Korn sözü azərbaycan dilində

Korn

Yazılış

  • Korn • 73.1707%
  • korn • 17.0732%
  • KoRn • 4.8780%
  • KORN • 4.8780%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
Afrikalı Publi Korneli Ssipion Emilian
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.
Aleksandr Korneyçuk
Aleksandr Yevdokimoviç Korneyçuk (rus. Олександр Євдокимович Корнійчук; 12 (25) may 1905, Xristinovka[d], Kiyev quberniyası[d] – 14 may 1972, Kiyev) — Ukrayna sovet yazıçısı, SSRİ EA akademiki (1943), Sosialist Əməyi Qəhrəmanı (1967). == Həyatı == Aleksandr Korneyçuk Xristinovka kəndində (indiki Çerkassi vilayəti, Ukrayna) dəmiryol ustası ailəsində anadan olmuşdur. 1920–1923-cü illərdə dəmir yolunda çalışmışdır: vaqon təmiri və s. işlərlə məşğul olmuşdur. 1917-ci ildə inqilabçı hadisələr başlandı, yeniyetmələr hakimiyyətin ildırım dəyişikliyini izlədilər, Xristinovka stansiyası dəfələrlə əldən-ələ keçdi. 1923-cü ildə Aleksandr Korneyçuk rabfaka (Рабочий факультет: Fəhlə fakültəsi) daxil oldu. 1924–1929-cu illərdə Kiyev Universitetində (daha sonra Kiyev Xalq Təhsili İnstitutunda) təhsil almışdır. 1929–1933-cü illərdə Kiyev və Odessa kinostudiyalarının ssenaristi idi. 1933–1941-ci illərdə "Ukraynafilm" Trestinin redaktoru və ssenaristi olmuşdur.
Baba Korneliu
Baba Korneliu (18.11.1906, Krayova – 20.12.1997, Buxarest) – rəssam (əsasən portretçi) və qrafik rəssam, kitab rəssamı, Rumıniyanın Xalq Rəssamı, Rumıniya Akademiyasının Müxbir Üzvü və Tam Üzvü və Alman İncəsənət Akademiyasının, SSRİ Rəssamlıq Akademiyasının fəxri üzvü. == Həyatı == O, ilk olaraq Buxarestdə incəsənət fakültəsində təhsil alıb, lakin təhsilini başa vurmayıb. 1948-ci ildə həbs edilib, izahat vermədən işdən çıxarılaraq Buxarestə sürgün edilib, sonradan karyerasını Kitab illüstratoru və rəssam kimi qura bilib. 1955-ci ildə ona SSRİ-yə getməyə icazə verildi, elə həmin ildə o, Varşavada keçirilən beynəlxalq sərgidə qızıl medal qazandı. 1956-cı ildə onun üç əsəri Venesiya Biennalesində nümayiş etdirilib. 1964-cü ildə onun Brüsseldə, 1970-ci ildə Nyu-Yorkda fərdi sərgisi təşkil olunmuşdur. 1963-cü ildən Rumıniya Elmlər Akademiyasının müxbir üzvüdür. Buna baxmayaraq o, Rumıniyada və daha az dərəcədə Şərqi Avropanın sosialist ölkələrində çox məşhur olsa da, heç vaxt Qərbdə müqayisəyə gələn məşhurluğa nail ola bilməmişdir.
Con Kornfort
Con Kornfort(ing. Sir John Warcup 'Kappa' Cornforth; 7 sentyabr 1917[…], Sidney – 8 dekabr 2013[…], Brayton, Cənub-Şərqi İngiltərə[d]) — Avstraliya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1975). == Həyatı == Con Kornfort 1917-ci ilin sentyabrın 7-də Avstraliyada Sidney şəhərində anadan olmuşdur. Sidney və Oksford (1939-cu ildən) universitetlərində oxumuşdur. İkinci Dünya müharibəsi zamanı R. Robinsonun rəhbərliyi ilə penisillinin quruluşunu aydınlaşdırmaq üzrə İngilis-Amerika proqramında iştirak etmişdir. 1946–1962-ci illərdə tibbi tədqiqatlar üzrə şurada (Böyük Britaniya) işləmiş, 1962–1975-ci illərdə "Şell" firmasının kimyəvi enzimologiya laboratoriyasının direktoru, 1975-ci ildən Sussek Universitetinin professoru olmuşdur. Əsas elmi işləri stereokimya və bioüzvi kimyaya aiddir. 1951-ci ildə qeyri aromatik steroidin ilk total sintezini həyata keçirmişdir. Xoles terinin biosintezinin mexanizmini aydın laşdırmışdır. Bu işin gedişində "nişanlanmış sələf" üsulunun inkişafına fundamental xidmət göstərmişdir.
Cudi Kornvell
Cudi Kornvell (ing. Judy Cornwell) - Böyük Britaniya aktrisasıdır. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir.
Ebbi Korniş
Ebbi Korniş — avstraliyalı Hollivud aktrisası və repçi. 13 yaşında fotomodel olub, 15 yaşından isə filmlərə çəkilməyə başlayıb. 1997-ci ildən 1999-cu ilə qədər "Vəhşi tərəf" serialının yeddi epizodunda rol alıb. 2001-ci ildə "Outriders" serialında baş rolu oynayıb. "Kendi" (2006), "Yaxşı il" (2006), "Parlaq ulduz" (2009), "Qadağan olunmuş fənd" (2011), "Biz sevgiyə inanırıq" (2011), "Robokop" (2014) filmlərindəki rolları ilə şöhrət qazanıb. == Bioqrafiyası == === Uşaqlıq illəri === Ebbi Korniş, 7 avqust 1982-ci ildə, Avstraliyanın, Yeni Cənubi Uels əyalətində, Şilley və Berri Kornişlərin beş övladlarından ikincisi olaraq dünyaya gəlib.
Erik Kornell
Erik Kornell (19 dekabr 1961)- Karl E. Vayman ilə Bose-Eynşteyn sıxlaşması üzərində etdikləri görüş səbəbiylə 2001-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış ABŞ fizikidir. == Bioqrafiyası == Stanford Universitetindən magistr dərəcələrlə məzun olmuş valideynlərə sahib olan Erik Allin Kornell 1961-cı ildə Palo Altoda, Kaliforniyada anadan olmuşdur. Kornell doğulduqdan iki il sonra daşındıqları Kembricdə, Massaçusetsdə böyümüşdür. Atası (MIT) Massachusetts Institute of Technologyda inşaat mühəndisliyi professoru, anası liseylərdə ingilis müəllimliyi etmişdir. Bir bacısı, bir də qardaşı var. == Təhsili == Anasından məktəbə başlamadan oxuma-yazma öyrənən Kornell liseydə riyaziyyat və şahmat klublarına qatılır. Liseyi bitirməsinə bir il qala San-Fransiskoya daşınırlar. "Lowell High School" dan məzun olur. Bu məktəb şəhərin hər yerindən gələn akademikaya meylli şagirdlər üçün "maqnit məktəb" deyilən bir yerdir. Lisenziya təhsilini Stanford Universitetində alır.
Fontanil-Korniyon
Fontanil-Korniyon (fr. Fontanil-Cornillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38170. Kommunanın 2007-ci il üçün əhalisi 2696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Kamerata Kornello
Kamerata Kornello(it. Camerata Cornello) — İtaliyada kommuna. Lombardiyanın Berqamo əyalətində yerləşən kommunanın 565 əhalisi var. Yuxarı Brembana vadisində, Brembo çayının sağ tərəfində, Berqamo şəhərindən təxminən 33 kilometr şimalda yerləşir. Bələdiyyə Brembana Vadisinin dağ icmasının bir hissəsidir. Sahəsi 12 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Katerina Kornaro
Katerina Kornaro (yun. Αικατερίνη Κορνάρο, it. Caterina) (25 noyabr 1454 – 10 iyul 1510) — 1474-1489-cu illərdə Kipr krallığının kraliçası. Həyat yoldaşı II Ceymsin ölməsindən sonra "Venesiya Respublikasının qızı" adını qəbul etdi və adanı Venesiya Respublikasının himayəsinə verdi. Beləliklə, Kipr krallığı süqut etdi.
KornShell
Korn shell (ksh) — Bell laboratoriyası tərəfindən 1980-cı illərdə yazılmış, Unix shelldir. Korn shell iki ən məşhur shell olan, Bourne shell və C shellin xüsusiyyətlərinə malikdir. Üstəlik özünə məxsus yeni xüsusiyyətlərə də malikdir.
Kornati
Kornati (xorv. Kornati) — Xorvatiyada milli park. Orta Dalmatiya bölgəsində, Adriatik dənizində olan Kornati arxipelaqında yerləşir. Yaxınlıqda Zadar, Şibenik və Bioqrad-na Moru şəhərləri var. == Ümumi məlumat == Milli park arxipelaqın böyük bir hissəsini əhatə edir. Ancaq şimalda olan bir neçə ada parkın ərazisinə aid deyil. Park ərazisinə ümumi sahəsi 50 km² ola 89 ada daxildir. Adaların sahil xətlərinin uzunluğu 238 km-dir. Parkın dəniz hövzəsi ilə birlikdə sahəsi 220 km²-dir. Kornati arxipelaqı adaların çox sıx yerləşməsi ilə diqqəti cəlb edir.
Kornel Universiteti
Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir. == Tarixi == Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E.Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur. Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Korneli Nepot
Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100, Paviya – təq. e.ə. 25, Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri. == Həyatı == Korneli Yuxarı İtaliyalı olub. Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır), Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur.Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə. təxminən 54-cü ildə üç kitabda yazılmış "Xronika" olmuşdur, əsər Yunanıstan və Roma tarixində baş verən ən əhəmiyyətli hadisələri qarşılaşdıran sinxron cədvəldən ibarət idi.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Kornelius Drebbel
Kornelius Van Drebbel (nid. Cornelius Jacobszoon Drebbel; d. 1572, Hollandiya - ö. 7 noyabr, 1633, London) — hollandiyalı mühəndis == Həyatı == == Fəaliyyəti == İlk sualtı qayıq XVII əsrdə Kornelius Van Drebbel tərəfindən düzəldilmişdir. Bu sualtı qayıq hollandiyalı Kornelius Van Drebbel İngiltərə kralı I Ceyms üçün düzəltmişdi.
Kornelius Elvin Smit
Kornelius Elvin Smit (ing. Cornelius Alvin Smith; 7 aprel 1937, Lonq adası[d]) — Baham adalarının general-qubernatoru (2019). == Siyasi fəaliyyəti == Daha öncə 2008-ci ildən ABŞ-də səfir kimi fəaliyyət göstərmişdi. Həmin dönəm həm də Baham adalarının Nəqliyyat və Aviasiya Naziri olmuşdur. 2018-ci ildə general-qubernatorun köməkçisi olaraq and içib.
Kornell Universiteti
Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir. == Tarixi == Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E.Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur. Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Kornell metodu
Kornell metodu (ing. Cornell method) və ya Kornell qeyd tutma sistemi (ing. Cornell note-taking system) – 1940-cı illərdə Kornell Universitetinin professoru Volter Pauk tərəfindən yaradılan qeyd tutma metodudur.Kornell metodu zamanı qeyd tutmanın əsas məqsədi məlumatı birbaşa kağıza köçürmək və ya qeydlərin bir daha baxılmamaq üzrə yazılması deyil. Kornell metodu bir çox universitetlərdə istifadə olunan metoddur. Kornell metodu ilə qeyd tutmaq üçün A4 kağızı götürülür. Aşağını 4-5 sm boşluq buraxacaq şəkildə sətir çəkilir. Yuxarıdan aşağıya doğru vərəqi 2 sütuna böləcək şəkildə xətt çəkilir. Sol sütun sağ sütundan 2-3 qat qalın ola bilər. Sol sütun açar sözlər, mövzu haqda suallar, fikirlər, sağ sütun isə qeydlər üçündür. Səhifənin ən yuxarısında başlıq, ən aşağısında isə xülasə sətiri var.
Korner (iqtisadi)
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir. == Həyatı == 1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır.
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2004 •••••••••••••• 0.34
2008 •••••••••• 0.24
2010 •••• 0.09
2012 ••••••••••• 0.26
2013 •••••••••••• 0.29
2014 •••••••• 0.17
2016 •••••••• 0.17
2017 •••••••••••••••••••• 0.49
2018 ••••••• 0.15

"korn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#korn nədir? #korn sözünün mənası #korn nə deməkdir? #korn sözünün izahı #korn sözünün yazılışı #korn necə yazılır? #korn sözünün düzgün yazılışı #korn leksik mənası #korn sözünün sinonimi #korn sözünün yaxın mənalı sözlər #korn sözünün əks mənası #korn sözünün etimologiyası #korn sözünün orfoqrafiyası #korn rusca #korn inglisça #korn fransızca #korn sözünün istifadəsi #sözlük