konser sözü azərbaycan dilində

konser

Yazılış

  • konser • 58.8235%
  • Konser • 29.4118%
  • KONSER • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti (film, 1967)
"EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti — 1967-ci ildə Tofiq Mirzəyev tərəfindən çəkilmiş film. == Məzmun == Film-konsert Kanadada açılmış "EKSPO-67" sərgisində nümayiş etdirilmişdir.
"EKSPO-67" üçün estrada konserti (film, 1967)
Aranxues konserti
Aranxues konserti (isp. Concierto de Aranjuez) — ispaniyalı bəstəkar Xoakin Rodriqo tərəfindən yazılmış musiqi kompozisiyası (klassik gitara və orkestr üçün solo konsert). Bu, Rodriqonun ən məşhur əsəridir və onu XX əsrin ən görkəmli ispan bəstəkarları arasında bərqərar etmişdir. Rodriqo bu konserti 1939-cu ilin yazında Parisdə yazmışdır. Konsert ilk dəfə 9 noyabr 1940-cı il tarixində Barselonada Rodriqonun əsərini həsr etdiyi ispan gitaraçısı Rexino Sayns de la Masa tərəfindən ifa edilmişdir. Orkestrə Sesar de Mendosa Lassal dirijorluq edirdi. Konsert təl Rodriqonun ən populyar əsəri deyil, həm də XX əsrin klassiki musiqisinin ən məşhur əsərlərindəndir. Əsərin adı Rodriqonun arvadı ilə bal ayını keçirdiyi Aranxuesdəki kral sarayının bağlarına işarədir. Rodriqo əsərə XVIII əsrdə IV Karl və VII Ferdinandın hakimiyyət illərində ispan sarayında ab-havanı gətirmişdir, amma eyni zamanda Rodriqonun 1939-cu ildə yaşadıqları və düşüncələri də hiss olunur. Rodriqo və arvadı uzun müddət Kosertin ikinci hissəsinin mənşəyi barədə susmuşdular, buna görə də Adajionun 1937-ci ildə Gernikanın bombalanmasının təsiri altında yazıldığı versiyası çox populyar idi.
Aranxues konserti"
Aranxues konserti (isp. Concierto de Aranjuez) — ispaniyalı bəstəkar Xoakin Rodriqo tərəfindən yazılmış musiqi kompozisiyası (klassik gitara və orkestr üçün solo konsert). Bu, Rodriqonun ən məşhur əsəridir və onu XX əsrin ən görkəmli ispan bəstəkarları arasında bərqərar etmişdir. Rodriqo bu konserti 1939-cu ilin yazında Parisdə yazmışdır. Konsert ilk dəfə 9 noyabr 1940-cı il tarixində Barselonada Rodriqonun əsərini həsr etdiyi ispan gitaraçısı Rexino Sayns de la Masa tərəfindən ifa edilmişdir. Orkestrə Sesar de Mendosa Lassal dirijorluq edirdi. Konsert təl Rodriqonun ən populyar əsəri deyil, həm də XX əsrin klassiki musiqisinin ən məşhur əsərlərindəndir. Əsərin adı Rodriqonun arvadı ilə bal ayını keçirdiyi Aranxuesdəki kral sarayının bağlarına işarədir. Rodriqo əsərə XVIII əsrdə IV Karl və VII Ferdinandın hakimiyyət illərində ispan sarayında ab-havanı gətirmişdir, amma eyni zamanda Rodriqonun 1939-cu ildə yaşadıqları və düşüncələri də hiss olunur. Rodriqo və arvadı uzun müddət Kosertin ikinci hissəsinin mənşəyi barədə susmuşdular, buna görə də Adajionun 1937-ci ildə Gernikanın bombalanmasının təsiri altında yazıldığı versiyası çox populyar idi.
Avropa Konserti
Avropa konserti (ing. Concert of Europe) yaxud Vyana Sistemi — Napoleon müharibələrinin sona çatdığı 1815-ci ildən I Dünya Müharibəsinin baş verdiyi 1914-cü ilə qədər keçən dövrdə, Avropa dövlətlərinin beynəlxalq arenada siyasi qüvvələr nisbətini nəzərə alaraq hərəkət etmələrini təmin edən sistem. Vyana konqresindən sonra həyata keçirildiyi üçün Konqres Sistemi olaraq da bilinir. Konsert sistemi adətən böyük dövlətlərin sülh şəraitinin pozulmasına inandıqları zaman topladıqları konfranslar şəklində aparılırdı. == Ümumi məlumat == Avropanın konserti, Napoleonun imperatorluğunu məğlub edən, Dördlü İttifaq ölkələri tərəfindən, yəni Avstriya, Prussiya, Rusiya və Britaniya tərəfindən yaradılmış, daha sonra isə Fransanın da daxil olması ilə üzv ölkələrin sayı beçə çatmışdır. Bu yaradılmış sistemdə, əvvəllərdə İngiltərənin Xarici İşlər Naziri Robert Stüart, Avstriya Kansleri Klement von Metternix və Rusiya Çarı I Aleksandr baş rol oynayırdı. Şarl Moris de Talleyrand-Prigord, Fransanın yenidən beynəlxalq diplomatiyada digər böyük dövlətlərin yanında yer almasını təmin etdi. Avstriyanın Almaniya Konfederasiyası daxilində dominant güc olması və Avstriya Kansleri Metternixin mühafizəkar mövqeləri səbəbiylə Konsert dövrü, "Metternix Dövrü" olaraq xatırlandığı kimi, Vyana Konqresinin Avropanı Fransa inqilabından əvvəlki status-kvoya gətirmək yolunda reaktiv səyləri üzündən "Avropa Bərpa Dövrü" olaraq da adlandırılır. Almanca (alm. Pentarchie‎ (pentarşi)) və rusca isə Vyana Sistemi (rus.
Axşam konserti (film, 1948)
Axşam konserti qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1948-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə çıxışlarına həsr olunmuşdur. Burada Bülbül, Niyazi, Qəmər Almaszadə, Əfrasiyab Bədəlbəyli, Əminə Dilbazi, Qara Qarayev, Nəcibə Məlikova, İsmayıl Dağıstanlı və başqalarını görürük.
Aygün Kazımova - 30 il (konsert)
== Konsert haqqında == 22 sentyabr 2017-ci ildə "Bakı Kristal Zalı"nda keçirilən canlı solo konsert. Konsertdə ilk dəfə "Kölgə ol" mahnısı Mircamal Haşımov ilə duet şəklində ifa olunub. Konsertin rejissorluğu üçün Fransadan Reda Bentifur dəvət olunmuşdur. Reda Bentifur Bakı Kristal Zalı səhnəsində keçirilən konsert üçün Azərbaycana dünya ulduzlarının konsertlərində çıxış edən 70 nəfərlik böyük komanda ilə gəldi, rəqqaslar əsasən Argentina, Meksika, Fransa, İtaliya və Kolumbiyadandır. Müsahibələrində Azərbaycana ilk dəfə və məhz Aygün Kazımovanın dəvəti ilə gəldiyini bildirən Reda, daha əvvəl Azərbaycanın pop kraliçasının kliplərini sosial şəbəkələr vasitəsi ilə seyr etdiyini və onun yaradıcı və çox çalışqan ulduz olduğunu qeyd edib. “Aygün Kazımova - 30 il” adlanan konsertin əsas xoreoqrafiya məşqləri iyul ayından Heydər Əliyev adına İdman Arenasında başlayıb, iki ay Reda Bentifurun rəhbərliyi ilə Sarayda məşq edən Aygün və beynəlxalq rəqqas komandası ilə Bakı Kristal Zalın səhnəsində məşqlərini davam etdirmişdir.Libaslara uyğun Aygün Kazımovaya saç aksessuarları da hazırlanıb. Xalq artistinin paltarları üzərində modelyer Rüfət İsmayıl çalışıb. O, ağ, qara, qırmızı və qızılı tonlardan istifadə edib. Maraqlı bir faktı qeyd edək ki, səhnəyə quraşdırılan dekor ağac müğənniyə baha başa gəlib. Belə ki, Pop Diva Aygün Kazımova ona 15 min manat ödəyib.
Aygün Şou (konsert)
== Konsert haqqında == 1 iyun 2019-cu ildə Aygün Kazımovanın "Heydər Əliyev Mərkəzi”-nin qarşısında keçirilən canlı solo konserti. Konsert Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur. Xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.
Ayrılarmı könül candan? (konsert)
== Konsert haqqında == "Ayrılarmı könül candan?" Aygün Kazımovanın 21 avqust 2015-ci ildə Bakıda yerləşən "Mambo beach" ailəvi istirahət mərkəzində keçirilən solo konsertidir. Aygün Kazımova konsertini "Bakı 2015 Avropa Oyunları"nın qaliblərinə həsr etmişdir. Konsertə fəxri qonaq kimi Ramil Səfərov qatılıb. Aygün Kazımova konsertin məşqlərini Türkiyədə etmişdir. Səhnədə onu yerli və əcnəbi rəqs qrupları müşayiət etmişdir..Konserti ilk olaraq “Coffee from Colombia” mahnısını səsləndirən Aygün Kazımova daha sonra qonaqları salamlayıb: “Xoş gəlmisiniz, canlarım. Bu gün sizlərə əsl şou göstərəcəm. Sizinlə birlikdə həm oxuyacam, həm rəqs edəcəm. Yanımda olduğunuz üçün təşəkkür edirəm”.
Azərbaycan Dövlət Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Azərbaycan Milli Konservatoriyası
Azərbaycan Milli Konservatoriyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Haqqında == Ali musiqi məktəbi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli "Azərbaycan Milli Konservatoriyası"nın təsis edilməsi haqqında fərmanı ilə yaradılıb. 10 avqust 2001-ci il tarixli "Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında" sərəncama əsasən Azərbaycan Milli Konservatoriya tərkibinə Bakı Musiqi Kolleci və Respublika İncəsənət Gimnaziyası daxil olmuşdur. Bu sərəncama əsasən Konservatoriyanın rektoru Siyavuş Kərimi təyin edildi. Konservatoriyada fəlsəfə doktoru üzrə doktorantura təhsili verilir.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. == Tarixi == Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Bakı Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Banqladeş üçün konsert
Banqladeş üçün konsert (ing. The Concert For Bangladesh) — Corc Harrison və Ravi Şankar tərəfindən 1 avqust 1971-ci ildə Nyu-Yorkun Medison-skver-qarden idman kompleksində təşkil edilən iki xeyriyyə konsertinin adı. Dağıdıcı Bhola siklonundan və Banqladeş istiqlal müharibəsində Pakistan ordusunun hərəkətlərindən zərər çəkən Şərqi Pakistandan (indi Banqladeş) olan qaçqınlara yardım etmək üçün vəsait toplamaq məqsədilə təşkil edilən konsertlərə təxminən 40 min adam qatıldı. "Banqladeş üçün konsert" tarixdə ilk böyük xeyriyyə konserti sayılır. Konsertdə bir çox tanınmış ifaçı çıxış etdi: Bob Dilan, Erik Klepton, Corc Harrison, Billi Preston, Leon Rassell, Rinqo Star və britaniyalı Badfinger qrupu. 1971-ci ilin ekabrında The Concert for Bangladesh musiqi albomu, 1972-ci ildə isə konsert filmi çıxdı. 2005-ci ildə yeni çəkilmiş sənədli filmin də daxil edildiyi DVD buraxıldı. Konsertdən 243 418 ABŞ dolları vəsait toplandı və BMT Uşaq Fonduna verildi. Albom və DVD-nin satışlarından daxilolmalar BMT Uşaq Fondu nəzdindəki Corc Harrison fonduna daxil olmaqda davam edir.
Beş dəqiqəlik konsert (film, 1941)
Beş dəqiqəlik konsert qısametrajlı sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == Məzmun == Xüsusi buraxılışdır. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Böyük simfonik orkestr üçün konsert (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Canlı konsert (albom)
Canlı konsert – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun Gəl adlı konsertində səslənən ifalardan ibarət canlı albomu. == Albom haqqında == 20 musiqi nömrəsi daxil olan albomda instrumental ifalarla yanaşı, Abbas Bağırov, Rauf Hacıyev, Vaqif Gərayzadə, Tofiq Quliyev, Fikrət Əmirov, Nailə Mirməmmədli, Niyazinin bəstələri yer alır.
Dağıstan Konserti (1964)
Dağıstan konserti (film, 1964)
Diqqət, Konsertə Başlayırıq! (1969)
== Məzmun == Film-konsertdə incəsənət ustalarının çıxışları öz əksini tapmışdır.
Diqqət, konsertə başlayırıq! (film, 1969)
== Məzmun == Film-konsertdə incəsənət ustalarının çıxışları öz əksini tapmışdır.
Duy (konsert)
== Konsert haqqında == 1 dekabr 2018-ci ildə Aygün Kazımova, David Vendetta və Kakhaberinin "Bakı Elektra Events Hall”-da keçirilən konserti. Konsertdə ilk öncə Rizvan Əliyev və Röya Miriyeva Aygün Kazımovanın mahnılarını akustik versiyada təqdim etdilər. Daha sonra səhnədə Gürcüstanın məşhur qrupu “Kahaberi” səhnə aldı. Rəqsləri və milli mahnıları ilə tamaşaçıları coşduran qrup “Ay lolo” xalq mahnısını da ifa etdilər. Qrupun çıxışından sonra səhnəyə Aygün Kazımova çıxdı. Gecədə Rüfət İsmayıl imzalı üç libas dəyişən Aygün Kazımova, rəqqas oğlanlarla olan ehtiraslı və çılğın rəqsləri ilə diqqət çəkməyi bacardı. Ən sonda isə səhnəyə dünya şöhrətli DJ David Vendetta çıxdı. O, Aygün Kazımovanın ifasında olan “ Duy” mahnısını səsləndirdi. Konsertdə “ Duy” mahnısının klipi üçün bəzi kadrlar lentə alındı. Klipin reissoru Fuad Əlişovdur.
Harpa (konsert zalı)
Harpa konsert zalı - İslandiyanın paytaxtı Reykyavik şəhərində yerləşən konsert zalı == Tarixi == Harpa konsert zalı Danimarka memarlıq şirkəti "Henninq Larsen" və əməkdaşı olan danimarkalı-islandiyalı rəssam Olafur Elassonun işi əsasında tikilmişdir. Tikinti işləri 2007-ci il 12 yanvarda başlamış, 2011-ci ildə tamamlanmışdır. Açılış mərasimi isə 13 may 2011-ci ildə baş tutmuşdur. Tikinti zamanı 164 milyon ABŞ dolları sərf olunmuşdur. Tikiliyə adı 11 dekabr 2009-cu ildə - İslandiya Musiqi Günündə verilmişdir. Hazırda konsert zalında İslandiya Simfonik Orkestrı çıxış edir. Konsert zalı Portus kompaniyasına məxsusdur. == Memarlığı == Bina müxtəlif rənglərdəki geometrik formalı şüşə panellərlə örtülmüş polad karkasdan ibarətdir. Binanın hündürlüyü 43 metrdir.
Heydər Əliyev adına İdman və Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri.İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur.İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib. Kompleksdə həmçinin 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2004-cü ilin mart ayında İdman-Konsert Kompleksinə Ümummilli lider Heydər Əliyevin adı verilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2011 •••••••••• 0.09
2013 •••••••••••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.17
2018 •••••••••••••••••• 0.15

"konser" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#konser nədir? #konser sözünün mənası #konser nə deməkdir? #konser sözünün izahı #konser sözünün yazılışı #konser necə yazılır? #konser sözünün düzgün yazılışı #konser leksik mənası #konser sözünün sinonimi #konser sözünün yaxın mənalı sözlər #konser sözünün əks mənası #konser sözünün etimologiyası #konser sözünün orfoqrafiyası #konser rusca #konser inglisça #konser fransızca #konser sözünün istifadəsi #sözlük