Kommers sözü azərbaycan dilində

Kommers

Yazılış

  • Kommers • 93.5484%
  • kommers • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
Azərsığorta Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı: Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) — Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində fəaliyyət göstərən dövlət sığorta şirkəti. == Tarixi == "Azərsığorta" şirkəti 1921-ci il oktyabr ayının 21-də SSRİ Maliyyə Nazirliyinin idarə etdiyi "Qosstrax" tərəfindən tənzimlənən yerli Dövlət Sığorta İdarəsi ("Azqosstrax") kimi fəaliyyətə başlayıb. 20 sentyabr 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb və Akif Kərimov sədr təyin edilib.13.01.1993–cü ildən 13.03.2020-ci ilə qədər şirkətə azərbaycanlı iqtisadçı Məmməd Məmmədov rəhbərlik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları "Azərbaycan İnvestisiya Holdinq"inin səlahiyyətlərinə verilmiş və 16 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta" Açıq Səhmdar Cəmiyyəti kimi çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. 07 dekabr, 2021-ci il tarixli Sərəncamla isə Fərhad Adıgözəlov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilmişdir. Hazırda "Azərsığorta" brendi altında fəaliyyətini uğurla davam etdirən Dövlət Sığorta Şirkəti bütün ölkə üzrə geniş filial şəbəkəsinə malikdir. == İdarəetmə == İdarə heyəti Fərhad Adıgözəlov - İdarə heyətinin sədri Kamran Uluxanov - İdarə Heyəti sədrinin müşaviri Ayaz Əliyev - İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı - İdarə Heyəti sədrinin müşaviri Əfruz Hümbətova - İdarə Heyətinin üzvü Nail Əsgərli - İdarə Heyətinin üzvüDirektorlar şurası Azər Bayramov- Direktorlar Şurasının sədri; Xəyyam Məmmədov- Direktorlar Şurasının üzvü; Gündüz Əliyev- Direktorlar Şurasının üzvü == Məhsullar == "Azərsığorta" hazırda sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün növ qeyri-həyat sığortası məhsullarını icbari və könüllü qaydada təklif edir: Nəqliyyat sığortası Əmlak sığortası Tibbi sığorta Səyahət sığortası Şəxsi sığorta Daşınmalar sığortası Məsuliyyət sığortası və s.
Bakı Kommersiya Məktəbi
Bakı kommersiya məktəbi — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub. == Tarixi == 1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyində fəaliyyətə başlamışdır. O, yerli sahibkarların səyi və maliyyə dəstəyi sayəsində açılmışdı. Onlardan təkcə 1906-cı ilə qədər bu məktəbin ilk fəxri qəyyumu olmuş Hacı Zeynalabdin Tağıyev 50000 manat ayırmışdı. Digər xeyriyyəçilər sırasında Şəmsi Əsədullayev, F. Vəzirov, A. Mantaşov, Nobel qardaşları da var idilər. == Məqsədi == Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu. == Təhsil kursu == Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu. Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi. Xüsusi fənlərdən ən çox diqqət kommersiya haqqı hesabına, mühasibata, əmtəəşünaslığa, siyasi iqtisada verilirdi.
Kommersant
Kommersant (rus. Коммерсантъ) — 1909-cu ildə yaranan Rusiya qəzeti.
Kommersant (qəzet)
Kommersant (rus. Коммерсантъ) — 1909-cu ildə yaranan Rusiya qəzeti.
Kommersi (rayon)
Kommersi (fr. Commercy) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Möz. Suprefektura — Kommersi. Rayon əhalisi 2006-cı ildə 44 995 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf / km². Rayon sahəsi — 1932 km².
Kommersiya
Kommersiya — (lat. com — birlikdə, əlaqəli lat. merx (mercisrı)) : qısa mənada — ticarət, ticarət əlaqəsi, ticarət-vasitəçilik fəaliyyəti və ticarət xidmətinin marketinqi mənasını verir; geniş mənada — sahibkarlıq fəaliyyəti deməkdir.
Kommersiya (film, 1992)
== Məzmunu == Filmdə kommersiyanın heç də asan bir iş olmadığı göstərilir. == Film haqqında == "Mozalan" Satirik Kinojurnalı № 163, 2-ci süjet == Səhvlər == Adlar : Aktyor Eldəniz Rəsulovun adı E. Quliyev kimi yazılmışdır.
Kommersiya avtomobili
Kommersiya avtomobili (CV) motorlu nəqliyyat vasitələrinin bir növüdür. Kommersiya nəqliyyatı mənfəət əldə etmək məqsədi ilə malların və sərnişinlərin daşınması üçün istifadə edilən və kommersiya nömrələri alan nəqliyyat vasitələridir. Avropa İttifaqı “kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi”ni hər hansı bir mühərrikli magistral yol nəqliyyat vasitəsi kimi müəyyən etmişdir. Daha kiçik tipi yüngül kommersiya nəqliyyat vasitəsidir.
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Kommersiya hüququ
Kommersiya hüququ — kommersiya, və ya sahibkarlıq (biznes) hüququ ticarət, kommersiya, satışla məşğul olan şəxslərin və hüquqlarına, münasibətlərinə və hərəkətlərinə tətbiq olunan hüquq sahəsidir. O, mülki hüququn sahələrindən biri hesab olunmaqla bərabər, xüsusi və ümumi hüquqla bağlı məsələlərin tənzimlənməsini həyata keçirir. Kommersiya hüququ özündə tapşıran və agent; quru və su yolu ilə daşınmalar; ticari gəmiçilik; qarantiya; dəniz, yanğın, həyat və qəza sığortası; qiymətli kağızlar və ortaqlıq kimi sahələri ehtiva edir. O, həmçinin, korporativ müqavilələr,əmək münasibətləri və istehlak mallarının istehsalı və satışını tənzimləmək üçün istifadə oluna bilər. Bir çox ölkələr, Azərbaycan da daxil olmaqla, özündə kommersiya hüququna dair normaları geniş şəkildə əks etdirən mülki məcəllələr qəbul etmişdir. ABŞ-də kommersiya hüququ Konqres tərəfindən ştatlararası sahibkarlıq münasibətlərini tənzimləyən normalarla yanaşı, ştatların də öz səlahiyyətləri dairəsində oxşar münasibətləri nizamlayan daxili aktları mövcuddur. Kommersiya hüququ sahəsində vahid normativ akt yaratmağa bir neçə dəfə cəhd edilmişdir; bu cəhdlərdən ən uğurlusu isə bütün 50 ştatda (ştat qanunvericilikləri tərəfindən bəzi dəyişikliklərlə birgə), Kolumbiya Federal Mahalı və Birləşmiş Ştatların digər ərazilərində tətbiq olunan Vahid Kommersiya Məcəlləsinin qəbul edilməsi olmuşdur. Müxtəlif tənzimləyici vasitələr biznesin, xüsusilə işçilər və müştərilərlə əlaqədar fəaliyyətin necə aparılmasına nəzarət edir. Şəxsi həyatla bağlı aktlar, Təhlükəsizlik barədə qanunlar ( məsələn, ABŞ-də Əməyin Təhlükəsizliyi və Sağlamlıq Aktı), ərzaq və dərman vasitələri haqda qanunları nümunə kimi göstərmək olar. == 1. ==
Kommerson delfini
Kommerson delfini (lat. Cephalorhynchus commersonii) — rəngli delfinlər cinsinə aid olan (lat. Cephalorhynchus) növ. Bu canlılar onları ilk dəfə təsvir etmiş Filiber Kommersonun şərəfinə adlandırılmışdır == Xarici görünüşü == Bu delfinlər rəngarəng xarici görünüşə sahibdirlər. Başı, yan və quyruğu qara, boğazı və böyür nahiyyələri isə ağa rəngdə olur. İki rəng arasındakı keçid oldukca kəskin xəttlərlə təyin olunmuşdur. Balinakimilər arasında ən kiçik növ hesab edilirlər. Uzunluqları 1,3–1,7 m, çəkiləri isə 35–60 kq arasında dəyişir. Bel üzgəci uzundur. Hər diş cərgəsində 29–30 diş vardır.
Qeyri-kommersiya
Qeyri-kommersiya təşkilatı (həmçinin qeyri-ticarət müəssisəsi kimi də tanınır) — kollektiv, ictimai və ya sosial məqsədlər üçün təşkil edilmiş fəaliyyət göstərən hüquqi şəxsdir. Sahibləri üçün mənfəət əldə etməyi hədəfləyən biznes kimi fəaliyyət göstərən müəssisədən fərqli olaraq fayda. Qeyri-kommersiya təşkilatı bölüşdürülməmə məhdudiyyətinə tabedir: xərcləri aşan hər hansı gəlir şəxsi tərəflər tərəfindən alınmamaqla, təşkilatın məqsədinə yönəldilməlidir. Bəzi siyasi təşkilatlar, məktəblər, biznes assosiasiyaları, kilsələr, sosial klublar və istehlak kooperativləri də daxil olmaqla bir sıra təşkilatlar qeyri-kommersiya təşkilatıdır. Qeyri-kommersiya təşkilatları vergidən azad olmaq üçün hökumətlərdən icazə istəyə bilər, bəziləri də vergidən çıxılan töhfələr almaq hüququna malik ola bilər, lakin müəssisə vergidən azad statusunu təmin etmədən qeyri-kommersiya təşkilatı kimi daxil ola bilər. Qeyri-kommersiya təşkilatlarının əsas aspektləri hesabatlılıq, etibarlılıq, dürüstlük və təşkilata vaxt, pul və inam sərf edən hər bir şəxsə açıqlıqdır. Qeyri-kommersiya təşkilatları donorlar, təsisçilər, könüllülər, proqram alıcıları və ictimai ictimaiyyət qarşısında cavabdehdirlər. Fəaliyyətlərini ianələr vasitəsilə maliyyələşdirməyə çalışan qeyri-kommersiya təşkilatı üçün ictimai etimad, qeyri-kommersiya təşkilatının toplaya bildiyi pul məbləğində bir amildir. Qeyri-kommersiya təşkilatları öz missiyalarına nə qədər çox diqqət yetirsələr, bir o qədər ictimai etimad qazanacaqlar. Bu, təşkilat üçün daha çox pulla nəticələnəcək.
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. == Tarixi == Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Yüngül kommersiya nəqliyyat vasitəsi
Yüngül kommersiya nəqliyyat vasitəsi (LCV) avtonəqliyyat və kommersiya məqsədli nəqliyyat vasitəsi növüdür. Avropa İttifaqında bu, ümumi çəkisi 3,5 tondan çox olmayan kommersiya nəqliyyat vasitələri üçün rəsmi termindir. İxtisaslaşdırılmış yüngül kommersiya avtomobillərinə pikaplar, panel furqonlar, mikrofurqonlar, mikroavtobuslar və üç təkərli nəqliyyat vasitələri daxildir.
MKT İstehsalat Kommersiya
1995-ci ildə Azərbaycanda yaranmış özəl pambıq şirkətidir . Şirkətin məhsulları əsasən xarici olmaqla daxili və xarici bazarlarda satılmaqdadır. Azərbaycan iqtisadiyyatının qeyri-neft qeyri-dövlət sektorunda 2021-ci il üzrə ixrac lideri olmuşdur. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 15 pambıqçılıq rayonunda pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. == Filialları == Bakıda yerləşən baş ofislə yanaşı, şirkətin regionlarda da 25 filialı mövcuddur. Bu filiallara pambığın ilkin emalı filialları olan Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Tərtər, İmişli, Neftçala və Zərdab, məntəqə tipli Yevlax, Goranboy, Kürdəmir, Ağdam və innovasiya fermer təsərrüfatları olan Ağcabədi, Beyləqan, İmişli, Lənbəran, Saatlı və Yevlax filialları daxildir. == Məhsullar == “MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə, lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. == İşçiləri == Şirkətin daimi işçi sayısı 3200, sezon dönəmində isə təqribən 6500 nəfərdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2008 ••••••••• 0.24
2009 •••••• 0.16
2010 •••••••••••••••••••• 0.54
2012 •••••••••• 0.26
2013 ••••••••••• 0.29
2014 ••••••• 0.17
2017 •••••• 0.16
2020 ••••• 0.13

"kommers" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kommers nədir? #kommers sözünün mənası #kommers nə deməkdir? #kommers sözünün izahı #kommers sözünün yazılışı #kommers necə yazılır? #kommers sözünün düzgün yazılışı #kommers leksik mənası #kommers sözünün sinonimi #kommers sözünün yaxın mənalı sözlər #kommers sözünün əks mənası #kommers sözünün etimologiyası #kommers sözünün orfoqrafiyası #kommers rusca #kommers inglisça #kommers fransızca #kommers sözünün istifadəsi #sözlük