Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
Fortepiano və orkestr üçün 2 nömrəli konsert, do minor, Op. 18 — 20-ci əsr rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900–1901-ci illərdə yazılmış konsert. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü tərəfindən 2 dekabr 1900-cü ildə solo ifa edilmişdir. Əsər özü bütövlükdə ilk dəfə 9 noyabr 1901 tarixində, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianoda olmaqla ifa olunmuşdur.
Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı, onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir.
== Arxa plan ==
Bəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən terapevt Nikolay Dala həsr olunmuşdur.
== Bəstə ==
Əsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır.