Korp sözü azərbaycan dilində

Korp

Yazılış

  • Korp • 75.0000%
  • korp • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aspr-le-Korp
Aspr-le-Korp (fr. Aspres-lès-Corps, oks. Aspres los Còrps) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05009. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 134 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 74 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 65.4%). Fəal olan 54 nəfərdən 47 nəfər (27 kişi və 20 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Korp (İzer)
Korp (fr. Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38128. Kommunanın 1999-cu il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 639 ilə 1 840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 140 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
"A" korpusu (TRTİ)
"A" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "A" korpusu Taqanroq şəhəri Çexov küçəsi, ev 22 ünvanında yerləşir. Binanın inşasına 1914-cü ildə ildə başlanılmışdır. Tikinti işləri 1916-cı ildə bitmişdir. Binada hazırda Taqanroq Radiotexnika İnstutunun korpusu yerləşir. == Tarixi == "A" korpusu Taqanroq Radiotexnika İnstutunun əsas korpusunu təşkil edir. Bina 1916-cı ildə Aleksandr Markoviç Qinzburqun layihəsi əsasında 1916-cı ildə inşa edilmişdir. Bina Alekseev qızlar gimnaziyası üçün inşa edilmişdi. Binanın təməlqoyma mərasimi 10 iyul 1914-cü ildə qoyulmuşfur. Binanın inşası zamanı böyük bil val qazılmasına ehtiyac yaranmışdır.
"D" korpusu (TRTİ)
"D" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "D" korpusu Taqanroq şəhəri Nekrakovski küçəsi, ev 44 ünvanında yerləşir. Binanın inşasına 1968-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1970-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur. == Tarixi == "D" korpusu binasının tikintisinə 1968-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "D" və "Q" korpus binası yaxınlığında yerləşdiriyindən sökülməli idi. Yeni dörd mərtəbəli təlim-laboratoriya binası 21 aprel 1969-cu ildə inşa işləri tam bitmişdir.
"Q" korpusu (TRTİ)
"Q" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "Q" korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir. Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1958-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur. == Tarixi == "Q" korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "Q" və "D" korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi. "Q" korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı.
"Qida" korporasiyası (film, 2008)
"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi. Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir.Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür. == Məzmun == Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir. Bu problemlərin əsas səbəbi aqrobiznesmenlərin kiçik miqdarda büdcə ilə böyük miqdarda gəlir əldə etmək istəyidir.
1-ci Ordu Korpusu (Azərbaycan)
1-ci Ordu Korpusu — Bərdə korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Silahlı Qüvvələrin ən təhlükəli və strateji qüvvəsi olaraq tanınır. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində yerləşirdi. Hal-hazırda korpusa general-mayor Qiyas Abbasov rəhbərlik edir. == Tarix == Korpus 3 mart 1992-ci ildə Azərbaycanın 701-ci, 708-ci və 130-cu Motoatıcı briqadasından qurulur. Silahlı Qüvvələrin Baş Qərargah rəisi General Nəcməddin Sadıkov korpusun ilk komandiri olur. İştirak etdiyi əməliyyatlar arasında Kəlbəcər döyüşü də vardır. === İkinci Qarabağ müharibəsindəki əməliyyatları === İkinci Qarabağ müharibəsi zamanı korpus Suqovuşandakı qarşıdurmalarda iştirak edir. Kəndin 3 oktyabr tarixində Azərbaycan qüvvələri tərəfindən tutulmasında əsas rollardan birini oynayır. 9 dekabrda Prezident İlham Əliyev bu münasibətlə general Hikmət Həsənovun "Qarabağ" ordeni ilə təltif edilməsi haqqında bir sərəncam imzalayır.
13. SS Waffen Dağ Korpusu
13. SS Waffen Dağ Korpusu (alm. 13. Waffen-Gebirgs-Division der SS „Handschar“ (kroatische Nr. 1)‎) - Vaffen SS-in tabeliyində olan 38 korpsudan biri. Korpusun almancadan adı olan Handschar ifadəsi korpusun gerbində öz əksini tapıb. 13-cü Dağ Korpusu ölkədə yaşayan müsəlman boşnaklar və katolik xorvatlardan təşkil olnumuşdu. II Dünya müharibəsi illərində balkan yarımadasındakı kommunist paritzanlarla mübarizə aparmaqları üçün Qüds Baş Müftüsü Emin el-Hüseyninin dəstəyi ilə yaradılmışdır.
2-ci Ordu Korpusu (Azərbaycan)
2-ci Ordu Korpusu — Beyləqan korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Qarabağla təmas xəttində, xüsusən də Xocavənd rayonu və qismən Azərbaycan-İran sərhədində yerləşirdi. Hal-hazırda korpusa general-leytenant Mais Bərxudarov rəhbərlik edir. Diqqət çəkən hərbçiləri arasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da var. == Tarix == Korpus 3 mart 1992-ci ildə o dövrdə Azərbaycanın Müdafiə naziri general-mayor Tahir Əliyevin müvafiq əmri ilə qurulmuşdur. 90-cı illərdə sıralarında olan bölmələr arasında 161-ci motoatıcı briqadası da var idi. Qurulduqdan qısa müddət sonra cəbhəyə göndərilən hərbi hissə Birinci Dağlıq Qarabağ müharibəsi zamanı Füzuli rayonunun, eləcə də Qırmızı Bazar, Şişkaya və Qacarın müdafiəsində əsas zərbə qüvvəsi rolunu oynamışdı. Füzulidəki Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Şükürbəyli və digərlərini ermənilərdən almağa müvəffəq olur. 2013-cü ildə Müdafiə naziri Zakir Həsənov keçmiş nazir Səfər Əbiyevin "qalası" sayılan korpusa baş çəkir, bir çox rəhbərlik strukturlarında dəyişikliklər olduğunu, o cümlədən Əbiyevin dövründə vəzifədən kənarlaşdırılmayan 50-yə yaxın zabitin vəzifələndirildiyini elan edir. Korpus 2016-cı ildə Aprel döyüşləri zamanı strateji yüksəkliklərin ələ keçirilməsində böyük rol oynayır.
3-ci Ordu Korpusu (Azərbaycan)
3-ci Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hal-hazırda korpusa polkovnik Oruc Abdullayev rəhbərlik edir. == Tarix == Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir. Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4-5 il həbs cəzası çıxarır. 2018-ci ilə qədər 3-ci Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər. Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Baş Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur. 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.
3-cü Ordu Korpusu (Azərbaycan)
3-ci Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hal-hazırda korpusa polkovnik Oruc Abdullayev rəhbərlik edir. == Tarix == Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir. Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4-5 il həbs cəzası çıxarır. 2018-ci ilə qədər 3-ci Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər. Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Baş Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur. 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.
4-cü Ordu Korpusu (Azərbaycan)
4-cü Ordu Korpusu — Bakı korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir. Hal-hazırda korpusa general-mayor İlqar Lətifov rəhbərlik edir. == Tarix == Korpus üç motoatıcı briqadadan ibarətdir. Digər hərbi korpuslardan fərqli olaraq, korpusun rolu əsasən strateji ehtiyat kimi xidmət etməkdir. Nəticə baxımından Quru Qoşunlarında olan ən kiçik korpusdur. 3-cü Ordu Korpusu kimi 1-ci Ordu Korpusu sıralarını doldurmaq üçün istifadə edilir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanğıcında Azərbaycan ehtiyatda olanlar səfərbər edilərək 4-cü korpusdan cəbhə xətti boyunca altı əlavə motoatıcı briqadası düzəldilir. Azadlıq meydanında keçirilən 2020-ci il Bakı Qələbə Paradında korpus polkovnik İlham Məmmədovun rəhbərlik etdiyi bir parad kontingenti ilə təmsil olunmuşdur.
5-ci Ordu Korpusu (Azərbaycan)
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. == Tarix == Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın ­ 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. [mənbə göstərin]Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır. == Əlahiddə ümumqoşun ordusunun təşkili == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. 14.05.2014-cü il tarixdən Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevdir.
5-ci mexanikləşdirilmiş korpus
5-ci mexanikləşdirilmiş korpus — 8 sentyabr 1942-ci ildə 22-ci tank korpusunun əsasında formlaşmışdır. 12 sentyabr 1944-cü ildə Ali Baş Komandanlığının № 0306 sərəncamına əsasən 5-ci mexanikləşdirilmiş korpus 9-cu 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir.
9-cu mexanikləşdirilmiş qvardiya korpusu
9-cu mexanikləşdirilmiş qvardiya korpusu — SSRİ silahlı qüvvələrinin tərkibində hərbi əməliyyat birliyi. == Tarix == Ali Baş Komandanlığının 12 sentyabr 1944-cü il № 0306 əmri ilə 5-ci mexanikləşdirilmiş korpus 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir. Ali Baş Komandanlığının əmri ilə 15 sentyabr 1944-cü ildə Ploeşti şəhəri uğurunda döyüşlərdə seçildiyinə görə Ploeştinskaya adlandırması verildi. Bu əmrə əsasən 10 oktyabr 1944-cü ildən etibarən 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna daxil olan hissə və birləşmələrdə qvardiya birləşmələrinə çevrildilər və yeni adlandirma və nömrə aldılar. 1945-ci ilin dekabrında 9-cu mexanikləşdirilmiş qvardiya diviziyasına çevrildi.
ABŞ-ın Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
ABŞ Ordusu Hava Korpusu
Amerika Birləşmiş Ştatları Ordusu Hava Qüvvələri (ing: United States Army Air Force; abr: USAAF) 1941–1947-ci illərdə ABŞ-nin hərbi hava qüvvəsi idi. Amerika Birləşmiş Ştatları Ordusu Hərbi Hava Qüvvələri 20 iyul 1941-ci ildə Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri Korpusundan (United States Army Air Corps) formalaşdırılmışdır. İkinci Dünya müharibəsində Qərb müttəfiqlərinin qələbə qazanmasında USAAF böyük təsir göstərdi. 26 iyun 1947-ci ildə Birləşmiş Ştatlar Ordusunun Hava Qüvvələrindən (United States Army Air Forces) Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF) yaradıldı.
ABŞ dəniz piyadaları korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
ABŞ dəniz piyadası korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Alman Afrika korpusu
Alman Afrika korpusu (alm. Deutsches Afrikakorps (DAK)‎) — İkinci Dünya Müharibəsi zamanı vermaxt korpusu. 16 fevral 1941-ci ildə Liviyadakı alman qoşunlarından yaradılmışdır. 13 may 1943-cü ildə Tunisdə təslim olmuşdur.
Andorra Polis Korpusu
Andorra Polis Korpusu (gürc. El Cos de Policia d’Andorra) — Andorra Knyazlığının milli polis qüvvəsi. 2007-ci ildə verilən məlumatlara əsasən, ölkənin təxminən 85 minlik əhalisinə xidmət göstərən 240 zabit var idi.
Azərbaycan Sənaye Korporasiyası
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti
Başqırd korpusu
Başqırd korpusu — 1919-cu ildə fəaliyyət göstərmiş və Başqırd hökumətinə tabe olan hərbi birləşmə. == Formalaşması və tarixi == Başqırd ordusunun komandanı Zəki Vəlidi Toğanın 26 yanvar 1919-cu il tarixli əmri ilə Orenburq qəzasının Yermolayevo kəndinin yaxınlığında IX Başqırd atıcı diviziyasının alaylarından Başqırd korpusuna daxil oldular: I Başqırd atıcı diviziyası (I, II, IV Başqırd atıcı diviziyaları) II Başqırd atıcı diviziyası (V, VI Başqırd atıcı və I, II Başqıdr süvari alayları).Başqırd korpusu Orenburq və Sterlitamak şəhərləri arasındakı cəbhə xəttini müdafiə edirdilər. Onların düşməni I Qırmızı Ordu idi. Başqırd Hökumətinin 16 fevral 1919-cu il qərarına əsasən Başqırd korpusu hissələrinin Qırmızı Orduya keçidi başlayır. Başqırd hissələri ilə Qırmızı Ordunun ağlara qarşı ortaq hərbi əməliyyatları başlayır. Lakin Qırmızı Orduya keçidi qəbul etməyib öz dəstələri ilə ağlara qoşulan başqırdlar da olur. Bunlar Musa Murtazin, Məhəmməd Qabdulxay Qurbanqaliyev, Qalimyan Taqan və digərləri idi. I Qırmızı Orduya keçid edəndə korpusun heyətində var idi: I Başqırd atıcı alayı - 800 nəfər II Başqırd atıcı alayı - 715 nəfər IV Başqırd atıcı alayı - 650 nəfər V Başqırd atıcı alayı - 720 nəfər VI Başqırd atıcı alayı - 650 nəfər I Başqırd süvari alayı - 540 nəfər II Başqırd süvari alayı - 1100 nəfər Başqırd ehtiyat alayı - 570 nəfər Xüsusi Userqansk süvari batalyonu - 210 nəfər Karvansaray komandası - 285 nəfər Komendant, qarovul, konvoy, etap, rabitə, istehkamçı əsgərlər və Başqırd hökumətinin yanında xüsusi komendant rotası - ümumi 6556 nəfər.1919-cu ilin mart ayında Başqırd korpusu I Qırmızı Ordu komandanlığı tərəfindən ləğv edilib.
Beynəlxalq Maliyyə Korporasiyası
Beynəlxalq Maliyyə Korporasiyası, BMK (ing. International Finance Corporation) - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərkibinə daxil olan yardımçı təşkilat. Bank, 1956-cı ildə yaradılmışdır və əsas məqsədi, inkişaf etməkdə olan dövlətlərin özəl sektoruna, xüsusilə də mənfəət əldə edən müəssisələrə kreditlər formasında (BMK ümumi vəsaitinin 74%) kapital qoyuluşunu nəzərdə tuturdu. BKM-nin maliyyəsinin digər 26%-i, səhmdar kapitallarda iştirak üçün nəzərdə tutulmuşdur. 1956-cı ildə yaradılan Beynəlxalq Maliyyə Korporasiyasının hazırda 184 üzvü var. 1973-cü ildə bu təşkilata 100 ölkə daxil idi. BKM heç bir dövlət təminatı tələb etmir, lakin bu təşkilatdan kredit almaq üçün əsas şərt maliyyələşdirilən layihənin 50%-nin yerli və ya xarici özəl kapital hesabına ödənilməsidir. Kreditlərin verilmə tarixi 5 ildən 15 ilədək nəzərdə tutulur. Faizlər illik 5-10% təşkil edir. Bu təşkilata üzv olmaq üçün əvvəlcə BYİB-ə üzv olmaq lazımdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.01
2007 ••••• 0.21
2008 ••••• 0.24
2013 ••• 0.15

"korp" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#korp nədir? #korp sözünün mənası #korp nə deməkdir? #korp sözünün izahı #korp sözünün yazılışı #korp necə yazılır? #korp sözünün düzgün yazılışı #korp leksik mənası #korp sözünün sinonimi #korp sözünün yaxın mənalı sözlər #korp sözünün əks mənası #korp sözünün etimologiyası #korp sözünün orfoqrafiyası #korp rusca #korp inglisça #korp fransızca #korp sözünün istifadəsi #sözlük