Konqo sözü azərbaycan dilində

Konqo

Yazılış

  • Konqo • 99.3750%
  • konqo • 0.6250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konqo
Ölkələr
Konqo (çay)
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Əsasan Konqo Demokratik Respublikasında, Afrikanın ən dərin və ən uzunundan biri (2-ci yer).
Konqo Respublikası
Konqo Respublikası — Qərbi Afrikada dövlət. Konqo — Brazzaville olaraq da adlandırılan və 1969–1991-ci illərdə Konqo Xalq Respublikası olaraq mövcudluğunu qoruyan ölkənin sərhəd qonşuları (şimaldan saat istiqamətində) Kamerun, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Anqola ərazisi olan ancaq ölkənin əsas hissəsindən ayrı olan Kabinda bölgəsi, Qabon və Atlantik okeanıdır. Paytaxtı Brazzavil şəhəridir. == Coğrafiyası == Konqo hövzəsinin ən şimal-qərb bölgəsində yerləşən ölkədə Konqo çayı və Ubangi çayı ölkənin şərq və cənub-şərq bölgələrində sərhəd təşkil edir. Paytaxt Brazzavil, Konqo çayının bir göl kimi genişlənməsi Malebo Hovuzu üzərində yerləşir, çayın digər sahilində isə qonşu ölkə Demokratik Konqo Respublikasının paytaxtı Kinşasa yerləşir. Bu vəziyyətləri ilə Brazzaville və Kinşasa dünya bir-birinə ən yaxın paytaxtlar statusu daşıyır. Ekvator üzərində qitənin orta qərb hissəsində yerləşən ölkə bitki örtüyü və çöl həyatı baxımından zəngin müxtəlifliyə və təbii sahələrə malikdir. Ölkənin cəmi sahib olduğu 5.504 km-lik quru sərhəddən 201 km-i Anqola (Cabinda bölgəsi), 523 km-i Kamerun, 467 km-i Mərkəzi Afrika Respublikası, 2.410 km-i Demokratik Konqo Respublikası, 1.903 km-i Gabon ilə olduğu halda, ölkənin Atlantik Okeanına da 169 km-lik çıxışı var. == Əhalisi == 2013-cü ilin məlumatlarına görə ölkədə əhali təxmini sayı 4,492,689 nəfərdir. Ölkədə əhalinin orta yaş həddi 19,2 səviyyəsində olub , əhali sıxlığı 11 nəfər/km² ilə aşağı sıxlıqdadır.
Konqo dili
Konqo dili — Kikoqnqo kimi də tanınan Bantu dillərindəndir və Anqola, Konqo Demokratik Respublikası və Konqo Respublikasında Bakonqolar və Bandundular tərəfindən danışılır.
Konqo çayı
Konqo çayı və ya Zair çayı — Mərkəzi Afrikanın Ekvator bölgəsində, 4370 km uzunluğunda bir çaydır. Uzunluğu 4370 km-dir. Dənizə, saniyədə 80000 kubmetr su axıdar. Zair ilə şimal və şərqdəki qonşuları arasında sərhəd çəkən Konqo çayı, dərhal bütün qollarını Zairdən alır. Bir dövr Zair Çayı olaraq da adlandırılmışdır. Orta Qərbi Afrikanın ən uzun çayıdır. Dünyanın ən uzun 8 çayından biridir. Ekvator xəttini iki dəfə kəsir. Dünyada yeganə çaydır ki, ekvatoru iki dəfə kəsir. Əsasan Konqo Demokratik Respublikasında, Afrikanın ən dərin və ən uzunundan biri (2-ci yer).
Konqo çökəkliyi
Konqo çökəkliyi — Mərkəzi Afrikada 300–500 m hündürlükdə yerləşən və diametri təxminən 1000 km olan çökəklik. Afrika platformasının sinekliz zonasına aiddi. Konqo çayı onu drenaj edir. Bitki örtüyü rütubətli qalın həmişəyaşıl və yarpağıtökülən həmişəyaşıl tropik meşələrindən ibarətdir. == Coğrafiyası == Sahəsi təxminən 1 milyon kilometr təşkil edir; onun şimaldan cənuba və qərbdən şərqə ölçüsü təxminən 1 000 km. Əsas çayı Konqodu, çökəkıiyin ərazisində həmçinin çoxlu göl və bataqlıqlar var. == Geologiya == Strukturasına görə Konqo çökəkliyi Kembri dövründən əvvəl yaranan Afrika platformasının sinekliz zonasına aiddi. Platformanın kristallik bünövrəsinin yeraltı (500—1000 metrdən çox dərinliydə yerləşir) çıxıntısı sineklizi şimal və cənub çökəkliylərinə bölür, onların mərkəzi hissələrində bünövrə daha 3000 metr dərinliyinə endirilib. == Relyefi == Konqo çökəkliyi yarus quruluşu ilə səciyyələnir. Ən aşağı (300–400 m) və gənc (Holosen) yarus çoxsaylı çayların geniş, daha çox bataqlaşmış subasar vadilərini yaradır, həmən vadilər çökəkliyin mərkəzi hissəsində vahid yastı olan və vaxtaşırı batırılan allüvial düzənlik yaradırlar.
Mbanza-Konqo
Mbanza-Konqo — 1570-dən 1975-ci ilə qədər Portuqaliyada São Salvador olaraq bilinən və Anqolanın şimal-qərbindəki Zaire vilayətinin paytaxtı olan şəhər. Mbanza-Konqo 1483-cü ildə Portuqalların gəlişindən bir müddət əvvəl qurulmuş və o dövrdə Kilukeni sülaləsinin paytaxtı olmuşdur. Ərazi 17-ci əsrdə vətəndaş müharibələri zamanı müvəqqəti olaraq tərk edildi. Anqolanın Konqo Demokratik Respublikası ilə sərhədi yaxınlığında yerləşir. Mbanza-Konqo 2017-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Mbanza-Konqo bir zamanlar Afrikanın cənubundakı Atlantik sahillərindən Nkisi çayına qədər zirvəsinə çatan Konqo Krallığının hökmdarı Manikonqonun evi idi. Manikonqo, bu gün bir neçə ölkənin bir hissəsi olan 300 m2 ərazini idarə etmək üçün qəbilə liderləri tərəfindən seçilmişdi. 1491-ci ildə buraya ilk çatan portuqaliyalılar Konqo çayının mənbəyindən oraya çatmaq üçün on günlük səyahət etmişdi.Ən erkən dövrıərdə padşahlar qeydlərində öz şəhərlərini "Konqo şəhəri" (cidade do Congo) olaraq xatırladırdılar. Şəhərin São Salvador kimi adlandırılmasına ilk dəfə I Alvaro məktublarında (1568–1587) rast gəlinir və ad davamçıları tərəfindən davam etdirilirdi. Şəhərin adı 1975-ci ildə, Anqolanın müstəqillik qazanmasından sonra yenidən "Konqo şəhəri" (Mbanza Kongo) olaraq dəyişdirildi.
Konqo kanyonu
Konqo kanyonu — Afrikada Konqo çayının sonunda tapılan sualtı kanyondur. Bu, dünyanın ən böyük sualtı kanyonlarından biridir. == Ölçüsü == Kanyon qitənin daxili hissəsində, Konqo mənsəbinin yarısında və 21 metr dərinlikdən başlayır. O, şelfin kənarına çatana qədər şərqdən qərbə bütün kontinental, şelfin 85 kilometrindən keçir. Sonra yamacla aşağıya doğru davam edir və başlanğıc nöqtəsindən 280 kilometr aralıda bitir.Ən dərin nöqtəsində V formalı kanyon və divarlarının hündürlüyü 1100 metrdir. Kanyonun maksimal eni isə demək olar ki, 15 km2-dir. Kontinental yamacın ətəyində Konqonun dərin sualtı çöküntü fanatına daxil olur və daha 220 kilometrə qədər uzanır. == Cərəyanlar == Konqo Kanyonunda tapılan cərəyanlar dünyada ölçülən ən güclü cərəyanlardır. Onlar mahiyyətcə yüzlərlə kilometrə yayıla bilən sualtı uçqunlardır və onların gücü, tezliyi Konqo çayındakı daşqın dövrləri ilə sıx şəkildə əlaqələndirilir.Bu cərəyanlar kanyonda əsas eroziya mənbəyidir və kanyonun sonundakı dərin çöküntü, çöküntülərin əhəmiyyətli bir hissəsini təşkil edir.
Konqo Azad Dövləti
Müstəqil Konqo Dövləti olaraq da bilinən Konqo Azad Dövləti ( fr. État indépendant du Congo ), 1885-1908 -ci illərdə Mərkəzi Afrikada mövcud olmuş dövlətdir. Dövlət Belçikan kralı II Leopoldun xüsusi mülki idi. Leopold Afrikanın bölüşdürülməsi üçün keçirilən Berlin Konfransında digər Avrasiya dövlətlərini humanitar və xeyriyyəçiliklə məşğul olacağına və ticarətdən vergi tutmayacağına inandıraraq bölgənin hüquqi sahibi kimi tanındı. Beynəlxalq Konqo Birliyi vasitəsi ilə Konqo Hövzəsinin böyük hissəsini öz şəxsi mülkünə çevirdi. 29 May 1885 -ci ildə, Berlin Konfransı bitdikdən sonra kral mülklərinə "Konqo Azad Dövləti" adını verməyi planladığını, hələ Berlin Konfransında istifadə edilməyən və "Beynəlxalq Assosiasiyalar Birliyi"ni rəsmi olaraq əvəz edən bir ad verdiyini açıqladı. 1 Avqust 1885 -ci ildə. Konqo Azad Dövləti bölgəni heç vaxt şəxsən ziyarət etməməsinə baxmayaraq II Leopoldun sərəncamına verildi. Dövlət, indiki Konqo Demokratik Respublikasının bütün ərazisini əhatə edirdi və 1885-ci ildən 1908 -ci ilə qədər mövcud oldu. 1908-ci ildə Belçika hökuməti beynəlxalq təzyiqlərdən sonra dövləti koloniya kimi krallığa birləşdirdi.
Konqo DR bayrağı
Konqo Demokratik Respublikası bayrağı (fr. Drapeau de la République démocratique du Congo) — Afrikada yerləşən müstəqil dövlət Konqo Demokratik Respublikasının dövlət bayrağı. Bayraq mavi fonda yerləşən sarı beşguşəli ulduzdan və bayrağı dioqanal kəsən sarı cizgili qırmızı xətdən ibarətdir. Bayraq 20 fevral 2006-cı ildə qəbul olunub. 2005-ci ilin dekabrında təsdiqlənmiş yeni konstitusiya 1963-1971-ci illərdə istifadə olunmuş bayrağa çox oxşar bu bayrağın istifadə edilməsinə dəstəkləyib. 1963-1971-ci illərdə istifadə olunmuş bayraq ilə yeni bayraq arasındakı fərq yeni bayraqda göy rəngin daha açıq olmasıdır. Bayraqda göy rəng sülhü, qırmızı ölkə uğrunda ölən şəhidlərinin qanını, sarı rəng ölkənin zənginliyini, sarı ulduz isə ölkənin işıq saçan gələcəyini simvolizə edir. == Əvvəlki bayraqlar == Bundan əvvəlki bayraq 2003-cü ildə qəbul olunub və bu bayraq 1960-1963-cü illərdə istifadə olunana çox bənzəyir. Bayraq Kral Leopoldun Beynəlxalq Afrika Assosasiyası üçün 1877-ci ildə istifadə etdiyi bayraq əsasında yaradılıb. II Leopoldun Berlin konfransında Konqo Müstəqil Dövlətinin yaradıldığını bildirdikdən sonra bu bayraq Konqo üçün istifadə olunmağa başlanıb.
Konqo Demokratik Respublikası
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir. == Tarix == Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur. XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar. XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır.
Konqo Respublikası bayrağı
Konqo Respublikasının bayrağı — Konqo Respublikasının dövlət bayrağı.
Konqo Respublikasının inzibati bölgüsü
Konqo Respublikasının inzibati bölgüsü — Konqo Respublikası 12 departamentə bölünür. 2003-cü ilə qədər bu departamentlər regionlar adlandırıldı. 2004-cü ildə isə Point-Noyr şəhəri departament statusunu aldı.
Azərbaycan–Konqo Respublikası münasibətləri
Azərbaycan–Konqo Respublikası münasibətləri — Azərbaycan Respublikası ilə Konqo Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər.Millət vəkili Aydın Mirzəzadəyə görə, "Azərbaycanla Konqo arasındakı münasibətlər elə də yüksək səviyyədə deyil". 2023-cü ilin fevralında David Maduka Konqo Respublikasının Azərbaycana fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Azərbaycan–Konqo Demokratik Respublikası münasibətləri
Azərbaycan–Konqo Demokratik Respublikası münasibətləri — Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər. == Diplomatik əlaqələr == 23 sentyabr 2011-ci ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Konqonun xarici işlər naziri Aleksis Tambve Mvamba arasında rəsmi görüş keçirilmişdir. Bu görüşdə tərəflər diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanmışdır. == İqtisadi əməkdaşlıq == BMT-nin 2017-ci il statistikasına əsasən Azərbaycanın Konqoya ixracının həcmi 92,610 ABŞ dolları təşkil etmişdir. BMT-nin 2018-ci il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi təqribən 50,700 ABŞ dolları təşkil etmişdir. BMT-nin 2019-cu il statistikasına əsasən, Konqonun Azərbaycana ixracının həcmi 60,100 ABŞ dolları təşkil etmişdir.Regional enerji layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. == Hərbi-texniki əməkdaşlıq == Ölkələr arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövcuddur. 2016-cı ilin sentyabr ayında Azərbaycan Konqoya 10 ədəd modernləşdirilmiş ZTR-70 zirehli transportyoru ixrac etmişdir. == Beynəlxalq əməkdaşlıq == 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikası üzrə Komitə yaratmışdır. Komitənin sədri Azərbaycandır.
Konqo DR FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Konqo Demokratik Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Belçika Konqosu
Belçika Konqosu (fr. Congo belge; nid. Belgisch-Kongo) - 1908-1960-cı illərdə Mərkəzi Afrikada yerləşmiş Belçika krallığının koloniya dövləti. Belçika kralı II Leopold tərəfindən krallığının müstəmləkəsinə çevirilən ölkənin paytaxtı kralın şərəfinə Leopoldvil adlandırılmışdır. 1960-cı ilin 30 iyun tarixində yerli siyasi xadimlərin rəhbərliyində Konqonun müstəqilliyi elan edilmiş və Yozef Kasavubu prezident, Patris Lumumba isə baş nazir seçilmişdir. Günümüzdə Belçika Konqosunun mövcud olduğu ərazilərdə Konqo Demokratik Respublikası yerləşməkdədir.
Portuqaliya Konqosu
Kabinda (port. Cabinda) — Anqolanın əyalətlərindən biri, anklav vəziyyətindədir. Müstəqilliyə qədər Portuqaliya Konqosu adlanırdı. Ərazisi — 7270 km², əhalisi — təqribən 716 076 nəfər (2014). Anqolanın 18 mahalından biri. Ərazi Anqolaya məxsus olsa da, Konqo Respublikasının sərhədləri daxilində yerləşir. Kabindanın statusu siyasi baxımdan mübahisə doğurur. FLEK adlı terror təşkilatı Anqola Silahlı Qüvvələrinə qarşı Kabindanın müstəqilliyi uğrunda uzun illərdir ki, mübarizə aparır. == Coğrafiya == Kabinda mahalının ərazisi 7.270 km² olmaqla, Anqolanın şimalında yerləşir. Ərazini Anqoladan dar su keçid ayırır.
Tintin Konqoda
Tintin Konqoda - Belçikalı yazıçı Erjenin yaratdığı Tintin macəraları komiksinin 2-ci seriyası. Seriyanın qəhrəmanı gənc qəzet müxbiri Tintindir. Bu macəra 1930-cu ilin 5 iyunundan 1931-ci ilin 11 iyununa qədər Belçikanın "Le Petit Vingtième" qəzetində ("Le Vingtième Siècle" qəzetinin uşaq əlavəsi) yayımlanmışdır. 1931-ci ildə ağ-qara albom şəklində yayımlanmışdır. 1946-cı ildə rəngləndirilmiş, 1975-ci ildə dəyişikliyə uğramışdır. == Mövzu == "Tintin Konqoda" Tintin macəralarının ikinci seriyasıdır. Hekayənin əvvəlində Tintin və Milu Belçika Konqosuna (o dövrdə Konqo Belçikanın müstəmləkəsi idi) gedən gəmidədirlər. Milu gəmidə olarkən bir neçə qəza keçirir, amma sonda Konqoya yetiçirlər. Limanda onlar bir maşın kirayəyə alırlar və Koko adlı uşağı özləri üçün bələdçi seçirlər. Konqonun daxili bölgələrinə doğru irəliləyirlər və tək olmadıqlarını hiss edirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.54 dəfə / 1 mln.
2003 ••••••••• 2.76
2004 •••••• 1.68
2005 ••••••••• 2.70
2006 ••••• 1.58
2007 ••••••••• 2.96
2008 ••••••••••• 3.65
2009 •••••••••••••••• 5.28
2010 •••••••••• 3.27
2011 ••••••••••• 3.43
2012 •••••••••• 3.27
2013 ••••••••••• 3.36
2014 •••••••••••••• 4.46
2015 •••• 1.19
2016 ••••• 1.39
2017 •••••••••••• 3.74
2018 ••••••••••••••••• 5.39
2019 •••••••••••••••••••• 6.68
2020 •••••••••••• 3.98

konqo sözünün fransız dilinə tərcüməsi

"konqo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#konqo nədir? #konqo sözünün mənası #konqo nə deməkdir? #konqo sözünün izahı #konqo sözünün yazılışı #konqo necə yazılır? #konqo sözünün düzgün yazılışı #konqo leksik mənası #konqo sözünün sinonimi #konqo sözünün yaxın mənalı sözlər #konqo sözünün əks mənası #konqo sözünün etimologiyası #konqo sözünün orfoqrafiyası #konqo rusca #konqo inglisça #konqo fransızca #konqo sözünün istifadəsi #sözlük