* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••• | 154.18 |
2003 | ••••••••••• | 172.04 |
2004 | •••••••••••••••••••• | 329.47 |
2005 | •••••••••••• | 193.66 |
2006 | •••••••• | 131.09 |
2007 | ••••••••• | 143.35 |
2008 | •••••••••• | 160.55 |
2009 | •••••••• | 129.11 |
2010 | •••••••• | 120.55 |
2011 | •••••••• | 129.89 |
2012 | ••••••••• | 135.18 |
2013 | •••• | 53.24 |
2014 | •••• | 54.57 |
2015 | •••• | 49.84 |
2016 | •••• | 59.87 |
2017 | ••• | 37.72 |
2018 | ••• | 42.55 |
2019 | •••• | 57.44 |
2020 | •••• | 52.51 |
1 [lat. constitutio – quruluş] Bir dövlətin ictimai və dövlət quruluşunu, seçki sistemini, dövlət orqanlarının fəaliyyət və təşkilat prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən edən əsas qanunu. Azərbaycan Konstitusiyası. Demokratik konstitusiya. Konstitusiyanın maddələri.
Azərbaycan dilinin izahlı lüğəti / konstitusiya1 Polyak sözüdür (əsli latın mənşəlidir), konstruksiya, konustruktor kimi sözlərlə kökdaşdır. Hərfi mənası – “quruluş” deməkdir. Bəzən insan orqanizmi ilə bağlı da işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / konstitusiya1 KONSTİTUSİYA (hər hansı bir dövlətin, dövlət quruluşunun ali qanunu) [Səlimə:] Yoxsa Konstitusiyada hüquqlarımız başqa başqadır? (İ.Əfəndiyev); ƏSAS QANUN Qızıl Arslanın Atabəy Məhəmmədə göndərdiyi məktubdan: Quranın əsas qanun götürüldüyü bir məmləkətdə ruhaniləri hökumətin idarə işlərindən uzaqlaşdırmaq mümkün olmaz.. (M.S.Ordubadi); QANUNİƏSASİ (köhn.) Vermişdi atam gər sizə qanuni-əsasi; Bir molla kişiydi, var idi hilmi, həyası (M.Ə.Sabir); MƏŞRUTƏ (tar., köhn.) Həmin o məşrutə istəyən budu? (Mir Cəlal).
Azərbaycan dilinin sinonimlər lüğəti / konstitusiya1 I сущ. конституция: 1. основной закон государства, определяющий его общественное и государственное устройство. Dövlətin Konstitusiyası Конституция государства, Azərbaycan Respublikasının Konstitusiyası Конституция Азербайджанской Республики 2. строение организма, обусловленное определенным соотношением в развитии органов и тканей II прил. конституционный (к 1 знач.). Konstitusiya qanunu конституционный закон; konstitusiya məhkəməsi конституционный суд (суд, контролирующий соблюдения положений действующей конституции)
Azərbaycanca-rusca lüğət / konstitusiya