Kompüterlərin arxitekturası
Müasir kompüterlərin yaradılmasının əsas prinsipləri XX əsrin 40-cı illərində Amerikanın alimləri Con fon Neyman və Bers tərəfindən verilmişdir. Başqa sözlə desək, hələ ki kompüterlər Fon Neyman arxitekturası ilə işləyir. Bu arxitekturaya görə kompüter iki hissədən ibarətdir: mərkəzi və perferiya hissələrindən.
Mərkəzi hissə hesab məntiqi qurğusundan (HMQ); idarəetmə qurğusundan (IQ) və daxili yaddaş qurğularından ibarətdir. Daxili yaddaşlar — operativ yaddaş (RAM); daimi yaddaşdan (ROM) ibarətdir.
Müasir kompüterlər HMQ və IQ prosessor adlanan qurğuda birləşir.
Perferiya hissəsində xarici yaddaş qurğuları, daxiletmə qurğuları, xaricetmə qurğuları və idarəetmə pultu perferiya qurğularına aiddir.
== Kompüterlərin təsnifatı ==
Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri ölçülərinə, məhsuldarlığına, qiymətinə və element bazasına görə seçilə bilər. Kompüterlər ölçülərinə görə aşağıdakı siniflərə bölünürlər.