir və ya bir neçə siyasət sahəsində xüsusi cavabdehlikləri vardır.
Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Azərbaycan Respublikası Ali Sovetinin deputatı Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Avrasiya İqtisadi Komissiyası
Avrasiya İqtisadi Komissiyası (AİK) — Avrasiya İqtisadi İttifaqının (EAEU) (keçmiş Gömrük İttifaqı və Vahid İqtisadi Məkan) daimi fəaliyyət göstərən dövlətlərüstü tənzimləyici orqanı. O, Rusiya Federasiyası, Belarus Respublikası və Qazaxıstan Respublikası prezidentlərinin qərarı ilə yaradılıb və 18 noyabr 2011-ci il tarixli “Avrasiya İqtisadi Komissiyası haqqında” və “İş qaydaları haqqında” Sazişlər əsasında fəaliyyət göstərir. Avrasiya İqtisadi Komissiyası”. Fəaliyyətə başlama tarixi 2 fevral 2012-ci ildir. O, Ali Avrasiya İqtisadi Şurasına (AİİK) tabe olan dövlətlərüstü idarəetmə orqanı statusuna malikdir. Komissiyanın qərarları Aİİ, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan üzv dövlətlərinin ərazisində məcburi qüvvəyə malikdir. Avrasiya İqtisadi Komissiyasının əsas vəzifəsi Avrasiya İqtisadi İttifaqının, Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın fəaliyyət göstərməsi və inkişafı üçün şəraiti təmin etmək, bu birliklər çərçivəsində inteqrasiya sahəsində təkliflər hazırlamaqdır. Gərargah — Moskva (Rusiya Federasiyası). == AİK-nın səlahiyyət sahələri == Komissiyanın səlahiyyət sahələri Avrasiya İqtisadi Komissiyası haqqında Əsasnamədə (Avrasiya İqtisadi İttifaqı haqqında Müqaviləyə 1 nömrəli əlavə) təsbit edilmişdir. Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri Avrasiya İqtisadi Komissiyasına verilib.
Azərbaycan Fövqəladə Komissiyası
Azərbaycan Fövqəladə Komissiyası (AFK) — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində əks inqilab və sabotajla mübarizə orqanı. == Tarixi == Azərbaycan Fövqəladə Komissiyası (AFK) 29 aprel 1920-ci ildə yaradılmışdır. AFK-nın vəzifəsi daxili və xarici rəqibləri – Azərbaycanda sovet hakimiyyətini devirməyə, Azərbaycan Xalq Cümhuriyyətini bərpa etəyə cəhd göstərənlərə qarşı qəti mübarizə aparmaqdan və sosialist inqilabını qoruyu möhkəmlətməkdən ibarət idi. AFK xarici kəşfiyyat orqanlarının sabotaj törətmək cəhdlərinin qarşısını almaq, onların agenturası və xarici antisovet mərkəz emissarlarını aşkara çıxarıb ifşa etmək sahəsində fəaliyyət göstərmiş, "Müsavat", "İttihad", "Daşnaksütyun" partiyalarının əks-inqilabi fəaliyyətinə və onların Azərbaycanda sovet hakimiyyəti əleyhinə təşkil etdikləri silahlı çıxışlara qarşı qəti mübarizə aparmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 avqust 1926-cı il tarixli qərarı ilə AFK Azərbaycan Dövlət Siyasi İdarəsinə çevrilmişdir. Növbəti dövrlərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi fəaliyyət göstərir.
Hokkaydo Koloniyalaşdırma Komissiyası
Hokkaydo Koloniyalaşdırma Komissiyası və ya Kaytakuşi (開拓使) – Meyci dövründə Yaponiyada fəaliyyət göstərmiş dövlət komissiyası. 1869-82-ci illərdə fəaliyyət göstərmişdir. Komissiyanın əsas məqsədi Hokkaydo adasının administrasiyası və inkişafı ilə məşğul olmaq idi. == Tarixi == Ezo adasının, eləcə də, şimaldakı digər adaların strateji əhəmiyyətini nəzərə alan Meyci hökuməti 1869-cu ilin avqustunda bu komissiyanı təşkil etmiş, Ezo adasının adını Hokkaydo, Saxalin adasının adını Karafuto olaraq dəyişdirmişdir. 1875-ci ildə Rusiya ilə imzalanan Sankt-Peterburq müqaviləsinə əsasən Saxalin adası Rusiyanın idarəçiliyinə, Kuril adaları isə Hokkaydo Koloniyalaşdırma Komissiyasının idarəçiliyinə verilmişdir.Komissiyanın baş qərargahı Sapporo şəhərində yerləşirdi və direktor ilə vitse-direktor tərəfindən idarə olunurdu. Keçmiş Satsuma hanından olan Kuroda Kiyotakanın direktor seçilməsindən sonra komissiya keçmiş satsumalı samuraylar üçün siyasi təşkilata çevrilmişdir.1872-ci ildə komissiya üçün dövlət büdcəsindən 10 milyon yen məbləğində maddi vəsait ayrılmışdır. Bu məbləğ 10 il müddəti üçün nəzərdə tutulmuşdu. Komissiya bu büdcə ilə bir çox xarici mütəxəssis dəvət etmiş, hökumət dəstəkli biznes yerləri açmış, yeni kənd təsərrüfatı texnikalarını yaymış, yollar və dəmiryolları tikdirmişdir. Komissiyanın dəstəyi ilə Sapporo Kənd Təsərrüfatı Kolleci qurumuşdur. Bu kollec gələcəkdə Hokkaydo Universitetinə çevrilmişdir.
Ali Attestasiya Komissiyası (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Azərbaycan Respublikası Ali Sovetinin deputatı Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Avropa İqtisadi Komissiyası (BMT)
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var. == Tarixi == 28 mart 1947-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur. == Üzv dövlətlər == Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir: Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır. == İcraçı katibləri == 1947–1957 – İsveç, Qunnar Myurdal 1957–1960 – Finlandiya, Sakari Tuomioya 1960–1967 – Yuqoslaviya, Vladimir Velebit 1968–1982 – Yuqoslaviya, Janez Stanovnik 1983–1986 – Finlandiya, Klaus Sahlgren 1987–1993 – Avstriya, Gerald Hinteregger 1993–2000 – Fransa, Yves Berthelot 2000–2001 – Polşa, Danuta Hübner 2002–2005 – Slovakiya, Brigita Schmögnerová 2005–2008 – Polşa, Marek Belka 2008–2012 – Slovakiya, Yan Kubiş 2012–2014 – Bosniya və Herseqovina, Sven Alkalay 2014 – Danimarka, Mixael Möller (müvəqqəti əvəzedən) 2014-cü ildən bəri – Danimarka, Kristian Friis Bax == Daxili Nəqliyyat Komitəsi == Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir. Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır.Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir.Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, həmçinin də beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyələr hazırlanan bir orqandır.Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə xüsusi işçi qrupları yaradılmışdır: Avtomobil nəqliyyatı üzrə işçi qrupu; Dəmir yolu nəqliyyatı üzrə işçi qrupu; Daxili su nəqliyyatı üzrə işçi qrupu.Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır.
Gömrük Birliyi Komissiyası (Qazaxıstan)
Gömrük birliyi komissiyası — 2007-2012-ci illərdə fəaliyyət göstərən EurAsEC Gömrük İttifaqının vahid daimi tənzimləyici orqanı. Komissiya, Belarus Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası tərəfindən vahid gömrük ərazisinin yaradılması və Gömrük İttifaqının formalaşdırılmasına dair 6 oktyabr 2007-ci il tarixli müqaviləyə uyğun olaraq yaradılmışdır. Komissiyanın funksiyalarına aşağıdakılar daxildir: Gömrük İttifaqının ali orqanının - dövlət və hökumət başçıları səviyyəsində dövlətlərarası şuranın qərarlarının icrası; Gömrük İttifaqının formalaşmasına dair beynəlxalq müqavilələrin icrasına nəzarət; Gömrük İttifaqının ali orqanı üçün Gömrük İttifaqının formalaşması və fəaliyyət göstərməsi ilə bağlı tövsiyələrin hazırlanması. 18 avqust 2011-ci il tarixində "Avrasiya İqtisadi Komissiyası haqqında" müqavilənin imzalanması ilə əlaqədar ləğv edilmiş Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri yeni millətlərarası quruma - Avrasiya İqtisadi Komissiyasına verildi. == Komissiyanın tərkibi == Komissiya bir sədr və iki üzvdən ibarət idi: Şuvalov İqor İvanoviç - Komissiyanın sədri - Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini, Rumas Serqey Nikolayeviç - Komissiyanın üzvü - Belarus Respublikası Baş nazirinin müavini, Şukeyev Umirzak Estayeviç - Komissiyanın üzvü - Qazaxıstan Respublikası Hökuməti sədrinin birinci müavini. Komissiyadakı səslər aşağıdakı kimi paylandı: Rusiya - 57%; Belarusiya - 21,5%; Qazaxıstan -% 21,5.Qərarlar 2/3 səs çoxluğu ilə qəbul edildi. == Komissiya Katibliyi == Gömrük İttifaqının daimi orqanı Sergey Yurievich Glazyevin rəhbərlik etdiyi Komissiya Katibliyi idi .
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Azərbaycan Respublikası Ali Sovetinin deputatı Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir;Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

BMT-nin Avropa İqtisadi Komissiyası
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var. == Tarixi == 28 mart 1947-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur. == Üzv dövlətlər == Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir: Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır. == İcraçı katibləri == 1947–1957 – İsveç, Qunnar Myurdal 1957–1960 – Finlandiya, Sakari Tuomioya 1960–1967 – Yuqoslaviya, Vladimir Velebit 1968–1982 – Yuqoslaviya, Janez Stanovnik 1983–1986 – Finlandiya, Klaus Sahlgren 1987–1993 – Avstriya, Gerald Hinteregger 1993–2000 – Fransa, Yves Berthelot 2000–2001 – Polşa, Danuta Hübner 2002–2005 – Slovakiya, Brigita Schmögnerová 2005–2008 – Polşa, Marek Belka 2008–2012 – Slovakiya, Yan Kubiş 2012–2014 – Bosniya və Herseqovina, Sven Alkalay 2014 – Danimarka, Mixael Möller (müvəqqəti əvəzedən) 2014-cü ildən bəri – Danimarka, Kristian Friis Bax == Daxili Nəqliyyat Komitəsi == Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir. Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır.Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir.Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, həmçinin də beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyələr hazırlanan bir orqandır.Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə xüsusi işçi qrupları yaradılmışdır: Avtomobil nəqliyyatı üzrə işçi qrupu; Dəmir yolu nəqliyyatı üzrə işçi qrupu; Daxili su nəqliyyatı üzrə işçi qrupu.Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır.
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası
Azərbaycan Xalq Cümhuriyyəti-İran birgə komissiyası, iki dövlət arasında əməkdaşlıq haqqında müqavilənin əsaslarını hazırlamaq üçün Parisdə yaradılmış işçi qrup (1919, oktyabr). == Komissiyanın tərkibi == Komissiyanın tərkibinə Azərbaycan nümayəndələrindən Mir Yaqub Mehdiyev və Ceyhun Hacıbəyli, İran tərəfindən Zəkov Mülk və Mustan Sarüs-Səltənə daxil idi. == Komissiyanın iclasları == Oktyabrın 29-da komissiyanın ilk iclası keçirilmişdi. Oktyabrın 30–31-i və noyabrın 1-də müzakirələr davam etdirilmiş, Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədrinə göndərdiyi məlumata görə, sonuncu iclasda İran nümayəndələri Azərbaycan nümayəndəliyinin təqdim etdiyi saziş layihəsini qəbul etmişdi. == Sazişin şərtləri == Saziş 4 maddədən ibarət idi: Qafqaz Azərbaycanı Azərbaycannümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələbnamə və xəritələrdə göstərilmiş sərhədlərdə, Rusiyada dövlət idarəsi və quraluşunun hansı şəkildə və formada quralmasından asılı olmayaraq, qəti və birdəfəlik ondan (Rusiyadan) ayrılır; Qafqaz Azərbaycanının göstərilən hüdudlarında 1918 ilin 28 mayından mövcud olan Azərbaycan Cümhuriyyəti, Bakı şəhəripaytaxt olmaqla, Azərbaycan Hökuməti tərəfindən ümumi seçki hüququ əsasında çağırılan Azərbaycan Müəssislər Məclisinin müəyyən etdiyi qanunlarla fəaliyyət göstərən seçilmiş prezident və parlamentli müstəqil, demokratik respublika kimi tanınır; Azərbaycan Xalq Cümhuriyyəti qonşu İran dövlətilə əsasları və formaları, eyni zamanda, həyata keçirilməüsulları İran və Azərbaycan Hökumətlərinin hər iki dövlətin parlamentlərinin bəyəndiyi qarşılıqlı razılığına əsasən hazırlanan və müəyyən edilən siyasi-iqtisadi əlaqələr qurar. Bununla birgə xarici işlər sahəsində İran və Azərbaycan Hökumətlərinin fəaliyyətinin birləşdirilməsi arzu olunur; Azərbaycan Cümhuriyyətinin 1-ci və 2-ci bəndlər üzrə yuxarıdagöstərilən məqsədlərə çatmaq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınması, onun bütövlüyü və müstəqilliyinə, siyasi, iqtisadi, mədəni və hərbi qüvvələrinin inkişafına hər cür təhdiddən təhlükəsizliyinə nail olmaq üçün İrana göstərilən şəkildə İngiltərənin həqiqi köməyinə ehtiyacı vardır. == Nəticə == Məlumatda qeyd edilirdi ki, bütün bu dörd maddə bir-birilə bağlıdır və Azərbaycan nümayəndələrinin özü tərəfindən kimə lazımdırsa, elan edilməlidir. Digər bir qeydə görə, Azərbaycan nümayəndələri ingilis hökumətinin nümayəndələri ilə görüşüb müvafiq izahat verməli idi. Azərbaycan — İran birgə komissiyasının Parisdəki fəaliyyəti az sonra bu ölkələr arasında əməkdaşlığın və işgüzar münasibətlərin yaradılmasında uğurlu başlanğıc oldu. 1920 ilin mart-aprelində Azərbaycan — İran konfransı keçirildi.
Azərbaycan Xalq Cümhuriyyəti Əlifba İslahatı Komissiyası
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. == Komissiyanın yaradılması == 1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi.Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı. == Aprel işğalından sonra == Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı. Bu məsələnin geniş müzakirəsindən sonra Nəriman Nərimanovun imzaladığı xüsusi dekretlə Azərbaycanda əlifba islahatı üzrə Yeni Türk Əlifba Komitəsi yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası
Fövqəladə Təhqiqat Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əvvəlcə xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920 ilin aprelinə qədər fəaliyyət göstərmiş rəsmi təhqiqat orqanı. Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmışdı. == Fəaliyyəti == I dünya müharibəsinin başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918 – 1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi.
Lüksemburq komissiyası
Lüksemburq komissiyası (fr. Commission du Luxembourg) — XIX əsrdə Fransanın müvəqqəti hökuməti tərəfindən yaradılmış əmək komissiyası. 25 fevral 1848-ci ildə Lui Filippin taxtdan devrilməsindən sonra yaradılmışdır. Lüksemburq komissiyasının yaradılması, Lui Blanın başçılıq etdiyi fəhlə nümayəndələr məclisi kimi, sosial problemlərin öyrənilməsi və həlli yollarının təklif edilməsi vəzifəsini icra etmək məqsədini güdürdü. Komissiya həmin ilin sonunda fəaliyyətini dayandırmışdır.
Milli Səhiyyə Komissiyası
Milli Səhiyyə Komissiyası (çin. ənən. 國家衛生健康委員會, sadə. 国家卫生健康委员会, pinyin: Guójiā Wèishēng Jiànkāng Wěiyuánhuì) — Çin Xalq Respublikasının Dövlət Şurasının ölkədə səhiyyə siyasətinin inkişaf etdirilməsindən məsul olan kabinet səviyyəsində icra şöbəsi. 19 mart 2018-ci il tarixində təsis edilmişdir. Nazirliyin qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir. Komissiyaya Nazirlər Kabineti səviyyəsində Dövlət Şurasının naziri rəhbərlik edir. Ma Syaovey komissiyanın hal-hazırkı naziri və partiya şöbəsinin katibidir. Qurumun sələfi Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası idi. == Tarixi == 1954-cü ildə başlayan Çin Xalq Respublikası hakimiyyətinin əksər dövründə ölkənin səhiyyəsindən Səhiyyə Nazirliyi məsul idi.
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası (Azərbaycan) — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
Qafqaz Fövqəladə Komissiyası
Qafqaz Fövqəladə Komissiyası — Qafqaz fövqəladə komissiyası 6 noyabr 1919-cu il tarixində Qafqaz Merkuri şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. İlk sənəd 11 sentyabr 1919-cu ildə Tiflisdəki İran konsulluğundan Xarici İşlər Nazirliyinə 1604 № qeydiyyatı ilə göndərilmiş, sonuncu sənəd isə 11 may 1920-ci ildə yenə də Badkubədə olan durum barəsində İranın Tiflisdəki baş konsulluğundan Xarici İşlər Nazirliyinə 515 № qeydiyyatı ilə göndərilmişdir. Uzun müddət aparılan danışıqlar nəhayət 1920-ci ilin mart ayında uğurla başa çatır. Tərəflər arasında müqavilələr bağlanır. Lakin 1920-ci ilin 28 aprel tarixində XI Qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran bu komisiyya daxilində Gürcüstan və Ermənistanla da müzakirələr aparıb bənzər müqavilələr bağlamaq niyyətində olsa da Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu. == Qafqaz Fövqəladə komissiyasının sənədləri == İran nümayəndə heyətinin 1919-1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədləri İran xarici işlər nazirliyinin arxivində saxlanılırdı. Bu sənədlərdə o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır. 98 sənəddən ibarət olan bu sənədlər ilk dəfə 2001-ci ildə Tehranda Rza Azəri Şəhrzainin redaktorluğu və dövrün xarici işlər naziri Kamal Xərrzainin ön söz yazması ilə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunaraq elmi ictimaiyyətin geniş müzakirəsinə təqdim edilmişdir.
Beynəlxalq Nəzarət Komissiyası
Beynəlxalq Nəzarət Komissiyası (qısaldılmış BNK; fr. Commission Internationale de Contrôle və ya CIC) və ya Beynəlxalq Nəzarət və Nəzarət Komissiyası — 1954-cü ildə yaradılmış beynəlxalq qüvvə. Təşkilat, əslində, keçmiş Fransa Hind-Çini daxilində hər bir ərazi üçün bir olmaqla, üç ayrı, lakin bir-biri ilə əlaqəli orqan kimi təşkil edilmişdi və iki müvəqqəti administrasiyası olan vahid dövlət kimi qəbul edilirdi. Vyetnam üçün ICSC, Laos üçün ICSC və Kamboca üçün ICSC ayrı qurumlar idi.Təşkilat Birinci Hind-Çin müharibəsini bitirən və Vyetnamın bölünməsinə səbəb olan Cenevrə razılaşmalarının həyata keçirilməsinə nəzarət edirdi. Atəşkəs rejiminə əməl olunmasına nəzarət etmiş və pozuntuları qeydiyyata almışdır. Təşkilat müvafiq olaraq qeyri-kommunist, kommunist və bloklara qoşulmayan tərəfləri təmsil edən Kanada, Polşa və Hindistandan diplomatlar və hərbi personaldan ibarət nümayəndə heyətlərindən ibarət idi. Təşkilatın fəaliyyəti getdikcə alovlanan qarşıdurma qarşısında əhəmiyyətsiz olmuşdur. Buna baxmayaraq, o, Paris sazişləri imzalanana, Beynəlxalq Nəzarət və Müşahidə Komissiyası adı altında yenidən toplanana qədər rabitə əlaqəsi kimi fəaliyyətini davam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Maneli, Mieczyslaw. War of the Vanquished.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır.FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi. 2020-ci ilin iyul ayına olan məlumata əsasən 1,482 federal işçisi mövcuddur.1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktının Birinci Bölməsində göstərilən və 1996-cı il Telekommunikasiya Aktı ilə düzəliş edilmiş FKK-nın missiyası (47 U.S.C. §151-ə düzəliş) "irqinə, rənginə, dininə, milli mənşəyinə və ya cinsinə görə ayrı-seçkilik etmədən, sürətli, səmərəli, ümummilli və dünya miqyasında simli və radio rabitə xidmətlərini mümkün qədər bütün ABŞ xalqına münasib ödənişlərlə adekvat imkanlarla təqdim etmək"dir.
Mərkəzi Seçki Komissiyası (Azərbaycan)
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir;Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Mərkəzi Seçki Komissiyası (Qazaxıstan)
Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyas (qaz. Қазақстан Республикасының Орталық сайлау комиссиясы) — Qazaxıstanın vahid seçki komissiyaları sisteminə rəhbərlik edən Qazaxıstan Respublikasının daimi dövlət qurumu. == Tarixi == Qazaxıstan Respublikası MSK-nın sələfi Qazaxıstan SSR Ali Sovetinin 22 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılan Qazaxıstan SSR Xalq Deputatlarının Seçkiləri və Geri çağırılması üzrə Mərkəzi Seçki Komissiyası idi. 25 nəfərdən ibarət idi. Qazaxıstan Respublikası Prezidentinin 11 noyabr 1996-cı il tarixli 3205 saylı Fərmanı ilə, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası haqqında mövcud Əsasnamə təsdiq edildi. 2013-cü ildə Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Ümumdünya Seçki Qurumları Birliyinin üzvü oldu. == Səlahiyyəti == Qazaxıstan Respublikasının 28 sentyabr 1995-ci il tarixli "Qazaxıstan Respublikasında seçkilər haqqında" Konstitusiya Qanununun 12-ci maddəsinə uyğun olaraq, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı qanunvericiliyin icrasına nəzarəti həyata keçirir. Qazaxıstan ərazisi; Qazaxıstan Respublikası Prezidenti və Parlament Məclisi deputatları seçkilərinin hazırlanmasını və keçirilməsini təşkil edir; Parlament Senatı deputatları seçkilərinin təşkilinə və keçirilməsinə rəhbərlik edir; siyasi partiyaların partiyaların siyahıları ilə seçilən Parlament Məclisi deputatlarının və məclis deputatlarının bir hissəsinin seçkilərində iştirakına icazə verilməsi məsələsinə baxır; Prezidentin və parlamentin deputatlarının seçkiləri üçün seçki komissiyalarının rəhbərliyini həyata keçirir; Prezident və Parlament deputatları seçkilərinin nəticələrini yekunlaşdırır, seçilmiş Prezident və Parlament üzvlərini qeyd edir, bu barədə mətbuatda bir mesaj yayımlayır; Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. == Tərkibi və formalaşması == Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası yeddi nəfərdən ibarətdir: komissiyanın sədri və altı üzvü. 1995–2006-cı illər ərzində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin, katibin və üzvlərinin seçilməsi və vəzifədən alınması Qazaxıstan Respublikası Parlamentinin Məclisi tərəfindən Qazaxıstan Respublikası Başçısının təklifi ilə həyata keçirilmişdir.
Xəzərin Su Bioresursları Komissiyası
Xəzərin Su Bioresursları Komissiyası — 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan) tərəfindən təsis edilmiş komissiya. 2002-ci ildə İran İslam Respublikası bu komissiyaya qoşulmuşdur. Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdən ibarətdir. Bundan əlavə Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə 5 Xəzəryanı ölkə arasında Milli ov kvotalarına bölünməsini müəyyənləşdirir və eyni zamanda CITES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir. Azərbaycan Respublikası 2001–2002-ci illərdə Xəzərin Su Bioresursları Komissiyasına sədrlik etmişdir. Bu müddətdə Bakı şəhərində Komissiyanın 5 iclası keçirilmişdir. 2003–2004-cü illərdə sədrlik Rusiya Federasiyasında, 2005–2006-cı illərdə isə sədrlik Qazaxıstan Respublikasında olmuşdur. 2007–2008-ci illərdə Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nümayəndə heyəti Komissiyanın Aşqabad şəhərində keçirilən iclaslarında iki dəfə iştirak etmişdir. Departamentin və onun struktur bölmələrinin fəaliyyəti üçün 2007-ci ildə 1,683982 büdcə vəsaiti ayrılmış, 2008-ci il üçün isə 1,682581 manat həcmində təsdiq edilmişdir.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbəKomissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.
ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası
ABŞ qiymətli kağızlar və mübadilə komissiyası (ing. The United States Securities and Exchange Commission, SEC) — ABŞ dövlət qurumu ABŞ qiymətli kağızlar bazarı üçün əsas nəzarət və tənzimləmə agentliyidir. Komissiya 1934-cü ildə Prezident Ruzveltin rəhbərliyi altında yaradıldı. Komissiyanın məqsədi Böyük böhran dövründə investorların fond bazarına olan inamını bərpa etmək idi. İlk SEC sədri, ölkənin gələcək prezidenti Con Kennedinin atası Cozef Patrik Kennedi olmuşdur. Komissiya 1934-cü il Qiymətli Kağızlar Mübadilə Qanununa (ing. Securities Exchange Act of 1934) uyğun olaraq yaradılmışdır. Bu qanuna əlavə olaraq Komissiyanın fəaliyyəti aşağıdakı vacib qanunlarla tənzimlənir: Qiymətli kağızlar qanunu (Securities Act of 1933) Etibar sənədi qanunu 1939 . (the Trust Indenture Act of 1939) İnvestisiya şirkətləri qanunu 1940 . (the Investment Company Act of 1940) İnvestisiya məsləhətçiləri qanunu 1940 .
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Azərbaycan Respublikası Ali Sovetinin deputatı Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
== Əsas vəzifələri == Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər hazırlayır və onların həyata keçirilməsinə rəhbərlik edir; əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkin düşmüş vətəndaşların axtarılması məqsədilə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir; Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşları haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatı və sistemləşdirilməsi üçün müvafiq informasiya bankının yaradılmasını təmin edir; əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə əlaqədar işin vəziyyəti barədə məlumatlar, ümumiləşdirilmiş arayışlar və müvafiq təkliflər hazırlayır; əsirlikdə saxlanılan Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar digər dövlətlərin nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, zəruri hallarda rəsmi görüşlər keçirir; Cenevrə Konvensiyalarının tələbləri pozulduğu hallarda, bu konvensiyaların müəyyən etdiyi prosedurlar çərçivəsində araşdırma aparılması barədə təşəbbüs göstərir; əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin problemləri ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar məsələlər ilə məşğul olan digər beynəlxalq təşkilatlar və bu sahədə fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq edir; əsirlikdən və girovluğdan azad olunaraq Vətənə qaytarılmış şəxslərin sağlamlığının bərpası və sosial reabilitasiya üçün tədbirlər görür; əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məktub, ərizə və müraciətlərə baxılmasını təmin edir; Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görür; hərbi təcavüz nəticəsində Azərbaycan Respublikası ərazisində əsir götürülmüş, yaxud digər əsaslarla saxlanılmış əks tərəfə məxsus şəxsləri qeydiyyata alır, onların filtrasiya məntəqəsində çəmləşdirilməsini təşkil edir və saxlanma qaydalarının Cenevrə Konvensiyalarının tələblərinə uyğun olmasına nəzarət edir; Komissiya fəaliyyətini aşkarlıq zəminində qurur, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar həyata keçirilən tədbirlər barədə müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır; Azərbaycan Respublikasının Prezidenti tərəfindən Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir. == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumat == Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Işçi qrupu tərəfindən 2012-ci il ərzində keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində Komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilmiş, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilmişdir. Beləliklə, 1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil etmişdir. Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır. Münaqişə müddətində 1402 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 342 nəfər qadın, 1059 nəfər kişidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası — Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimləyən və koordinasiya edən dövlət qurumu == Tarixi == Azərbaycan Respublikasının Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Azərbaycan Respublikası Ali Sovetinin deputatı Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi — Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılmışdır. Dövlət İmtahan Mərkəzi dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. == Tarixi == === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) === Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasında Ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmış və Vurğun Əyyub tərəfindən idarə olunmuş mərkəzləşmiş qurumdur. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilmişdir. 1993-cü ildən 1994-cü ilədək TQDK-ya 1992–1993-cü illərdə sədrin birinci müavini olmuş Kamran İmanov rəhbərlik etmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlət idarəetmə orqanlarının bir hissəsi olmaqla təhsil sistemində xüsusi yer tutur, öz fəaliyyətində müstəqildir və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Quruma Məleykə Mehdi qızı Abbaszadə rəhbərlik edib. TQDK-da 4 şöbə fəaliyyət göstərib: Təşkilat şöbəsi Sorğu-suallar şöbəsi Kompüter əməliyyatları şöbəsi Maliyyə-inzibati şöbəKomissiya 11 aprel 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ləğv edilib. === Dövlət İmtahan Mərkəzi (DİM) === Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilərək onların dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin (DİM) balansına verilmişdir.DİM ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir. Mərkəz, həmçinin dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir.
Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Azərbaycan Respublikası Ali Sovetinin deputatı Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Azərbaycanın Prezidenti yanında Ali Attestasiya Komissiyası

Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var. == Tarixi == 28 mart 1947-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur. == Üzv dövlətlər == Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir: Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır. == İcraçı katibləri == 1947–1957 – İsveç, Qunnar Myurdal 1957–1960 – Finlandiya, Sakari Tuomioya 1960–1967 – Yuqoslaviya, Vladimir Velebit 1968–1982 – Yuqoslaviya, Janez Stanovnik 1983–1986 – Finlandiya, Klaus Sahlgren 1987–1993 – Avstriya, Gerald Hinteregger 1993–2000 – Fransa, Yves Berthelot 2000–2001 – Polşa, Danuta Hübner 2002–2005 – Slovakiya, Brigita Schmögnerová 2005–2008 – Polşa, Marek Belka 2008–2012 – Slovakiya, Yan Kubiş 2012–2014 – Bosniya və Herseqovina, Sven Alkalay 2014 – Danimarka, Mixael Möller (müvəqqəti əvəzedən) 2014-cü ildən bəri – Danimarka, Kristian Friis Bax == Daxili Nəqliyyat Komitəsi == Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir. Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır.Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir.Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır. Komitə məlumat mübadiləsi və ümumilikdə nəqliyyat problemlərinin müzakirəsi üçün forumdur, həmçinin də beynəlxalq sazişlər bağlanan və beynəlxalq tövsiyələr hazırlanan bir orqandır.Komitə çərçivəsində müxtəlif nəqliyyat növləri üzrə xüsusi işçi qrupları yaradılmışdır: Avtomobil nəqliyyatı üzrə işçi qrupu; Dəmir yolu nəqliyyatı üzrə işçi qrupu; Daxili su nəqliyyatı üzrə işçi qrupu.Bu qruplar müxtəlif məsələlərə dair xüsusi yaradılan köməkçi işçi orqanlar, ekspert qrupları və müzakirə qrupları sistemin fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirirlər. Eləcə də, bilavasitə Komitənin himayəsi altında fəaliyyət göstərən bir sıra ekspert qrupları vardır.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası, YUNİSTRAL (ing. United Nations Commission on International Trade Law, UNCITRAL) — 1966-cı ildə beynəlxalq ticarət hüququnun inkişafına kömək etmək üçün yaradılan BMT Baş Məclisinin köməkçi orqanı. == Tarixi == UNCITRAL Komissiyası 1966-cı ildə BM Baş Məclisi tərəfindən qurulmuşdur (17 dekabr 1966-cı il tarixli qətnamə 2205 (XXI)). 1 yanvar 1968-ci ildən fəaliyyət göstərir. Komissiya qurarkən Baş Assambleya, beynəlxalq ticarət məsələlərində fərqli dövlətlərin qanunlarının tətbiq edilməsindən irəli gələn uyğunsuzluqların ticarət axınının qarşısını alan əngəllərdən biri olduğunu qəbul etdi. Bu baxımdan, Komissiya, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarətdəki maneələrin azaldılması və ya aradan qaldırılmasında daha aktiv bir rol oynaya biləcəyi bir vasitə olaraq görülürdü. Baş Assambleya Komissiyaya beynəlxalq ticarət hüququnun mütərəqqi uyğunlaşmasını və birləşdirilməsini təşviq etmək üçün ümumi bir vəzifə verdi. O vaxtdan bəri, Komissiya Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ticarət hüququ sahəsində əsas hüquq orqanı olmuşdur. Komissiya aşağıdakı sənədləri hazırladı və qəbul etdi: 1974-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Beynəlxalq Malların Satışında Məhdudlaşdırma Müddətinə dair Konvensiya UNCITRAL Arbitraj Qaydaları - BMT tərəfindən 1976-cı ildə təsdiq edilmişdir Malların dəniz yolu ilə daşınmasına dair Konvensiya - 1978-ci ilin martında Hamburqdakı BMT Konfransında təsdiq edilmişdir BMT-nin Beynəlxalq Mal Satışına dair Müqavilələrə dair Konvensiyası - BMT tərəfindən 1980-ci ilin aprelində Vyanada qəbul edilmişdir Beynəlxalq Multimodal Malların Daşınması Konvensiyası Beynəlxalq Ticarət Arbitrajına dair UNCITRAL Model Qanunu (1985) UNCITRAL Sənaye Obyektlərinin İnşası üçün Beynəlxalq Müqavilələrin hazırlanmasına dair Hüquq Bələdçisi (1987) və s. 9 dekabr 1988-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş Beynəlxalq Vəsaitlər və Beynəlxalq Vekseler haqqında Konvensiya Beynəlxalq Kredit Köçürmələri haqqında UNCITRAL Model Qanunu (1992) Malların (işlərin) və xidmətlərin satın alınmasına dair UNCITRAL Model Qanunu və qüvvəyə minməsi üçün Təlimatlar (1994) Birləşmiş Millətlər Təşkilatının Müstəqil Zəmanətlər və Gözləmə Akkreditivləri haqqında Konvensiyası (New York, 1995) UNCITRAL Elektron Ticarət haqqında Model Qanun (1996) Sərhədlərarası Müflisləşmə haqqında UNCITRAL Model Qanunu (1997) UNCITRAL Elektron İmza Qanunu (2001) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Müqavilələrdə Elektron Rabitə İstifadə Konvensiyası (New York, 2005) Mavriki şəffaflıq haqqında Konvensiya (2014).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 119.56 dəfə / 1 mln.
2002 ••••••• 119.92
2003 •••••••••••••••••••• 367.31
2004 •••••••••• 166.08
2005 •••••••••• 182.87
2006 •••••••• 137.62
2007 ••••••• 119.88
2008 •••••••••• 174.67
2009 ••••••• 119.83
2010 •••••••••••••••••• 323.52
2011 •••••• 93.26
2012 ••••• 82.61
2013 ••••• 80.08
2014 •••• 64.70
2015 •••••• 92.20
2016 ••••• 73.75
2017 ••• 52.03
2018 •••• 66.37
2019 •••• 56.33
2020 •••• 61.00

"komissiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#komissiyası nədir? #komissiyası sözünün mənası #komissiyası nə deməkdir? #komissiyası sözünün izahı #komissiyası sözünün yazılışı #komissiyası necə yazılır? #komissiyası sözünün düzgün yazılışı #komissiyası leksik mənası #komissiyası sözünün sinonimi #komissiyası sözünün yaxın mənalı sözlər #komissiyası sözünün əks mənası #komissiyası sözünün etimologiyası #komissiyası sözünün orfoqrafiyası #komissiyası rusca #komissiyası inglisça #komissiyası fransızca #komissiyası sözünün istifadəsi #sözlük