* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ital.] Ali musiqi məktəbi. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası. Konservatoriyaya daxil olmaq. – [Rəhim:] Mən müharibədən əvvəl Bakıda Dövlət Konservatoriyasının yanında onillik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq. Konservatoriyanın tələbə və müəllimlərinin qüvvəsi ilə tez-tez müsamirələr verilir.
Azərbaycan dilinin izahlı lüğəti / konservaturiya