Konqresi sözü azərbaycan dilində

Konqresi

Yazılış

  • Konqresi • 80.7526%
  • konqresi • 19.1915%
  • KONQRESİ • 0.0560%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ Konqresi
ABŞ Konqresi — Amerika Birləşmiş Ştatlarının ikipalatlı qanunverici dövlət hakimiyyət orqanı, Vaşinqton şəhərində yerləşir (binası Kapitoli adlanır). Senatdan (100 üzv) və Nümayəndələr Məclisindən (435 üzv) ibarətdir. Konqresin Sədri ABŞ vitse-prezidentidir , onun müavini müvəqqəti sədridir. == Tarixi == Birinci Kontinental Konqresdən formalaşmışdır. 1776 il iyulun 4-də İkinci Kontinental Konqres ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul etdi. Konstitusiyaya görə Konqres xüsusilə müharibə elan etməyə, silahlı güvvələri saxlamağa, ittifaq qanunlarının icra etmək üçün milis çağırmağa, vergiləri təyin etməyə və yığmağa, xarici dövlətlərlə ticarəti tənzim etməyə, pul kəsməyə, ölçü vahidlərini, Ali Məhkəmədən daha aşağı məhkəmələri və poçt xidmətlərini müəyyənləşdriməyə bilər. Hər iki palatı məsələlərin əksəriyyətini səsvermə ilə həll edir, üzvlər "aye" yaxud "no" deməlidir. İldə adətən bir sessiya keçirilir, bəzən əlavə sessiya baş verir. == Səlahiyyəti == Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur.
Korinf konqresi
Xeroneya döyüşündən sonra II Filipp Cənubi Yunanıstana hücum etdi. Sparta xaricində bütün Peloponnes ittifaqı şəhərləri Makedoniya kralının hakimiyyətini tanıdılar. Filipp hər bir şəhərlə ayrı-ayrılıqda müdafiə və hücum haqqında saziş bağladı. Bu sazişlər hər bir şəhərin muxtariyyətini və azadlığını qorumağa yönəlmişdi. 338-ci ildə Filipp, bütün Yunan şəhərlərinin maraqlarını nəzərə alaraq, Korinfdə ümumyunan yığıncağı olan Korinf konqresini (sinedrion) çağırdı. Konqresə, Spartadan başqa bütün yunan dövlətləri dəvət olundu və rəhbərliyi Filipp özü həyata keçirdi. Konqres Yunanıstanda müharibənin sona çatdırılması məsələsini həll edirdi. Yunan dövlətlərinin parçalanmasının qarşısını almaq üçün Makedoniya rəhbərliyi altında ümumyunan federasiyası yaradılması planlaşdırılırdı. Birləşmiş dövlətlərlə Makedoniya kralı arasında müdafiə və hücum məsələləri haqqında sazişlər imzalanırdı. Kralın əleyhinə çıxan və onun düşmənlərinə dəstək verən hər bir dövlət ciddi şəkildə cəzalandırılırdı.
Paris konqresi
Paris konqresi — Paris müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır. Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər. Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi. Rusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi.
Sivas konqresi
Sivas Konqresi ya da Qurultayı Mustafa Kamal Atatürkün Amasiya qanununu açıqladıqdan sonra bir çağırış üzərinə Birinci Dünya Müharibəsindən sonra işğala məruz qalan Türk topraqlarını qurtarmaq və Türk millətinin müstəqilliyini qazanmaq üçün çarələr axtarmaq məqsədilə seçilmiş xalq təmsilçilərinin Sivasda bir araya gəlməsiylə, 4–11 Sentyabr 1919 tarixləri arasında gerçəkləşən bir konqresdir. Sivas Konqresində alınan qərarlar, daha öncə gerçəkləşdirilən Ərzurum konqresinin qərarlarını genişlədərək bütün milləti əhatə etmiş və yeni bir Türk dövlətinin quruluşuna təməl olmuşdur; bu səbəblə Sivas Konqresinin Türkiyə tarixindəki önəmi böyükdür. Sivas Konqresində, Ərzurum Konqresində alınan vətənin bütünlüyü və müstəqilliyiylə əlaqəli qərarlar eynilə qəbul edilmişdir. Konqres eyni zamanda Cümhuriyyət Xalq Partiyasının ilk qurultayı olaraq qəbul edilməkdədir. Konqresdə şərq illəri adına nümayəndə olaraq Ərzurum Konqresində seçilən Heyet-i Temsiliye (Təmsil Qurulu) üzvləri vardı. Qərbi və Orta Anadolu illrindən gələn digər təmsilçilərin də qatılması sayəsində Sivas Konqresi, milli bir konqres adını qazanmışdı. Konqresə qatılan nümayəndə sayı mübahisəli bir mövzudur. Ankara kimi bəzi illərdə valilik təzyiqi ilə nümayəndə seçimi gerçəkləşməmiş, bəzi illərdən seçilən nümayəndələrin isə yola çıxması əngəllənmiş, bu səbəbdən konqresə qatılmamış və ya konqres çalışmaları bitdikdən sonra Sivasa gələ bilmişdilər. Sonradan qatılanlarla birlikdə nümayəndə sayının 41 olduğu söylənə bilər. (Fərqli qaynaqlara görə 31, 33, 38 qatılımcı vardır.) Mustafa Kamal Atatürk (9.
Vyana konqresi
Vyana konqresi — 1814–1815-ci illərdə keçirilmiş ümumavropa yığıncağı. Vyana konqresi 1814-cü ilin sentyabrı — 1815-ci ilin iyununda fəaliyyət göstərdi. Konqresin işində Osmanlı dövləti istisna olmaqla, bütün Avropa dövlətlərinin 216 nümayəndəsi iştirak edirdi. Lakin əsas rolu İngiltərə, Rusiya və Avstriya oynayırdı. Konqresdə mərkəzi yeri Polşa — Saksoniya məsələsi tutdu. Rusiya bütün Polşa torpaqlarını, Prussiya isə Saksoniyanı birləşdirmək istəyirdi. Hər iki dövlətin güclənəcəyindən ehtiyat edən Avstriya, İngiltərə və Fransa buna mane olmaq istəyirdi. Avstriyanın xarici işlər naziri Metternix İngiltərənin Xarici İşlər naziri lord Kestleri ilə birləşərək, Saksoniyanın Prussiyaya verilməsi müqabilində kral III Fridrix Vilhelmin çara xəyanət edərək onların tərəfinə keçməsinə çalışdı. Kral bu barədə I Aleksandra məlumat verdikdə çarın necə bir vəziyyətə düşməsini təsəvvür etmək çətin deyil. Taleyran belə bir diplomatik gərginlikdən istifadə edərək üç dövlətin — Avstriya, Fransa və İngiltərənin Rusiya və Prussiyaya qarşı ittifaqını yaratmağı təklif etdi.
Afrika milli konqresi
Afrika Milli Konqresi (AMK) – CAR-da hakim partiya; yerli əhalinin kütləvi və nüfuzlu siyasi təşkilatı. 1912-ci ildə yaradılmışdır. Afrika Milli Konqresi irqi ayrı- seçkiliyə qarşı çıxır və CAR-ın bütün əhalisinin hüqüq bərabərliyi naminə çalışır. 1955-ci ildə Afrika Milli Konqresi və digər müxalifət təşkilatlarının təşəbbüsü ilə çağırılmış Xalqlar konqresində Azadlıq xartiyası – demokratik Cənubi Afrika uğrunda mübarizə proqramı qəbul olundu. Afrika Milli Konqresi ölkənin bütün tərəqqipərvər qüvvələrini birləşdirməyə çalışaraq, dəfələrlə hakim dairələrin irqçi və antidemokratik siyasətinə qarşı çıxmışdır. 1960–1990-cı illərdə gizli fəaliyyət göstərmişdir. Afrika Milli Konqresi rəhbərliyi altında irqçiliyə qarşı aparılan mübarizənin Afrika və dünya demokratik qüvvələri tərəfindən dəstəklənməsi CAR-da aparteid sisteminin ləğvinə gətirib çıxardı. 1994, 1999, 2004-cü illərdə CAR-da keçirilən ümumxalq seçkilərində Afrika Milli Konqresi qalib gəlmişdir.
Afrika Əməkçilərinin Konqresi
Afrika Əməkçilərinin Konqresi (ing. African Workers' Congress) — Keniyanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin 1965-ci ildə Keniya Əmək Federasiyası ilə birləşməsi nəticəsində Keniya Həmkarlar İttifaqları Mərkəzi yaranmışdır. == Həmçinin bax == Keniya Əmək Federasiyası Keniya Həmkarlar İttifaqları Mərkəzi == Mənbə == Afaq HÜSEYNOVA. Keniya Həmkarlar İttifaqları Mərkəzi Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 06.07.2013.
Dünya Azərbaycanlılar Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Dünya Azərbaycanlıları Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Hindistan Milli Konqresi
Hindistan Milli Konqresi (ing. Indian National Congress) Hindistanda mövcud olan siyasi partiyalardan biridir. Partiya, 1885-ci ildə Allan Octavian Hume tərəfindən yaradılmışdır. Partiyanın rəhbərliyində 2006-cı ildən etibarən Sonia Gandhi əyləşmişdir. Partiyanın “Congress Sandesh” adlı mətbuat orqanı mövcuddur. Hindistan Gənclik Konqresi (ing. Indian Youth Congress) isə partiyanın gənclik qolu hesab olunur.
Kanada Əmək Konqresi
Kanada Əmək Konqresi (ing. Canadian Labour Congress – CLC; fr. le Congrès du travail du Canada – CTC) — Kanadanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Ottava şəhərində yerləşir. == Tarixi == Kanada Əmək Konqresi 23 aprel 1956-cı ildə xidmət sahəsində fəaliyyət göstərən işçiləri özündə cəmləşdirən Kanada Həmkarlar İttifaqları və Əmək Konqresi ilə bütün sahələrin əməkçilərini özündə cəmləşdirən Kanada Əməkçilərinin Konqresinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd olunan hər iki təşkilat o dövrün işçilərinin maraqlarını qoruyan aparıcı qurumlar idi. == Tərkibi == İlk dövrdə Kanada Əmək Konqresinin üzvləri arasında nəqliyyat, mədən və özəl sektorun işçiləri çoxluq təşkil edirdi. 1960-cı illərdən etibarən digər sahələrdə çalışanlar da bu çoxluğa qatılmağa başladı. 1963-cü ildən başlayaraq Kanadada bir neçə azad həmkarlar ittifaqları yarandı. Bunlardan biri Kanada Dövlət Qulluqçularının Birliyi idi.
Rusiya Yəhudi Konqresi
Rusiya Yəhudi Konqresi (RYK) — Rusiyanın ən böyük müasir yəhudi təşkilatı. 1996-cı ildə yaradılıb. Qeyri-kommersiya xeyriyyə fondu kimi fəaliyyət göstərir. Təşkilat Rusiyanın ən nüfuzlu və varlı yəhudilərini — yüksək rütbəli məmurları, iş adamlarını, elm və mədəniyyət xadimlərini özündə birləşdirir. RYK-nin rəhbər orqanları — rəyasət heyəti, direktorlar şurası və ictimai şuradır. Rəyasət heyətinin tərkibinə daxildir: Mixail Fridman, Leonard Blavatnik, Leonid Melemed, Boris Mints, German Zaxaryayev, Andrey Rappoport, David Yakobaşvili, Yevgeniya Albats, Yuli Qusman, Berl Lazar, Henri Reznik, Vladimir Solovyov, Gennadi Xazanov, Mixail Çlenov, Mixail Berger, Mixail Jvanetski, Qriqor Kroşner və s. Təşkilatın təftiş komissiyasına Rusiyanın keçmiş iqtisadiyyat naziri Yakov Urinson rəhbərlik edir.
Vişeqrad Konqresi (1335)
Vişeqrad Konqresi — 1335-ci il oktyabr ayının sonu noyabr ayının əvvəlində Macarıstanın Vişeqrad şəhərində keçirilən Avropa monarxlarının konqresi. Orada Şərqi Avropanın üç monarxı iştirak etmişdir, Çexiya kralı I Yan, Macarıstan kralı Karl Robert (görüşün təşəbbüskarı) və Polşa kralı III Kazimir. Görüşdə anti-habsburq koalisiyasının yaranması və I Yanın Polşa tacından imtina etməsi barədə müzakirələr aparılmışdır, sonuncu mövzunun müqabilində Sileziya üzərindəki çex suverenliyi tanınmaq və 20 min praqa qroşu məbləğində əlavə ödənişinin edilməsi təklif olunmuşdur. 1300-cü ildə Çexiya kralı II Vatslav taxtda çıxdı və Polşa kralı ela olundu, bu da hakim Polşa sülaləsi Pyastlar nümayəndələrinin narahatlığına səbəb oldu, çünki belə halda Vatslavın varisləri Polşa taxtına namizəd olurdular. Bu münaqişəni həll etmək yolunda monarxlar razılaşma imzalamaq üçün danışıqlara başladılar? Macarıstan kralı I Karl Robert isə bu işdə vasitəçi rolunu oynadı. Trençin Konvensiyası hazırlanandan sonra, 1335-ci ilin payızının sonlarında Vişeqradda hər üç monarxın toplantısı keçirildi, hansında ki I Yanın Polşa tacı və bütöv Polşa ərazisinə iddialarından imtina etdiyi təsdiqləndi, bunun müqabilində ona vəd edilmiş 20 min qroş məbləğində pul təzminatı verildi və Çexiyanın Sileziya hersoqluğu üzərində hakimiyyəti tanındı. Əsas müvəffəqiyyət üç ölkənin Habsburq sülaləsinə qarşı çoxdan gözlənilən müdafiə ittifaqının yaradılması və yeni ticarət yollarının yaradılması ilə bağlı razılaşmaların əldə olunması idi. Sileziya, 1742-ci ildə Prussiya krallığının ərazisinə keçənə qədər Çex tacının hakimiyyəti altında qaldı və Sileziya torpaqlarının çox hissəsi yalnız İkinci Dünya Müharibəsindən sonra Polşaya geri qaytarıldı (Sileziyanın kiçik bir hissəsi indi də Çex Respublikasına aiddir). 6 dekabr 1335-ci ildə, sazişin imzalanmasından sonra, Polşa kralı III Kazimir və Çexiya kralı I Yan Praqaya gəldilər, burada salnamələrə görə, polyak monarxına böyük ehtiram göstərildi.
Ümumdünya Esperanto Konqresi
Esperanto Dünya Konqresi (Esperanto dilində: Universala Kongreso də Esperanto , qısaltma UK )- az qala qırılmayacaq qədər və yüz ildən çox bir rekordla beynəlxalq Esperanto konqreslərin arasında ən uzun ənənəyə malikdir. Konqreslər Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi xaricində 1905-ci ildən bəri mütəmadi olaraq hər il keçirilməkdədir. 1920-ci ildən bəri təşkilatçı Beynəlxalq Esperanto Assosiasiyası (Universala Esperanto-Asocio veya UEA) olmuşdur. Konqreslər hər il təkrarlanır və ortalama 2000 iştirakçını qonaq edir (Birinci Dünya Müharibəsindən bəri bu rəqəm konqresin edildiyi yerə bağlı olaraq 800 ilə 6000 arasında dəyişir). Ortalama təmsil edilən ölkə sayı 60-dır. Bəzi ixtisaslaşmış təşkilatlar öz illik iclaslarında bir neçə yüz iştirakçı yığmaqdadır. Dünya Konqresi ümumiyyətlə iyulun son həftəsi və ya avqustun ilk həftəsində keçirilir və şənbə günündən şənbə gününə qədər 8 gün davam edir. 1980-ci ilə qədər qədər konqreslər 1965-ci ildəki Yaponiya konqresi istisna olmaqla Avropa və ABŞ-də keçirilməkdədir. O tarixdən sonra Braziliya, Kanada, Çin, Kuba, Cənubi Koreya, Avstraliya, İsrail və Vyetnam kimi ölkələrdə də reallaşdırılmışdı.
Ümumdünya Qaqauzlarının Konqresi
Ümumdünya Qaqauzlarının Konqresi (qaq. Dünnää gagauzların kongresi) hər 3 ildən bir Qaqauziya Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində keçirilir. Tədbirdə dünyanın hər yerindən olan qaqauzlar toplaşırlar. Muxtar bölgəsinin tarixində qaqauzların ilk konqresi 2006-cı ildə təşkil edilmiş və iyulun 20-dən 21-dək keçirilmişdir. İki gün ərzində tədbir iştirakçıları Qaqauziyanın tarixi və həyatı ilə tanış oldular, mədəniyyət və tarixi müəssisələrini ziyarət etdilər. Konqresdə Bolqarıstan, Yunanıstan, Rusiya, Ukrayna, Türkiyə, Kanada, ABŞ, Braziliya və qaqauz diasporasının olduğu dünyanın bir sıra başqa ölkələrindən 220 nümayəndə iştirak etmişdir. Konqres Qaqauziya ilə xaricdəki qaqauz diasporunun nümayəndələri arasında sıx sosial-iqtisadi və mədəni əlaqələrin qurulmasına uğurla töhfə vermişdir. Qaqauzların ikinci konqresi 2009-cu ildə avqust ayının 18-dən 19-dək keçirildi. Əvvəlcə Komratın mərkəzi küçəsi boyunca Qaqauziya və digər ölkələrin milli folklor qruplarının paradı baş tutdu. Sonra mərkəzi meydanda, Qaqauziyanın müxtəlif şəhər və kəndlərə aid stendlərə baxıldı.
İzmir İqtisadiyyat Konqresi
İzmir İqtisadiyyat Konqresi və ya 1-ci İqtisadiyyat Konqresi (17 fevral – 4 mart 1923) — İzmirdəki Banka-Han binasında toplanan 1135 nümayəndənin iştirakı ilə yeni Türkiyənin iqtisadi problemlərinin müzakirə olunduğu konqres. Dövrün türk idarə heyəti Türkiyə İstiqlaliyyət müharibəsində qazanılan qələbədən sonra prinsipcə siyasi və iqtisadi müstəqilliyi nəzərdə tuturdu. Türkiyə Böyük Millət Məclisinin əsas qayğısı ölkəni işğaldan xilas etmək olsa da, iqtisadi müstəqillik kimi gözlənilən bu hədəfə necə nail olacağına dair qurultay keçirildi və prezidenti Kazım Qarabəkir seçildi. Konqresdə Antanta Dövlətlərinin Lozanna müqaviləsi ilə davam etdirilməsini tələb etdiyi Osmanlı imperiyasının iqtisadiyyatına ciddi ziyan vuran kapitulyasiyaların və digər güzəştlərin qəbul edilə bilməyəcəyi bildirilib. İqtisadi problemlərin aradan qaldırılması, müharibədən yenicə çıxmış insanların abadlaşdırılması, onlara yol göstərməsi kimi məsələlər vurğulanıb. 13 fevral 1923-cü ildə İqtisadiyyat Naibi Mahmud Əsad (Bozqurd) bəyin verdiyi açıqlamaya görə, Türk İqtisadiyyatı Konqresi "Hökumətin təqdiri" ilə toplanır. 13 fevral 1923-cü ildə Anadolu Agentliyi, Mahmud Esat bəy qurultayın məqsədini belə ifadə edir: "Bu Konqresi millətimizin və ölkəmizin imkan ehtiyacları ilə birlikdə araşdırmaq və ona görə imtina edib araşdırmaq. işğal üsuluna, eyni zamanda, ölkəmizin müxtəlif və indiyə qədər olanlarını araşdırmaq üçün açırıq. Qurultay heyətində müzakirə ediləcək bəzi problemlər; 1923-cü il fevralın 23-də Türkiyədə kredit məsələsi, istehsalın təşkili, gömrük məsələsi, vergilər və nəqliyyat başlıqları altında ətraflı hesabat dərc etdilmişdir. Türkiyənin əkinçi, tacir, sənaye və fəhlələrindən seçilmiş 1135 üzvün qatıldığı bu konqresdə bu qrupların hazırladığı "İqtisadi pakt" müzakirə edilərək qəbul edilib.
Xalqların Demokratik Konqresi
Xalqların Demokratik Konqresi (XDK; türk. Halkların Demokratik Kongresi, HDK) — Türkiyədə çoxlu solçu siyasi hərəkatların, təşkilatların və partiyaların ittifaqı. Məqsədi Türkiyə siyasətini əsaslı şəkildə yenidən yaratmaq və etnik, dini və ya cinsi ayrı-seçkiliklə üzləşən istismar edilmiş şəxsləri təmsil etməkdir. Konqres antikapitalistdir və 15 oktyabr 2011-ci ildə təsis edilmişdir. Çoxsaylı konfranslar təşkil edir və rəsmi konqreslər keçirir. 2012-ci ildə Konqres onun siyasi qanadı kimi fəaliyyət göstərəcək yeni partiya – Xalqların Demokratik Partiyası (HDP) təsis etmişdir. Solçu qrupların oxşar ittifaqı olan "Birləşmiş İyun Hərəkatı" 2014-cü ildə təsis edilmişdir. Konqres dini və ya etnik ayrı-seçkiliklə üzləşən istismar edilən fərdlər, eləcə də azlıqlar üçün platforma təmin etmək məqsədi daşıyır. Konqres qadın hüquqlarının tərəfdarıdır və beləliklə, bir kişi və bir qadın sözçü ilə birgə liderlik sistemi fəaliyyət göstərir. Konqres xüsusilə kürd azlığını təmsil etmək məqsədi daşıyır və azlıqların hüquqlarının konstitusiya ilə təsbit edilməməsini tənqid edir.
Slavyan konqresi (1848)
Slavyan konqresi (çex: Slovanský sjezd, slovak: Slovanský zjazd/kongres) −1848-ci il iyun ayının 2-dən 12-dək Avropanın demək olar ki, bütün slavyan icmalarının nümayəndələrinin iştirak etdiyi ilk konqresdir. Konqresin təsisçiləri Pavel Jozef Šafárik və Josip Jelačić olsalar da, təşkilatı işlər çex mənşəli František Palacký, Karl Zapp, Karel Havlíček Borovski və František Ladislav Rieger adlı fəallartərəfindən həyata keçirilmişdir. Konqresin keçirilməsinin əsl məqsədi əvvəlcədən məlum deyildi. Konkret məqsədin olmamasından əlavə, konqresi planlaşdıranlar arasında görüşün gündəliyi və formatı ilə bağlı mübahisələr də mövcud idi. Konfrans üç hissədən ibarət olmuşdur: Polyaklar və Ukraynalılar (Rusinlər), Cənub slavyanları və Çex-Slovaklar. Konqresdəki ümumi 340 nümayəndə arasında ən çoxu Çexiya-Slovakiya bölməsindən gəlmişdir. 237 çex-slovak ilə bərabər 42 cənub slavı və 61 polyak-ukraynalı konqresdə iştirak etmişdir. Danışıqlar zamanı istifadə edilmiş olan əsas dil isə alman dili olmuşdur. Konqresdə slavyanların həyatında Avstriyanın rolu haqqında müzakirələr aparılmışdır. Dr.
Slavyan konqresi (1948)
Slavyan konqresi (çex: Slovanský sjezd, slovak: Slovanský zjazd/kongres) −1848-ci il iyun ayının 2-dən 12-dək Avropanın demək olar ki, bütün slavyan icmalarının nümayəndələrinin iştirak etdiyi ilk konqresdir. Konqresin təsisçiləri Pavel Jozef Šafárik və Josip Jelačić olsalar da, təşkilatı işlər çex mənşəli František Palacký, Karl Zapp, Karel Havlíček Borovski və František Ladislav Rieger adlı fəallartərəfindən həyata keçirilmişdir. Konqresin keçirilməsinin əsl məqsədi əvvəlcədən məlum deyildi. Konkret məqsədin olmamasından əlavə, konqresi planlaşdıranlar arasında görüşün gündəliyi və formatı ilə bağlı mübahisələr də mövcud idi. Konfrans üç hissədən ibarət olmuşdur: Polyaklar və Ukraynalılar (Rusinlər), Cənub slavyanları və Çex-Slovaklar. Konqresdəki ümumi 340 nümayəndə arasında ən çoxu Çexiya-Slovakiya bölməsindən gəlmişdir. 237 çex-slovak ilə bərabər 42 cənub slavı və 61 polyak-ukraynalı konqresdə iştirak etmişdir. Danışıqlar zamanı istifadə edilmiş olan əsas dil isə alman dili olmuşdur. Konqresdə slavyanların həyatında Avstriyanın rolu haqqında müzakirələr aparılmışdır. Dr.
Berlin konqresi
1878-ci il Berlin konqresi (13 iyun — 13 iyul 1878-ci il) — 1877–1878-ci illər Rusiya-Türkiyə muharibəsindən sonra imzalanmış San-Stefan sülh müqaviləsinin (1878-ci il) yenidən baxılması üçün keçirilən beynəlxalq tədbir. Berlin traktatının imzalanması ilə nəticələnmişdir. == Mənbələr == Дебидур А. Дипломатическая история Европы. Ростов-на-Дону: Феникс, 1995. Т. 2 Cтр. 450–469. ISBN 5-85880-089-0 Сборник договоров России с другими государствами, 1856–1917, М., 1952. История дипломатии, 2 изд., т. 2, М., 1963.
Ərzurum Konqresi
Ərzurum konqresi — 23 iyul-7 avqust 1919-cu ildə Ərzurumda toplanan konqres. 17 iyunda Vilayat Mahnıya Müdafiə Hüquq Cəmiyyəti Ərzurum şöbəsi tərəfindən toplanan Ərzurum konqresi Ərzurum ümumi konqresi və ya Ümumi Ərzurum konqresi kimi də tanınır. Konqresdə əksəriyyəti işğal altındakı 5 şərq vilayətindən — Trabzon, Ərzurum, Sivas, Bitlis və Vandan gələn 62 nümayəndə iştirak etmişdir. 2 həftə davam edən konqresdə alınan qərarlar Qurtuluş mübarizəsində izlənən xətdə əhəmiyyətli dərəcədə müəyyənedici olmuşdur. Konqresi müvəqqəti sədr olaraq Ərzurum nümayəndələrindən Xoca Rəhm Əfəndi açıb. Yoxlamanın sonra keçirilən səsvermədə Mustafa Kamal Paşa] konqresə sədr seçilib. Əslində Konqres danışıqlarının 10 iyuldada başlaması nəzərdə tutulmuş, nümayəndələrin bir hissəsinin deyilən tarixdə Ərzuruma gələ bilmədiyi üçün təxirə salınaraq, 23 iyulda danışıqlara başlanılmışdır. Vətən bir bütündür, parçalana bilməz. Hər cür əcnəbi işğalına və müdaxiləsinə qarşı millət həmişə birlikdə müqavimət və müdafiə etməyə edəcəkdir. İstanbul Hökuməti vətənin müstəqilliyini təmin edə bilməsə, müvəqqəti bir hökumət qurulacaqdır.
Avropa Azərbaycanlıları Konqresi
Ümumdünya Qaraçı Konqresi
Ümumdünya Qaraçılar Konqresi - Dünyadakı qaraçılara aid məsələlərin müzakirəsi üçün keçirilən forumdur. 1971-ci ildə Böyük Britaniyada, London yaxınlığında keçirilib. Burada qaraçılar bayrağı, himni qəbul olunub. Onların himni "Qelem, Qelem" adlanır.
Ümumdünya Qazaxları Konqresi
Ümumdünya Qazaxları Konqresi - Ümumdünya Qazaxları Birliyinin ən ali orqanı. Ümumdünya Qazaxları Qurultayı — 28 sentyabr-4 oktyabr 1992-ci il tarixlərində Almatıda dünya qazaxlarının nümayəndələrinin iştirakı ilə keçirilən bir qurultaydır. Qurultay ərəfəsində qazaxların sayı 10 milyon 537 minə çatdı. Ümumdünya Qazaxları Qurultayında MDB-dən 350 nəfər və bir çox xarici nümayəndə iştirak etmişdir. Qurultay iştirakçıları Türkistan, Jezqazğan, Ulıtau kimi ölkənin qədim sosial-siyasi, mədəni mərkəzlərində olmuş, ata-yurdlarına qovuşmuşdular. Qurultayın fəaliyyətinin işıqlandırılmasında 200-dən çox jurnalist və 50-dən çox televiziya və radio şirkəti iştirak etmişdir. Ümumdünya Qazaxları Qurultayının iştirakçıları Qazaxıstan xalqına və digər xalqlara, dövlətlərə və hökumətlərinə bir müraciət qəbul etmişlər. Qurultay zamanı "Qazaxlar: dünən, bu gün və sabah" mövzusunda elmi konfrans keçirildi. Konfransda o dönəm Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev "Qollarımız qardaşlara sona qədər açıqdır" mövzusunda çıxış etdi. Qazax xalqının taleyi, əcdad irsi, dil, dünya qazaxlarının vahid bir dövlət ətrafında birləşməsinin hüquqi əsasları, və s.
Ümumdünya İslam Konqresi
Ümumdünya İslam Konqresi (qısaca ÜİK) (ərəbcə - Mütamər əl-aləm əl-islami - hərfi mənada İslam Dünyası Konqresi) - beynəlxalq islam təşkilatlarının ən qocamanıdır. ÜİK 1926-cı ildə Səudiyyə Ərəbistanı kralının təşəbbüsü ilə yaradılmışdır, lakin geniş fəaliyyətə ancaq 1949-cu ildə Kəraçidə keçirilən konfransdan sonra başlamışdır. 36 dövlətin nümayəndələrini birləşdirir. Konqresin fəaliyyətinə hər il müsəlmanların Məkkə ziyarəti başa çatdıqdan sonra toplaşan ali şura rəhbərlik edir. ÜİK bir sıra tədqiqat mərkəzləri vasitəsilə islam tarixi, müsəlman ehkamçılığı, fəlsəfə sahəsində tədqiqatlara rəhbərlik edir. İslam mövzusunda nəşrlər (o cümlədən Müsəlman aləmi jurnalını) buraxır. İslamın səsi verilişlərini təşkil edir.
Fici Həmkarlar İttifaqları Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Fici Sənaye İşçilərinin Konqresi
Fici Həmkarlar İttifaqları Konqresi və ya qısaca FHİK (ing. Fiji Trades Union Congress - FTUC) — Ficinin ən irimiqyaslı və nüfuzlu həmkarlar ittifaqı təşkilatı. Beynəlxalq Əmək Təşkilatının üzvüdür. == Tarixi == Təşkilat 1952-ci ildə yaranmışdır. İlk illərdə Fici Sənaye İşçilərinin Konqresi adlanırdı. 1973-cü ildə qurumun adı dəyişdirilir və həmin vaxtdan Fici Həmkarlar İttifaqları Konqresi adlanır. == Tərkibi == Konqresin tabeçiliyində 26 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. 33 min üzvü var. Konqres Okeaniya ölkələrinin işçilərini müdafiə edən üçüncü ən böyük qurumdur. == Rəhbərləri == Hazırda Konqresə Daniel Uray başçılıq edir.
Filippin Həmkarlar İttifaqları Konqresi
Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri. Mərkəzi ofisi Quezon şəhərində yerləşir. == Tarixi == Konqres 1975-ci ildə yaradılmışdır. Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar. Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər. == Məqsədi == Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır. == Tərkibi == Hazırda konqresin 1,2 milyon üzvü var. Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.
Gürcüstan Xalqları Ümumdünya Konqresi
ýGŸrcŸstan Xalglarõ †mŸmdŸnya Kongresi (GX†K)ý – GŸrcŸstanda və xaricində yaşayan gŸrcŸlərin ictimai təşkilatõ; 2009 il mart ayında təsis olunmuşdu. == Struktur və rəhbərlik == GXÜKün baş ofisi Venada, Avstriyada yerləşir. Rusiya filialı Sankt-Peterburqda açılmışdır. Prezident, Aleksandr Yebralidze Rusiya biznesmeni, OAO ˝Talion˝un baş direktorudur. Prezident müavinin, Badri Meladze, Moskva şəhərində GUP ˝Stoliçnıye apteki˝ təşkilatõnda baş direktorunun təhlŸkəsizlik Ÿzrə mŸavinidir. Prezident mŸavini, Vladimir Xomeriki yenilikilik və investisiyalar sahəsində mŸtəxəssislərin Rusiya dšvlət akademiyasõnda rektorun məsləhətisidir. Rusiya filialõnõn direktoru – Aleksandr Kinteraya. == Fəaliyyət == Kongresin müraciətində Gürcüstanı böhran vəziyyətindən stabil demokratik inkişaf yoluna çıxartmaq və vahid, bitərəf, azad, iəklənən GŸrcŸstanõ yaratmaq məqsədi elan edilir. Mixail Saakaşvilinin GŸrcŸstan prezidenti vəzifəsindən kšnŸllŸ istefa haqqõnda təklif irəli sŸrŸlŸr. Onlayn konfransında İA Regnum GXÜKün Tbilisidə gürcü filialı aşmaq, šz gəzetini, radiostansiyasõnõ və televiziya kanalõnõ yaratmaq planlarõ haqqõnda bildirilmişdir.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir. == Tarixi == Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır. Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır. == Fəaliyyəti == Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır. Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb.
Vyetnam Kommunist Partiyasının Milli Konqresi
Vyetnam Kommunist Partiyasının Milli Konqresi — Vyetnam Kommunist Partiyasının ali orqanı. Partiya demokratik mərkəzçiliyin leninçi prinsipinə uyğun olaraq təşkil edilmişdir. Milli Konqres 1976-cı ildən bəri beş ildən bir keçirilir. Fransa və ABŞ-yə qarşı müharibələr zamanı müharibə şəraiti səbəbindən ilk dörd konqres ümumi vaxt cədvəlinə uyğun olaraq təyin olunmamışdır. Təsis Konfransından sonra 12 milli VKP konqresi keçirilmişdir. Milli Konqres 180 həqiqi üzvdən və 20 əvəzedici üzvdən ibarət Mərkəzi Komitəni seçir. Mərkəzi Komitə adətən ildə iki dəfə toplanır.

"konqresi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#konqresi nədir? #konqresi sözünün mənası #konqresi nə deməkdir? #konqresi sözünün izahı #konqresi sözünün yazılışı #konqresi necə yazılır? #konqresi sözünün düzgün yazılışı #konqresi leksik mənası #konqresi sözünün sinonimi #konqresi sözünün yaxın mənalı sözlər #konqresi sözünün əks mənası #konqresi sözünün etimologiyası #konqresi sözünün orfoqrafiyası #konqresi rusca #konqresi inglisça #konqresi fransızca #konqresi sözünün istifadəsi #sözlük