Kondo sözü azərbaycan dilində

Kondo

Yazılış

  • Kondo • 95.3488%
  • kondo • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dayqoro Kondo
Dayqoro Kondo — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Koci Kondo
Koci Kondo (futbolçu) (28 aprel 1972 - 17 aprel 2003) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Marie Kondo
Marie Kondo (yaponcaː 近藤 麻 理 恵, 9 oktyabr 1984, Tokio[d]) — Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi. == Haqqında == Marie Kondo 1984-cü il, oktyabrın 9-da anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir. O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun “Həyatı dəyişən “yığışdırma” (toplamaq) möcüzəsi”: yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti” (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub. Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-da nəşr edilib. Marie Kondo 2015-ci ildə “Times”ın “100 ən nüfuzlu insanları” siyahısına daxil edilib.Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərirdi. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.
Koci Kondo (futbolçu)
Koci Kondo (futbolçu) (28 aprel 1972 - 17 aprel 2003) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Mariya Kondo
Marie Kondo (yaponcaː 近藤 麻 理 恵, 9 oktyabr 1984, Tokio[d]) — Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi. == Haqqında == Marie Kondo 1984-cü il, oktyabrın 9-da anadan olub. Yaponiyanın dünyaca məşhur dizayneri, təşkilatçı məsləhətçisi və bestsellerlərin müəllifidir. O, koreya, çin, fransız, alman və ingilis, rus dilinə tərcümə olunaraq, kütləvi şəkildə milyonlarla nüsxəsi satılmış təşkilatçılıq haqqında 4 kitab yazıb. Xüsusilə, onun “Həyatı dəyişən “yığışdırma” (toplamaq) möcüzəsi”: yaponların lazımsız əşyaları atma və təşkilatçılıq sənəti” (2011) adlı kitabı 30-dan çox ölkədə çap olunub. Kitab Yaponiyada və Avropada bestseller olub və 2014-cü ildə ABŞ-da nəşr edilib. Marie Kondo 2015-ci ildə “Times”ın “100 ən nüfuzlu insanları” siyahısına daxil edilib.Kondo uşaqlıqdan təşkilatlandırma işlərinə maraq göstərirdi. Orta məktəbdə oxuyanda sinif yoldaşları bədən tərbiyəsi dərsində oynayarkən Kondo kitab rəflərini düzəltmək üçün sinifdə qalardı. Sinifdə müəyyən vəzifələri görmək üçün namizədliyi seçilərkən də o, nə sinif nümayəndəsi və ya ev heyvanlarını yemləyən şəxs olmaq və bu kimi öhdəlikləri götürmək istəmirdi. Bunun əvəzində, o, kitabları düzəltməyə davam etmək üçün kitab rəfi meneceri olmaq istəyərdi.
Naoya Kondo
Naoya Kondo (d. 3 oktyabr 1983) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nobuko Kondo
Nobuko Kondo (1 dekabr 1956, Yaponiya) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
And kondoru
And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindən olub, Cənubi Amerika quşudur və növün tək üzvü Vulturdur.
Ander-e-Kondon
Ander-e-Kondon (fr. Andert-et-Condon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01009. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 340 nəfər təşkil edirdi.
Bosniya və Herseqovina kondominiumu
Bosniya və Herseqovina kondominiumu — 1878—1908-ci illərdə Avstriya-Macarıstan və Osmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu. Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya oldu və ölkənin tərkibinə daxil edildi. == Tarixi == === İşğalı === 1877-1878-ci illərdə baş verən Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Böyük güclər Berlin Konqresini təşkil etdilər, orada Bosniya vilayətinin Avstriya-Macarıstanın nəzarəti altına verilməsi qərara alındı. Ərazi Avstriya-Macar qüvvələri tərəfindən tutulmuşdur. Avstriya-Macarıstan həmçinin Sancak bölgəsinə də qoşunlarını yeritmişdir. Bosniyanın işğalı üçün Avstriya-Macarıstan komandanlığı 6-cı, 7-ci, 20-ci və 28-ci piyada diviziyaları, cəmi 82 113 əsgər və zabit, 13 313 at və 112 silah istifadə etmişdir. Qoşunların komandanlığını general Yozef Filipoviç həyata keçirirdi.
Bosniya və Herseqovina kondominiumu bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir.Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur. == Tarix == === Qərbi Herseqovinanın 1760 bayrağı === Ağ aypara və sola işarə edən yaşıl bayraq, Boşnak xalqı tərəfindən Herseqovinanın cənub və qərbindəki sərhəd hissələrində istifadə edilirdi.
Euphorbia kondoi
Euphorbia kondoi (lat. Euphorbia kondoi) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kondoa qaya təsvirləri
Kondoa İranqi qayaüstü təsvirləri — Tanzaniyanın mərkəzindəki mağara divarlarında yer alan bir sıra qədim rəsmlərdir. Kondoa bölgəsi təsirli qaya təsvirləri kolleksiyasına görə 2006-cı ildə UNESCO-nun Ümumdünya irsi elan edilmişdir.Bu əraziyə daha əvvəl, 1937-ci ildə Tanzaniya Antikalar İdarəsi tərəfindən milli abidə adı verilmişdi. Tanzaniya Antikalar İdarəsi tərəfindən bəzi rəsmlərin 50.000 ildən çox yaşı olduğuna inanılır. Lakin, bu təsvirlərin ümumilikdə 2000 yaşı var. Rəsmlərdə uzanan insanlar, heyvanlar və ov səhnələri təsvir edilmişdir. Köhnə rəsmlər ümumiyyətlə qırmızıdır və ovçu-toplayıcılar ilə əlaqələndirilir. Lakin tez-tez bu fiqurlar sonradan çəkilmiş, aqro-pastoralistlərə aid ağ rəngli rəsmlər ilə üst-üstə düşür. Bu təsvirlər Orta Daş dövründən Son Daş dövrünün əvvəlinə qədər uzanır və bu da rəsmləri bu keçid dövründəki mədəniyyət dəyişikliklərini öyrənmək üçün yaxşı bir kolleksiya halına gətirir.Bu ərazinin landşaftı Masai çölünün qərb çevrəsini təşkil edən iri qranit daşları ilə xarakterizə olunur. Təsvirlərin aşkarlandığı qaya sığınacaqları, havanın təsvirindən nisbətən qorunur. Bu gün bəzədilmiş qaya sığınacaqları yerli İranqi xalqı tərəfindən şəfa mərasimləri zamanı heyvanların müntəzəm qurban kəsilməsi də daxil olmaqla mənəvi məqsədlər üçün istifadə olunur.
Kondok-i Həsən
Kondok-i Həsən (fars. گندک حسن‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 97 nəfəri kişilər və 92 nəfəri qadınlar olmaqla cəmi 189 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Kondok-i Xəncər
Kondok-i Xəncər (fars. کندک خنجر‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 13 ailədə 31 nəfəri kişilər və 34 nəfəri qadınlar olmaqla cəmi 65 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Kondok-i se
Kondok-i se (fars. گندک سه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 19 ailədə 73 nəfəri kişilər və 80 nəfəri qadınlar olmaqla cəmi 153 nəfərdir.
Kondok-i İsa
Kondok-i İsa (fars. گندک عیسی‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 28 ailədə 59 nəfəri kişilər və 82 nəfəri qadınlar olmaqla cəmi 141 nəfərdir.
Kondole
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan. == Mif == Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.
Kondoliza Rays
Kondoliza "Kondi" Rays (ing. Condoleezza "Condi" Rice) — ABŞ diplomatı, siyasətşunas. O, 2001-2005 illərin arasında ABŞ-nin 20-ci milli təhlükəsizlik məsləhətçisi, 2005-2009 illərin arasında isə ABŞ dövlət katibi idi. == Həyatı == Kondoliza Rays 1954-cü ilin 14 noyabrında ABŞ-nin Alabama ştatının Birmingem şəhərində anadan olub. 1974-cü ildə Denver Universitetinin Siyasət elmləri fakültəsini, 1975-ci ildə Notrdam Universitetinin magistratura pilləsini bitirən Rays 1981-ci ildə Denver Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq işi müdafiə edib. K. Rays hazırda Sənət və Elm Akademiyasının üzvüdür. O, 1991-ci ildə Morhaus kollecinin, 1994-cü ildə Alabama Universitetinin, 1995-ci ildə Notrdam Universitetinin və 2003-cü ildə Missisipi kollecinin Hüquq fakültəsinin doktoru adına layiq görülüb. K.Rays 1999-cu ildə Stenford Universitetində 6 il ərzində dosentlik işini tamamlayıb. Rays Stenforddakı fəaliyyəti dövründə "Beynəlxalq Təhlükəsizlik və Silahlanmaya Nəzarət Mərkəzi"nin və "Beynəlxalq Fəaliyyət İnstitutu"nun üzvü olmaqla yanaşı, Huver İnstitutunda da işləyib. Corc Buşun prezidentliyinin ilk dövründə milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Rays Buşun ikinci idarəçiliyi dövründə xarici işlər naziri vəzifəsini tutub.
Kondom-d’Obrak
Kondom-d’Obrak (fr. Condom-d'Aubrac, oks. Condom d'Aubrac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Şeli-d’Obrak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12074. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 319 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər arasında (15–64 yaş) 130 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 72,1%) idi.
Kondom (rayon)
Kondom (fr. Condom) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jer. Suprefektura — Kondom. Rayon əhalisi 2006-cı ildə 63 872 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 26 nəf / km². Rayon sahəsi — 2437 km².
Kondominium (beynəlxalq hüquq)
Kondominium (lat. con — birlikdə və dominium — mülkiyyət hüququ) beynəxalq hüquqda eyni ərazinin bir neçə dövlət tərəfindən ortaq idarə edilməsi deməkdir. Nəzəri cəhətdən mümkün olan kondominium tarixdə çox da tez rast gəlinmir. Az olmanın əsas səbəbi suveren dövlətlər arasında əməkdaşlıq təminatının çətinliyidir; ölkələr arasında anlayış pozulan kimi, kondominium statusunu itirmək təhlükəsi ilə qarşılaşır. == Keçmiş kondominiumlar == 688-ci ildə Bizans imperatoru II Yustinian və Əməvilər xəlifəsi Əbdülmalik ibn Marvan Kipr üzərində kondominium yaradılması haqqında görünməmiş razılaşmaya nail oldular, bu razılaşmanın nəticəsində adadan yığılmış vergilər iki tərəfin arasında bərabər bölünməyə başlandı. 1684-cü ildən 1826-cı ilə qədər Fellesdistrikt (Ümumi Rayon) (norv. Fellesdistrikt, rus. Общий район) adlı yerdə Rusiya və Norveç arasında kondominium mövcud idi. İngilis-Misir Sudanı 1899-cu ildən 1956-ya qədər Britaniya və Misirin kondominiumu idi, hərçənd əslində Misir Sudanın hökumətində heç bir rola oynamırdı, ölkəyə bəzi idarə edicilərin göndərilməsindən başqa: bütün siyasi qərarlar İngiltərə tərəfindən qəbul edilirdi və Ingilis-Misir Sudanının bütün qubernatorları ingilislər idilər: Misir və Sudan millətçiləri sistemdən narazı idilər və sonradan Misir Hökuməti tərəfindən ləğv olunmuşdur. Kondominium 1882-ci ildən başlayan və ən azı 1936-cı ilə qədər davam edən Birləşmiş Krallığın Misir üzərində güclü nəzarəti səbəbiylə mövcudluğunu davam etdirə bilirdi.
Kondor Legionu
Kondor Legionu (alm. Legion Condor) — alman könüllü hərbi-hava qüvvələri birləşməsi; Vermaxtın hərbi aviasiyası Lüftvaffenin (Luftwaffe) bölüyü. Adolf Hitlerin istəyi ilə İspaniya vətəndaş müharibəsində Fransisko Frankonun rəhbərlik etdiyi nasionalistlərə yardım etmək məqsədilə respublikaçılara qarşı hərbi əməliyytlarda iştirak etmək üçün göndərilmişdir. Hitler bu müdaxiləyə "bolşevizm əleyhinə mübarizə" adı altında haqq qazandırırdı. Legion hər birində 12 təyyarə olmaqla 4 bombardman və 4 qırıcı təyyarə eskadrasından, həmçinin hava hücumundan və tank hücumundan müdafiə qüvvələrindən ibarət idi. Kondor Legionu 5 min nəfər hərbi və mülki mütəxəssisdən (aviamühəndislər, texniklər, tibb işçiləri) təşkil olunmuşdu. Legionun hava birliklərinə general-feldmarşal Hüqo Şperrle, digər birliklərə isə general Vilhelm Ritter fon Toma rəhbərlik edirdilər. == Tarixi == İspaniyada 1936-cı ilin oktyabrından fəaliyyət göstərən legion bombardman alayından (əvvəl 3, sonralar 4 eskadrilya), qırıcı alayından (əvvəl 3, sonralar 5 eskadrilya), kəşfiyyat eskadrilyasından, zenit artilleriya batalyonundan, rabitə batalyonundan, nəqliyyat və təchizat batalyonlarından ibarət idi. İlk dövrdə legion 3 mühərrikli U-52 bombardmançılarından və He-51 qırıcı-biplanlarından istifadə edirdi. Sonradan onlar daha müasir He-111, U-87 və Me-109 təyyarələri ilə əvəz olundular.
Kondor əməliyyatı
"Kondor" əməliyyatı (isp. Operación Cóndor) — 1970-1980-ci illərdə Cənubi Amerikanın bir sıra ölkələrində siyasi müxalifətin (əsasən kommunistlər və sosialistlərin) təqib edilməsi və məhv edilməsi kampaniyasıdır. Bunu ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay, Boliviyanın diktator rejimləri həyata keçirib. Bu dövlətlərin xüsusi xidmət orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərərək müxalifət nümayəndələrinin oğurlanmasını, işgəncə verilməsini, məhkəməsiz və istintaqsız edamlarını (xüsusən də “ölüm uçuşları”) təşkil edirdi. Tanınmış siyasətçilər, diplomatlar və ictimai xadimlər əməliyyatın qurbanı olurdu. Ümumilikdə, müxtəlif hesablamalara görə, 40-60 min insan o illərdəki terrorunun qurbanı olub: 30.000 argentinalı, 3.000 perulu, 3.000-dən çox çilili, 160 paraqvaylı, 150 boliviyalı, 140 uruqvaylı və 6 ekvadorlu.. 1992-ci ildə Paraqvaylı hüquq müdafiəçisi Martin Almada diktatura rejimlərinin dissidentlərin və müxalifətçilərin məhvi ilə bağlı dosyelər, hesabatlar və digər məlumatlardan ibarət terror arxivlərini aşkar etdi. 2001-ci ildə bir sıra insan haqları təşkilatları ABŞ-nin keçmiş dövlət katibi Henri Kissinceri Kondor əməliyyatında iştirakda ittiham edərək ona qarşı iddia qaldırıb. Argentinalı cinayəti araşdıran hakim Kissincerin potensial şübhəli və hətta müttəhim olduğunu söyləmişdi. Kissincer müstəntiq tərəfindən dindirilməyə çağırıldıqdan sonra dərhal Fransanı tərk emiş və Braziliyaya getməkdən imtina etmişdir.
Kondorə (Piranşəhr)
Kondorə (fars. كندره‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (39 ailə).
Kondostrov adası
Kondostrov adası — Ağ dənizə daxil olan Oneqa körfəzində yerləşən ada. Adanın sahəsi 11 km²-dir. Ərsazisi əsasən Şam ağacından ibarət tayqa ilə örtülmüşdür. 1899-cu ildə adada monastır tikintisinə başlanılır. Üstəlik burada Nikolayevsk kilsəsinin inşa gerçəkləşdirilir. 1908-ci ilodə kilsənin tikintisi tam başa çatdırılır. Kilsədə 17 nəfər qalırdı. yeli daşdan I Pyotra abidə qoyulur. 1920-ci ildə kilsə bağlanılır. Sonradan isə islah əmək düşərgəsi kimi istifadə edilir.
Kondottiyeri
Kondottiyeri (it. Condottier) — Orta Əsrlərdə İntibah dövrü boyunca Vatikan dövləti başda olmaqla, İtalyan şəhər dövlətləri tərəfindən istifadə edilmiş muzdlu döyüşçülər.
Mari Jan Antuan Kondorse
Mari Jan Antuan Kondorse (fr. Nicolas de Condorcet) (1743-1794)—fransız yazıçı, riyaziyyatçı, siyasi xadim, filosof. == Həyatı == == Fəlsəfəsi == O, şüura əsaslanmış tərəqqinin insana gətirdiyi xeyirli şeyləri göstərirdi: millətlər arasında bərabərliyə nail olmaq, sinfi fərqlərin aradan götürülməsi və dini, mənəvi səviyyənin ümumi yüksəlişi. Kondorse rasizmin aradan götürülməsinə, ticarət azadlığının genişləndirilməsinə, xəstəliyə və qocalığa görə təqaüdlərin verilməsinə, müharibələrin qadağan olunmasına, yoxsulluğun və dəbdəbənin aradan götürülməsinə, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsinə və hamı üçün eyni imkan yaradan ümumtəhsil sisteminin yaradılmasına ümid edirdi. Tərəqqiyə bu inam realizmlə sadəlövhlüyün qarışığı idi. Realizm ondan ibarət idi ki, bütün bu sadalananlar elmi və texniki cəhətdən həqiqətən də mümkündür. Sadəlövhlük isə bunda idi ki, filosof-maarifçilər bütün olanlara baxmayaraq, siyasi problemlərin əhəmiyyətini qiymətləndirə bilmirdilər. Məlum oldu ki, ümumi rifah halının yüksəldilməsinə çatmaq üçün təkcə maarifçilik kifayət deyil. Birinci dünya müharibəsindən sonra, tərəqqiyə olan inam ölümcül zərbə aldı. İndi elə bir adam tapmaq çətin olar ki,Maarifçilik dövrünün nümayəndələri kimi sadəlövhlüklə gələcəyə optimist nəzərlərlə baxsın.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2014 •• 0.17
2016 •••••••••••••••••••• 2.78

"kondo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kondo nədir? #kondo sözünün mənası #kondo nə deməkdir? #kondo sözünün izahı #kondo sözünün yazılışı #kondo necə yazılır? #kondo sözünün düzgün yazılışı #kondo leksik mənası #kondo sözünün sinonimi #kondo sözünün yaxın mənalı sözlər #kondo sözünün əks mənası #kondo sözünün etimologiyası #kondo sözünün orfoqrafiyası #kondo rusca #kondo inglisça #kondo fransızca #kondo sözünün istifadəsi #sözlük