Kontra sözü azərbaycan dilində

Kontra

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kontra • 80.0000%
  • kontra • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kontra-Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontra Kosta qraflığı (Kaliforniya)
Kontra-Kosta — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 1,049,021 olmuşdur. Mərkəzi Martines şəhəridir.
Kontrabas
Kontrabas (pyes) — alman yazıçısı Patrik Züskind tərəfindən yazılan mono pyes. Kontrabas (musiqi aləti) — musiqi aləti.
Kontrabas (musiqi aləti)
Kontrabas (it. contrabbasso) — musiqi aləti. Bu alət Kontrabas Violone adı verilən Renesans musiqi alətindən törəmişdir. 16-cı əsrdən 18-ci əsrə qədər dəyişim dövrü keçmişdir. 18-ci əsrin ikinci yarısında bugünkü halını almışdır. Hündürlüyü 1.80 eni 60 sm olan kontrabas bu ölçüləri səbəbindən ayaqda yaxud hündür stula əyləşərək çalınır. Kontrabas simli kaman alətləri arasında öz ölçüsünə görə ən böyük və ən bəm səslənən alətdir. Zahirən o, violonçelə bənzəyir. Texniki cəhətdən kontrabas orkestrin digər simli kaman alətlərinə nisbətən xeyli ağırdır. Həm də onun qalın simlərinin səslənməsi violino, viola və violonçelə nisbətən daha az ahəngdardır.
Kontratenor
Kontratenor (latın dilindən contratenor tenora qarşı olan səs mənasını verir) ən yüksək tessituraya malik kişi səsidir. Diapazonu E3 — G5 (kiçik oktavanın mi səsindən ikinci oktavanın sol səsinə qədər intervalı əhatə edir). Bəzən daha yüksək diapazona malik ifaçılara da rast gəlinir. Kontratenor səs tembri qadın kontralto və ya metso-sopranosunun ekvivalenti kimi qəbul edilir. Kontratenorlar ifa xüsusiyyətlərinə görə soprano və alt səs çalarına malik ifaçılar olaraq qruplaşdırılır. Soprano səs çalarlı kontratenorlar sopranist adlanırlar. Onların səsinin tessiturası isə yüksəkdir və C6 (üçüncü oktavanın do səsi) səsini əhatə edir. Müasir dövrdə kontratenorlar əsasən tenor və bariton səs tembrinə malik ifaçılardırlar. Ən yüksək səs malik kişi ifaçılıq sənəti qədim köklərə, zəngin ənənələrə malikdir. Bu baxımdan kontratenor kişi səsləri arasında ən qədim səs növü olaraq qəbul edilir.
Smart kontrakt
Smart kontrakt və ya ağıllı müqavilə (ing. Smart contract) — bir sövdələşmə və ya anlaşmanın şərtlərinə uyğun olaraq hüquqi cəhətdən müvafiq hadisələri və hərəkətləri avtomatik icra etmək, nəzarət etmək və ya sənədləşdirmək məqsədi daşıyan kompüter proqramı və ya əməliyyat protokoludur. Ağıllı müqavilələrin məqsədləri etibarlı vasitəçilərə olan ehtiyacı, arbitraj və icra xərclərini, fırıldaqçılıq itkilərini, həmçinin zərərli və təsadüfi istisnaları azaltmaqdır.Satış maşınları ağıllı müqavilənin tətbiqinə bərabər olan ən qədim texnologiya parçası kimi istinad edilir. 2014-cü ildə Ethereum adlı kriptovalyuta əlaqədar olaraq nəşr olunan ağ kağızda Bitcoin protokolu kompüter alimi, hüquqşünas və kriptoqraf Nik Şabo tərəfindən müəyyən edilmiş ağıllı müqavilə konsepsiyasının zəif versiyası kimi təsvir edilir. Bitcoin etibarsız tərəflər arasında daha təkmil ağıllı müqavilələr bağlamağa imkan verən skript dillərini dəstəklədiyindən bəri müxtəlif kriptovalyutalar. Bitcoindən bu yana müxtəlif kriptovalyutalar etibar edilməyən tərəflər arasında daha təkmil ağıllı müqavilələrə imkan verən skript dillərini dəstəkləyir.
Topçubaşov–Çandler kontraktı (1919)
Topçubaşov-Çandler kontraktı — Parisdə Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları Konqresi nümayəndələr palatasının üzvü Valter Çandler arasında Azərbaycanın mənafelərini müdafiə etmək haqqında imzalanmış müqavilə. == Müqavilənin şərtləri == Müqaviləyə görə, Çandler 3 ay müddətinə Azərbaycan Xalq Cümhuriyyətinin mənafeyini və müstəqilliyini müdafiə etməyi öz üzərinə götürürdü.
İlyas Hüseynov(Kontrabasçı)
İlyas Hüseyn oğlu Hüseynov (22 sentyabr 1924 – 12 yanvar 2017) — Azərbaycanın görkəmli kontrabas ifaçısı, Azərbaycanda kontrabas ifaçılığı və tədrisinin banilərindən biri. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin solisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Professoru. == Həyatı == İlyas Hüseynov 1924-cü il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Yeddi yaşından fortepianoda, 10 yaşından piano ilə məşğul olmağa başlayıb. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısı olan musiqiçi müharibədən döndükdən sonra musiqi fəaliyyətini davam etdirib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) M. M. Çudnovskinin sinfində təhsil alan İ. Hüseynov öz müəlliminin ənənələrini davam etdirərək pedaqoqun vəfatından sonra kontrabas sinfinə rəhbərlik etmiş, sonralar konservatoriyanın professoru olub. İstedadı və bacarıqlı ilə seçilən sənətkarın yetişdirdiyi tələbələr həm ifaçı, həm də pedaqoq kimi nəinki Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük şöhrət qazanıb. İ. Hüseynov pedaqoji fəaliyyətlə yanaşı,Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik orkestrində kontrabasçılar qrupunun konsertmeysteri olub, kamera orkestrində fəaliyyət göstərib. O, kontrabas aləti üçün dərslik, metodiki tövsiyələrin müəllifi olmaqla yanaşı, milli musiqi nümunələrinin kontrabas aləti üçün işləmələrini də həyata keçirib. Bunların sırasında "Elegiya — İsrafimzadə", Qara Qarayevin "Yeddi gözəl" baletindən solo, Üzeyir Hacıbəylinin "Gülşən" baletindən rəqs və Azərbaycan bəstəkarlarının simfonik əsərlərindən parçaları qeyd etmək olar.
İran-Kontras qalmaqalı
İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal. Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001-2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
İran–Kontras qalmaqalı
İran–Kontras qalmaqalı və ya İrangeyt (Uotergeyt qalmaqalının adına bənzətmə) — 1986-cı ilin sonlarında üzə çıxan və Reyqan administrasiyasındakı bəzi qüvvələrin İrana qarşı tətbiq olunmuş embarqoya baxmayaraq bu ölkəyə silah satması və ABŞ Konqresinin qadağasına məhəl qoymadan əldə olunmuş vəsait hesabına Nikaraquada hakimiyyətə qarşı döyüşən kontras silahlılarını maliyyələşdirməsi ətrafında qızışan siyasi qalmaqal. Bu qalmaqal ciddi siyasi nəticələr doğurmadı və bu məsələ ilə bağlı olan bir çox faktlar hələ də açıqlanmamışdır. Qalmaqalla bağlı olaraq heç kim həbs edilmədi. Hətta bu əməliyyatın həyata keçirilməsində günahkar hesab olunan bəzi şəxslər sonradan ata və oğul Corc Buşların hakimiyyəti dövründə yüksək vəzifələrə təyin olunmuşlar. Onlardan ən məşhurları ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts və 2001-2004-cü illərdə ABŞ-nin BMT-dəki səlahiyyətli nümayəndəsi, 2004-2005-ci illərdə İraqdakı səfiri, 2005-2007-ci illərdə ABŞ Milli Kəşfiyyatının direktoru və 2007-2009-cu illərdə Dövlət katibinin müşaviri olmuş Con Neqropontedir.
Əsrin kontraktı (film, 1996)
== Məzmun == Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır. Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir. Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır. Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir. "Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir. == Festivallar və mükafatlar == 1)1997-ci ildə Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.
Kontralto
Kontralto (it. contralto) —geniş diapazonlu sinə registrinə malik ən aşağı qadın oxuyan səsdir. İş diapazonu: re-fa — fa2-la2. Tələffüz sinə rezonansı bütün orta registrə yayılır. Lauri-Volpinin yazdığı kimi, kontralto kişi səslərinə yaxınlaşır. Bu fakt kontraltonun demək olar ki, bütün kiçik oktavanı asanlıqla səsləndirmək qabiliyyətini göstərir. Kontralto və mezzo-kontraltonu (iki səsin registrinə malik müğənni) mezzo-sopranodan fərqləndirən bütün kiçik oktavanı səsləndirmək bacarığıdır. Kontraltonun "əsas" notları aşağıdır, yuxarı registr "qısa"dır və maraq doğurmur, lakin istisnalar ola bilər. Məsələn, Eva Podleş, Elizaveta Antonova, Ketlin Ferrier və bəzi digər kontraltoların səsləri tam səslənən yuxarı registrlərə malikdir. Operada bəstəkarlar əsasən kontralto üçün yeniyetmə oğlanların və gənclərin hissələrini yazırdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2009 ••••••••••• 0.16
2010 ••••••• 0.09
2011 •••••••••••• 0.17
2013 •••••••••• 0.15
2018 •••••••••••••••••••• 0.30
2019 •••••••••• 0.14

"kontra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kontra nədir? #kontra sözünün mənası #kontra nə deməkdir? #kontra sözünün izahı #kontra sözünün yazılışı #kontra necə yazılır? #kontra sözünün düzgün yazılışı #kontra leksik mənası #kontra sözünün sinonimi #kontra sözünün yaxın mənalı sözlər #kontra sözünün əks mənası #kontra sözünün etimologiyası #kontra sözünün orfoqrafiyası #kontra rusca #kontra inglisça #kontra fransızca #kontra sözünün istifadəsi #sözlük