kommunistlər sözü azərbaycan dilində

kommunistlər

Yazılış

  • kommunistlər • 73.1034%
  • Kommunistlər • 26.2069%
  • KOMMUNİSTLƏR • 0.6897%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İran Kommunistlər Birliyi
İran kommunistlər Birliyi (Sərbedaran) İran Maoist təşkilat idi ki, İran daxilində hərbi əməliyyatlar həyata keçirən Maoist qruplarının bir sıra ittifaqından sonra, 1976-cı ildə yaradılmışdır.
İran Kommunistlər İttifaqı
İran kommunistlər Birliyi (Sərbedaran) İran Maoist təşkilat idi ki, İran daxilində hərbi əməliyyatlar həyata keçirən Maoist qruplarının bir sıra ittifaqından sonra, 1976-cı ildə yaradılmışdır.
Yuqoslaviya kommunistlər ittifaqı
Yuqoslaviya kommunistlər ittifaqı (serb-xorv. Savez komunista Jugoslavije, Савез комниста Југославије, SKJ; sloven. Zveza komunistov Jugoslavije; mak. Сојуз на комунистите на Југославија), 1952-ci ildən əvvəl Yuqoslaviya Kommunist Partiyası (serb-xorv. Komunistička partija Jugoslavije, sloven. Komunistična partija Jugoslavije, mak. Комунистичка партија на Југославија, Komunistička partija na Jugoslavija), 1919-cu ildə Yuqoslaviya krallığında Yuqoslaviya Kommunist Partiyası adı altında yaradılmış olan partiya, 1945-1990-cı illər arasında Yuqoslaviyada yeganə qanuni siyasi partiya kimi dövləti idarə etmişdir.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.
Kommunistlərlə Bitərəflər İttifaqı
Kommunistlərlə Bitərəflər İttifaqı — 1990-cı ilədək Azərbaycan SSR Ali Sovetinə keçirilən seçkilərdə iştirak edən yeganə leqal siyasi təşkilat. == Haqqında == Aprel işğalından sonra Azərbaycanda parlament funksiyalarını yerinə yetirən Ümumsovetlər Qurultayı çağırılmışdır. 1937-ci ilədək 9 dəfə keçirilən bu qurultay qəbul edilən yeni konstitusiya ilə öz yerini Ali Sovetə buraxmışdır. Azərbaycan SSR Ali Sovetinə seçkilər gizli yolla keçirilsə də, seçkilər təkpartiyalı sistemdə keçirilirdi. Hakim Azərbaycan Kommunist Partiyası öz üzvlərindən və bitərəf namizədlərdən ibarət "Kommunistlərlə Bitərəflər İttifaqı" altında seçkilərə qatılırdı. Bu seçkilərdə ittifaq tərəfindn göstərilən bütün namizədlər deputat seçilirdi. Bitərəf namizədlər adətən Azərbaycan Kommunist Partiyasına loyal şəxslər və ya siyasətlə məşğul olmayan incəsənət xadimləri, kəndli-fəhlə sinfindən seçilirdi. İttifaqın namizədləri haqqında seçkidən öncə toplu nəşr olunurdu. Azərbaycan Kommunist Partiyasının ləğv olunmasıyla ittifaqın fəaliyyətinə son qoyuldu.

"kommunistlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kommunistlər nədir? #kommunistlər sözünün mənası #kommunistlər nə deməkdir? #kommunistlər sözünün izahı #kommunistlər sözünün yazılışı #kommunistlər necə yazılır? #kommunistlər sözünün düzgün yazılışı #kommunistlər leksik mənası #kommunistlər sözünün sinonimi #kommunistlər sözünün yaxın mənalı sözlər #kommunistlər sözünün əks mənası #kommunistlər sözünün etimologiyası #kommunistlər sözünün orfoqrafiyası #kommunistlər rusca #kommunistlər inglisça #kommunistlər fransızca #kommunistlər sözünün istifadəsi #sözlük