Kori sözü azərbaycan dilində

Kori

Yazılış

  • Kori • 97.2222%
  • kori • 1.3889%
  • KORİ • 1.3889%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20).2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub.Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub;2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır.Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016). == Şəxsi həyatı == Deysi Korinin kiçik qardaşı Xorxe (doğ. 1995) kişilər arasında beynəlxalq qrosmeysterdir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Deysi Kori.
Kori Brokken
Kori Brokken (3 dekabr 1932, Breda[d], Şimali Brabant – 31 may 2016) — holland müğənni. 1956 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Voorgoed voorbij" mahnısı ilə təmsil etmişdir. Brokken növbəti il də Niderlandı Avroviziyada təmsil etmək hüququ qazanmışdır. Onun 1957-ci ildə keçirilən müsabiqədə ifa etdiyi "Net als toen" mahnısı 31 xalla qalib olmuşdur. Kori Brokken həmçinin 1976 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur.
Elias Ceyms Kori
Elias Ceyms Kori - (d. 12 iyul 1928, Massaçusets) — Amerika üzvi kimyaçısıdır. Nobel mükafatı laureatı (1990 il) - “Üzvi sintez nəzəriyyəsini və metodologiyasının inkişafına görə”. O, çoxlu reagentlər və texnikalar işləyib hazırlamış, bir sıra mürəkkəb üzvi birləşmələrin sintezini həyata keçirmişdir. 20-ci əsrin ən məşhur kimyaçılarından biri. Harvard Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının üzvü (1966 il). Milli Elm Medalı (1988 il), Volf Mükafatı (1986 il) və bir çox digər fəxri adların laureatı. == Bioqrafiyası == E.Kori Bostondan 50 km aralıda, Massaçusets ştatının Methuen şəhərində livanlı mühacir ailəsində anadan olub. Anası E.Kori 18 aylıq olarkən dünyasını dəyişən atasının şərəfinə adını dəyişdirərək Elias qoymağa qərar verib. Böyük Depressiya zamanı onun dul qalmış anası, qardaşı, iki bacısı, bibisi və dayısı bir evdə yaşayırdılar.
Agemon (Korinf çarı)
Agemon (q.yun. Ἀγήμων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin qardaşı və davamçısıdır.Korinf çarı Agemon Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Aleksandr (Korinf çarı)
Aleksandr (q.yun. Ἀλέξανδρος) — yunan mifologiyasında personaj. O, Korinf çarı Agemonun oğlu və davamçısıdır.Korinf çarı Aleksandr Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telestin regenti Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Alet (Korinf çarı)
Alet (q.yun. Ἀλήτης) — yunan mifologiyasında personaj. O, Heraklın övladlarından idi və Hippotun oğlu idi. Alet Korinf padşahı idi. Pavsaniyə görə, Sisif Dorid və Qianfidin nəsli kral hakimiyyətini Aletə təhvil vermişdir. Heraklın övladları torpaqları bölüşərkən Korinfi Aletə təhvil vermişdir. O, buada sülalə quraraq 38 il padşahlıq etmişdir.Alet Korinfi şəhəri səkkiz filə bölmüşdür.Efora görə, o, şəhərin qurucusu olmuşdur. Duridin məlumatına görə, Alet Korinfdən qovulmuş, əvəzində kiçik bir torpaq almış və bundan istifadə edərək hakimiyyətə geri qayıtmışdır.Korinf əhalisi qədim mənbələrdə "Aletin övladları" adlandırılır.Onun nəslindən olan Fali Epidamnı qurmuşdur.
Aristomed (Korinf çarı)
Aristomed (q.yun. Ἀριστομήδης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Evdemin oğlu və davamçısıdır.Korinf çarı Aristomed Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telestin hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Avtomen (Korinf çarı)
Avtomen (q.yun. Αὐτομένης) — yunan mifologiyasında personaj. O, Korinf çarı Telestin davamçısıdır.Antik müəllif Pavsani bildirir ki, on iki il hakimiyyətdə olmuş Korinf çarı Telest öz qohumları Aris və Perant tərəfindən öldürülmüşdür. Bundan sonra artıq hakimiyyətdə monarxlar olmamış, burada aristokratik hökumət qurulmuşdur. Buna baxmayaraq, digər antik müəlliflər hakimiyyətin yalnız onun varisi, sadəcə bir il hakimiyyətdə olmuş Avtomendən sonra dəyişdiyini bildirirlər.
Bulbophyllum korimense
Bulbophyllum korimense (lat. Bulbophyllum korimense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum korinchense
Bulbophyllum korinchense (lat. Bulbophyllum korinchense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dansiq koridoru
Dansiq koridoru (və ya Polşa koridoru, Qdansk koridoru) — Versal sülh müqaviləsindən sonra yaradılmış koridor. Müqavilədən sonra Şərqi Prussiya ilə Almaniya arasında yerləşən ərazi Polşa sərhədlərinə daxil edilmişdir. Dansiq (indiki Qdansk) liman şəhərinində daxil olduğu ərazi Polşanın Baltik dənizinə olan çıxışını təmin etməkdə idi. Koridorun yaradılması ilə Şərqi Prussiya və Almaniya arasındakı quru bağlantısı kəsilmişdir. 1938-ci ilin sonlarında Almaniya Dansiq liman bölgəsinin və Şərqi Prussiya ilə quru nəqiliyyatının təmin edilməsi üçün ərazini Polşadan tələb etmişdir. Ərazinin əvəzində Almaniya Polşaya Cənubi Prussiya torpaqlarından bir hissə verməyi təklif etsə də Polşa tərəfi təklifi rədd etmişdir. Adolf Hitler Polşanın rədd cavabından sonra generallarının təkidlə qarşı çıxmasına rəğmən Polşaya hücum etmək barədə qərar verir. Fransa və İngiltərə əvvəlki imzalanmış müqavilərə əsasən Almaniyanın hər hansısa bir Avropa torpağı üzərində haqq iddia etməsinin müharibəyə səbəb olacağını bildirmişdir. Adolf Hitler Dansiq koridoru kimi kiçik bir ərazi üçün böyük dövlətlərin onlara qarşı müharibəyə başlmayacağını güman etsə də, limanın bombalanmasının ardından Fransa Almaniyaya müharibə elan etmişdir. İkinci dünya müharibəsinin ilk bombası Dansiq şəhərinə atılmışdır və zamanla müharibə bütün dünyanı əhatə edəcək şəkildə genişlənmişdir.
Evdem (Korinf çarı)
Evdem (q.yun. Εὔδημος) — yunan mifologiyasında personaj. O, Korinf çarı II Agelin oğlu qardaşı və davamçısıdır.Korinf çarı Evdem Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Evdemin Aristomed və Agemon adlı iki oğlu var idi. Onun yerinə böyük oğlu Aristomed hakimiyyətə keçmişdir.
II Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı Bakxisin oğlu və davamçısıdır.Korinf çarı Agel Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Qədim müəlliflər Agelin e.ə. 922-ci ildən 892-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Evdem olmuşdur.
I Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı İksionun oğlu və davamçısıdır.Korinf çarı Agel Heraklın övladlarından, Aletin nəvəsi idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur.Qədim müəlliflər Agelin e.ə. 1029-ci ildən 992-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Primnis olmuşdur.
Korikus
Korikus (yun. Κώρυκος; erm. Կոռիկոս; türk. Kız Kalesi, hərfi tərc. "qız qalası") ― Anadolunun Kilikiya regionunda, Şeytan dərəsi adlı vadinin ağzında yerləşən qədim şəhər. Ərazi hal-hazırda müasir Türkiyənin Mersin ilinin Kızkalesi qəsəbəsində yerləşir. == Tarixi == Strabon Korkus qəsəbəsindən bəhs etməsə də, onun yerləşdiyi ərazidəki burun haqqında məlumat verir. Buna baxmayaraq Livi (xxxiii. 20), Plini (c. 27), Pomponi Mela (i.
Korinf
Korinf (q.yun. Ϙόρινθος, yun. Κόρινθος, Korintos) — qədim Yunan şəhər polisi və materik Yunanıstanı və Peloponnes Yarımadasını birləşdirən Korinf bərzəxindəki müasir şəhər; qərbdən bərzəxi Korfinf körfəzi suları, şərqdən - Saronikos körfəzi yuyur. Şəhər Afinadan 78 kilometr cənub-qərbdədir; eyni adlı bir cəmiyyətin inzibati mərkəzi (Dima) və Peloponnes preferiyasının ətrafındakı Korinfiya vahididir. Əhalisi 2011-ci ildəki siyahıyaalmaya əsasən 30.176nəfərdir. Sahəsi 17.652 kvadrat kilometrdir. Müasir Korinf 1858-ci il zəlzələsindən sonra dağıdılmış şəhərdən üç kilometr şimal-şərqdə bərpa edildi; müasir şəhərin şimal-şərqində, İstmiya şəhərinin yaxınlığındakı Saronikos körfəzinə baxan Korinf kanalı inşa edilmişdir (1881-1893; uzunluğu - 6,3 km, eni - 22 m, dərinliyi - 8 m). == Tarixi == === Tarixdən əvvəlki dövrü === Yaşayış burada Neolit dövründə meydana gəldi. E.ə.VI minillikdə miflərə görə şəhəri Günəş tanrısı Heliosun nəslindən olan Korinf və ya Okean tanrısının qızı Efra tərəfindən qurulmuş, qədim zamanlardan şəhər öz adını daşımışdır. Burada e.ə.
Korinf bərzəxi
Korinf və ya İstm bərzəxi — Təbii körpü olaraq Peloponnes yarımadasını Yunanıstanın əsas hissəsi ilə birləşdirir. Ərazidə öz adını bərzəxə vermiş Korinf şəhəri yerləşir. Uzunluğu təxmini olaraq 42 km, eni isə ən dar yerdə 6 km təşkil edir. == Tarixi == XIX əsrdə bərzəxin ən dar yerində uzunluğu 6,4 km-ə çatan kanal tikilmişdir. Tarixi mənbələrdə bərzəx su yolunun üzərində Soraniç körfəzi ilə Korinf körfəzi arasında bir növ quru körpüsü rolunu oynamışdır. Belə ki, ən dar yerindən kiçik gəmilər sürüşdürlərək digər sahilə çıxarılırdı.
Korinf ittifaqı
Korinf ittifaqı (bəzi mənbələrdə ellin ittifaqı, rəsmi - ellinlər (Έλληνες) də adlandırılmışdır) - e.ə. 338/337-ci illərin qışında Makedoniya hökmdarı II Filipp tərəfindən İrana qarşı birgə mübarizə aparmaq məqsədilə yaradılmış yunan şəhər-dövlətlərin ittifaqı. Bu ittifaq müasir tarixçilər tərəfindən Korinf ittifaqı adlandırılmışdır. == Haqqında == Korinf ittifaqına daxil olan şəhər-dövlətlər aşağıdakı hüquq və vəzifələrə malik idi: İttifaqa daxil olan dövlət öz müstəqilliyini saxlayırdı. Sinedrion və ya konqress nümayəndələri Korinfə toplanmalı idi. İttifaq bu ittifaqın hər hansı bir üzvünə qarşı törədilən təcavüzkarlıq və ya fitnəkarlıq hərəkətlərinə qarşı birlikdə hərəkət etməli idi. İttifaq bu ittifaqa daxil olan ökələrin böyüklüyünə uyğun müəyyən edilən limit daxilində toplanan silahlı qüvvələrə malik idi. II Filipp ittifaq ordusunun komandanı olmalı idi.İttifaqın idarəetmə orqanları: Korinf ittifaqının ali idarəetmə orqanı -"Ellinlərin sinedrionu" Korinf ittifaqının ali vəzifəli şəxsi - "Ellinlərin iqemonu" == Xarici keçid == Организация греческого союза Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine Проблема соотношения Эллинского союза против персов и I Афинского морского союза Arxivləşdirilib 2007-12-11 at the Wayback Machine [http://www.kulichki.com/~gumilev/HEU/heu1210a.htm История Европы. Том 1. ЕВРОПА В АНТИЧНУЮ ЭПОХУ. Глава 10.
Korinf kanalı
Korinf kanalı (yun. Διώρυγα της Κορίνθου, Dhioryga tis Korinthou) — Yunanıstan ərazisində yerləşən kanal. Kanal Saronik körfəzini Korinf körfəzi ilə birləşdirir, Peloponnes yarımadasını isə Balkan yarımadasından ayırır. Kanalın çəkilişi ilə Peloponnes yarımadası artıq adaya çevrildi. == Ümumi məlumat == Peloponnes Yunanıstanın ən böyük yarımadasıdır. Ensiz altı kilometrlik Korinf bərzəxilə materiklə birləşir. Ondan şimalda Korinf, cənubda Saronik körfəzləri yerləşir. Bərzəxin dəniz səviyyəsindən yüksəkliyi 50–80 m-dir. Burada yer qabığı çoxlu sınmalarla pozulmuşdur. Korinf bərzəxi geoloji cəhətdən inkişaf edən çoxpilləli horstlardan birdir.
Korinf konqresi
Xeroneya döyüşündən sonra II Filipp Cənubi Yunanıstana yürüş etdi. Sparta istisna olmaqla, bütün Peloponnes ittifaqı şəhərləri Makedoniya çarının hakimiyyətini qəbul etdilər. Filipp hər bir şəhər ilə ayrı-ayrılıqda müdafiə və hücum haqqında ittifaq bağladı. Bu ittifaqın əsasında hər bir şəhərin muxtariyyətini və azadlığını qorumaq dayanırdı. Məsələlərin həll edilməsi üçün Filipp bütün yunan şəhərlərinin marağında olan e.ə 338-ci ildə Korinfdə ümumyunan yığıncağını - Korinf konqresini (sinedrion) çağırdı. Konqresə Spartadan başqa bütün yunan dövlətləri dəvət edildi. Konqresə rəhbərliyi Filipp özü edirdi. Konqress Yunanıstanda müharibənin qurtarmasını həll edirdi.Yunan dövlətlərinin parçalanmasının qarşısını almaq üçün Makedoniyanın rəhbərliyi ilə və Makedon çarının hakimiyyəti altında ümumyunan federasiyasının yaradılması nəzərdə tutulurdu. Birləşdirilmiş dövlətlərlə Makedoniya çarı arasında müdafiə və hücum məsələləri haqqında ittifaq bağlanılırdı. Çarın əleyhinə çıxan və onun düşmənlərinə yardım edən hər bir dövlət, hər bir yunan ciddi şəkildə cəzalandırılırdı.
Korinf orderi
Korinf orderi — kapitellərin akanthus yarpaqları ilə bəzədildiyi və sütunların bir postamentə qoyulduğu klassik memarlıqdakı üç orderdən biridir. Afinada, ehtimal ki, eramızdan əvvəl V əsrdə, dorik və İonik orderlərdən sonra meydana gəlmişdir. İonik orderdən daha mürəkkəb bir formaya malik olan Korinf orderinin forması Yunan mifologiyasına görə daxilində akanthus yarpaqları olan bir səbətdən ilham alınaraq yaradılmışdır. Klassik memarlıqdakı digər iki orderdən daha gec ortaya çıxmışdır və qədim yunan şəhəri Korinfin adını daşıyır. İonik orderdə olduğu kimi baza diametri və hündürlüyü arasında 1/9 nisbət vardır. Bununla birlikdə, Dorik orderinə baxarkən bu nisbətin 1/6 olduğu görünür, yəni Dorik sütunların İonik və Korinf sütunlarından daha qısa bir formaya sahib olduğu görülür.
Korinflilərə ikinci məktub
Korinflilərə ikinci məktub — Həvari Pavelin Korinflilərə yazdığı 2-ci məktub. Əhdi-Cədidin səkkizinci kitabıdır. Sinay palimpsestinin əsas mətnini təşkil edir.
Korintian FK
Korintian FK (ing. Corinthian F.C.) — İngiltərənin London şəhərində qurulmuş və 1939-cu ildə fəaliyyətini dayandıran həvəskar futbol klubu. Klub ev oyunlarını Kristal Palas İdman Mərkəzi, Leyton və Kraliça Klubu stadionlarında keçirmişdir. Korintian 1882-ci ildə Leyn Cekson tərəfindən qurulmuşdur. Cekson həmin dövrün İngiltərə Futbol Assosasiyasının prezidenti idi. Klubun qurulmasının məqsədi Şotlandiya milli futbol komandasına qarşı alınmış pis nəticələrin qarşısını almaq və güclü komanda formalaşdırmaq idi. == Tarixi == İlk illərdə Korintian sadəcə ətraf bölgələrdə olan həvəskar klublarla yoldaşlıq oyunları keçirirdi. Həmçinin həmin dövrdə İngiltərə milli futbol komandasının əsasını təşkil edirdi. 1883-1890-cı illərdə Korintian klubu Şotlandiyaya qarşı üstünlük quraraq bir 88 yerli kubokun 52-ni qazanmışdır. 1894 və 1895-ci illərdə Uels milli futbol komandasına qarşı da oyun keçirən Korintianın bəzi oyunçuları həmçinin universitet mühitində yaradılmış klubların da üzvləri olmuşdurlar.Korintian ilk öncə ona qarşı İngiltərə kubokuna və çempionatına qatılmaq təkliflərini geri çevirirdilər.
Korintians Paulista İK
Sport Club Corinthians Paulista - 1910-cu ildə Braziliyanın San Paolo şəhərində yaradılan futbol komandası. Oyunlarını 37.500 nəfərlik Pacaembu stadionunda keçirir.
Koriolan Uvertürası
Koriolan Uvertürası (Almanca: Coriolan-Ouvertüre or Ouvertüre zu Coriolan) 1807-ci ildə Lüdviq van Bethoven tərəfindən İosif Henrix Kollinin 1804 Korilon faciəsi üçün yazdığı əsərdir.Uvertüranın mövzusu və strukturu olduqca ümumidir. Uvertüra ilk dəfə 1807-ci ilin mart ayında tanınmış Lobkoviç ailəsinə məxsus evdə ifa olunmuşdur. Həmçinin Si-bemol majorda dördüncü simfoniya və Piano ilə dördüncü simfoniyada ilk dəfə məhz bu ünvanda təşkil edilmiş konsertdə ifa olunmuşdur. == Əsərin yazılması == İki ən çox bəyənilərək qəbul edilən səs yazılarından birincisi 1943-cü ildə Berlin Filarmoniya Orkestrında Vilhelm Furtvenqlerin dirijorluğu ilə ifa edilmiş, digəri isə 1959-cu ildə Fritz Raynerin dirijorluğu ilə Çikaqo Simfoniya Orkestrında ifa olunmuşdur. Uvertüranın tarixi ad qazanmış digər məşhur versiyasını Rocer Norrinqton London Klassik Çalğıçıları ilə birlikdə ifa etmişdir. Digər məşhur nümunələrə gəlincə buraya Herbert fon Karayanın müşayəti ilə Berlin Filarmoniyasında, Karl Bömin müşayəti ilə Vyana Filarmoniyasında, Karlos Klayberin müşayəti ilə Berlin Dövlət Orkestrı ilə və Bruno Uolterin müşayəti ilə Kolumbiya Simfoniya Orkestrı ilə ifa olunmuşdur. == Qeydlər == == İstinadlar == == Mənbələr == Joseph Kerman/Alan Tyson, "Ludwig van Beethoven", Grove Music Online, ed.
Koriolis qüvvəsi
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.48 dəfə / 1 mln.
2003 ••••••• 0.79
2006 •••• 0.45
2007 •••••••••••••••••••• 2.54
2008 •• 0.24
2009 •••••• 0.64
2011 ••••••••• 1.12
2012 0.09
2013 ••••••• 0.88
2014 •• 0.17
2015 ••• 0.34
2018 •••••• 0.75
2019 ••• 0.28
2020 •••• 0.40

"kori" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kori nədir? #kori sözünün mənası #kori nə deməkdir? #kori sözünün izahı #kori sözünün yazılışı #kori necə yazılır? #kori sözünün düzgün yazılışı #kori leksik mənası #kori sözünün sinonimi #kori sözünün yaxın mənalı sözlər #kori sözünün əks mənası #kori sözünün etimologiyası #kori sözünün orfoqrafiyası #kori rusca #kori inglisça #kori fransızca #kori sözünün istifadəsi #sözlük