Xulio Kortasar
Xulio Kortasar (isp. Julio Cortázar; 26 avqust 1914[…], Brüssel – 12 fevral 1984[…], X arondisman (Paris)) – Argentinalı romançı, qısa hekayə yazıçısı və esseist.
Argentinanın tanınmış yazıçısı Xulio Kortasar ömrü boyu üç qadınla ciddi və davamlı münasibətlər qurub.
O, hələ Buenos-Ayresdə yaşayarkən ölənəcən subay qalacağını düşünürdü, lakin 1953-cü ildə 39 yaşlı Xulio Kortasar argentinalı Aurora Bernandeslə evlənir. Qadın Kortasardan 4 yaş cavanıydı. Onlar yazıçı hələ Avropaya köçməzdən öncə tanış olmuşdular. Sonralar Aurora onun ardınca Fransaya gedir.
Xulioyla Aurora ilk vaxtlar olduqca xoşbəxt idilər; dostları onları ruhən bir-birinə çox yaraşdırırdılar. Cütlüyün ədəbi maraqları da üst-üstə düşürdü. Kortasar arvadının ədəbi fəhminə hörmətlə yanaşırdı.